[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə120/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   116   117   118   119   120   121   122   123   ...   282

212 

 

Ko mmunist  (bolşeviklər)  Partiyasının  Mərkəzi  Ko mitəsi,  Rusiya  Ko mmunist  (bolşeviklər)  Partiyası  Qafqaz  Diyar 



Ko mitəsinin  Ba kı  bürosu  və  fəhlə  konfransı  adından  hakimiyyətin  bolşeviklə rə  verilməsi  haqqında  Parla mentə  ulti-

matu m  verildi.  Parla ment,  hərbi  müda xilə  şəraitində,  a xşam  saat  11-də  hakimiyyətin  bolşeviklərə  verilməsi  haqqında 

qərar çıxarmağa məcbur oldu. Az sonra 11 -ci Qırmızı ordu hiss ələri Bakıya da xil oldu. A zərbaycan Xalq  Cü mhuriyyəti 

süqut etdi. Hakimiyyət Azərbaycan Hərbi-İnqilab  Ko mitəsinin əlinə  keçdi.  Bakı Azərbaycan Sovet Sosialist  Respuli-

kasının (A zərbaycan SSR-in) paytaxtı oldu. 

 

Əd

.:  Azərbaycan  Xalq  Cümhuriyyəti  (1918-1920).  Parla ment,  cild  1  -2,  B.,  1998;  (1918-1920). 

Aзepбaйджанская 

Демократическая  Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998; 

Lenin  V.İ.,  Əsərlərin in tam 

külliyyatı, c.51, B., 1984; Aşurbəyli S., Bakı şəhərinin  tarixi (orta əsrlər dövrü), B.,1998; 

Декреты Азревкома (1920-1921 

гг.)  Сборник  докунментов,Б.,  1988;  Интернанициональная  помощь  XI  армии  в  борьбе  за  победу  советьской  власти  в 

Азербайджане, Б., 1989; Мильман А., Политический строй в Азербайджане в XIX  – начале XX  веков, Б., 1966; Тагиев  Ф. 

А. История города Баку в первой половине XIX века (1806- 1859), Б., 1999. 

 

BAKI  AKS ĠZ  ĠDARƏSĠ  -  Azərbaycan  Xalq  Cü mhuriyyətində  gəlir  mənbələrin i  möhkəmləndirmək 

məqsədilə   yaradılmış  quru m.  Hö ku mətin  qəra rı  ilə  1918  il  oktyabrın   8-də,  Zaqafqa ziya  Aksizlər  İdarəsin in  ləğv 

olunmuş 3-cü dairəsinin əvəzində yaradılmışdı. 3 sahəyə, sahələr isə rayonlara bölünürdü. İdarə yaradılana qədər spirtli 

içkilərin satışı və istehlakı qadağan olunmuşdu. 1919 il avqustun 24-də Azərbaycan Xalq  Cü mhuriyyəti  Höku mətinin  

qərarı ilə qadağan götürüldü və Azərbaycan ərazisində spirtli içkilərin sərbəst satışına icazə verildi. 

1918  il  o ktyabrın  21-də  konyak,  meyvədən  araqçəkmə  zavodlarında  ü zü mdən,  eləcə  də  digər  meyvə  və 

gilə meyvələ rdən  çəkilən  spirtə   görə  a ksiz  tə miz  spirtin   hər  vedrəsi  üçün  50  manata,  yüngül  üzüm  ş ərabların ın  hər 

vedrəsi  üçün  10  manata  və  şa mpan  şərabları  üçün  20  manata  çatdırılmışdı.  1919  il  6  mart  tarixli  qərarla  hə min  il 

yanvarın 1-dən etibarən içkilərdən və tütündən patent rüsumu 10 dəfə artırıld ı. 



BAKI-BATUM  DƏ MĠR  YOLU  Ba kıın  Qara dəniz sahili  ilə birləşdirən dəmir yolu. Xə zər dənizi sahilindən 

Cənubi Qafqa zın  ortasından keç məklə, Qara dəniz sahilinə doğru dəmir yolu çəkilməsi ideyası ilk dəfə  XIX əsrin 30-cu  

illərində  irə li  sürülsə  də,  bu  yöndə  əməli  işə  yalnız  50-c i  illə rin  ortalarında  başlandı.  Ba kı-Tiflis-Pot i  istiqamət ində 

dəmir  yolu  magistralının  inşası  üçün  gərəkli  olan  mühəndis-texniki  və  iqtisadi  araşdırma lar  aparıldı.  La kin   Rusiya 

hökuməti  maliyyə  çətinlikləri  ilə  əlaqədar  bu  dəmir  yolunun  hissə-hissə  çəkilməsinə  qərar  verdi.  O  zaman kı  Qafqaz 

canişininin irəli sürdüyü hərbi-strateji mü lahizələr əsas götürüldü və 1865 ildə, bütün əvvəlki lay ihələrin əksinə o laraq, 

Cənubi  Qafqa zda  də mir  yolu   çəkilməsinə  Bakıdan  deyil,  ə ks  istiqa mətdən  -  Potidən  başlandı.  1867  ildə  Poti-Tiflis 

dəmir yolunun inşası ingilis kapitalistləri T.Parkins və F.Pauerin  yaratdıqla rı şirkətə konsessiyaya verildi. İngilis şirkəti 

294 k m u zunluğu olan bu dəmir yolu xəttin i 1872 ildə istifadəyə verdi. 

19 əsrin  70-c i  illərində Abşeron yarımadasında neft sənayesinin sürətli  inkişafı və  Poti-Tiflis də mir yolunun 

zərə rlə  işlə məsi ça r höku mət ini tezliklə Ba kı ilə Tiflis arasında də mir yolu inşasına başlamağa vadar etdi. 1879 ildə  çar 

II Aleksandr Bakı-Tiflis dəmir yolunun tikintisinə icazə verdi.  1883  il  mayın  8-də bu dəmir yolunun rəsmi  istismarına 

başlandı. Bakı-Tiflis dəmir yolunun ü mu mi uzunluğu 548,3 km idi, üzərində 26 stansiya, 53 körpü inşa edilmişdi. 

Bakı-Tiflis  dəmir  yolu  ilə  eyni  vaxtda  Poti-Tiflis  dəmir  yolu   üzərindəki  Samtredi  stansiyasından  Batu m 

limanına  dəmir  yolu  xətti  inşa  edild i.  Belə  ki,  Poti  limanı  o  zaman  böyük  həcmdə  yükləri  qəbul  edib  yola  salmağa 

imkan  vermird i,  Batu m  is ə  Qara   dənizin  Qafqa z  sahilində  ən  əlverişli  liman  idi.  Sa mtredi-Batum  xəttinin  (u zunluğu 

105,2k m) rəsmi açılışı  1883  il  mayın  21-də o ldu və qatarla rın  Ba kıdan Batu ma  birbaşa hərəkət i başlandı. Hə m  Ba kı-

Tiflis,  hə m  də  Sa mt redi-Batu m  də mir  yolu  xətlərini  Rusiya  kapita lı  və  çar  a iləsi  nümayəndələrinin  aparıc ı  ro l 

oynadıqları "Zaqafqaziya dəmir yolu cəmiyyəti" inşa etmişdi.  Rusiya höku məti  1889  ildə  Bakını Tiflis və Qara dəniz 

sahilləri ilə birləşdirən Cənubi Qafqa z də mir yolunu (CQDY) xəzinənin hesabına keçirdi. 

CQDY  Qafqaz diyarının  sosial-iqtisadi in kişafında,  xüsusən də Bakı neftinin  dünya bazarına çıxarılmasında 

mühü m ro l oynadı. Yük daşımalarının xeyli artması yük vaqonların ın, ilk növbədə, vaqon-sistern parkının sürətlə geniş-

ləndirilməsinə səbəb oldu. Məsələn, 1883 ildə  istis mar edilən vaqon-sisternlərin sayı 400 ədəd o lduğu halda, 1890 ildə  

5494 ədədə çatdırılmışdı. Bu art ım sonrakı onilliklə rdə də dava m edirdi. Bu da, ö z növbəsində, CQDY-nun bura xıc ılıq  

qabiliyyətini  yüksəlt mək  zərurət i  yaratdı.  Bu  məqsədlə  1888-90  illərdə   Ba kı-Tiflis  də mir  yolu  ü zərində  əlavə   13 

yarımstansiya  inşa  edildi,  mövcud  stansiyalar  genişləndirildi,  1900-04  illərdə  Bakı-Sabunçu,  Biləcəri-Hacıqabul, 

Yevla x-Ağstafa sahələrində 302 k m u zunluğunda ikinc i yol çə kild i. 

Lakin  Birinci  dünya  müharibəsinin  doğurduğu  çətinliklər,  ilk  növbədə,  son  dərəcə  çoxalmış  hərbi  yüklərin  

daşınması  üçün  dəmir  yolu  nəqliyyatının  intensiv  istismarı,  gərgin  qrafiklə  işləyən  parovoz  və  vaqonların   hətta  cari 

təmir üçün də saxlan ma ması,  ixt isaslı dəmiryolçuların cəbhəyə göndərilməsi böhranlı vəziyyət yaratdı. 1917-18  illərdə  

hərbi  ə məliyyatlar,  xüsusən  Qafqaz  cəbhəsindən  geri  çə kilən  100  minlə rlə   rus  hərbçisin in  daşıma  vasitələ rin i  və  

stansiyaları  ko rlamaları,  Bakı  Xalq  Ko missarları  Sovetinin  daşnak-bolşevik  rəhbərliyin in  Qafqaz  İslam  Ordusunun 

Bakı şəhərinə doğru irəliləməsini əngəlləmək üçün dəmir yollarını, körpüləri qəsdən dağıtması CQDY-nun Azərbaycan 

hissəsində vəziyyəti daha da pisləşdirdi. 

 

 

 



 

 

 



 

 

Azərbaycan Xa lq Cü mhuriyyəti yarad ıld ıqdan sonra milli Hö ku mətin ilk addımlarından biri CQDY-nun Azər-



baycan hissəsinin müəyyən edilməsi, ö lkə da xilində və qonşularla norma l nəqliyyat əlaqəsinin yaradılması o ldu.  

 

 



 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə