[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə265/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   261   262   263   264   265   266   267   268   ...   282

445 

 

baxmayaraq,  Hacızadənin  Azərbaycana  qayıtmaq  arzusu  baş 



tutmamışdır.  Bir  müddət  Alman iyada  seleksiyaçı  alim  kimi 

fəaliyyət  göstərdikdən  sonra  Türkiyəyə  dəvət  olunmuş,  1961 

ilədə k İstanbulun Halka lı to xu mçuluq stansiyasında işləmış, a li 

mə ktəblərdə dərs de mişdir. 

Hacızadə  İstanbulda  Nəsib  bəy  Yusifbəylinin  qızı 

Zöhrə  xanımla  ailə  qurmuşdur.  Məhəmməd  Əmin  Rəsulzadə, 

Adil  xan  Ziyad xanov,  Cahangir  bəy  Ka zımbəy li,  Mustafa 

Vəkilov,  Nağı  Şey xza man lı  və  Türkiyədə  yaşayan  başqa 

azərbaycanlı  mühac irlərlə  dostluq  etmiş,  evində  müntəzə m 

toplantılar,  müşavirələr  keçirmişdir.  Hacızadənin  ali  məktəb 

tələbələri üçün dərslik kimi  istifadə olunan 34  kitabı, hə mçin in 

300-də k e lmi məqa ləsi çap olun muşdur. 

Gəncədə  yaşayan  Hacızadə lər  nəsli  1950-c i  illərədək 

təqiblərlə  ü zləşmiş,  bu  nəslin  onlarla  nü mayəndəsi  sürgün 

həyatı  keçirmişdir.  Anası  Sibirə  sürgün  edilmiş,  sürgündən 

sonra  Gəncəyə  qayıtmasına  ica zə  verilmə miş,  Gədəbəydə 

yaşamağa məcbur o lmuş və orada da vəfat etmişdir. 

Hacızadə  Azərbaycanı  bütün  varlığı  ilə  sevird i.  Sovet 

dövründə  Türkiyəyə  səfər  edən  Azərbaycan  mədəniyyət 

xadimləri  dəfə lərlə  onun  qonağı  olmuş,  maestro  Niya zi  ilə 

tanışlığı  ailəvi  dostluğa  çevrilmişdi.  Hacızadə  Niyazinin  dəvəti 

ilə   1968  ildə  həyat  yoldaşı  Zöhrə  xanımla   birlikdə  Bakıya 

gəlmiş,  respublika  a limləri  qarşısında  mühazirə lər  o xu-muşdur. 

Bütün  cəhdlərinə  baxmayaraq,  Gəncəyə  getməsinə,  anasının 

qəbrini ziyarət et məsinə ica zə verilmə mişdir. 

HADĠ  Məhəmməd,  Əbdülsəlimzadə  Ağaməhəmməd  Hacı  Əbdülsəlim  oğlu  (1879, 

Şamaxı  -  may,  1920,  Gəncə)  -  şair,  müəllim,  jurnalist,  publisist.  Azərbaycan  ədəbiyyatında   

romantizmin   görkəmli  nümayəndəsi.  Şamaxı  məhəllə  məktəbində  və  mədrəsədə    (1886-98)

 

təhsil  a lmışdır.  Şa ma xı  zə lzə ləsində  (19 02)  Kürdəmirə  köçüb  müəllimlik  (1902-  06) 



etmişdir.  1906  ilin   aprelində  keçmiş  müəllimi  və  qohumu  məşhur  maarif  və  mətbuat  xad imi 

Mustafa  Lütfi  İsmayılzadənin  dəvətilə  Həştərxana  getmiş,  "Darül-ədəb"  məktəbində  müəllim, 

"Bürhani-tərəqqi"  qəzetində  mühərrir  işləmişdir.  Həmin   ilin  oktyabr  ayında  Bakıya  dönərək, 

"Füyuzat" jurnalında (1906-07), "Təzə həyat" (1907-08), "İttifaq" (1908-09), "Tərəqqi" (1908-09), 

"Həqiqət"  (1909-10)  qəzet lərinin  redaksiyala-rında  ə məkdaşlıq  et mişdir.  Mətbuatda  lirik  şeirlər, 

publisist  məqalə lərlə  ç ıxış  edən  Had i  1908  ildə  "Firdovsi-ilha mat"  adlı  şeirlər  məc muəsini  nəşr 

etdirmişdir. 1911-14  illərdə İstanbulda yaşamış, "Tənin" qəzeti, "Sərvəti-fünun" jurnalı redaksiyalarında  işləmiş,  mü xtəlif 

qəzetlərdə  şeir və  məqalə lər dərc  etdirmiş, istibdad əleyhinə şeirlə rinə  görə Sə lanik (Saloniki) ş əhərinə (Yunanıstan) sürgün 

olunmuşdu. 1914  ildə Bakıya dönərək, "İqbal" qəzetinin  redaksiyasında  işləmiş, "Eşqi-möhtəşəm, yaxud  Əflatun sevgisi" 

(1914),  "Şükufeyi-hikmət"  (1914)  kitabların ı  nəşr  etdirmişdir.  Məhəmməd  Hadi  "Dikaya  diviziya"nın  baş  axundu  kimi 

Birinci dünya müharibəsində iştirak etmiş, Karpatda, Qalisiyada, Polşada, habelə Peterburqda olmuşdur. Tərxis  olunduqdan 

sonra Gəncədə və Ba kıda yaşamışdır. 

Yaradıcılığ ı boyu  məşəqqətli həyata üsyan edən, zülm və  istibdada qarşı mübarizə aparan, bütün insanların azad, 

xoşbəxt  yaşadığı,  "nə  hakim,  nə  də  məhku m  o lan"  cəmiyyət  arzulayan  Məhəmməd  Hadi  xalq ın  qanını  içən  zalımlara, 

müstəbidlərə mü raciətlə deyird i: 

 

Ye, iç nə qədər istər isən qanımı, zalım,  

Bir gün görərəm qanını səhbalar içində. 

 

"Dad  istibdaddan",  "El  fəryadı"  şerilərində  Məhə mməd  Hadi  mə zlu mların  a zadlıq,  səadət  və  hüquq  bərabərliyi 



arzu larını  tərənnü m  etmişdir.  Üsyankar  ruhlu  bu  əsərlər  bolşevik  qəzetləri  " Yo ldaş"  və  "Təkamü l"də  çap  olunmuşdur. 

Məhəmməd Hadinin poe ziyasında milli oyanış ideyaları qüvvətlidir: 



 

Qoymuş miləl imzasını övraqi-həyatə,  

Yox millətimin xətti bu imzalar içində. 

 

Azadlıq  və  hürriyyət  mücahidi  o lan  şair  məzlu m  millətləri  əsarətdə  saxlayan  çar  Rusiyasının  süqutundan  sonra 



yaranmış  müstəqil  Azərbaycan  Xalq  Cümhuriyyətinin  qurulmasını  böyük  ruh  yüksəkliyi  ilə  qarşılamış,  ona  "Şühədayi-

hürriyyətimizin  ərvahma  ithaf‖,  "Əsgərlərimizə,  könüllü lərimizə",  "Məfkureyi-aliyyəmiz"  ("Azərbaycan  dövləti-

növzadımıza")  şeirlərini  həsr  etmişdir.  Had i  sonuncu  şerdə  xalqımızın  milli  istiqlal  mücadiləsinin  yekunu  kimi  meydana 

gələn müstəqil Azərbaycan dövlətinə mürac iətlə ya zırdı: 




446 

 

Ey dövləti-novin, yaşa nəzmü-nizam ilə,  



Parlaq əməllərinlə, məzhərü-məram ilə.  

Türk aləmində parlasın ənvari-intibah, 

 Gülsün həyatimizdə izhari-intibah. 

 

Şair həmvətənlərimizin canı və qanı bahasına qazanılmış istiqlalı qoru maq əzmini belə ifadə edirdi: 



 

Məfkurəmiz yolunda nə lazımsa etməli,  

Məqsudə doğru əzmü-xüru sanla getməli. 

 ...Çıxsın, dilərsə, qarşımıza həp məzarımız,  

Dönməz məzaridən bu dili-əzmkarımız...  

Vicdani-millətə yazıhbdır bu ayəmiz, 

 Ən şanlı, ən şərəfli həyat iştə qayəmiz. 

 

"Əsgərlərimizə,  könüllülərimizə"  silsiləsində  isə  şair  vətən  övladlarını  istiqlalımızı  qoru mağa  çağırır,  bu  yolda 



ölməyi belə şərəf adlandırırdı: 

 

Qoymayın olsun xəzan gülzarı-istiqlalımız, 

 Sizdən istiqlalımız parlaq təzarət gözləyir.  

Şanlı ölmək ölməməkdir...  

Pürşərəf kim can verərsə, anı rəhmət gözləyir. 

 

"Şühədayi-hürriyyətimizin ərvahına ithaf‖ şerində şair azadlıq şəhidlərinə müraciətdə deyirdi: 



 

Sizin məzarınız istə qülubi-millətdir, 

... Əmin olun buna, ey ziynəti-cəhani-fəna, 

Mübəddən diridir namınız bu dünyada. 

 

1918-20  illərdə Had i ən çox A zərbaycan Xalq Cü mhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetində çap olunur-



du,  qəzet  onu "əski  ədəbiyyatda  inqilab  yaradan  sənətkar",  "Qafqasiyanın  görkə mli  şairlə rindən  biri"  kimi  təqdim  edirdi. 

1918 ilin  noyabr-dekabr aylarında Bakıda "Turan"  mətbəəsində "Əlvahi-intibah, ya xud  insanların  tarixi fac iələ ri" poemasın ı 

üç kitabda nəşr etdirmişdir. 

 

Əsərləri: 



Seçilmiş əsərləri, 2 cilddə, c.l, B., 1979; El fəryadı. Seçilmiş şeirlər, B., 1980. 

Əd.: 

Cəfər  M .,  Azərbaycan  ədəbiyyatında  romantizm,  B.,  1963;  M irəhmədov  Ə.,  M əhəmməd  Hadi,  B.,  1985;  Qəribli  İ., 

M əhəmməd Hadinin "İnsanların tarixi faciələri, yaxud Əlvali-intibah" poeması, B., 2001; Əliyeva A., M əhəmməd Hadi və Azərbaycan 

Demokratik Respublikası, "Elm" qəzeti, 1991, 30 avqust. 



 

HAKĠMĠYYƏTĠN  BOLġ EVĠKLƏRƏ  TƏHVĠL  VERĠLMƏSĠ  HAQQINDA  AZƏRBAYCAN  XALQ 

CÜMHURĠYYƏTĠ  PARLAMENTĠNĠN  QƏRARI  (27  aprel  1920  il,  saat  20:45  23:25)  - bolşevik  Rusiyasının hərb i 

müdaxiləsi və Bakının  11-ci Qırmızı ordu hissələri tərəfindən  mühasirəyə alındığ ı şəraitdə işğalçıların  hakimiyyəti təslim 

etmə k  barədə  ult imatu munun  mü zakirəsindən  sonra  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Pa rla mentinin  zora kı  məcburiyyət 

qarşısında qəbul etdiyi qərar. Qərar 1920  il  mayın  6-da, artıq  bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra "Ko mmunist" 

qəzetində  dərc  olun muşdu.  Qərara  əsasən,  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mət i  hakimiyyəti  aşağıdakı  şərtlərlə 

bolşeviklərə təhvil verird i: 



1.

 

Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti saxlanılır; 

2.

 

Azər bayc an kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır; 

3.

 

Azər bayc anın  son  idarə  formasını  hər  hansı  bir  xarici  təzyiqdən  asılı  olmayan  fəhlə,  kəndli  və  əsgər 

deputat-ları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirəcəkdir; 

4.

 

Hökumət idarəsinin bütün qulluqçuları öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir; 

5.

 

Yeni  yaradılan  müvəqqəti  kommunist  hökuməti  parlament  və  hökumət  üzvlərinin  həyatının  və  əmlakının 

toxunulmazlığına təminat verir; 

6.

 

Qırmızı ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcəkdir; 

7.

 

Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq, Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən 

bütün xarici qüvvələrə qarşı öz sərəncamında olan vasitələrlə qəti tədbirlər görəcəkdir. 

Azərbaycan  Parla menti  özünün  fövqəladə  iclasında  hə min  şərtləri  səs  çoxluğu  ilə  qəbul  et mişdi.  La kin  bol-

şeviklər hakimiyyəti ələ keçird ikdən sonra həmin şərtlərə əməl etmədilər. 

HAQVERDĠYEV Əbdürrəhim bəy Əsəd bəy oğlu (17.5.1870, Şuşa - 11.12.1933, Bakı) - yazıçı, dramaturq, teatr 

xadimi  və  ictima i  xadim,  A zərbaycanın  əməkdar  incəsənət  xadimi  (1928).  Bəy  ailəsində  doğulmuşdur.  Şuşa  realnı 

mə ktəbində o xu muş, Tiflis realnı  məktəbini bit irmişdir.  1891 ildə Peterburq  Yo l Mühəndisləri İnstitutuna daxil o lmuş, lakin 

bitirmə miş,  Peterburq  Universitetinin  Şərq  fakültəsində  müha zirələ r  d inlə mişdir.  Peterburqda  Müs əlman  Xeyriyyə 

Cə miyyətində katib (1895-99), Ba kıda ikinci dərəcəli şəhər mə ktəbində müəllim, Müsəlman teatr truppasında rejissor (1901-

04), Şuşa bələdiyyə idarəsinin üzvü (1904-06), 1-ci Dövlət dumasının deputatı (1906), Bakıda Kür-Xəzər səhmdar gəmiçilik 

cəmiyyətində  müfəttiş  (1907-13),  Ağdam  yetimlər  evin in  müdiri  (1913-16),  Tiflisdə  şəhərlər  ittifaqın ın  Qafqa z  şöbəsində 

mə mu r və onun "Əxba rı"nın redaktoru (1916-17),  Borça lı qə zasında müvəkkil olmuş,  Gürcüstan parlamentinin üzvü  (1917-

1918) seçilmişdir. 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə