Təsisçi: Azərbaycan Tibb Universiteti



Yüklə 284,54 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix26.03.2018
ölçüsü284,54 Kb.
#33912
  1   2   3   4   5   6


Təsisçi: Azərbaycan 

Tibb Universiteti

Qəzet 1933 -cü ildən çıxır.   

http://www.amu.edu.az

     № 12 (1652) 30 iyun 2017 - ci il    

         Qiyməti 50 qəpik

Azərbaycan Respublikası Prezidentinin 

Sərəncamı



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini 

rəhbər tutaraq qərara alıram:

Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər 

“Tərəqqi” medalı ilə təltif edilsinlər:

Növbəti ünikal 

əməliyyat - 

xəstəyə dil 

tikildi

Xəstədə 

mədəkiçiltmə 

əməliyyatı uğurla 

başa çatıb

“Əməkdar həkim”

Babayev Mahir Ağaxan oğlu

Cabarova Kübra Teymur qızı

Cabbarova İlhamə Aydın qızı

Cəfərova Elmina Aşum qızı

Dadaşov Tofiq Mürsəl oğlu

Əliyev Rüfət Yaşar oğlu

Hüseynov Xaqani Salman oğlu

Xankişiyeva Solmaz Qərib qızı

Xəlilova Könül Dəmir qızı

İbrahimov Firdovsi Nəbi oğlu

Kərimova Xatirə Müdafə qızı

Qurbanova Kəmalə Hidayət qızı

Məmmədova Sevinc Nadir qızı

Rəhimzadə Sevinc Elxan qızı

Rzayev Qasım Yaqub oğlu

Seyid-Əliyev Emin Ənvər oğlu

Şahbazi İradə Səftər qızı

Şixzamanova İradə Zaman qızı

“Əməkdar müəllim”

Fətəliyeva Gülər Rza Quli qızı

Hüseynov Eldar Yəhya oğlu

Mirzəyev Oleq Allahverdi oğlu

Pənahi Minirə Abbas qızı

“Əməkdar tibb işçisi”

Ağasiyeva Aybəniz Nazif qızı

Ağayev Vasif Qasım oğlu

Baxışov Hüseynağa Nəzir oğlu

Boqatıryova Tatyana Petrovna

Cəbrayılova Sevinc Əlfidat qızı

Ələkbərova Ruziyə Abdulxalıq qızı

Hüseynova Əzizə Rəcəb qızı

Xəlilova Rəna Qulu qızı

Tağıyeva Elmira Baba qızı.

İlham Əliyev,



Azərbaycan Respublikasının 

Prezidenti

Bakı şəhəri, 16 iyun 2017-ci il.

Abutalıbova Zenfira İsfəndiyar qızı

Axundova Aida Zahid qızı

Bayramlı Fuad Həsənəli oğlu

Əlizadə Aydın Şader oğlu

Hüseynəliyev Abasət Həsən oğlu

İsmayılova Rəna Ələkbər qızı

Qurbanova Gülsüm Maxsud qızı

Məmmədov Ceyhun Gülbaba oğlu

Muradova Elnarə Nadir qızı

Rəhimova Amalya Tuqay qızı

Səmədov Aydın Azber oğlu

Şükürov Natiq Əli oğlu

Təhməzli Qoşqar İlahi oğlu.

İlham Əliyev,



Azərbaycan Respublikasının 

Prezidenti

Bakı şəhəri, 16 iyun 2017-ci il.



Azərbaycan Tibb 

Universitetinin 2 saylı 

yataqxanası əsaslı 

təmirdən sonra istifadəyə 

verilib

Prezident səhiyyə işçilərini 

mükafatlandırdı

ATU-da anatom alimlərin beynəlxalq 

əlaqələri genişlənir

ATU-da ictimai baxış keçirildi

104 nəfərə əczaçı-bakalavr diplomu verildi

Stomatologiya 

üzrə imtahanda 

yüksək bal toplayan 

tələbələr təltif 

olundu

Dövlət 


Attestasiya 

Komissiyası 

sədrlərinin 

hesabatı 

dinlənildi

BU  SAYIMIZDA 

3

4

3



6

2

Azərbaycan Respublikasının səhiyyə işçilərinə 



fəxri adların verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 

Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini 

rəhbər tutaraq qərara alıram: 

Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə 

Azərbaycan Respublikasının fəxri adları verilsin:

Azərbaycan Respublikasının səhiyyə işçilərinin 

“Tərəqqi” medalı ilə təltif edilməsi haqqında

Bu gün ATU-da Buraxılış Günüdür!

7

7



30 iyun 2017-ci il

2

http://w w w.amu.edu.az



 

Attestasiya  Komissiyasının 

sədrləri- I müalicə-profilaktika 

fakültəsi  üzrə  Attestasiya  Ko-

missiyasının sədr müavini ATU-

nun  nevrologiya  kafedrasının 

müdiri,  professor  Şərif  Ma-

halov,  II  müalicə-profilaktika 

fakültəsi  üzrə  Ə.Əliyev  adına 

Həkimləri  Təkmilləşdirmə  İns-

titutunun psixiatriya və narko-

logiya kafedrasının müdiri, tibb 

elmləri doktoru, Teymur Qafa-

rov,  tibbi  profilaktika  fakültəsi 

üzrə V.Axundov adına Milli Elmi 

Tədqiqat 

Tibbi-Profilaktika 

İnstitutunun  İnsan  helmintoz-

ları və bağırsaq protozooları la-

boratoriyasının  müdiri,  t.ü.e.d. 

Akif  Salehov,    stomatologiya 

fakültəsi  üzrə  Ə.Əliyev  adına 

Həkimləri  Təkmilləşdirmə  İns-

titutunun stomatologiya və üz- 

çənə  cərrahiyyəsi  kafedrasının 

dosenti,  t.e.d.  Mahir  Əliyev, 

əczaçılıq fakültəsi üzrə AMEA- 

nın Zoologiya İnstitutunun baş 

elmi  işçisi,  biologiya  elmləri 

doktoru  Şəfiqə  Topçiyeva,  

hərbi tibb fakültəsi və hərbi tibb 

məktəbi  üzrə  Müdafiə  Nazirli-

yinin  Döyüş  Hazırlığı  və  Hərbi 

Təhsil  İdarəsinin rəisi,  gene-

ral  leytinant  Nizam  Osmanov  

dövlət imtahanlarının yekunları 

və  nəticələri  haqqında  ətraflı 

məlumat  verdilər.  Komissiya 

sədrləri hesabat məruzələrində 

qeyd  etdilər  ki,  kredit  sistemi 

ilə  təhsil  alan  bir  sıra  ixtisas-

lar  üzrə  əczaçılıq  fakültəsində 

buraxılış  işinin  müdafiəsi,  I  və 

II  müalicə-profilaktika,  tibbi 

profilaktika,  stomatologiya  və 

hərbi  tibb  fakültələrində  Ye-

kun  Dövlət  Attestasiyası  yeni 

Əsasnaməyə  uyğun  aparılıb. 

Bu  Qaydalar  fakültə  şuraların-

da,  Mərkəzi  Metod  Komissi-

yada  və  universitetin    Böyük 

Elmi  Şurasının  iclasında  təsdiq 

olunmuşdur.  Qaydalara  uy-

ğun olaraq nəticələr 100 ballıq 

sistemlə  qiymətləndirilib.  Bü-

tün  ixtisaslarda  50  bal  prak-

tik  bacarıqlardan,  50  bal  isə 

kompyüter vasitəsilə test üsu-

lu  ilə  imtahanlardan,  əczaçılıq 

ixtisasında  isə  50  bal  buraxılş 

işinin  hazırlanmasından,  50 

bal isə onun müdafiəsi zamanı 

əldə  edilmişdir.  Natiqlər  imta-

hanlarda  heç  bir  neqativ  ha-

lın  baş  vermədiyini,  qaydalara 

uyğun  tələbələrin  biliklərinin 

obyektiv  qiymətləndirildiyini, 

builki  dövlət  imtahanlarında 

kəmiyyət  göstəricisinin  100 

%,  keyfiyyət  göstəricisinin  isə 

80-87% arasında təşkil etdiyini 

söylədilər.

Komissiya  sədrləri  bildirdilər 

ki,  bu  il  dövlət  buraxılış  im-

hanlarının  yüksək  səviyyədə 

keçirilməsi  üçün  hər  cür  im-

kana  malik  geniş,  işıqlı  otaq-

larda  tələbələr  obyektivlik 

şəraitində  yüksək  bilik  nüma-

yiş  etdirmişlər.  İmtahanların 

belə  yüksək  səviyyədə  təşkil 

edilməsinə  görə  univresi-

tet  rəhbərliyinə,  şəxsən  ATU-

nun  rektoru,  professor  Gəray 

Gəraybəyliyə minnətdarlıq edən 

komissiya sədrləri, eyni zaman-

da  fakültə  dekanlarının  da  bu 

kompaniyadakı  fəaliyyətlərini 

yüksək  qiymətləndirdilər.  On-

lar  imtahanlar  zamanı  heç  bir 

narazılığın  baş  vermədiyini 

diqqətə 


çatdırsalar 

da, 


gələcəkdə dövlət buraxılış im-

tahanlarının  daha  yüksək  və 

mütəşəkkil keçirilməsi üçün öz 

təklif və rəylərini də bildirdilər.  

Universitetin tədris hissə mü-

diri, dosent Nəsimi Qasımov  və  

universitetin elmi katibi, t.ü.e.d, 

Nazim  Pəna hovun    məruzələri 

din lənildikdən sonra  şura üzv-

lə ri  tərəfindən    2017/2018-ci 

tədris ili üçün universitet üzrə 

tədris  planı  və  2017/2018-ci 

tədris ili üçün ATU-nun iş planı 

da  təsdiqləndi.

Hesabat çıxışlarına yekun vu-

ran universitetin rektoru, pro-

fessor  Gəray  Gəraybəyli      ko-

missiya  sədrlərinə  imtahanları 

uğurla  başa  çatdırdıqları  üçün 

öz  təşəkkürünü  bildirdi  və 

onların  hər  birinin  çalışdıqla-

rı  sahədə  mahir  mütəxəssislər 

olduğunu  bir  daha  vurğula-

dı:  “Həqiqətən  də  komissi-

ya  sədrlərinin  də  dediyi  kimi, 

dövlət-buraxılış 

imtahanla-

rı  çox yüksək səviyyədə təşkil 

olunub. Məhz bunun nəticəsidir 

ki,  imtahanlar  zamanı  elə  bir 

neqativ  hala  rast  gəlinməyib. 

Bu  il  keçirilən      imtahanların 

nəticələrinə  gəldikdə  isə  he-

sab  edirəm  ki,  bütövlükdə  elə 

bir  narazılıq  qeydə  alınma-

yıb.  Lakin  bu  məsələnin  geniş  

müzakirəyə  ehtiyacı  olduğu-

nu hesab edirəm və sentyabr-

da  yay  imtahan  sessiyasının 

nəticələrini  müzakirə  edərkən 

dövlət  imtahanlarına  da  toxu-

nacağıq”.

Sonra rektor  Azərbaycan Res-

publikasının Nazirlər Kabineti-

nin 14 iyun 2017-ci il tarixli 257 

nömrəli qərarı ilə təsdiq edilmiş 

“ Ali təhsil sistemində magist-

ratura  səviyyələrində  AMEA-

nın  magistratutra  səviyyəsində 

kredit sistemi ilə tədrisin təşkili 

qaydalarının  təsdiq  edilməsi 

haqqında”    Azərbaycan  Res-

publikasının  Nazirlər  kabi-

netinin  24  dekabr  2013-cü  il 

tarixli  348  nömrəli  qərarında 

bir  sıra  dəyişikliklər  edildi-

yini  bildirdi  və  bu  dəyişiklik 

barədə  məlumat  vermək  üçün 

sözü  tədris  hissə  müdiri,  do-

sent  Nəsimi  Qasımova  ver-

di.  O, şüra üzvlərinin diqqətə 

çatdırdı  ki,  dəyişikliyə    əsasən 

semestr imtahanlarında akade-

mik borcu qalan, yəni imtahan-

da  iştirak  etməyən,  qeyri-kafi 

qiymət  alan  tələbələr  iki  fənn 

üzrə  fənni  təkrar  dinləmədən 

təkrar olaraq ödənişli qaydada 

fənnin kreditinə 25 faizdən çox 

olmamaqla,  pul  ödəməklə  im-

tahan  verə  bilərlər:  “İndiyədək 

hər  bir  kəsrdən  qalan  tələbə 

bu  fənni  dinləməli  idi,  yeni 

qəbul  olunmuş  qərara  əsasən 

semestr  ərzində  tələbənin 

bir-iki və ikidən çox kəsri qa-

larsa,  iki  fənnin  ödənişli  qay-

dada,  yəni  imtahana  ayrılan 

saatların  pulu  ödənilməklə 

təkrar  imtahan  verə  bilər.  Bu 

qaydaların  qüvvəyə  mindiyini 

və  buraxılış  kurslarında  I  və  II 

müalicə  profilaktika,  əczaçılıq 

fakültələrində  belə  tələbələrin 

olduğunu  nəzərə  alaraq  on-

lar  yenidən  kurs  imtahanları-

na  buraxılmışlar.  İmtahanları 

müvəffəqiyyətlə  verə  bilsələr, 

onlar üçün cari ilin Dövlət At-

testasiya  sınaqları  təşkil  olun-

malıdır.  Bu attestasiya sınqala-

rı yaxşı olardı ki, yay aylarında, 

yəni iyulun 10-dək təşkil olun-

sun.  Çünki  bu  attestasiya  sı-

naqları növbəti tədris ilinə qal-

sa, 9 kredit edir və tələbə bunu 

ödəməlidir.  Bu  isə  böyük  bir 

vəsait deməkdir. Bütün imtahan 

Dövlət  Attestasiya  Komissiya-

sının  sədrlərinə məlumat üçün 

bildirmək istəyi rəm ki, semestr 

imtahanlarını  müvəffəqiyyətlə 

verən bu məzunlar üçün əlavə 

dövlət  attestasiya  sınaqları 

təşkil  edilə cək.  Bu  dövlət  im-

tahanları da iyul ayının 10-dək 

başa çatmalıdır”. 

Sözünə  davam  edən  N.Qası-

mov  dedi  ki,    universitet  rəh-

bərliyinin  göstərişi  ilə  təh silin 

səviyyəsini  dünya  standart-

ları  səviyyəsinə  yaxınlaşdır-

maq  üçün  humanitar  fənnlər 

bölümünün  və  tibb    təhsili 

ilə  əlaqəsi  olmayan  kifayət 

qədər  yüksək  auditoriya  sahi-

bi  olan  fənlərin  və  tibb  təhsili 

ilə əlaqədə olan fənlərin audi-

toriya saatlarında kiçik bir ko-

oreksiya  aparılmışdır.  Belə  ki, 

ictimai  elmlər,  latın  dili,  fizika 

kimi fənlərin saatlarında audi-

toriya saatları azaldılmış, kredit 

şərtləri dəyişməməklə əvəzində 

insan  anatomiyası,  histologiya 

fənlərində  auditoriya  hissəsinə 

müəyyən əlavələr edilmişdir. 

Professor  Gəray  Gəraybəyli   

şura    üzvlərini  və  eləcə  də 

Dövlət  Attestasiya  Komis-

siyasının  sədrlərini  iyunun 

30-da    Ağ  şəhərdə  yerləşən 

“Bulvar  Hotel”də      keçiriləcək 

Azərbaycan  Tibb  Universite-

tinin  növbəti  məzun  gününə 

dəvət etdi.

Bundan  başqa  müxtəlif 

məsələlərdən  də  söhbət  açan 

rektor  bildirdi  ki,    respublika-

mızın  25  ali  məktəb  tələbələri 

arasında  idmanın 14 növü üzrə  

keçirilmiş 2017- ci ilin Univer-

siadasında universitetimizin id-

man  klubu  komanda  hesabın-

da  370  xal  toplayaraq  1  yerə 

layiq  görülüb.  Bu  qələbənin 

qazanılmasında  idman  kulu-

bunun  sədri,  professor  Kamal 

Kəbirlinskinin  əməyini  xüsu-

si  qiymətləndirən  rektor  ku-

bokları  idmançı  tələbələrə 

təqdim etdi. Bu yarışlarda ko-

mandamızın  fəal  iştirakı  üçün 

hər  cür  şəraitin  yaradıldığını, 

maliyyələşdirildiyini  söyləyən  

professor Kamal Kəbirlinski də 

öz növbəsində  Universiadanın 

Super  Kubokunu  universitetin 

rəhbərinə təqdim etdi.  

Bu və digər məsələlərin  qar-

şıdan  gələn    yeni  tədris  ilində  

rektoryanı  və  metodik  şura-

larda  müzakirə  olunacağını 

diqqətə  çatdıran  universite-

tin  rəhbəri  çıxışının  sonunda 

professor-müəllim 

heyətinə 

mənalı istirahət arzuladı.

Mənsur ƏLƏKBƏRLI

 Fotolar Cənnətalı ÇİNGİZİNDİR

 Fotolar Cənnətalı ÇİNGİZİNDİR

B Ö   Y Ü K  

E L   M İ  

Ş U   R A D A

Iyunun 29- da  Böyük 



Elmi Şura 2016/2017-ci tədris 

ilinin son iclasını keçirdi.  

Iclası açan universitetin 

rektoru, professor Gəray 

Gəraybəyli  gündəlikdə duran 

məsələləri şura üzvlərinin 

diqqətinə çatdırdıqdan sonra  

Azərbaycan Tibb Universi-

teti üzrə 2016/2017-ci tədris 

ilində Dövlət Attestasiya 

Komissiyası sədrlərinin 

hesabatı dinlənildi və gənc 

mütəxəssislərin hazırlanması 

keyfiyyətinin yaxşılaşdırıl-

ması işində universitet kol-

lektivinin vəzifələri  müzakirə 

edildi.    

Dövlət Attestasiya Komissiyası 

sədrlərinin hesabatı dinlənildi



Yüklə 284,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə