“ buxari VƏ MÜSLÜMÜn səHİHLƏRİNƏ Bİr baxiş “


B İ R İ N C İ H İ S S Ə ” MUHƏMMƏD İBN İSMAİL BUXARİ VƏ MÜSLÜM İBN HƏCCAC NİŞAPURİNİN TƏRCÜMEYİ HALI “



Yüklə 1,57 Mb.
səhifə10/38
tarix26.09.2017
ölçüsü1,57 Mb.
#2148
1   ...   6   7   8   9   10   11   12   13   ...   38

B İ R İ N C İ H İ S S Ə



” MUHƏMMƏD İBN İSMAİL BUXARİ VƏ MÜSLÜM İBN HƏCCAC NİŞAPURİNİN TƏRCÜMEYİ HALI “







1.” MUHƏMMƏD İBN İSMAİL BUXARİ VƏ MÜSLÜM İBN HƏCCAC NİŞAPURİNİN TƏRCÜMEYİ HALI “




BUXARİNİN TƏRCÜMEYİ HALI VƏ ONUN YAŞAYIŞ TARİXİ:

Buxari kimdir?


Adı Muhəmməd, atasının adı İsmail, babasının adı isə İbrahimdir. Ulu babsının adı Muğeyrə və üçüncü babasının adı isə Co`fidir. Künyəsi1 - Əbu Əbdullah, Buxari adı ilə ləqəbləndirilmiş və tanınmışdır.

Doğulduğu və vəfat etdiyi tarix:


Məşhur və mötəbər qaynaqlara əsasən Buxari, 194-cü ilin şəvval ayinda Buxara şəhərində dünyaya gəlmişdir. İbn Xəlləkan və Xətib Bağdadinin söylədiyinə əsasən Buxarinin üçüncü babası, yə`ni Co`fi zərdüşt dininin nümayəndəsi olmuş və bu dində də dünyadan getmişdir.2 Buxari, hicri-qəməri tarixi ilə 256-cı ildə 62 yaşında Səmərqəndin kəndlərindən biri olan Xərtəng kəndində vəfat etmış və elə oradaca torpağa tapşırılmışdır.

Buxarinin təhsilləri:


Buxari uşaq ikən atasını itirmişdir. Anası onu boya-başa çatdırmışdır. On yaşından təhsil və elm öyrənməklə məşğul olmuş və iyirmi yaşında öz təhsilini davam etdirmək üçün vətənindən mühacirət etmişdir.

Onun elmi səfərləri:


Buxari hədis və elm aşiqi idi. Buna görəd də sə`y edərək bütün hədisləri toplamaqla məşğul olmuşdur. Elm öyrənmək üçün öz ana vətəni Buxaradan mühacirət edərək müxtəlif şəhərlərə gedir və o şəhərlərin hər birində bir müddət qalaraq elm öyrənir, hədis yazır, elmi fəaliyyətə məşğul olurdu.

Fərid Vəcdi deyir:- Buxari, səhih hədis toplamaqda çox istedadllı, özünə məxsus zövqə malik idi. Bu zövq və istək onu müxtəlif şəhərlərə səfərlər etməyə ruhlandırıb sövq etmişdir. Buxari elm öyrənmək və hədis toplamaq üçün o vaxtki İranın Xorasan vilayətinə, İraqın müxtəlif şəhərlərinə, hazırki Ərəbistanın Hicaz şəhərinə və Suriyanın Şam şəhərinə bir sıra səfərlər etmişdir. Bu şəhərlərin hər birində hədis əzbərləyənlərlə görüşür və hədisçilərin məclislərində iştirak edirdi. Onların ehtiyatlarından bəhrələnirdi”. 1

İbn Həcər, Buxarinin özündən nəql edir ki, o belə deyirdi:- “Mən, hədis toplamaq və öyrənmək üçün iki dəfə Şama, Misirə və Əlcəzirəyə, dörd dəfə Bəsrəyə səfər etmişəm. Altı il isə Hicazda yaşamışam. Kufəyə və Bağdada çoxlu səfərlər etmişəm. Beləki, səfərlərimin sayı yadımda deyildir”.2

Buxarinin əsərləri:


Yazıçılar Buxarinin bir çox əsərlərinin olduğunu bildirirlər. Bizə mə`lum olan mö`təbər mənbələrə əsasən Buxaridən bir çox mövzularda o cümlədən hədis, rical, tarix və s.. kimi elmlərdə on yeddi cild kitab qalmışdır. Sünni məzhəbinin alimləri arasında Buxarinin əsərləri özünə məxsus əhəmiyyətə malikdir və nəzər diqqəti cəlb edir. Onların nəzərində onun ən mühüm əsəri “Səhih ya Əlcameus-səhih”- adlı əsəridir. Sünni məzhəbi arasında “Səhihi Buxari” əsəri kimi əhəmiyyətli sayılan başqa bir əsər çox az tapılar.1

Buxarinin təəccüb doğuran fətvaları:


Buxaridən çoxlu təəccüb doğuran fətvalar nəql olunmuşdur. Onlardan bir neçəsini burada qeyd edirik:

  1. O, gəlin və qadın xeylaqlarının yad kişilər olan məclisdə xidmət etmələrinin doğru və icazəli bilir.

  2. Qadınların öz kişi nökərlərindən və başqalarının nəkərlərindən bədənlərini örtməsini lazım bilmir.

  3. Penisi yumaqla necə pak olursa spermanın özünün təmizlənməsini də pak sayır.

  4. Cinsi yaxınlıq zamanı nəqədərki sperma bayıra çıxmayıb qusl etməyi vacib bilmir, bəlkə müstəhəb sayır. 2

  5. Zəruri hallarda məsələn:- Muharibə zamanı namazın tərk edilməsini doğru bilir. Sonradan onun qəzasını qılmağı kifayət sayır.

  6. Ölmüş heyvanın yağı ilə bədəni yağlamağı doğru bilir.

  7. Ölmüş heyvanın sümüklərindən daraq və s. kimi istifadə etməyi icazəli bilir.

  8. Məscidlərdə müharibə silahları ilə (məs:qılınc, nizə) daxil olmağın və şe`r söyləməyin heç bir eybi olmadığını bildirir.3

  9. Buxarinin ən təəccüblü fətvalarından biri də süd verməyin hökümləri barədədir. İnsan övladının heyvanlardan süd əmməsi barədə belə yazır:

“ Əgər iki uşaq bir qoyunun ya inəyin südündən bir müddət əmərlərsə, onlar arasında bacı - qardaşlıq münasibəti yarana bilər və bir-birilərinə məhrəmdirlər. (Yə`ni onlar bir-biri ilə evlənə bilməzlər.)

Mərhum Şeyx İsfəhani, Buxarinin bu fətvasını Hənəfi məzhəbinin fiqh elmində olan “Kifayətu fi şərhil hidayə” kitabından nəql edir. Sonra deyir:



-“Bu fətva, Buxarinin anlamadığina və dərk etmədiyinə dəlalət edir. Çünki, məhrəmliyin meydana gəlməyindən ötrü ata və ana faktoru çox mühümdür. Heyvanın insan övladı üçün ata və ana etməyi hətta təsəvvürlərdən də uzaqdır”.1

“MÜSLÜMÜN TƏRCÜMEYİ HALI VƏ ONUN YAŞAYIŞ TARİXİ “

Müslüm kimdir ?


Adı Müslüm, Atasının adı Həccac, künyəsi Əbul Huseyn, Quşeyri adı ilə tanınmış və Nişapurludur.

Doğulduğu və vəfat etdiyi tarix:

Tərcumeyi hal yazanlar, Buxarinin əksinə olaraq onun həyatı barədə çox da araşdırmalar aparmamış, hətta onun doğum və vəfatını, ömrünün miqdarını belə dəqiq şəkildə yazmamışlar.



İbn Xəlləkan deyir:-“Müslümün vəfatı bazar günü günortaya yaxın,hicri-qəməri tarixi ilə 261-ci ilin Rəcəb ayının 26-da Nişapurda olmuşdur. Həmin günlərdə o, 55 yaşında olardı”. Sonra əlavə edərək deyir: - “Mən bu mətləbi bə`zi kitablardan bəhrələnərək əldə etmişəm. Lakin tanınmış yazıçılardan onun doğum və vəfat tarixi, ömür və yaşayışı barədə yazan bir kəs görməmişəm”. Sonra belə deyir:- “Nişapurinin Uləmaul Ənsar kitabından oxudum ki, Müslümün doğum tarixi hicri-qəməri tarixi ilə 206-cı il və onun vəfatı hicri-qəməri tarixi ilə 262-ci il 56 yaşında olmuşdur”.1

Təqribən həmin məsələni Fərid Vəcdi ünvan göstərmədən qeyd etmişdir.2



Hafize Zəhəbi deyir:-“Nəql olunmuşdur ki, Müslümün doğum tarixi 204-cü hicridə olmuşdur”.


Müslümün elmi səfərləri:


Müslüm, hədis toplamaq üçün Hicaza, İraqa, Şama, Misirə və dəfələrlə Bağdada səfər etmış və Bağdada olan axırıncı səfəri hicrətin 257-ci ilində olmuşdur. O, bu səfərlərində müxtəlif müəllimlərdən müxtəlif o cümldən, Əhməd ibn Hənbəl və İshaq ibn Rahuveyh1 kimi şəxlərdən də hədis öyrənmişdir. Lakin, Buxaridən öyrəndiyi və mənimsədiyi elm başqa müəllimlərindən daha çox olmuşdur.

Müslüm, hədis və elm öyrənməyi çox sevirdi. Buxari Nişapurdan sürgün olunduqdan sonra ətrafında olan bütün tələbələr onu tərk etdilər. Müslümün, ona olan böyük hörməti səbəb oldu ki, öz müəllimi Buxarini nəinki tərk etməsin, hətta səfərlərində də onu müşayət etsin.


Müslümün əsərləri:


Hafizi Zəhəbi, Hakimdən Müslümün 20 cildlik müxtəlif elmlərdə yazdığı kitablar haqda nəql etmış və bir-bir onların adlarını qeyd etmişdir.2 Müslümün bu kitabları arasında, “Səhihi Müslüm ya Əlcameus-Səhih” adlı kitabı çox əhəmiyyət kəsb edir. Əhli sünnə məzhəbinin nümayəndələri arasında bu günə kimi bu kitab özünə məxsus bir yer tutmuşdur.

Müslümün vəfatının səbəbi:


Nişapur şəhərində keçirilən elmi məclisdə, bir hədis müzakirə olunmağa başladı. Müslüm, o hədis barədə mə`lumatı olmaya-olmaya öz şəxsi nəzərini dedi. O, mənzilinə getdikdən sonra, həmin hədisin barəsində təhqiq apardı. Dostlarından biri onun üçün böyük bir qabda xurma göndərmişdir. Müslüm, o hədisi tapmaq üçün gecəni səhərə qədər yatmadı. Öz yuxusunu dağıtmaq üçün bə`zən xurmalardan yeyirdi. Bir də ayılanda gördü ki, səhər açılıb. Hədisi tapanda artıq xurmalar da qurtarmışdı. Xurmaların tə`siri nəticəsində xəstələnib 55 yaşında dünyadan getdi. Onu Nişapur şəhərinin yaxınlığında torpağa tapşırdılar.1

Bu dastan, onun elmə olan böyük marağına və hədisə olan məhəbbətinə dəlalət edir.



Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə