“ buxari VƏ MÜSLÜMÜn səHİHLƏRİNƏ Bİr baxiş “


“İFRAT DƏRƏCƏSİNƏ ÇATMIŞ MÜDAFİƏ”



Yüklə 1,57 Mb.
səhifə13/38
tarix26.09.2017
ölçüsü1,57 Mb.
#2148
1   ...   9   10   11   12   13   14   15   16   ...   38

“İFRAT DƏRƏCƏSİNƏ ÇATMIŞ MÜDAFİƏ”

Sünni təriqəti bu iki səhihin (Buxari və Müslüm) tə`rifi barədə ifrat həddinə çatmışlar. Bu iki kitabın məqam və rütbəsini qorumaqla ifrata varmış və heç bir təhqiqatçının, alimin belə bu kitabların barəsində mübahisə etməsinə və təhqiqat aparmasına icazə verilməmişdir. Bu iki kitabı Qur`ani Kərim kimi vəhyə bənzədilərək eyibsiz və səhvsiz olduğunu bildirirlər. Bu kitabların hədisləri barədə hər hansı bir təhqiqatın aparılması Qur`ani Kərimə hörmətsizlik və bağışlanmaz səhv kimi qələmə vermişlər.

Necəki hicri-şəmsi tarixi ilə 1386-cı ilin rəbius-sani ayında Küveytin İctimai İslah Edici Cəmiyyəti tərəfindən Səhihi Buxarini müdafiə etmək məqsədi ilə müxaliflərə cavab olaraq bir braşura nəşr olundu. Onun cildinin arxasında belə bir cümlə nəzər diqqətini özünə cəlb edirdi:

كُلُُّ مَافِي الْبُخَارِي صَحِيحٌ

Səhihi Buxarinin bütün hədisləri səhih və düzgündür.”

Bu cüzvənin nəşr olunması, Əbdul Varis Kəbir adlı yazıçının :

(لَيْسَ كُلُُّ مَافِي صَحِيحِ البُخَارِي صَحِيحاً ) – Səhihi Buxaridə olan hədislər düzgün deyildir “ ünvanı altında yazdığı məqalə Əlvə`yul İslami qəzetində (Küveyt çapı) dərc olunduğu üçün ona rədd cavabı idi.

Biz, bu məqalənin mətnini görməmişik. Buna gərə də onun haqqında fikir yürüdə bilmərik. Lakin, bu braşuraya e`tiraz əlaməti olaraq cavab yazılmış braşura bizim əlimizdədir.

Bu braşuranın əvvəlində Suriyanın elmi mərkəzlərindən və İnstitutlarından olan 32 nəfər müəllim Küveyt əmirinə e`tiraz olaraq, dərc olunmuş bu məqaləni yazanın qələminin sındırılmasını, həmçinin Küveyt əmiri tərəfindən bu nəşriyyatın qarşısının tə`kidlə alınmasını xahiş etmişlər.

Sonra səkkiz nəfər alim və başqa müəllimlər, Səhihi Buxarini və Səhihi Müslümü müdafiə edən ərəbin böyükləri məqalə yazaraq onu nəşr etdirmişlər. Bu nəşrdə alimlərdən adı çəkilmiş və cavab olaraq Buxarinin bu kitabını müdafiə etməklə öz e`tirazlarını yazıb bildirmişlər.

Əziz oxucu! Bəlkə də bu haqda daha çox danışmaq olardı. Lakin burada onların bir neçəsinə toxunmaq istəyirik. Bunların bir miqdarını nəql etməklə sizə, əhli sünnə arasında bu kitabların necə əhəmiyyət kəsb etdiyini və keçmişdə olduğu kimi indi də öz əhəmiyyətini qoruyub saxlamasını bildirmək istəyirik.

Belə ki, əgər bir nəfər istəsə ki elmi bir mövzu yazsın və həqiqəti aşkar etsin, bu iki kitabın bütün hədislərinə nəzər edərək araşdırsa görəcəkdir ki, bu iki kitabda olan hədislərə “səhih” adı vermək düzgün deyildir. Belə həqiqətlərdən biri kiminsə zehninə yol taparsa, mövzunun nə qədər də aşkar və aydın olduğunu dərk edər.

Ü Ç Ü N C Ü H İ S S Ə



”SƏHİHİ BUXARİ VƏ SƏHİHİ MÜSLÜM, ELM VƏ TƏHQİQ BAXIMINDAN “

3.”SƏHİHİ BUXARİ VƏ SƏHİHİ MÜSLÜM, ELM VƏ TƏHQİQ BAXIMINDAN “


Hər kəs, əhli sünnə alimləri tərəfindən tə`riflənmiş olan bu iki kitabı yaxşı mutaliə etsə, yazılmış kəramətləri və yuxuları oxusa, bir çox yazıçılar tərəfindən Buxari və Müslümə olan xüsusi diqqətin və marağın şahidi olacaqdır. Şübhəsiz ki, onlar mə`sumlardan sayılmasalar da ədalət, təqva, zöhd cəhətindən onlara heç bir şəkk və şübhə etməyəcəkdir. Onların kitabları da, onun nəzərində elə cilvələnəcəkdir ki, bə`zilərinin söylədiyinə əsasən; “Yer üzündə və səma altında bu iki kitabdan başqa səhih bir kitab yoxdur” və gördükləri yuxuya görə “ Peyğəmbər (s) “Səhihi Buxari” kitabını öz kitabı kimi təqdim etmişdir”, inkar olunmaz bir həqiqət kimi qə`bul edəcəkdir.

Lakin, bu kitablara qısa bir təhqiqi nəzər etməklə insan üçün hər şey aydınlaşır və həqiqət gec-tez öz yerini tapır. Qısa bir təhqiq, həqiqətləri yuxu və xəyal pərdəsi arxasından çıxarır; Əhli sünnə alimlərinin bir çoxu tərəfindən bu kitabları bir-birinin kənarında qoyaraq ağıl və ədalət tərəzisində çəkib müqayisə etdikdən sonra, “səhiheyn” kitablarında olan bir çox hədisləri sənəd və mətn cəhətindən yalnış və səhv saymışlar. O cümlədən o kitablarda olan bir çox hədislərin elmlə və dinlə müxalif olduğunu bildirmişlər.

Bir qrup şəxslər də, təəssübkeşliyi kənara ataraq, həqiqi nöqteyi-nəzərdən yanaşaraq Buxari və Müslümün şəxsiyyəti barədə təhqiqat aparmışlar.

Beləliklə, bu kitabın səhifələrində bu həqiqət açıqlanacaq, bu iki kitabın mahiyyəti və onların müəlliflərinin şəxsiyyəti həqiqət axtaranlara aydın olacaqdır.

Öncə, mühüm və e`timadlı əhli sünnə alimlərindən bir neçə nəfərin bu iki kitab barədə etdikləri təhqiqlərdən sonra, söylədikləri nəzərləri yazaraq bildirmək istəyirik ki, elə görünməsin ki bir şi`ə yazarı kimi təkcə biz, bu kitabları tənqid etmişik. Bəlkə, sünni məzhəbinin alimləri bu yolda bizdən öncə təhqiq etmiş və açıq-aydın bu kitabların bir çox hədislərinin düzgün olmamasında bizdən qabağa düşmüşlər. Belə şəxslərin arasında hədis alimləri və “səhiheyn” kitablarını şərh edən hörmətli və böyük alimlər də müşahidə olunur.

Onların böyük elmi məqamları və apardıqları təhqiqatlar nəticəsində bu iki kitab barədə olan nəzərləri, həqiqəti daha da işıqlandırmışdır. Belə şəxslərdən Muhəmməd ibn Yəhyanı1, rical və hədis elmində ustad olan Əbu Zər`əni, “səhihi Buxari” və “səhihi Müslüm” kitablarına şərh yazmış Fazil Nəvəvini, İbn Həcəri, Qazi Əbu Bəkr Baqilanini, İmam Qəzalini, İbn Həmmamı, Şeyx Muhəmməd Əbduh və onun ustadı Seyyid Muhəmməd Rəşid Rza Misirini, professor Əhməd Əmini, Müslüməni və s. bunun kimi başqa əhli sünnə alimlərinin adlarını çəkmək olar.

Bu böyük hədis və rical elmlərində mahir olan ustadların və alimlərin bir neçəsinin “Səhihi Buxari” və “Səhihi Müslüm” kitabları barədə olan nəzərlərini əziz oxucularımıza təqdim edirik.

“ SƏHİHEYN MUHƏMMƏD İBN YƏHYA ZOHƏLİNİN NƏZƏRİNDƏ ”


İbn Xəlləkan deyir:- “Zohəli ləqəbi ilə tanınmış Muhəmməd ibn Yəhya, böyük və şəxsiyyətli alimlərdən biri və hədis əhlinin tanınmış əzbərçilərindən, Buxari və Müslümün, Əbu Davudun, Termizinin, Nəsainin və İbn Macənin ustadı olmuşdur”.2

Zohəli bir şəxsdir ki, Əhməd ibn Hənbəl öz övladlarına və şagirdlərinə əmr etmişdir ki, ondan hədis və elm öyrənsinlər.1

Xətib Bağdadi deyir:- “Zohəli və kəlam alimlərinin bir çoxu Qur`ani Kərimin ləfzlərinin qədim2 olmasına e`tiqad etmişlər. Öz muxaliflərini isə bu kəlami bəhsdə kafir və murtəd sayırdılar. Onlar deyirdilər ki:- Belə bir əqidəyə malik olan bir şəxsin həyat yoldaşı ondan gərək ayrılmalı və onun özünə isə tövbə etməyi tövsiyə etsinlər. Əgər tövbə etməsə, gərək onun boynu vurulsun və mal dövləti müsəlmanlar arasında bölünsün. Həmçinin, cənazəsi müsəlman qəbirsanlığında dəfn olunmamalıdır. Hər kəs, bu məsələdə sakit dayana və Qur`ani Kərimin mübarək kəlimələrinin iki yoldan (qədim və ya məxluq olmasında) birinə inanmasa o da, kafir və mürtədsayılır.

Əgər bir kəs, Qur`anın kəlimələrinin məxluq olmasını düşünsə, onun da əqidəsi xarabdır. Belə bir şəxslə bir məclisdə oturmaq olmaz.

Təsadüfən Buxari, o günün kəlam alimlərinin əksinə olaraq Qur`ani Kərimin mübarək kəlimələrinin məxluq olmasına inanırdı. Buna görə də Nişapura daxil olduqdan sonra, o günün ümumi mərcəiyyətini və alimlərin rəisliyini Nişapurda daşıyan Zohəli, əmr etdi ki:-“Buxari olan məclisdə heç kəsin haqqi yoxdur iştirak etsin. Əgər bir kəs Buxarinin məclisinə gələrsə, onu muttəhim edin. Çünki onunla onun əqidəsində olanlardan başqa heç kəs yoldaşlıq etmir”.

Buxari o günlərdə öz ustadı Zohəlinin və Nişapur alimlərinin çoxunun nəzərndə şübhəli, yolunu azmış, xarab əqidəli şəxs kimi tanınmışdır. O qədər özünə nisbət Nişapur əhalisinin bədbinliyini qazanmışdır ki, Nişapurda yaşaya bilmədi və oradan köçdü. Bə`ziləri deyirlər ki; Onu Nişapurdan sürgün etdilər və Müslümdən, Əhməd ibn Müslümədən başqa bütün şagirdləri onun ətrafından dağıldılar. Çünki onlar, öz şəxsiyyətlərinin, Buxarinin mənfur əqidəsi ilə ləkələnməsindən və başqalarının bədbinliyindən və nifrətindən amanda qalmağını istəyirdilər.

Bu tarixi hadisədən belə nəticə əldə etmək olar ki, həmin vaxtlar Buxarinin və onun yeganə şagirdi olan Müslüm ibn Həccac Nişapurinin yazıları, Zohəli kimi alimlər tərəfindən qınanmışdır. Bu iki kitab, bu günlərdə "Səhiheyn" adı ilə əhli sünnə məzhəbinin ən mühüm sənədləri kimi təqdim edilir. O zaman bu iki kitabın müəlliflərinin kafir adlandırılması ilə yanaşı nə dərəcədə müsəlmanların bədbinliyini özlərinə cəlb etmişlər.

Xətib Bağdadi yazır:- Muhəmməd ibn Yəhya dedi:-“Bağdaddan bizim üçün yazdılar ki, Buxari Qur`anın kəlimələrinin məxluq olması barədə şəkk edir. Biz, onu batil əqidəsindən çəkindirdik. Lakin, tə`siri olmadı. Bundan sonra əgər bir kəs onun məclisində iştirak etsə, bizim məclislərdə iştirak etməyə haqqı yoxdur.”1



Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə