Şagirdyönümlü təlim nədir?



Yüklə 67,91 Kb.
səhifə1/5
tarix28.11.2023
ölçüsü67,91 Kb.
#138047
  1   2   3   4   5
movzu-4



Şagirdyönümlü təlim nədir?”

Pedaqoji ədəbiyyatda qeyd edildiyi kimi, fənn kurikulumlarının didaktik əsasında nəticəyönümlülük, tələbyönümlülük və şəxsiyyətyönümlülük prinsipləri dayanır.


Nəticəyönümlülük təhsilin ayrı-ayrı pillələri, konkret siniflər və fənlərlə bağlı əldə ediləcək təlim nəticələrinin qabaqcadan nəzərdə tutulmasını;
tələbyönümlülük - təlim məqsədlərinin dövlətin, cəmiyyətin və təhsilalanların tələbatını ödəməsini;
şəxsiyyətyönümlülük - şagirdlərin maraqlarının, arzu, istək, meyl və qabiliyyətlərini hesaba almaqla mühüm və gərəkli həyati bacarıq və vərdişlərin formalaşdırılmasını məqsədəuyğun hesab edir.


-=
TARİXİN İNTERAKTİV TƏDRİSİ –
ŞAGİRDLƏRİN İNKİŞAF ETDİRİLMƏSİ VASİTƏSİDİR

İnsanın hər bir fəaliyyətinin müəyyən məqsədi olur. Tarix


müəllimlərinın əsas vəzifəsi – şagirdlərin idrak marağını fəallaşdırmaq
və onların yaradıcı qabiliyyətlərinin inkişaf etdirməkdən
ibarətdir. Bu məqsədlərə nail olmaq təhsilin bir çox məsələlərini
həll etməyə imkan yaradır: şagirdləri idrak fəaliyyətində fəal iştiraka
hazırlamaq, müstəqil şəkildə öz biliyini artırmağı bacarmaq,
elmi-texniki qərarı həyata keçirmək, yeni biliklərə yiyələnmək,
ölkənin ali məktəblərinə seçilmiş ixtisası yüksək səviyyədə mənimsəməyi
bacaran hazırlıqlı tələbə vermək və s.
Müasir cəmiyyət ümumtəhsil məktəb məzunlarının qarşısına
kifayət qədər yüksək tələblər qoyur. Ənənəvi təlimdə
uşaq ilk yaşlarından nəinki əzbərləməyə, əksər halda mexaniki
yadda saxlamağa məcbur edilirdi. Hər halda yeniyetmələr kimi
gənclər də mexaniki əzbərləməyə - xronologiyaların, faktların
və hadisələrin əzbərlənməsinə meyl göstərirlər. Bu isə dərsin
səmərəliliyinin azalmasına gətirib çıxarır. Beləliklə, bu, şagirdin
şəxsiyyətinin inkişafına arzu olunmaz təsir göstərirdi. Məlum
olduğu kimi, şagirdlərin idrak marağını canlandırmaq problemi
hər zaman aktual olub və əvvəlki kimi gündəmdə qalmaqda
davam edir.
Əgər şagirdlərin öyrənməyə həvəsi olmasa, müəllimlər bunun
üçün nə qədər böyük səy göstərsələr də, bütün cəhdlər boşa
çıxar. Bu baxımdan müasir yanaşma “fənnə olan marağın artırılması
və ya canlandırılması” yollarının axtarıb tapılmasına istiqamətlənmişdir.
Uşaqlar məktəbdə, bir qayda olaraq, həvəslə
oxusalar da, təxminən 5-ci sinifdən bu istək yavaş-yavaş sönür.
Pedaqoq və psixoloqlar hesab edirlər ki, yeniyetmə yaşı təhsil və
tərbiyə baxımından ən mürəkkəb yaş dövrüdür.
Ənənəvi təlim şagird şəxsiyyətinin intellektual potensialının
hərtərəfli inkişaf etdirilməsinə imkan yaratmır, burada təfəkkür
fəaliyyətinə deyil, şagirdlərin mexaniki yaddaşına ünvanlanmış
və beləliklə fərdi təhsili nəzərdə tutmayan ənənəvi məlumat-mənimsəmə
yanaşmasını nəzərdə tutur. Bu gün məktəb qarşısında
şagird şəxsiyyətin hərtərəfli formalaşması, onun yaradıcı fəallığının,
məntiqi və tənqidi təfəkkürünün yüksəldilməsi məsələləri
durur. Bu gün əsas məsələ - şagirdlərə bilik verərək, inkişaf etdirən,
onları idraka təşəbbüs göstərən intellektual inkişaf etmiş
şəxsiyyət kimi tərbiyə etməkdən ibarətdir. Beləliklə, tarix dərsin
qarşısında qoyulan yeni tələblər şagirdləri fəal/interaktiv təlim
prosesinə cəlb edərək, onların şəxsiyyətinin müntəzəm inkişafını
təmin etməkdən ibarətdir. Lakin, müəllimin niyyətinin nə qədər
yüksək olmasından asılı olmayaraq, şagirdlərin oxumaq arzusu
olmadıqda bütün səylər səmərəsiz olur. Məhz buna görə tərbiyə
etdirmə və fənnə maraq oyatmaq təlimə açar rolunu oynayır.
Bu gün təhsilin məqsədi fərdlərin (şəxsiyyətin) marağı daxilində
təlimin və tərbiyənin məqsədyönlü prosesinin həyata keçirilməsidir.
Müəllimlər ehtiyatında olan tədris metod və üsulların
bütün kompleksindən məharətlə istifadə edərək qarşıya qoyulmuş
məqsədə müvəffəqiyyətlə nail olmaq mümkündür. Onların
arasında xüsusi yeri təfəkkürün inkişaf etdirən metod və üsulları
tutur. Məktəb tədrisində təfəkkürün inkişafının aktuallığı aydın
görünür. Müasir didaktikada qəbul olunduğu kimi, təfəkkürün
inkişafı tədrisin prinsiplərindən biri kimi nəzərdən keçirilir, çünki
onun mövcudluğu tədrisdə ardıcıllıq və sistemlilik, fəallıq və
şüurluluq, anlaşıqlılıq, nəzəriyyənin təcrübə ilə əlaqəsi, davamlılıq
və digər prinsiplərin uğurla reallaşması zərurətindən ortaya çıxır.
Tarixin fənninin tədrisinin əsas məqsədlərinə müstəqil və yaradıcı
şəxsiyyətin, ümumbəşər dəyərləri və Azərbaycanın mədəni
nailiyyətləri və onların dünya mədəniyyətindəki roluna əlavə olaraq
ictimai fəal şəxsiyyətin formalaşması daxildir.
Müasir tarix dərsləri məktəblilərə məlumatları ənənəvi dərsdə
olduğu kimi, passiv şəkildə yadda saxlamağı deyil, tarixi məlumatlara
müstəqil şəkildə əldə etmək bacarığını öyrətməyi nəzərdə tutur.
Ehtimal etmək olmaz ki, şagirdlərin idrak marağı uzun
müddət və ya birdəfəlik yüksək olacaq, sadəcə vaxtaşırı maraqlı
dərs keçirməyi düşünmək yanlış olar. Burada kompleks yanaşmaya
ehtiyac duyulur. İdrak marağı – tədris motivasiyasının vacib
komponentlərindən biridir, lakin ona, tədrisin fəal formaları, fəal
yanaşma, tədris tapşırığı ilə təlim prosesinin təşkili, inkişaf edən
tədrisin prinsiplərinin reallaşması hesabına nail olunur.
Tanınmış psixoloq İ.A.Zimnyaya idrak marağını artırmaq,
təhsil motivasiyasının formalaşmasına şərait yaratmaq üçün aşağıdakı
amillərin nəzərə alınmasını təklif edir:
- təlimin interaktiv metodları: şagirdlərdə təlimin məzmununa
və dərsə maraq oyatmaq üçün zəruri vasitədir – təlimdə
təşəbbüskarlıq və əqli sərbəstlik göstərmək imkanıdır. Təlimtərbiyə
prosesində nə qədər fəal/interaktiv metodlardan istifadə
olunarsa, bir o qədər şagirdlərdə dərsə marağ artar. Təlimə olan
marağın tərbiyə olunmasının əsas şərti – şagirdlərdən fəal araşdırma
fəaliyyəti tələb edən tapşırıqlardan istifadə edilməsidir;
- dərsdə problemli vəziyyətin yaradılması, dərs tapşırıqlarının
və materialının mürəkkəbliyinin tarazlaşdırılması: şagirdlərdə
dərsə olan marağın formalaşmasında, , şagirdlərin mövcud
biliklər olmadan həll edə bilmədikləri çətinliyi ilə qarşılaşması, onlar
yeni biliyin əldə edilməsinin vacibliyini və ya yeni vəziyyətdə
köhnə biliklərin tətbiqinin zərurətinin şahidi olurlar. Məlumdur
ki, dərsdə daimi gərginlik tələb edən işlər şagirdlərin daha çox
marağına səbəb olur. Asan material ciddi maraq doğurmur. Dərs
tapşırığı və dərs materialının çətinliyi o zaman maraq doğurur ki,
həmin çətinlik öhdəsindən gəlinə bilən olsun, əks halda dərsə maraq
tez itə bilər.
Aparılan tədqiqatlar göstərir edir ki, adətən bacarıqlı, istedadlı,
insanların imkanları anomaliya deyil, əksinə normadır.
Burada yalnız insan təffəkürünün faydalı fəaliyyət əmsalının artırılması
və təbiət tərəfindən ona verilən geniş və zəngin imkanlardan
istifadəedilməsi nəzərdə tutulur. Buna görə də son vaxtlar idrak
fəaliyyətinin formalaşdırılması və inkişaf etdirilməsi məsələsi
daha çox aktuallıq kəsb edir.
Koqnitiv (dərk etmə) bacarığı – fərdin reallığı əks edən
hadisələri seçim etmək bacarığı və yeni bilik əldə etməyə olan
təşəbbüsüilə xarakterizə olunur. Sistematik şəkildə inkişaf edər
və möhkəmlənərək, dərk etmə marağı dərsəolan münasibətdə
əsas müsbəttəsir göstərir. Koqnitiv maraq axtarış xarakteri daşıyır.
Onun təsiri altında şagirdlərdə daim cavabı fəal şəkildə axtardıqları
suallar ortaya çıxır. Belə axtarış fəaliyyəti şagirdlərdə maraq
oyadır və emosional ruh yüksəkliyi, sevinc yaşadır.
Koqnitiv maraq yalnız dərsə və şagird fəaliyyətinin nəticəsinə
deyil, həm də şagirdlərdə zehni proseslərin gedişatına – onlarda
idrak maraqlarının təsiri altında xüsusi istiqamətə və fəaliyyətə
sahib olan yaddaş, düşüncə, təxəyyül, diqqətə müsbət təsir
göstərir.
Koqnitiv marağ təlimin əsaslı vasitəsi kimi çıxış edir. Pedaqoq
və psixoloqlar iddia edir ki, müəllimin mühlik səhvi – dərsin darıxdırıcı
olmasıdır”. Əgər uşaq “kötək zoruna” dərs oxuyursa, bu
zaman müəllimdən daha çox zəhmət tələb olunur. Uşaqlar həvəslə
oxuyanda, dərs tam fərqli olur. Koqnitiv marağının inkişafı olmadan şagirdlərin idrak fəallığını canlandırmaq nəinki çətin, hətta mümkünsüz olur. Buna görə, təlim-tərbiyə prosesində sistematik olaraq şagirdlərin koqnitiv marağını oyatmaq, formalaşdırmaq
inkişaf etdirmək və möhkəmləndirmək, təlimin əsas şərti kimi,
eləcədədə şəxsiyyətin davamlı xüsusiyyəti, həmçinin təlimin əsas
vasitəsi kimi böyük əhəmiyyətə malikdir.
Nəzər yetisək, “bilik vermək” və “inkişafa nail olmaq” arasında
böyük fərq var. İnformasiyanın mexaniki yadda saxlanılması
şagirdlərin öyrəndiklərini bir müddət sonra unutmasına səbəb
olur. Fikrimizcə, yalnız şagirdin tədqiqat nəticəsində mənimsədiyi
və yoxlanılmış biliyi uzunmüddətli həqiqi “irsinə” çevrilir – bizim
şüurumuz özü üçün təsdiq olunmuş informasiyaları unutmur.
Bu zaman sual yaranır, bəs tədris prosesinin həm müəllim,
həm də şagirdlər üçün maraqlı və səmərəli olması üçün dərs necə
qurulmalıdır? Təbii ki, bu suala fəal/interaktiv təlim cavab verə
bilər. İnteraktiv təlim, şagirdlərin dərs və dərsdənkənar fəaliyyətində
əhəmiyyətli nəticələr əldə etməklə, dərsdə şagirdlərin
gərginliyini azaltmaqla və biliyin keyfiyyətini artırmaqla onların
fəaliyyətinin payının artması hesabına şagirdinfərdi inkişafını
dəstəkləyir.
Şagirdin inkişafı, təhsili və tərbiyəsi ilə əlaqəli konkret problemin
həlli, onların yaş xüsusiyyətləri və şərtləri baxımından
nəzərə alınmadan, diqqətlə təhlil edilmədən uğurlu ola bilməz.
Psixoloqlar qeyd edirlər ki, yeniyetmə dövründə uşaqlar əvvəl olduğu
kimi böyüklərin (müəllimlərin, valideynlərin) davranışlarına
deyil, öz həmyaşıdlarının (sinif yoldaşları, dostları) davranışlarına
oxşamağa, təqlid etməyə başlayırlar.Şəxsiyyət” bu mərhələdə
formalaşır. Yeniyetmələr bu zaman ictimailəşərək özünütanıma,
özünü reallaşdırma və özünüifadə etməyə çalışırlar. Yaranmış vəziyyətdən
çıxış yolunu necə tapmaq olar? Yeniyetmələrin fəaliyyətini necə təşkil etmək lazımdır ki, onlar dərsə olan maraqlarını itirmədən öz həmyaşıdları ilə işgüzar münasibət qursunlar?
Şagirdin təlimi, tərbiyəsi və inkişafı ilə əlaqədar istənilən
problemin həlli konkret yaş mərhələsi baxımından diqqətli təhlil
olunmadan müvəffəqiyyətlə nəticələnə bilməz.
Məktəb şagird şəxsiyyətini formalaşdırmaq üçün təlim və
tərbiyə materiallarının ümumiləşdirilməsi və sistemləşdirilməsi, nöqsanların aradan qaldırılması şagirdlərə müsabiqə və oyun xarakterli üsullardan, fəaliyyətindən (müxtəlif oyunlar, viktorinalar, konkurslar) istifadə etmək imkanı verir. Bu cür dərslərin oyun
xarakteri yaradıcı mühit yaradır və şagirdlərin müxtəlif fərdi bacarıqlarını
nümayiş etdirilməsinəimkan yaradır. Belə dərslərdə şagirdlərin fəal koqnitiv bacarığı inkişaf edir. Müsabiqə və oyun xarakterli tarix dərsləri dərk etmə marağının formalaşmasına, şagirdlərdə müsbət hisslərin yaranmasına imkan yaradır. Çox vaxt
vacib olan nəticə, bilavasitə bu cür tədbirlər deyil, əksinə şagirdlərin
sərbəstliyi, öz aralarında razılaşaraq böldükləri vəzifələri, rolları,
təşəbbüskarlığın və yaradıcı bacarıqlarının ortaya çıxmasıdır.
Gənc yaşlar üçün müzakirələrdə və mübahisələrdə iştirak etməyə
olan meyli inkişaf etdirmək olduqca vacibdir. Aydındır ki, tarixdə
“birmənalı” cavabı olmayan bəzi suallar mövcuddur. Bütün
bunlar diskussiya keçirilən zaman müvəffəqiyyətlə istifadə edilə
bilər. Bu cür diskussiya 11-ci sinif şagirdləri arasında “O kimdir – dahi və ya cani?” (İosif Stalin haqqında) mövzusunun öyrənilməsi zamanı təşkil edilə bilər. digər misal, 8-ci sinfində “Siyasətdə kim dahi, kim canidir” (Nadir şah haqqında) mövzulu oxşar diskussiyaya hazırlıq zamanı şagirdlərə əvvəlcədən mövzu üzrə geniş plan təqdim oluna bilər.
Şagirdlərin idrak fəaliyyətinin (koqnitiv marağının) canlandırılması,
yaradıcılığın inkişaf etdirilməsi və eyni zamanda müəyyən fərdi keyfiyyətlərin inkişaf etdirilməsinin əsas vasitələrindən biri layihə metodudur. Bu metodun istifadəsi zamanı şagirdlərin idrak fəaliyyətinin canlandırılmasına imkan yaranır. Qeyd etmək
lazımdır ki, müəllimin tarix dərsində tədqiqat fəaliyyəti elementlərinin
tətbiqi şagirdləri daha yaxşı öyrənməyə və onların idrak fəaliyyətinin inkişaf etdirilməsinə imkan verir. Bu texnologiyanın istifadəsində üç əsas şərt var: təşəbbüskarlıq, fəaliyyət və səmərəlilik. Layihəni icra edərkən şagirdlər qeyri-müəyyən vəziyyətə düşürlər, lakin elə məhz bu vəziyyət, onların koqnitiv bacarıqlarını
canlandırır. Layihələrin icrası prosesində müəllimin vəzifəsi aşağıdakı məntiqi ardıcıllığı reallaşdırmaqdan ibarətdir: maraq; seçim; müvəffəqiyyət (müvəffəqiyyətsizlik); adekvat qiymətləndirmə (özünüqiymətləndirmə); refleksiya. Bu yanaşma, öyrənmə
fəaliyyətləri üçün motivasiyanı qorumağa və inkişaf etdirməyə imkan verir.
Ehtimal etmək olmaz ki, sadəcə sadalananyanaşma ilə yüksək nəticələr əldə etmək olar, nəzərə almaq lazımdır ki bu, işin bütün sisteminin təzahürü deyil. Fikrimizcə, qeyd olunan usullardan istifadə, şagirdlərin tarixin dərk etmə marağını artırmağa kömək
edə bilər. Hər bir insan düşündüyü zaman müstəqil şəkildə özü üçün yeni bir şey kəşf edir, şagird də həmçinin, tapşırığı həll edərkən özü üçün yeni bir şey öyrənir. İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada təfəkkür aparıcı rol oynamasın.
“Təfəkkür – nitqlə sıx bağlı olan psixi proses olaraq analiz və sintez nəticəsində həqiqətin əks etdirilməsidir. Təfəkkür idrakın praktiki fəaliyyətindən əmələ gəlir və onun çərçivələrindən kənara çıxır”.
İnsan düşüncəsi hansı formada həyata keçirilirməsindən asılı olmayaraq – dil, nitq olmadan mümkün deyil. İstənilən fikir nitqlə olan fasiləsiz əlaqədən meydana gəlir və inkişaf edir. Bu və ya digər fikir nə qədər mənalı və dərin olarsa, o qədər səlis və
aydın şifahi və yazılı şəkildə ifadə oluna bilər. Eyni zamanda hər hansı bir fikir şifahi şəkildə nə qədər çox təkmilləşərsə, bir o qədər çox bu fikir aydın və səlis səslənər.
Aparılmış təcrübələr zamanı etdiyimiz müşahidələr göstərir ki, bəzi məktəblilər öz fikirlərini ucadan ifadə etməyənə qədər, problemin mahiyyətini dərk etməkdə çətinliklə üzləşirlər. Öz düşüncələrini daha səlis ifadə etdikdə bu cür səsli düşünmə adətən
problemin həllini asanlaşdırır. Beləliklə, sözlə ifadə olunması və möhkəmlənməsi sayəsində düşüncə itmir və məhv olmur. O, daha möhkəm nitq formulunda ifahi və bəzən yazılı şəkildə toplanır.
Buna görə, yenidən həmin fikirlərə qayıtmaq üçün imkan yaranır. Bu zaman o daha dərindən ətraflı düşünür, yoxlayır və digər fikirlərlə əlaqəsini qurur. Tarixin tədrisi zamanı fəal/interaktiv metodlarından istifadə edilərkən, fikirlər və biliklər sadəcə formalaşdırılmır, eyni zamanda şagirdlərin birgə fəaliyyəti nəticəsində daha
da möhkəmlənmiş olur. Bu zaman başlıca rolu daxili nitq oynaya bilər. Beləki, tapşırığı həll edərkən şagird fikrini ucadan deyil, ürəyində səsləndirir, sanki daxildən yalnız özü özüylə danışır.
İnsan təfəkkürü, bildiyimiz kimi, birbaşa dil və nitqlə sıx əlaqəlidir. Təlimin bütün mərhələrində şagirdin qarşısında bütün tarixi dövrlər ərzində kəşf edilmiş və təkmilləşmiş bəşəriyyətin artıq hazır, aydın, qəliz bilik və anlayış sistemi dayanır. Belə ki,
bəşəriyyətə artıq məlum olan, lakin onun üçün yeni sayılmayan hər şey, hər bir uşaq üçün yeni sayılır. Baxmayaraq ki o, şagird müəllimin rəhbərliyi altında hazır anlayışlar sistemini mənimsəyir, tarixən toplanmış bilik xəzinəsininin mənimsənilməsi uşaqdan
ciddi yaradıcılıq işi və böyük təfəkkür tələb edir. Beləliklə, bu fakt şagirdlərin müəllimlərin köməyi ilə məlum biliyi mənimsəməsini istisna etmir, əksinə uşaqların müstəqil təfəkkürünə ehtiyac duyulduğunu vurğulayır. Əldə olunmuş bilik, əks təqdirdə,
tam formal, mexaniki və səthi xarakter daşıyar.
Beləliklə, təfəkkür fəaliyyəti – tarixi inkişaf zamanı biliyin qavranılmasının (uşaqlar tərəfindən) və yeni biliklər əldə edilməsinin (ilk növbədə müəllimlər tərəfindən) əsasını təşkil edir.
Ümumtəhsil məktəblərinin qabaqcıl tarix müəllimlərinin təcrübələrinin öyrənilərək ümumiləşdirilməsi göstərir ki, tarixin müasir texniki vasitələrlə, sənədlərlə, bədii ədəbiyyatlarla, tarixi belletristika, və s. öyrənilməsi zəruridir, belə ki bu, tarixə olan marağı artırır, əldə olunan bilikləri dərinləşdirir, ən əsası keçmişin hərtərəfli və daha dolğun qavranılmasını yeni mərhələyə yüksəldir.
Tarixin belə səciyyəvi xüsusiyyətlərini və təəssüratlarını heç bir ənənəvi dərs və ya dərslik aşılaya bilməz. Buna görə, real imkanlara malik mənbələrdən istifadə edilməsi zəruridir.
Tarix müəllimlərinin qaşısında yeni materialın qavranması üçün geniş informasiya resursları arasından lazım olan materialı seçmək, əsas müddəaları və tarixi proseslər arasında əlaqələri və prosesin özünü anlamaqda şagirdlərə kömək etmək vəzifəsi durur.
Araşdırmalar “məntiqi” tapşırıqlar sisteminin təkmilləşdirilməsinin zəruri olması qənaetinə gətirib çıxarır. Məsələnin bu cür qoyuluşu zamanı şagird fəal şəkildə müəllimin interaktiv mühazirəsini dinləyir, dərk edir, yadda saxlayır və düşünməyə başlayır.
Tapşırıq müxtəlif cür ifadə oluna bilər. O, qiymətləndirməni və onun mahiyyətin üzə çıxarılmasını tələb edə bilər. Bu xarakterlitapşırıqlar yalnız heyakə üçün nəzərdə tutulmur, həmçinin sənədə, şəkilə, cədvələ və tarix dərsinin bütöv mahiyyətinə verilə
bilər. Lakin, tapşırığı çətinləşdirmək, xarakterlərini dəyişdirmək lzaımdır ki, şagirdlərin müxtəlif fikirləri formalaşsın və materialın qavranma prosesi düzgün qurulsun.
Təfəkkür –daim yeni bir şeyin axtarışı və mahiyyətinin açıqlanmasını nəzərdə tutur. Məktəbdə tarixi tədris edən müəllim şagirdlərin təfəkkür fəaliyyətini öyrənərək onları tarixi hadisələrin təhlilinə yönəltməli, şagirdlərə mühüm hadisələrin təhlilindən düzgün nəticə çıxarmağı öyrətməli və beləliklə tarixi hadisələri, onların səbəblərini - əlaqə və qarşılıqlı əlaqələrinin asılılığını aşkara çıxarılmasına kömək göstərməlidir.
Şagirdlərin təfəkkür fəaliyyətlərinin reallaşmasına geniş imkan yaradan üsullardan biz planlaşdırmanı, müsahibəni, müasir texniki vasitələrdən istifadəni, əyani materiallardan istifadəni, yazılı işləri, müqayisəli təhlili, debat və diskussiyaların aparılmasını,
cədvəllər və sxemlərlə işi, dərs oyunlarını və s. təklif edirik.
Şagirdlərdə tarixi təfəkkürü fəallaşdıran, inkişaf etdirən və onlarda əqli fəaliyyəti formalaşdıran tapşırıqlar tarix təliminin metodları, üsullar və vasitələri ilə uyğunluq təşkil edir.
Qeyd etmək lazımdır ki, tarixin interaktiv təlimi prosesində şagirdlərdə nəzəri biliklərin şüurlu mənimsənilməsi (koqnitiv biliklər) ilə yanaşı onlarda cəmiyyətdə qəbul edilmiş əxlaqi-mənəvi dəyərlərə yiyələnmə də mərhələ-mərhələ həyata keçirilir. Təlimin
məzmununun elmiliyi, şagirdin həm elmiliyi, həm də tərbiyəsini müasir tələblər səviyyəsində formalaşdırmağa zəmin yaranır.
==
Artan texnoloji yeniliklər, əmək bazarının tələbləri yüksək kompetensiyalı şəxslərin formalaşdırılması zərurətini meydana çıxarır. Bu istiqamətdə ümumtəhsil məktəblərinin qarşısında duran prioritet məsələ şagirdlərin həyata hazırlanmasıdır. Bunun üçün elm, texnika, texnologiya və istehsalatın inkişaf səviyyəsi və ümumtəhsil məktəblərində öyrədilən fənlərin tədris səviyyəsi bir-biri ilə vəhdət təşkil etməlidir. Müasir dövrdə elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq istehsalın bütün sahələrinə, eləcə də təhsil sahələrinə yeni-yeni texnologiyalar tətbiq olunur ki, bunların da hər biri təhsil səviyyəsinin yüksəldilməsinə xidmət edir. Buna görə də XXI əsr bacarıqlarının necə əhəmiyyətli olduğu məsələsi aktuallaşır. Qeyd olunan önəmli bacarıqlar şagirdlərin gələcəkdə uğurlu karyera qurmasına zəmin yaradacaq. Burada müəllimin şagirdlərin öyrənmə ehtiyaclarına uyğun şəkildə təlim prosesini təşkil etməsi məqsədəuyğun hesab edilə bilər.

Yüklə 67,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə