[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə232/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   228   229   230   231   232   233   234   235   ...   282

390 

 

tatı olmuşdur. Lenin ordeni, Qırmızı Bayraq, Qırmızı Ulduz o rdenləri və medallarla təltif olun muşdur. 



 

Əd

:.  Nəzirli  Ş.,  Azərbaycan  generalları,  B.,  1991;  Боков  Ф.Е.,  Бессмертный  подвиг  сынов  Азербайджана,  Б.,  1971; 

Азербайджанская ССР  в период Великой Отечественной войны 1941 – 1943 гг., сб. документов и материалов, в двух томах, т 1, 

Б., 1976. 

ƏMANƏT  KASSALARI  VƏ  KĠÇĠK  KREDĠT  MƏSƏLƏLƏRĠ  ĠDARƏS Ġ  -  A zərbaycan  Xalq   Cü mhu-

riyyətinin   təsərrüfat-iqtisadi  həyatını  can landırmaq   və  pul  dövriyyəsini  tən zimlə mək  məqsədilə   yaradılmış  quru m.  Bu 

qurumun  funksiyasını  həyata  keçirən  vəzifə,  əsasən,  Dövlət  bankına  həvalə  olun muşdu.  Bank  həmin  vəzifəni  daha 

mü kəmməl şəkildə yerinə yetirmək üçün onunla əlaqədə işləyən və ya onun göstərişləri əsasında fəaliyyət göstərən digər 

idarələ rlə ə məkdaşlıq et mə li  idi.  Bunların sırasında əmanət kassaları birinc i yer tuturdu. Ona görə də Azərbaycanın əmanət 

kassalarını işə salmaq üçün 1919 il oktyabrın  11-də Parlament A zərbaycan dövlət əmanət kassalarının  nizamnamələrini, ştat 

cədvəlini  və  smeta larını  təsdiq  etdi.  Bakı,  Gəncə,  Ağdaş,  Göyçay,  Zaqatala,  Qaza x,  Quba,  Nu xa  (Şə ki),  Salyan,  Şa ma xı, 

Şuşa və s. xəzinədarlıqları və onların qeydiyyatında olan poçt-teleqraf kassalarındakı mərkəzi əmanət kassalarını açdı. 

Əmanət kassaların ın vəzifəsi artıq pul kütləsini dövriyyəyə cəlb etmək  idi.  Bundan əlavə, Dövlət bankına əmanət 

kassaları  vasitəsilə  daxil  olan  vəsait  hökumətin  göstərişinə  uyğun  olaraq,  bank  tərəfindən  istifadə  edilirdi.  Azərbaycanın 

dövlət əmanət kassaları Rusiyadakı əmanət kassaları üçün səciyyəvi olan forma və prinsiplər əsasında fəaliyyət göstərsə də, 

bu kassaların ölkə həyatının iqtisadi və siyasi şəraitindən doğan bəzi ö zəllikləri də vardı: 

Azərbaycan  Xalq   Cü mhuriyyətinin  ö zünün  faizli  kağızları  o lmadığ ına  görə,  ə manət  kassalarının   öz  passivlərini 

yerləşdirmə k,  habelə  ma liyyə  nazirin in  təsdiq  etdiyi  siyahıya  əsasən  və  ya  onun  göstərişi  ilə  ə manətçilər  üçün  onların 

tapşırığına görə hər cür faizli kağızlar almaq hüququ vardı. Dövlət faizli kağ ızlar buraxacağı təqdirdə bu tədbir əhəmiyyətli 

ola bilər, eləcə də yerli ipoteka kağ ızla rın ın mə zənnəsinin möhkə mlən məsinə xid mət edərdi. 

Əmanət  kassalarının  əməliyyatlarını  in kişaf  etdirmək  və  pul  dövriyyəsinin  qaydaya  salın masına,  yəni  əmanət 

kassalarında  çek  dövriyyəsinin  tətbiqinə  kömək  etmək  məqsədi  ilə  maliyyə  nazirliyi  bu  sahədə  dəyişikliklər  aparılmasın ı 

nəzərdə tutmuşdu. Əmanət kassalarına nə zarət və  rəhbərlik üçün Azərbaycan dövlət əmanət kassaları idarəsi yaradılmışdı. 

Ona kiçik kredit idarələrinə rəhbərlik və nəzarət etmək də həvalə olun muşdu. 

1920  il  yanvarın  15-də  Parlamentin  təsdiq  etdiyi  qanuna  uyğun  olaraq,  əsas  kapitalın  yarad ılması  və  artırılması 

üçün kiçik  kred it idarələrinə borc verilməsi nəzərdə tutulmuşdu. Bundan ötrü Azərbaycan əmanət kassaları və kiçik  kredit 

idarələ rin in sərəncamındakı  xüsusi fonda xə zinə vəsaitindən 2  milyon  manat ayrılma lı  idi.  Aprel işğalı (1920) nəticəsində 

digər ma liyyə quru mları kimi ə manət kassaları və kiç ik kredit idarələ rin in fəa liyyəti də yarımçıq qa ldı. 



ƏMƏK  MÜFƏTTĠġ LĠYĠ  -  A zərbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  əməyin  mühafizəsi,  əmək  haqqının 

dərəcələrini  və  ə mə k  münaqişələrini  tənzimləyən  höku mət   qurumu.  1919  il  avqustun  5-də  yaradılmışdı.  Əmə k  nazirliy i 

bundan  əvvəl  ticarət  və  sənaye  nazirliy i  nəzd indəki  fabrik  müfəttişliyin in  xid mətindən  istifadə  edird i.  Yeni  mü fəttişliyin 

yaradılması  ilə  əməy in  mühafizəsinə  nəzarət  işi  bir  idarədə  cəmləşdi;  onun  nəzarət  funksiyası  A zərbaycan  Xalq 

Cü mhuriyyətinin bütün ərazisinə şamil o lunurdu. 

Ölkənin  8  bölgəsinin  hər  birində  rayon  müfəttişi  vardı  və  onlar  Azərbaycan  Xalq  Cü mhuriyyəti  əmək  mü fəttiş-

liy inin  tabeliyində  fəaliyyət  göstərirdilər.  Mürəkkəb  münaqişələr  yarandıqda,  tətilləri  dayandırmaq,  kolle ktiv  müqavilələ r 

hazırlamaq  və  əmək  haqqının  ödənilməsi  dərəcələrini  müəyyən  etmək  üçün  razılaşdırıcı  ko missiyalar  çağırılması  kimi 

tədbirlər həyata keçirilirdi. 

ƏMƏK NAZĠRLĠYĠ, A  z ə r b a y c a n   X a l q  C ü m h  u r i y y ə t i  H ö k u m ə t i n i n  Ə m ə k  N a z i r l i y 

i -A zərbaycan Xalq  Cü mhuriyyətində əmə k  münasibətlərini və bununla bağlı digər prosesləri tənzimləyən höku mət orqanı. 

Azərbaycan Xa lq Cü mhuriyyəti Höku mətin in 1919 il 21 yanvar tarixli qəra rı ilə təsis olun muşdu. Ölkədə ha kimiyyətin  tez-

tez  dəyiş məsi  nəticəsində  Azə rbaycan  sənayesinin  xaotik  vəziyyətə  düşməsi  ə mə k  na zirliy inin   yaran masına  s əbəb  oldu. 

Müxtəlif  quru mlar  arasında  yaran mış  münaqişəli  məsələlərin  dü zgün  həllində  əmək  nazirliyinin  ü zərinə  çox  ağ ır  və 

məsuliyyətli və zifə düşürdü. Bu  məqsədlə ə mək nazirin in 1919 il  26 yanvar tarixli qərarı  ilə ko llekt iv  müqavilən in şərtləri 

bir sıra dəyişikliklərlə bərpa olundu,  iş verənlərlə  işə götürülənlər arasındakı  münasibətləri tənzimləyən bir sıra dekrət və 

qərarlar  qəbul  edildi,  ə məy in  mühafizəsi  ü zərində  bütün  nəzarət  işləri  na zirliyin  tabeliyində  cə mləşdirildi.  Fəa liyyət 

dairəsini daha da genişləndirən nazirlik bütün imkanlardan  istifadə edərək, ə məklə  kapital arasında qarşılıqlı  münasibətləri 

tənzimlə mə k funksiyasını da öz üzə rinə götürmüşdü. 

Azərbaycan Xalq  Cü mhuriyyəti  Parla menti ə mək nazirliyin in təşəbbüsü ilə  1919  il  mart ın  10-da nazirlik yanında 

fəhlə  məsələ lərinə dair  xüsusi məşvərət şurasının yaradılması haqqında qanun qəbul etdi.  Qanuna əsasən, həmin  məşvərət 

şurası bilavasitə əmək nazirinin sədrliyi  ilə  10 nəfər ü zvdən (5 nəfəri  iş verənlər, 5 nəfəri  isə işə götürülənlər tərəfindən) 

ibarət olma lı  idi. Na zirlik, tədricən, köhnə rejimin fəhlə  məsələ lərinə aid normativ aktla rının qanunvericilikdə əhə miyyətini 

itirmiş  maddələrin i  dəyişdirir,  ölkədə  istehsalın  səviyyəsinin  yüksəldilməsi,  əməyin  müdafiəsi,  işçi  bazarın ın  yaradılması 

üçün  bir  sıra  mühüm  tədbirlər  görməyə  başlayırd ı.  Bu  vəzifələri  yerinə  yetirmək  üçün  əmək  müfəttişliyin in  təşkili, 

mədənlə rdə  münaqişələrin  həlli,  məhkə mə lərin  yarad ılması,  xəstələrə  yard ım  kassaların ın  açılması,  Qafqa z  Sığorta 

Cə miyyətini yarad ılması, hə mkarlar ittifaqla rı haqqında təlimat ların hazırlan ması və s. tədbirlər həyata keçirildi. Nət icədə, 

neft  sənayesi  və  neft  sənayesi  yanında  yardımç ı  təşkilat larda  arb itraj  yaradılması  barədə  qəra r  layihəsi  hazırlanaraq 

hökumətə  təqdim  olundu.  1919  il  mayın  31-də  Hö ku mət  arbitra j  orqanın ın  təsisi  barədə  qərar  qəbul  etdi.  Bundan  əlavə, 

nazirliyin  yenidən  qurulması,  mədənlərdə  məhkə mə lərin  təşkili,  hə mkarlar  ittifaqları  və  zavod  ko mitələri  barədə  qəra r 

layihələ ri, habelə yeni ko lle ktiv müqavilənin layihəsi ha zırlandı. 

 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə