Media development foundation



Yüklə 273,57 Kb.
Pdf görüntüsü
səhifə1/11
tarix20.02.2018
ölçüsü273,57 Kb.
#27259
  1   2   3   4   5   6   7   8   9   10   11


მედიის განვითარების ფონდი

MEDIA DEVELOPMENT FOUNDATION

საარჩევნო სისტემების განვითარების, 

რეფორმებისა და სწავლების

ცენტრი




Seçkilərdən 

İnstitutlara qədər

Gənclər üçün Demokratiya bələdçisi



Müəllif: 

 

Mariam Lortkipanidze, Ana Caia



Redaktor: 

 

Tamar Kintsuraşvili



Tərcüməçi:

 

Aydan Yusif



 

© 2015, 


Mediya İnkişaf Fondu

© 2015, Designed by IBDesign




5

Demokratiyanın  indikatorlarından  olan  siyasi  prosesdə vətəndaşların  fəal  iştirakı  dedikdə 

bilməliyik ki, demokratiya bir dəfəlik akt deyil və seçkidə başlayıb seçkidə də bitmir. Vətəndaş 

məsuliyyəti qərarların qəbulu prosesində iştirakı, hakimiyyətə daimi nəzarəti və yekun olaraq 

xalqın idarəçiliyinin tam icrasını nəzərdə tutur. Demokratiya prosesdə yaş həddindən, cinsindən 

və etnik mənsubiyyətindən aslı olmayaraq hər kəs iştirak edəndə güclü olur. 

Bu təlimat gənclər üçün hazırlandı və məqsədi onları demokratiya konsepsiyası, seçki hüququ, 

hakimiyyət məsuliyyəti haqda daha yaxşı məlumatlandırmaqdır; həmçinin seçkilərdə və qərar-

ların qəbulu proseslərində hər bir vətəndaşın iştirakının vacibliyini dərk etməyin əhəmiyyətini 

gənclərə çatdırmaq.

Ümid edirik ki, Seçki Sistemlərinin İnkişafı, İslahatı və Tədrisi Mərkəzinin dəstəyi ilə Mediya 

İnkişaf Fondu – MDF tərəfindən hazırlanan bu təlimat gənclərdə siyasi və demokratik özünüdər-

kin inkişafına şərait yaradacaq.

Giriş  



6

Hissə I. Demokratik İdarəçilik 

 

 

 



 

 

      



 

      7


 

Birbaşa və Nümayəndəli Demokratiya 7

 

Hakimiyyətin bölüşdürlməsi 8



 

Seçki sistemləri 9

 

Seçki və səsvermə 9



 

Siyasi partiyalar  10

 

Azad və 


Ədalətli seçkilərin qurumlararası komissiyası 11

 

Demokratiya və Mediya. 4 vacib şərt 11



 

Kampaniya 17

Hissə II. Seçkilərin təşkil olunması

 

        



 

 

 



19

Hissə III. Seçkidən sonra prosesdə iştirak etmək

 

      


 

 

 



40

 

Məlumat azadlığı  40



Tapşırıq və çalışmalar 46

 

 1. 



Əhəmiyyətli nədir? 46

 2. 


Məsuliyyət 48

 3. 


Seçki təcrübəsi 50

 4. 


Şəxsi fəaliyyət planının tərtib olunması 51

 5. 


Kommunikasiya və İmplintasiya 53

Məzmun



7

  Demokratiya nədir?

Demokratiya 

yunan  sözüdür  və  xalqın  idarəçiliyi  deməkdir (Yunan.  δήμος  „Demos“  — 

xalq; κράτος „kratos“ — qanun, güc). Dövlət idarəçiliyinin bu forması zamanı bütün güc və 

səlahiyyət  bilavasitə  xalqa  və  onların  nümayəndələrinə  aiddir.  Hakiyyətin  mənbəyinin  xalq 

olduğu idarəçilik, birbaşa və ya dolayı yolla mütəmadi seçki üsulu ilə həyata keçirilir.

  Demokratik proseslərdə niyə iştirak etməliyik?

 Demokratiya qərarların qəbulu prosesində bütün vətəndaşların iştirakı deməkdir;

 Demokratik sistemdə insanların seçi və ifadə azadlıqları var;

 Demokratiyada hər kəs üçün bərabər səviyyədə hüquq və məsuliyyət mövuddur;

 Demokratiyada hər kəs üçün əl çatan olan məhkəmə sistemi var;

 Demokratiyada Hakimmiyyət xalq qarşısında məsuliyyət daşıyır və xalqa hesabat verir.

  Birbaşa və Nümayəndəli Demokratiya

Bizim icmada, bölgədə və ölkədə qərarları kim qəbul edir? 

Gürcüstan nümayəndəli demokratiya ölkəsidir, bu isə o deməkdir ki, hər bir vətəndaşın öz fiki-

rini ifadə etmək və qərarlar qəbul etmək hüququ var. 

Dövlət vətəndaşlar tərəfindən seçilmiş seçici nümayəndəsi olan və hökuməti təşkil edən insanlar 

qurupu vasitəsi ilə idarə olunur. 

Ümumxalq  suverenlik  prinsipi 

dövlət  hakimiyyətinin  mənbəyi  xalqdır  deməkdir.  Xalq  öz 

hakimiyyətini  nümayəndəlik və  ya  birbaşa  formada  həyata  keçirir.  Xalqın  iştirak  formasına 

əsasən, birbaşa və nümayəndəli demokratiya mövcuddur. 

Nümayəndəli demokratiya sistemi prinsiplərə və ya illər ərzində formalaşmış əhəmiyyətli ideya 

dəyərlərər əsaslanır. Seçilən nümayəndələr qanunvericilik vasitəsi ilə ölkəni idarə edirlər. Hö-

kumət xaq qarşısında hesabat verir, bu da o deməkdir ki, onlar seçiciləri qarşısında məsuliyyət 

daşıyır. 

Nümayəndəli demokratiya birbaşa demokratiyadan fərqlənir. Birbaşa demokratiyada vətəndaşlar 

nümayəndələr olmadan birbaşa qərar qəbul edirlər. Bu forma sadəcə ən xırda dövlət vahidlərində 

istifadə olunur. Müvafiq olaraq heç bir müasir demokratik sistem birbaşa demokratiya prin-

Demokratik İdarəçilik

Hissə I 



8

siplərinə əsaslanmır, lakin müəyyən mənada onun bəzi elementlərini əhatə edir. Referendum-

lar, Ümumxalq sorğusu (Plebisçit), beynəlxalq qanunvericilik təşəbbüsü və s. birbaşa demokra-

tiya instituna nümunədir.

Referendum 

xüsusi ilə əhəmiyyətli dövlət məsələsi ilə bağlı yekun qərarın verilməsi üçün keçir-

ilmiş ümumxalq sorğudur, 

Plebisçit 

isə - seçici fikirlərini öyrənmək üçün keçirilir; Referendu-

mun nəticələri qanuni gücə malikdir, plebesçitin nəticələri isə məsləhət xarakterlidir.

Nümayəndəli demokratiya və ya başqa cür desək, nümayəndəli idarəçilik, xalq tərəfindən seçilən 

dövlət  orqanları  vasitəsi  ilə  həyata  keçirilir.  Cəmiyyətdə  demokratik  proseslər  xüsusi  dövlət 

orqanları və cəmiyyət idarəçiliyi vasitəsi ilə həyata keçirilir. 

  Hakimiyyətin bölünməsi

Hakimiyyətin  bölünməsi  prinsipi

  dövlət  hakimiyyətinin  bir-birindən  asılı  olmayan  3  yerə 

bölünür: Qanunverici, İcraçı və Məhkəmə Hakimiyyəti. 

Qanunvericilik hakimiyyəti

 dövlət və cəmiyyət həyatının hüquqi əsaslarını, ölkənin daxili və 

xarici siyasətinin əsas istiqamətlərini müəyyən edir. Qanunvericilik orqanı tərəfindən qəbul 

olunan qanunlar ali hüquqi gücə malikdir, qanunlarda əks olunan hüquq normalarının ümu-

mi və vaciblik xüsusiyyəti mövcuddur. 

İcra hakimiyyəti

 öz orqanları vasitəsi ilə qanunverici tərəfindən qəbul olunmuş hüquq norma-

ların həyatda icrasını həyata keçirir. Onun fəaliyyəti qanuna əsaslanmalıdır. 

Məhkəmə  hakimiyyətinin

 vəzifəsi  istənilən  hüquq  pozuntusuna  qarşı  şəxslərin  hüquqlarını 

müdafiə etməkdən ibarətdir. 

Ədalət ancaq məhkəmə orqanları vasitəsi ilə həyata keçirilir. 

Gürcüstanda qanunvericilik hakimiyyətini parlament, icra hakimiyyətini – hökumət, 

məhkəmə hakimiyyətini konstitusiya məhkəməsi və ümumi məhkəmələr həyata keçirir. 

Gürcüstan Prezidentinə

 konstitusiya, insan və azadlığın təminatı rolu verilib. Prezident dövlət 

hakimiyyətləri arasında arbitr vəsifəsini daçıyır.

Gürcüstan Prezidenti Gürcüstan dövlətinin rəhbəridir və hərbi qüvvələrin ali sərkərdəsidir. O 

konstitusiyaya əsasən dövlətin xarici və daxili siyasətini aparır və həyata keçirir, ölkə birliy-

ini, dövlət orqanlarının fəaliyyətini təmin edir. Prezident xarici münasibətlərdə ölkənin ali nü-

mayəndəsidir. 

Gürcüstan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, gizli səsvermə ilə, 5 

il müddətinə seçilir. Eyni şəxs yalnız iki dəfə prezident seçilir. Prezident olaraq seçici hüququ 

olan 35 yaşı tamam olmuş, 5 il və seçkilər təyin olunana qədər son 3 ildə Gürcüstanda yaşamış 

Gürcüstan vətəndaşı seçilə bilər. 




Yüklə 273,57 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə