[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə263/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   259   260   261   262   263   264   265   266   ...   282

441 

 

 



 


442 

 

dilinə çevirmişdir. Xa lq yaradıcılığı nü munələrinin toplanıb, Azərbaycan və rus dillə rində nəşr edilməsində də  xid mət i var. 



Mirzə Ələkbər Sabirlə  dost olmuş, onun ölümündən sonra əsərlərin in nəşrində yaxından iştira k et mişdir. 

Hacınski  siyasi  xadim  kimi  də  fəaliyyət  göstərmişdir.  "Müsavat"  partiyasının  üzvü  olmuş,  partiyanın  Bakı 

bürosunun tərkibinə seçilmiş (1917), Zaqafqaziya seymin in, Zaqafqaziya De mo kratik Federativ Respublikasın ın süqutundan 

(1918,  26  may)  sonra  Azərbaycan  Milli  Şurasın ın  (1918,  27  may)  üzvü  olmuşdur.  Milli  Şuranın  Azə rbaycanın  istiqlal 

bəyannaməsini  qəbul  edən  26  üzvündən  biri  idi.  Milli  Şuranın  "Azə rbaycan  Məclisi  Məbusanının  təsisi  haqqında 

qanun"una  (1918,  19  noyabr)  əsasən,  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parla mentin in  tərkibinə  da xil  edilmiş,  rəyasət 

heyətinin katibi olmuşdur (1918-20). 

Sovet  hakimiyyəti  illə rində  Tiflisdə  çıxan  " Yeni  fikir",  " Yen i  kənd"  qəzetlə rində,  "Dan  ulduzu"  jurnalında 

əməkdaşlıq   etmişdir.  A zərbaycan  SSR  Xalq  Maarif  Ko missarlığının   tapşırığı  ilə  türk  (Azərbaycan)  "Satir-Agit"  teatrın ı 

təşkil et miş, teatr müdiriyyətinin ü zvü olmuşdur. 

Azərbaycan  Sovet  Sosialist  Respublikası  məhkə mə   xad imlərinin  1-c i  quru ltayında  xa lq  hakimləri  şurası  rəyasət 

heyətinin üzvü seçilmişdir. Xa lq ədliyyə ko missarlığ ın təlimatç ısı kimi, məh kə mə idarə lərinin təşkili üçün Na xç ıvan Mu xtar 

Respublikasına  ezam  ed ilmişdir.  Xalq  ərzaq   ko missarının,  xalq   maarif  ko missarının  müavin i  təyin   edilmiş,  Naxçıvan 

Muxtar  Sovet  Sosialist  Respublikası  Ali  İqtisadi  Şurasın ın  üzvü  və  mu xtar  respublikan ın  tədqiqi  ü zrə  ko mitənin  sədri 

seçilmişdir.  A zərbaycan  Xalq  Təsərrüfatı  Şu rası  (AXTŞ)  Baş  idarəsi  rəisinin  Gü rcüstanda  müavini  təyin  edildiyindən, 

Tiflisə  çağırılmışdır.  AXTŞ-n in  "Xa lq  təsərrüfatı"  jurna lı  redaksiya  kollegiyasının  ü zvü  olmuş,  Azə rbaycanın  dövlət 

qulluqçuları üçün türk dili kurslarına rəhbərlik et mişdir. 



 

Əd

.: M əmmədli Q., M ehdibəy Hacınski, "Jurnalist" jurnalı, 1969, №l; Unudulmaz səhnə ustaları, B., 1981



 



HACINS KĠ  Məmməd  Həsən  Cəfərqulu  oğlu  (3.3.1875,  Bakı  -  9.2.1931,  Tiflis)  -  Azərbaycan  Xalq 

Cü mhuriyyətinin  görkəmli dövlət xad imi. Peterburq Texno logiya İnstitutunu bitirmişdir (1902). Bir müdd ət 



Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda mühəndis işləmişdir. Bakıya qayıdan Hacınski 

1908  ildən  Bakı  şəhər  idarəsində  tikinti  şöbəsinə  başçılıq  et miş,  Ba kın ın  abadlaşdırılması  və   inşaat 

işlərinin  genişlən məsinə  səy  göstərmişdir;  şəhərin  baş  planının  (1898,  müəllifi  fon  der  Nonne) 

layihəsini  təkmilləşdirmişdir.  1909-10  illə rdə  Ba kı  dənizkənarı  parkının  salın ması  (t ikintisi  1912  ildə 

başa  çatdırılmışdır)  və  dəniz  hamamının   tikilməsi  Hacınskinin  fəaliyyəti  ilə  bağlıdır.  Şəhərsalma  və 

tikinti-inşaat  sahəsində  görkəmli  təşkilatçı  kimi  tanın mışdır.  1912  ildə  şəhər  idarəsi  Hacınskinin 

redaktəsi ilə  Bakı  küçələrinin abadlaşması haqqında kitab buraxmışdır.  O,  1913 ildə qısa  müddət Bakı 

şəhər  idarəsinin  rəisi  olmuş,  Şirvanşahlar  sarayının  qorun ması  və  bərpasına  dair  təşəbbüs  irəli 

sürmüşdür.  Həmin  təşəbbüsə  əsasən,  1918  ildə  memarlar  Zivər  bəy  Əh mədbəyov  və  Ö.Abuyev  Şir-

vanşahlar sarayının bərpa lay ihəsini hazırlamaq üçün elmi-tədqiqat işləri aparmışlar. 

Hacınski 1902-17 illərdə Bakı şəhər du masının  üzvü o lmuş və onun bir ço x iclaslarına sədrlik 

etmişdir.  O, 1904  ildə "Hümmət" sosial-demokrat təşkilatını yaradanlardan birid ir.  Hacınski, eyni  zamanda, "Nəşri-maarif" 

cəmiyyətinin  (1906) yarad ılmasının təşəbbüsçülərindən biri, hə mç inin " Nicat" cə miyyəti  idarə heyətinin, "Müsəlman  xey -

riyyə cə miyyəti" Mərkə zi Ko mitəsinin ü zvü olmuşdur. Hac ınski "Müsavat" partiyasının  ilk ü zvlə rindən id i. 

1917-20 illə r Hacınskinin ictimai-siyasi fəa liyyətinin qızğ ın dövrü olmuşdur. 1917 il mart ın 5-də təşkil edilən Ba kı 

İctimai  Təşkilatları  Şurasının  İcraiyyə  Ko mitəsinə  daxil  idi.  Hacınski  martın  27-də  yaradılmış  Bakı  Müsəlman  İctimai 

Təşkilat ları Müvəqqəti Komitəsinin sədri seçilmişdi. 1917 ilin aprelində Qafqaz müsəlmanlarının Bakı qurultayında iştirak 

etmişdi.  O,  qurultayı  açmış  və  onun  rəyasət  heyətinə  seçilmişdi.  Həmin  ilin  may ında  Hacınski  Rusiya  müsəlmanlarının 

Moskvada keçirilmiş qurultayında da fəal iştirak etmişdi. Hacınski "Müsavat" partiyasının birinci qurultayında (1917, 26-31 

oktyabr,  Bakı)  Mərkəzi  Ko mitənin  ü zvü  seçilmişdi.  1917  il 

noyabrın  15-də  yaradılmış  Zaqafqaziya  komissarlığında 

ticarət 


və 

sənaye 


ko missarının  müavin i  vəzifəsində 

çalış mışdır. Rusiya Müəssislər 

 

məc lisinə  üzv  seçilmiş  Hacınski  Zaqafqaziya  seymi  təşkil 



edildikdə  "Müsavat"  partiyasından  bu  qurumun  üzvü 

olmuşdur.  Seymdə  Osman lı  dövləti  ilə  danışıq lar  aparmaq  

üçün  seçilən  nü mayəndə  heyətinə  daxil  id i.  Trabzon  kon-

fransında  (1918)  iştirak  etmiş,  konfransda  Zaqafqaziya 

seyminin  danışıqları  dayandırmaq  haqqında  qərarına  qarşı 

çıxmış,  bu  qərarı  sülhü  pozmağa  yönəldilmiş  cəhd  kimi 

qiymət ləndirmiş  və  bu  qərarı  "beynəlxalq  münasibətlər 

tarixində  tayı-bərabəri  olmayan  bir  tə xribat"  adlandırmışdı. 

A.Çxenkeli  Hacınskinin   məsləhətilə  danışıqları  tamamilə  kəsməmiş,  nü mayəndə  heyətinin  bir  neçə  üzvü,  o  cü mlədən, 

Hacınski  Trab zonda  qalmışdı.  Hacınski  Trab zonda  Ənvər  paşa  ilə  görüşündə  Osmanlı  dövlətinin  Cənubi  Qafqazla  bağlı 

mövqeyi ətrafında danışıqlar aparmışdır. Osmanlı dövlətin in yeni sülh təşəbbüsü ilə çıxış et məsində Hacınskin in mühü m rolu 

olmuşdur. 

Hacınski  Zaqafqaziya Demokratik  Federativ Respublikası (ZDFR) höku mətində ticarət və sənaye naziri vəzifəsini 

icra  et mişdir. Sey min Batum konfransında iştira k edən 6 əsas nümayəndəsindən biri olmuş, Məhə mməd Əmin  Rəsulzadə ilə 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə