[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə20/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   16   17   18   19   20   21   22   23   ...   282

60 

 

ingilis  orudusunu  italiya  ordusu  ilə   əvəz  et mə k  haqqında 



qərar  qəbul  etdilər.  U.Orlandonun  başçılıq  etdiy i  İtaliya 

hökuməti A zərbaycanda və Gürcüstanda olmuş polkovnik M. 

Qabbanın  məlu matını  d inlədikdən  sonra  Qafqaza  ordu 

göndərməyə  razılıq  verd i.  Lakin  iyunun  31-də  İtaliyada 

hakimiyyətə  gəlmiş  yeni  F.Nitti  hökuməti  bild irdi  ki, 

Britaniya  qoşunların ı  əvəz  et mək  üçün  Qafqaza  İtaliya 

ordusu  göndərilməyəcəkdir.  Nitti  höku mətinin  bu  qərarı 

avqust  ayında  həmin  məsələnin  yenidən  qalxmasına  səbəb 

oldu.  Azə rbaycan  və  Gürcüstan  nümayəndələri  Pa risdə 

keçirdikləri  b irgə  iclasda  qərara  gəldilər  ki,  yalnız  Böyük 

Britaniyanın 

himayədarlığı 

Qafqaz 

respublikaların ın 



mənafey inə uyğundur. Bu məqsədlə ingilis nü mayəndələri ilə  

aparılan  danışıqlar müsbət nəticə vermədi. Avqustun axırında 

ingilis əsgərləri A zərbaycanı tərk etdilə r. 

Avropa  dövlətləri  ilə  yanaşı,  Qafqaz  mandatına 

namizədlə rdən  biri  də  ABŞ  idi.  Böyük  Britaniya,  Fransa  və 

İtaliyadan  fərqli  olaraq,  A merikanın  Qara  dəniz  boğazları, 

İstanbul  və  bütövlükdə,  Qafqaz  mandatını  qəbul  etməkdə 

marağı var id i.  Bu  məqsədlə  iyulun  5-də ilk addımlar atıldı. 

Sülh  konfransının  "Onlar  Şurası"  Amerikanın  təqdimatı 

əsasında polkovnik V.Haskeli Ermən istana ali ko missar təyin 

etdi V.Haske lin  Ermənistana müttəfiq lərin a li ko missarı təyin 

edilməsi A zərbaycan Respublikasının da A merikanın Qa fqaz 

siyasətinə  cəlb  edilməsinə  təsir  göstərdi.  Ermən ilər  bu  dəfə  

Azərbaycana olan ərazi  iddiala rın ı ABŞ vasitəsilə həll et mək 

istəyirdilə r. 

Avqustun 

axırlarında 

Bakıda 


apardığı 

danışıqlarda  V.Haskel  Qarabağın  və  Zəngəzurun  Azər-

baycanın ayrılmaz hissəsi olduğunu təsdiq etdi. Bununla belə, 

V.Haskel  tə klif  edirdi  ki,  İrəvan  quberniyasının  cənub 

hissəsində - Na xç ıvan və Şə rur  - Də rələyə zdə ABŞ general-

qubernatoru tərəfindən idarə o lunan neytral zona yaradılsın (ba x "Hask el layihələri"). 

Oktyabrın  24-də  Na xçıvanda ABŞ genera l-qubernatorluğu yaradılması barədə  V.Haskelin bəyanatı e lan edildi və 

Amerika polkovniki  Ed mund De lli bu  zonaya qu bernator təyin edild i.  La kin  Azə rbaycan Höku mətin in c iddi  müqaviməti, 

Naxçıvan əhalisinin  kəskin  etirazı nəticəsində amerikalılar ö z niyyətlərini reallaşdıra bilməd ilər. Polkovnik  Ed mund  Delli 

Naxçıvanda general-qubernator kimi deyil, sülh konfransının nü mayəndəsi kimi fəaliyyətə başladı. 

1919  ilin noyabrında Paris  mü zakirəsində  V.Haskelin vəkalətin in Azərbaycana və Gürcüstana aid edilməsi barədə 

ABŞ-ın  cəhdləri  İngiltərə  və  Fransanın  ciddi  müqaviməti  nəticəsində  baş  tutmadı.  Keçmiş  Rusiya  imperiyasının 

hüdudlarında yaran mış yeni respublikaların taleyində hiss ediləcək dönüş Böyük Britaniyanın  baş naziri Lloyd Corcun 1919 

ilin noyabrında İngiltərə parla mentinin  ic ma lar pa latasındakı ç ıxışı  ilə başlandı.  Lloyd Corcun çıxış ında aydın hiss edilird i 

ki,  o,  Azərbaycanın  istiqlaliyyətinin  tanın masına  və  ona  yardım  göstərilməsinə  tərəfdard ır.    Britaniya  baş  nazirinin  be lə 

mövqeyi Denikin in məğ lubiyyətindən sonra bolşevizmin Yaxın və Orta Şərqə yayılmasının qarşısın ı almaq zərurətindən irəli 

gəlird i. 1919 ilin noyabr-dekabr aylarında müttəfiq lər arasında aparılan danışıqla r A zərbaycanın müstəqilliy inin tanın masın ı 

artıq  reallaşdırmışdı.  Bu  məqsədlə  və  Böyük  Britaniyanın  təşəbbüsü  ilə  1920  il  yanvarın  10-da    Paris  sülh  konfransı  Ali 

Şurasının  sessiyası  çağırıldı.  Bir  gün  sonra,  yanvarın  11-də  müttəfiqlərin  A li  Şurası  İngiltərən in  xarici  işlər  naziri    Corc 

Kerzonun təklifi  ilə aşağıdakı  mə zmunda qərar qəbul etdi: "Müttəfiqlər və  Birlik ölkə ləri Azə rbaycan Hökumət ini de-fakto 

səviyyəsində tanıyırlar". Azə rbaycanın  istiqlaliyyətinin  Paris  sülh konfransı  tərəfindən tanın ması tarixi əhə miyyətli hadisə 

idi.    Azərbaycanın  müstəqilliyin in  tanın ması  ona  olan  marağ ı  art ırdı.  Belç ika,  İsveçrə,  Ho llandiya,  Çe xiya  və  Slovakiya, 

Fin landiya və digər dövlətlər Bakıda ö z konsulluqlarını açdılar.  ABŞ, İngiltərə, Fransa və İtaliya Azə rbaycanla iqt isadi əla -

qələrin i genişləndirməyə başladı.1920 il mart ın 20-də Azərbaycanla İran arasında ə mə kdaşlığın bütün sahələrini,  əhatə edən 

saziş  və  müqavilələr  imzalandı  (bax  Azərbaycan    -İran  müqavilələri).  Tərəflər  arasında  imzalanan  dostluq  müqaviləsinə 

əsasən,  İran  Azərbaycan  Xalq  Cü mhuriyyətini  de-yure  tanıdı.  Qısa  müddətdə  Tehranda   Azərbaycanın  səfirliyi,  Təbrizdə 

baş konsulluğu, Rəştdə konsulluğu, Ənzəlidə, Məşhəddə vitse-konsulluğu, Xoy və Əhərdə 



61 

 

konsul-agentlikləri  yaradıldı.  1920  il  aprelin  ortalarında  Azərbaycan  Parlamenti  Böyük  Britaniya,  Fransa,  İtaliya, 



Amerika  Birləşmiş  Ştatları,  İsveçrə  Respublikası,  Polşa,  Almaniya  və  Rusiyada  diplomatik  nümayəndəliklər  təsis  olunması 

haqqında  qanun  qəbul  etdi.  A zərbaycanda  isə  İngiltərənin,  Belçikanın,  Yunanıstanın,  Gürcüstanın,  Ermənistanın, 

Danimarkan ın, İtaliyanın, Litvanın, İranın, Polşanın, Amerika  Birləş miş Ştatlarının,  Ukrayna, Finlandiya, Fransa, İsveçrə və 

İsveçin  nümayəndəlikləri  fəaliyyətə  başlamışdı  (bax  Bakıda  xarici  diplomatik  nümayəndəliklər).  Aprel  işğalı  ərəfəsində 

Azərbaycan Xalq Cü mhuriyyəti təcrid olun muş vəziyyətdən çıxıb geniş beynəlxa lq əlaqələr siste minə da xil o lmuşdu. 

1919  ilin   yayında  Azərbaycanla  Gürcüstan  arasında  imzalan mış  "İttifaq  müqaviləsi"  Den ikin  təhlü kəsinə,  rus 

təcavüzünə  qarşı  müqaviməti  gücləndirmişdi.  Lakin  vətəndaş  müharibəsinin  gedişində  bolşeviklə rin  qa zandığı  qələbələ r 

Sovet  Rusiyasının  mövqeyini  möhkəmləndirdi.  Hərbi  qələbelər,  öz  növbesində,  qonşu  dövlətlerə  diplo matik  təzyiq i 

gücləndirir  və  bolşevik  təbliğatı  üçün  əlverişli  şərait  yaradırdı.  Azərbaycanın  timsalında  bu  təzyiq  1920  ilin   yanvarından 

aprelinədək dip lo matik qarşıdurma həddinə çatan notalar mübadiləsində öz əksini tapmışdı. Rusiya Sovet Federativ Sosialist 

Respublikası  (RSFSR)  xarici  işlər  ko missarı  GY.Çiçerin  1920  il  2  yanvar  tarixli  notasında  əslində  Azərbaycan 

Höku mətindən Den ikinə qarşı tələsik müharibəyə girməyi tələb edird i (bax Çiçerin notaları). 

G.Çiçerinin  notası  alınan  gün,  yanvarın  6-da  Nəsib  bəy  Yusifbəylinin   sədrliy i  ilə  Azərbaycan  Dövlət  Müdafiə 

Komitəsinin  təcili  iclası  keçirildi.  İclasda  xarici  işlər  naziri  Fətəli  xan   Xoyski  Sovet  Rusiyasının  Azə rbaycanla  və  Gür-

cüstanla hərbi saziş bağlamaq təklifi barədə məru zə etdi. 

Gü rcüstanla  məsləhətləşmədən  sonra  yanvarın  14-də  Azərbaycanın  xarici  işlər  naziri  Fətəli  xan  Xoyski  G.V.Çi-

çerinə cavab notası göndərdi.  Notada göstərilirdi  ki,  Denikin in uzun  müddət Azərbaycan üçün təhlükə törətməsinə və ona 

qarşı  Azərbaycan  -  Gürcüstan  hərbi-müdafiə  sazişi  bağlan masına  baxmayaraq,  Denikinə  qarşı  mübarizə  Rusiyanın  daxili 

işidir;  Azərbaycan  Respublikası  Sovet  Rusiyası  ilə  mehriban  qonşuluq  münasibətləri  yarat maq  məqsədilə  danışıqlara 

başlamağa hazırd ır. 

Azərbaycan  tərəfi  bu  fikirdə  id i  ki,  danışıqla ra  başlamaq  üçün  Sovet  Rusiyası  rəsmi  şəkildə  Azərbaycan  Res-

publikasını  tanımalı  idi.  Bu  Azərbaycanın  milli  müstəqilliyin in  qorunmasına  təminat  ola  b ilərdi.  Lakin  A zərbaycanın  bu 

mövqeyi  Sovet  Rusiyasını  təmin  etmirdi.  RK(b )P  MK-nın  Siyasi  Bürosu  Fətəli  xan  Xoyskinin  cavabını,  ü mu miyyətlə, 

Azərbaycan Höku mətinə münasibət məsələsini yanvarın  17-18-də keçirilən ic lasında mü za kirə etdi. G.Çiçerinin mə ruzəsi və 

V.İ.Len inin  teklifi  üzrə  iclas  Azərbaycan  Respublikasının  daxili  işlərinə  müdaxilə  ruhunda  qərar  qəbul  etdi.  Qərarda 

göstərilird i:  "Xalq  xarici  işlər  ko missarlığ ma  tapşırılsın  ki,  Azərbaycan  Hökuməti  barəsində  çox  böyük  təmkin lik  və 

etimadsızlıq  siyasəti  yeritsin,  çünki  o,  Denikinə  qarşı  b irgə  hərbi  əməliyyat  aparmaq  təklifimizi  rədd  etmişdir  və  Xəzər 

dənizində  bizə  qarşı  ç ıxan  İngiltə rə  hərbi  qüvvələrinə  xid mət  göstərir.  Hər  bir  millətin  zəh mətkeş  kütlə lərinin  ö z 

müqəddəratını  təyin  etməsi  hüququnu  dönmədən  qəbul  etdiyimizi  tam  müəyyən  şəkildə  qeyd  etməklə,  xalq   xarici  işlər 

ko missarlığı A zərbaycan Höku mətinin bu cür davranışına qarşı qəti protest etməlid ir". 

Be lə bir və ziyyətdə, yanvarın 19-da  müttəfiqlə rin ordu göndərmədən, yaln ız silah və hə rbi sursat vasitəsilə Azə r-

baycanı  və  Gü rcüstanı  müdafiə  edəcəyi  barədə  qərarının   elan  edilməsi  bolşevik  təcavüzü  üçün  əlverişli  şərait  yaradırdı. 

Qafqazı,  ilk növbədə, Azərbaycanı və  Gü rcüstanı bolşevik təcavüzündən  xilas etmək üçün buraya ordu göndərilməsi ço x 

zəruri  id i.  1920  ilin  əvvəllərində  Den ikinin   məğlub  olması,  Sovet  Rusiyasının  fəa llaşması,  Azə rbaycana  qarşı  ermən i 

təcavüzünün baş qaldırması fonunda yaranmış ş ərait in araşdırılması gös tərir  ki, yanvarın  19-da  müttəfiqlə rin  qəbul etdiy i 

qərar  düzgün  qərar  deyildi.  Hə min  qərarın  qəbul  olunduğu  iclasın sənədləri  ilə  tanışlıq  göstərir  ki,  ma rşal  Ferd inand  Foş 

başda olmaqla hərbi ekspertlər Şurası və peşəkar hərbçilərin hamısı Azərbaycana və Gürcüstana ordu göndərilməsin i zəruri 

hesab edirdilər.  Yaln ız  Lloyd  Corc başda olmaqla, bəzi siyasətçilərin  təzy iqi ilə A zərbaycana və  Gü rcüstana münasibətdə 

belə yarımçıq qəra r qəbul edilmişdi. 

Sovet  Rusiyası  Antanta  ölkələrin in  Azərbaycana  və  Gürcüstana  ordu  göndərib-göndərmə məsi  məsələsi  ilə   ciddi 

şəkildə  maraqlanırdı. Hələ  1919  ilin axırlarında ingilis nü mayəndəsi O.Qredi  ilə danışıqlar aparan RSFSR  xalq  xarici işlər 

ko missarlığının  Kopenhagendəki  müvəkkili M.M.Litvinov yanvar ayında G.V.Çiçerinə göndərdiyi teleqramda bild irird i  ki, 

İngiltərə höku məti Qafqaza güclü ordu göndərmək barədə şayiələri təkzib ed ir. 

1920 ilin  yanvarında Azərbaycanın istiqlaliyyəti Antanta dövlətləri tərəfindən tanındıqdan az sonra, yanvarın 23-də 

G.V.Çiçerindən  ikinci  nota  alınd ı.  Bu  nota  daha  hədələyici  məzmuna  malik  idi.  G.V.Çiçerin in  notasında  Fətəli  xan 

Xoyskinin  birinci  notaya  14  yanvar  tarixli  cavabı  təhlil  ed ilir,  A zərbaycan  Höku mətin in  Rusiyanın  daxili  işlərinə 

qarışmamaq mövqeyi Denikinlə mübarizədən imtina kimi qiy mətləndirilirdi. 

1920  ilin  fevra l-mart   aylarındakı  notalar  mübadiləsi  də   tə xminən  əvvəlkilərlə   eyni  məzmunda  id i.  Fərq li  cəhət 

bundan  ibarət  id i  ki,  Qırmızı  Ordu  a rtıq  A zərbaycanın  sərhədlərinə  ya xın laşmış,  yaran mış  təhlükə  ilə   bağlı  Höku mət 

daxilində  mü xtəlif fikirlər  meydana çıxmışdı.  Bundan  əlavə,  1920  ilin  fevra lında yaradılmış AK(b)P  mövcud vəziyyətdən 

dövlət çevrilişi üçün istifadə etməyə cəhd göstərirdi. 

Sovet  Rusiyasının  Azərbaycan  Respublikasına  münasibəti  siyasi  mülahizələrdən  ço x  iqtisadi  amillərlə  bağlı  idi. 

1920  ilin ya zında vətəndaş müharibəsi, əsasən, başa çatmış, fə lakət li dərəcədə dağılmış təsərrüfatı bərpa et mək kimi çətin 

bir və zifə qarşıya ç ıxmışdı. Təsərrüfatın bərpa edilməsi isə, ilk növbədə, neft məsələsi ilə bağlı idi. Əslində, 

 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə