N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə1/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
  1   2   3   4   5   6   7   8   9   ...   49


8
8
M
LL M 
N METOD K V SA T
MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT



Bakı – 2016
AZƏRBAYCAN DİLİ 
8
Müəllim üçün 
METODİK VƏSAİT
Rafiq İsmayılov 
Aynur Rüstəmova
Dilrüba Cəfərova
Hidayət Allahverdi
Sahibə Məmmədova 


Rafiq İsmayılov 
Aynur Rüstəmova
Dilrüba Cəfərova
Hidayət Allahverdi
Sahibə Məmmədova 
AZƏRBAYCAN DİLİ 8-ci sinif. Müəllim üçün metodik vəsait.
Bakı: “Altun kitab”, 2016. 160 səh.
Redaktorlar:
Elxan Nəcəfov
Arzu Quliyeva
Bədii tərtibat:
Rəşad Nəbiyev
Korrektor:
Aqşin Məsimov
Müəllim üçün metodik vəsaitlə bağlı rəy, irad və təkliflərin 
altunkitab2004@gmail.com
elektron ünvana göndərilməsi xahiş olunur. Əməkdaşlığınız üçün əvvəlcədən təşək -
kür edirik!
Yazıçı və şairlərin dərslikdə istifadə olunan bəzi əsərləri dərslik müəl lifləri tərə findən
müvafiq yaş qrupu üçün uyğunlaşdırılmışdır. 
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı
his  səsini yenidən çap etdirmək, elektron informa siya vasitələri ilə yaymaq qanuna
ziddir.
© ALTUN KİTAB MMC – 2016


MÜNDƏRİCAT
Giriş
l Dərslik komplektinin ümumi prinsipləri  ........................................................4
l Dərslərin strukturu .......................................................................................5
l Məzmun xətləri.............................................................................................6
l Məzmun standartları və dərslər üzrə təlim nəticələri....................................9
l Dərs icmalı nümunəsi...................................................................................16
l Qiymətləndirmə ...........................................................................................21
I bölmə. Kamilliyə doğru .................................................................................24
II bölmə. İnformasiya və kommunikasiya  .......................................................51
III bölmə. Fərd və cəmiyyət  ............................................................................72
IV bölmə. İxtiralar və kəşflər............................................................................91
V bölmə. Dəyərlər .........................................................................................114
VI bölmə. Təbiət ...........................................................................................140
3


GİRİŞ
Dərslik komplektinin ümumi prinsipləri
Təqdim edilən dərslik komplektinə iki kitab daxildir: dərslik və müəllim
üçün metodik vəsait (MMV). Bu komplekt üzrə Azərbaycan dili tədrisinin 6
bölmədə keçirilməsi nəzərdə tutulur. 
VIII sinifdə Azərbaycan dilinin tədrisi üçün həftədə 3 saat olmaqla 34 həftə
(102 saat) nəzərdə tutulmuşdur. Kiçik summativ qiymətləndirmə (KSQ) 6
həftə dən gec olmayaraq həyata keçirilir və özündə həmin bölmədə reallaş -
dı rılmış stan dartlar üzrə bacarıqların yoxlanılmasını ehtiva edir. Böyük sum-
mativ qiy 
mət ləndirmə (BSQ) hər yarımilin sonunda aparılır. KSQ üçün
nü munə tapşırıqları MMV-də təqdim edilmişdir. 
Hər bölmə üçün ayrılmış saat sayına KSQ üçün nəzərdə tutulmuş 1 saat
da daxildir. Mövcud qiymətləndirmə təlimatına görə, BSQ illik planlaşdırmaya
daxil edilməlidir. Cədvəldən göründüyü kimi, BSQ-yə ayrılmış 2 saat (cəmi 4
saat) da planlaşdırma cədvəlində öz əksini tapır. Təqdim olunan illik plan -
laşdırmaya əsasən, 1-ci yarımil üzrə BSQ ilk üç bölmədən sonra keçirilməlidir.
Ümumiləşdirici təkrar dərslərinə 2 saat ayrılmışdır. Bölmədə reallaşdırılmış
stan dartların yoxlanılması üçün nəzərdə tutulmuş tapşırıqlar və esse möv zu -
l a rı dərs likdə və MMV-də öz əksini tapmışdır.  
Dərslikdə və MMV-də verilmiş mətnlər (oxu və dinləmə mətnləri), həmçinin
danışma və yazı fəaliyyəti müvafiq bölmənin mövzusu ilə bağlıdır. 
Bölmə
Mövzu
Saat
sayı
Həftə 
sayı

KAMİLLİYƏ DOĞRU
17
5,66
II 
İNFORMASİYA VƏ KOMMUNİKASİYA
15
5
III 
FƏRD VƏ CƏMİYYƏT 
17
5,66
BSQ
2
0,66
IV 
İXTİRALAR VƏ KƏŞFLƏR
18
6

DƏYƏRLƏR
15
5
VI 
TƏBİƏT
16
5,33
BSQ
2
0,66
Cəmi
102
34
Ümumi illik planlaşdırma
4
GİRİŞ


Dil qaydaları bölmələr üzrə aşağıdakı kimi paylanmışdır:
I bölmə – Söz birləşmələri
II bölmə – İsmi və feili birləşmələr 
III bölmə – Cümlənin ikincidərəcəli üzvləri
IV bölmə – Həmcins üzvlü cümlələr
V bölmə – Cümlə üzvlərinin əlavəsi. Qrammatik cəhətdən cümlə üzvləri ilə
bağlı olmayan sözlər
VI bölmə – Sadə cümlənin növləri
Dərslərin strukturu
Hər bir dərs özündə bir neçə məzmun xətti üzrə fəaliyyəti birləşdirir. Mətn -
lərin həcmindən, mövzunun ağırlığından və fəaliyyət növlərindən asılı olaraq
dərslərə 2-4 saat ayrılmışdır. Fəaliyyətin saatlar üzrə bölgüsü müəllim tərəfin -
dən aparılması tövsiyə olunur. Keçilmiş mövzuların təkrarına və möh kəmlən -
diril məsinə ayrıca saatlar ayrılmışdır. Dərslərin şərhində dinləyib-anlama,
danışma, oxu, yazı məzmun xətləri üzrə fəaliyyət dil qaydalarının mənimsə -
dil məsi prosesindən ayrılmışdır. Lakin bu o demək deyil ki, yazılı və şifahi nitq
bacarıqlarının inkişaf etdirilməsi prosesində müəllim yeri gəldikcə dil qay da -
la rını xatırlatmamalıdır. Əksinə, konkret nitq materialı ilə bağlı keçilmiş dil
qaydalarına müraciət olunması həmin qaydaların mənimsədilməsi üçün daha
ef fektli rol oynaya bilər. Lakin bu proses şagirdi nitq bacarıqları ilə bağlı fəaliy -
yətdən yayındırmamalıdır.
Müəllimlər artıq üçüncü ildir ki, yeni fənn kurikulumları ilə dərs keçirlər.
Dərs müddətində alt-standartlardan çıxan təlim nəticələrinin reallaşdırılması
lazım olduğunu bilirlər. MMV-də hər dərsdə reallaşdırılacaq alt-standartlar
üzrə təlim nə ti cələri verilmişdir. Bundan əlavə, hansı mərhələdə hansı təlim
nəticəsinin reallaş dı rıldığı xüsusi dizaynla aydın göstərilmişdir. 
Yeni fənn kurikulumlarında müəllimə hər bir sinif üzrə ümumi təlim nəticə -
lə ri təqdim edilir. Müəllimin məqsədi tədris ilinin sonuna qədər bu nə ticələri
reallaşdırmaqdır. MMV-də hər bölmənin əvvəlində təqdim edilmiş perspektiv
planlaşdırma müəllimə kömək məqsədilə verilmişdir. Dərslərin məhz bu
nümunə əsasında keçirilməsi məcburi deyil. Məsələn, dərslərə yazılmış
şərhlərin başlanğıcında motivasiya üçün material verilmişdir. Sözsüz ki,
verilmiş motivasiya, eləcə də təklif olunan təlim texnologiyaları  nümunə
xarakteri daşıyır. Müəllim onları yerli şəraitə, sinfin səviyyəsinə uyğun olaraq
dəyişə bilər. Dəyişməz qalan dərslər üçün müəyyən olunmuş alt-standartlar
və onlardan doğan təlim nəticə lə ridir. Bu baxımdan, müəllimlərə metodik
vəsait təqdim etməkdə əsas məq səd aşağıdakılardır:
a) təlim nəticələri müəyyənləşdirməklə  məzmun standartlarını açıqlamaq
(standartların reallaşdırılması yollarını göstərmək);
b) dərsi daha effektli qurmaq üçün müəllimə əlavə materiallar – dinləmə
mətnləri, əlavə məlumatlar və mənbələr təqdim etmək;
5


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə