[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə258/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   254   255   256   257   258   259   260   261   ...   282

431 

 

Ermənistan  Respublikası  hərbi  mükəlləfiyyət  keçirə  bilməzdi.  5-ci  maddəyə  görə,  müqavilə  şərtlə rin in  yerinə  yetirilməsinə 



nəzarət  Türkiyənin  İrəvandakı  siyasi  nümayəndəsi  və  ya səfirinə  həvalə  olunurdu.  Bunun  müqabilində  Türkiyə  hökumət i 

Ermənistan  Respublikasının  istəyinə  əsasən,  ona  silahlı  yardım  et məyi  öhdəsinə  götürürdü.  Ermənistan  Respublikası 

ərazisindən Türkiyə üçün təhlükə yarandıqda, Türkiyə höku məti  Ermən istana qoşun yeridə bilərd i. Müqavilənin  6 və  7-ci 

maddələ ri  köçkünlə rlə  bağlı  id i.  Hə r  iki  tərəf,  müharibə  za manı  düşmən  ordusu  tərəfinə  keçərək,  öz  dövlətinə  qarşı  silah 

işlədənlərdən və ya işğal olun muş torpaqlarda kütləvi qırğın larda iştirak edənlərdən başqa, qalan köçkünlərin əvvəlki sərhəd 

daxilindəki yurdlarına dön mələ rinə ra zılıq  verirdi. Türkiyə  höku mətinin  müharibənin əsas səbəbkarı olan  məğlub  tərəfdən - 

Ermənistan Respublikasından təzminat tələb et məyə  ta m haqqı olsa da, o hu manizm prinsiplərinə hörmət  edərək, bundan 

imtina  etdi  (8-c i  maddə), habelə  2-ci  maddədə göstərilən sərhədlər da xilində suverenliyin i bütünlüklə   inkişaf etdirmək və 

gücləndirməkdə  ermən ilərə  yard ım  göstərməyi  öhdəsinə  götürdü.  10-cu  maddəyə  əsasən,  Ermənistan  hökuməti  Antanta 

dövlətlərinin  Türkiyə Böyük Millət Məclisi tərəfindən qəti surətdə rədd edilmiş qarətçi Sevr müqaviləsin i (1920, 10 avqust) 

etibarsız  saydı  və  bununla  da  ö zünün  Batu m  müqaviləsi  (1918,  4  iyun)  ilə  nəzərdə  tutulan  əraziləri  hüdudlarında 

mövcudluğunu təsdiqlədi. 11-ci maddə Ermənistan Respublikası ərazisində yaşayan türk-müsəlman əhalinin hüquqlarına aid 

idi.  Ermən istan  hökuməti  ö z  əra zisində  yaşayan  türk-müsəlman  əhalin in  mədəni  və  dini  in kişafı  üçün  ş ərait  yaratmağı 

öhdəsinə  götürürdü.  12-ci  maddə  nəqliyyat  məsələlərini,  xüsusilə  tranzit  nəqliyyatını  tənzimləməli  id i.  Türkiyə  hökuməti 

Şərur,  Naxçıvan,  Şahtaxtı  və  Culfa  yolu  ilə  tran zit  əlaqələrinin  sərbəstliyinin  təminatını  öz  ü zərinə  götürürdü.  Türkiyə 

hökuməti  Ermənistan  Respublikası  daxilində  müvəqqəti  olaraq  hərbi  qüvvə  saxlamaq  hüququ  əldə  edirdi  (13-cü  maddə). 

Ermənistan höku məti hər hansı bir dövlətlə  bağlanan  müqavilə lərin  Türkiyənin   mənafeyinə, ya xud  maraqla rına  zidd olan 

maddələ rin i  etiba rsız  saymağı  qəbul  edir  və  bunu  öhdəsinə  götürürdü  (14  maddə).  Sonra kı  maddələrdə  iqtisadi-siyasi 

münasibətlərin nizama salın masından və müqavilənin təsdiqindən bəhs olunurdu. Müqavilənin sonunda hər iki tərəfin qəbul 

etdiyi belə  bir fikir də diqqəti cəlb ed ir: tə rəflər arasında anlaşılmazlıq meydana gəldikdə, müqavilə türkcə mətnə əsasən təhlil 

olunmalı  idi.  Gü mrü  müqaviləsinin  Naxçıvan  mahalına  münasibətdə müəyyən ədalətsiz  müddəaları (qədim türk torpaqları 

olan Ulu xan lı, Qəmərli kəndlərin in və ən başlıcası isə, Böyük Ved i ətrafındakı bir ço x A zərbaycan kəndlərin in Ermənistana 

verilməsi)  nə zərə  alın ma zsa,  bu  müqavilə  Na xç ıvan  Mu xtar  Respublikasının  indiki  s ərhədlərin in  müəyyənləşdirilməsində 

mühü m  rol oynadı. 1920  il noyabrın  29-da  Ermənistanda sovet hakimiyyəti qurulduğundan, daşnaklar isə öz hakimiyyətini 

bərpa edə bilməd iyindən,  Gü mrü  müqaviləsi qüvvəyə min məd i.  Reg iondakı  münasibətləri tənzim et mə k  məqsədilə  1921  il 

Moskva və Qars müqavilə ləri imza landı. 



 

Əd

.: Gümrü, M oskva, Qars müqavilələri və Naxçıvanın taleyi (tərtib edəni İ.Hacıyev), B., 1999; Qasımov M ., Azərbaycan-

Türkiyə  diplomatik-siyasi  münasibətləri  (1920-ci  il  aprel-dekabr,  1922-ci  il),  B.,  1998;  İsma il   Soysal,  Tarihçeleri  ve  açıklamaları  ile 

birlikte Türkiyenin siyasat anlaşmaları, c.l (1920-1945), Ankara, 1983.  

 

GÜRCÜ  MĠLLĠ ġ URAS I - Azərbaycan Xalq Cü mhuriyyəti dövründə (1918-20) Bakıda fəaliyyət göstərən milli 

şuralardan  biri.  1918  ilin  aprelində  gürcü  icması  tərəfindən  yaradılmışdı.  Şura  Bakıda  yaşayan  gürcülər  arasında  geniş 

mədəni-maarif işi aparmış, o cümlədən gürcü  məktəbi aç mış, ö z soydaşlarına himayədarlıq et miş,  imkan da xilində hər cür 

yardım göstərmişdir. Şuranın  sədri Konstantin Dmitriyeviç Mikeladze id i. Sayca az o lmalarına baxmayaraq, ö lkədə yaşayan 

gürcülərin  mənafeyin i təmsil etdiyi üçün  Gürcü Milli Şurasından Azərbaycan Xalq Cü mhuriyyəti Parlamentinin tərkibinə  1 

nəfər  deputat  (Tsxokaya  Qriqori  İvanoviç)  da xil  edilmişdi.  Erməni  Milli  Şurasından  fərq li  olaraq,  Gürcü  M illi  Şurası 

Azərbaycan Xalq Cü mhuriyyətinə qarşı pozuculuq fəaliyyətində iştira k et mə mişdir. 

GÜRCÜS TANIN  ƏRAZĠ  ĠDDĠALARI  1918  il  mayın  26-da  elan  olun muş  Gürcüstan  Respublikasının 

Azərbaycan Xalq   Cü mhuriyyətinə qarşı  irə li sürdüyü ərazi  iddiala rı.  Gürcüstan müstəqil  respublika e lan edildikdən sonra, 

yeni yaranmış dövlətin ərazisi və sərhədlərin in müəyyənləşdirilməsinə başlandı. Gürcüstan hökuməti vaxtilə çar Rusiyasının 

xüsusi məqsədlə Tiflis quberniyasının tərkibinə daxil etdiy i tarixi A zərbaycan torpaqlarına iddialarla çıxış etdi. Bu məqsədlə 

həm müva fiq xəritələ r tərt ib olunur, hə m də ə mə li addımla r atılmasına cəhd edilird i. Gürcüstan Sığnaq qəzasının cənub-şərq 

hissəsinə,  Tiflis  qəzasının  Qarayazı  dü zünə,  Borçalı  qə zasının  orta  (türk)  hiss əsinə,  həmçin in  Zaqatala  dairəsinə  əra zi 

iddiala rı qaldırırdı. 

Statistik  məlu mat lara  görə,  Gü rcüstanın  iddia  irə li  sürdüyü  ərazilərin  bütün  əhalisinin  (147362  nəfə r)  135898 

nəfərini  (92,3%)  türk-müsəlman lar,  6526  nəfə rin i  isə  (4,4%)  gürcülər  təşkil  edird i.  Azə rbaycan  Xalq  Cü mhuriyyəti 

Höku məti  mü rəkkəb tarixi şəraitdə ö zünün tarixi-coğrafi torpaqlarında suveren hüquqların ı bərpa etmək üçün fəal siyasət 

yeritdi. Zaqatala dairəsi əhalisin in arzusu nəzərə alınaraq, orada Cü mhuriyyət idarəçiliyi yaradıldı. Digər torpaqlar uğrunda 

da diplo matik fəaliyyət davam etdirildi. 



 

Əd.: 

Щепотьев  А.,  Доклад  о  спорных  кавказских  территориях,  на  которые  имеют  права  самоопределившиеся 

азербайджанские тюрки, Известия АН Азерб. ССР (серия истории, философии и права), 1990, № 2;

 

 



 

 

 



 

 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə