[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə262/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   258   259   260   261   262   263   264   265   ...   282

439 

 

 



qardaşlarının opera-operetta dəstəsi" adında bir truppa təşkil edilibdir. Məşhur artistlərimizin hamısı həmin dəstəyə daxild ir. 

Dra m  artistlərindən  Abbas  Mirzə  Şərifzadə  də xi  Üzeyir  bəy  tərəfindən  cəlb  edilib,  rejissorluq  cəhəti  ona  tapşırılıbdır..." 

("Açıq söz", 1916,  31 avqust). Truppa həm  Bakıda tamaşalar verir, həm də  Qafqaz,  Vo lqaboyu və Orta Asiyanın bir ço x 

şəhərlərinə  qastrol  səfərlərinə  gedirdi.  Truppanın  repertuarında  Hacıbəyli  qardaşlarının  opera  və  operettaları  ("Ley li  və 

Məcnun", "Əsli və Kə rə m", "Aşıq Qərib" və b. operalar, "Ər və Arvad", "Evliykən subay", "Arşın mal alan", "O o lmasın, bu 

olsun" və b. musiqili ko mediyala r) əsas yer tururdu. 

1918  ilin  martında  Bakıda  S.Şau myan  başda  olmaq la  erməni  daşnakla rın ın  a zərbaycanlılara  qarşı  törətdiyi  soy-

qırımı  vaxtı  Hacıbəyli  qardaşlarının   opera-operetta  truppasına  da  böyük  zərər  dəyir.  Bu  hadisə  nəticəsində  Üzeyir  və 

Zülfüqar Hacıbəyli qardaşları İrana mühacirət etməyə məcbur olurlar. 

1918 il sentyabrın 15-də Bakı Qa fqaz İslam  Ordusu tərəfindən azad edildikdən, Azərbaycan Xalq  Cü mhuriyyəti 

Höku məti Bakıya köçdükdən sonra müsəlman teatrı yenidən fəaliyyətə başlayır. Bu  işdə Cü mhuriyyət Höku məti tərəfindən 

Mailov qardaşları teatrı binasının alınaraq ona Dövlət Teatrı statusunun verilməsin in də  mühüm ro lu olmuşdur. Hə min  ilin 

oktyabrında  Zülfüqar  və  Üzey ir  Hacıbəyli  qardaşları  Bakıya  qayıtmış  və  tezliklə  Bakıda  olan  artistlərdən  bir  dəstə  təşkil 

etmə k  üçün  ayrı-ayrı  sənətkarlarla   danışıqlar  aparmışlar.  "Azə rbaycan"  qəzetinin  1918  il  21  o ktyabr  tarixli  nö mrəsində 

Hacıbəyli qardaşların ın təşəbbüsü ilə  Bakıda, səhnə fəaliyyətlərinin  istiqamətindən asılı olmayaraq, bütün dram, opera və 

operetta artistlərin in da xil o lduğu bir truppa yaratdığı bildirilirdi. Bu  truppaya 26 n əfə rdən yu xarı görkə mli səhnə  xad imi 

daxil olmuşdu. Hacıbəyli qardaşların ın yaratdığı truppanın tamaşaları əsasən Bakıda Dövlət Teatrının b inasında keçirilirdi. 

Azərbaycan Cü mhuriyyəti süqut edən kimi 1920 il apre lin  28-də Türk Aktyorla rı İtt ifaqı təcili iclas çağıraraq, u zun 

illər  uğurlu  fəa liyyət  göstərən  truppa  müdiriyyətinin  guya  "mövqeyi-etibarını  it ird iyindən"  ləğv  edilməsi  və  İttifaqın 

müvəqqəti olaraq onun yerinə  keçməsi barədə qərar qəbul etdi.  Bütün işləri ö z öhdəsinə götürmək  ittifaqa tövsiyə olundu. 

Məmmədə li Sidqi isə İttifaq ad ından müvəkkil təyin edildi. 

 

Əd.: 

Üzeyir Hacıbəyov ensiklopediyası, B., 1996; Azərbaycan teatrının salnaməsi (toplayanı, tərtib edəni və izahların müəllifı 

Qulam M əmmədli), B., 1974.  

 

HACINS KĠ  Camo bəy Süleyman oğlu (14.6.1888, Quba - 1942, Rusiya,  Kirov vil.,  Vyatka) -  ictimai-siyasi  xad im, 

publisist,  teatr  tənqidçisi,  sənətşünas.  Mehdi  bəy  Hacınsk inin  qardaşıdır.  Peterburq  Universitetinin  hüquq  fakü ltəsini 

bitirmişdir (1912).  1907-15  illə rdə "Kaspi" qəzetin in  mü xb iri və ə mə kdaşı olmuşdur.  1915-17  illərdə  

Batu m  vilayətində  və  Dənizkənarı  rayonda  Birinci  dünya  müharibəsi  (1914-18)  dövründə  zərər 

çəkənlərə  yard ım  edən  müsəlman  qaçqın  ko mitəsinin  müvəkkili  işləmişdir.  " Nicat"  mədəni-maarif 

cəmiyyətinin  işində  iştira k  et miş,  müs əlman  dra m  cə miyyətinin  (1916)  və  Azərbaycan  arxeoloji 

cəmiyyətinin (1917) yaradıc ılarından olmuşdur. 

 

 




440 

 

1917 ilin iyulunda Cənubi Qa fqaz Kəndli Deputatları Şurası İcra iyyə Ko mitəsi sədrinin müav ini seçilmiş, oradan 



nümayəndə kimi Rusiya Müəssislər  məclisinə seçkilər ü zrə  Cənubi  Qafqaz  mərkəzi  ko missiyasının sədri vəzifəsinə təyin 

edilmişdir. 

Zaqafqaziya  seymin in  Müsəlman  fraksiyasının,  seym  buraxıld ıqdan  (1918,  26  may)  sonra  isə  yeni  yaradılmış 

Azərbaycan  Milli  Şurasının  (1918,  27  may)  üzvü  olmuşdur.  Hacınski  M illi  Şuranın  Azə rbaycanın  istiqlal  bəyannaməsini 

qəbul edən 26 üzvündən biri  idi. A zərbaycan Milli  Şurasının "Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanun"una 

(1918, 19 noyabr) əsasən Azərbaycan Cümhuriyyəti Pa rla mentinə da xil edilmişdi. 

Hacınski  A zərbaycan  Xalq  Cü mhuriyyətinin  birinci 

hökumət 


kabinəsində dövlət nəzarətçisi vəzifəsini icra  et miş, 4-cü və 5-c i 

hökumət 


kabinələ rində  (1919  aprel  -20  mart)  poçt  və  teleqraf  naziri 

vəzifəsində 

çalış mış,  Respublikada  rabitə  sahəsinin  inkişafında  xüsusi 

xid mət i 

olmuşdur. 

Hacınski  "Türk  yurdu"  cəmiyyətində  Azərbaycan 

incəsənətindən  mühazirə lər  o xu muş  (1918),  Azə rbaycan  və  s 

mətbuatında  "Qubalı"  imzası  ilə   çıxış  et mişdir.  Üzey ir 

Hacıbəylinin  əsərlərin in  tamaşaları,  hə mç inin  Nəcəf  bəy 

Vəzirov  və 

b. haqqında məqalə və resenziyalar yazmışdır. ―Milli nəğ mələr" 

kitabçalarında (1919-20) şeirləri dərc o lu muşdur. 



Aprel  işğalından  (1920)  sonra  xalq  ədliyyə 

ko missarlığında in zibati-ma liyyə şöbəsinin rəisi təyin olun muş, 

mədəniyyət 

və 


maa rif 

sahəsində 

fəaliyyətini 

dava m 


etdir-mişdir. 

Azərbaycanı  Tədqiq  və  Tətəbbö  Cəmiyyətinin  işində  yaxından 

iştirak 

etmiş, qədim  mədəniyyət abidələrin in  mühafizəsi  məsələləri ilə 

məşğul 

olmuşdur.  1922  il  aprelin  21-də  həbsə  alın mış,  3  il  məhbəsdə 



saxlandıqdan sonra Solovki (Rusiya, Arxangelsk v ilayəti) həbs 

düşərgəsinə 

göndərilmişdir.  1928  ilin  iyununda  azad  edilərək  Bakıya 

qayıtmış, 

həmin ilin iyulundan respublika  Kənd Təsərrüfatı Kooperasiyası 

İttifaqında 

("Köybirliyi")  plan   şöbəsinin  katibi  olmuş,  sonra  şöbə  müdiri 

vəzifəsini 

icra  etmişdir.  Hacınski  1933  ilin  noyabrından  Azərittifaq  

sistemində 

işləmiş, bir  ildən sonra sənaye kooperasiyasında baş məsləhətçi 

vəzifəsinə 

keçirilmişdir.  1937  ilin  yanvarında  həmin  vəzifə  ləğv 

olunduğundan işdən çıxarılmış, 1938 il noyabrın 24-də yenidən həbs edilərək sürgün olun muşdur. Kirov v ilayətin in Vyatka 

həbs düşərgəsində vəfat etmişdir. 

1956 il iyunun 13-də SSRİ A li Məhkə məsinin hərb i kollegiyası tərəfindən ona bəraət verilmişdir. 



 

Əd

:.  Əliyev  M .,  Cəmo  bəy  Hacınski,  "Azərbaycan  Demokratik  Respublikası.  Azərbaycan 

Hökuməti (1918-1920)" kitabında, B., 1990. 



HACINS KĠ  Mehdi  bəy  Süleyman  oğlu  (24.5.1879,Quba  -  iyun,  1941,  Bakı)  -  teatr 

xadimi, aktyor, publisist,  ictima ı-siyasi  xadim.  Bakıda  rea lnı  mə ktəb  kursunu  bitmiş ,  Şərq 

dilləri  kursla rın ın    din ləyic isi  o lmuşdur.  Bakı  Dövlət     Un iversitetinin    filologiya   və  hüquq 

fakültələrində  təhsil  almışdır.  1896  ildə  Bakıda  müsəlman  truppasının  təşkilində  fəal  rol 

oynamışdır.  1906  ildə  isə  ikinci  teatr  truppasının,  sonralar  Artistlər  Şurasının  ü zvü  olmuşdur. 

Hacınskin in  ilk  ç ıxışı  Nəriman  Nə rimanovun  "Nadanlıq"  əsərində  olmuşdur.  Qastrollarda  türk 

artistlərinə  rəhbərlik et mişdir.  Hacınski Ba kı şəhər idarəsinin ü zvü (1905) o lmuşdur. Müs əlman 

xeyriyyə cə miyyətinin ("Cə miyyəti-xeyriyyə"), "Nicat" və "Səfa" mədəni-maarif cə miyyətlərin in 

təşkilatçılarındandır.  "Nicat"  cəmiyyəti  idarə  heyətinin  üzvü  id i.  "Nicat"ın  teatr  bölməsinin 

rəhbəri (1906  ildən), "Nəşri-maa rif‖ cə miyyətinin sədr müavini, üç il "Səfa" cə miyyəti  xa lq  mə ktəblərinin rə isi,  1914  ildən 

teatr  bölməsinin  sədr  müavini  olmuşdur.  Bakı  teatrlarında  mü xtəlif  xarakterli  obrazlar  -  Karl  Moor  ("Qaçaqlar",F.Şiller), 

Nadir şah ("Nadir şah", N.Nərimanov) və s.yaratmışdır. 

İlk  məqaləsi  İs mayıl  bəy  Qaspralının  "Tərcü man"  qəzetinin  1898  il  8  dekabr  tarixli  sayında Azərbaycan  və  rus 

dillərində dərc o lunmuşdur. "Kaspi", "Həyat", "İqbal", "İrşad" və s qəzetlərdə, "Zənbur", "Molla  Nəsrəddin" jurna lla rında 

"Ürfü zadə",  "Dəmdəməki",  "Avara",  "Estet" və s.  imzalarla  A zərbaycan  teatrına,  aktyor  sənətinə  dair  məqalələr,  hekayə, 

oçerk və felyetonlar dərc etdirmişdir.  1906-07  illərdə b ir  müddət "Hü mmət" təşkilatının orqanı "Təkamü l" qəzetinin naşiri 

olmuşdur. "Sultan Əbdüləzizin xəli, yaxud ilk Türk Cü mhuriyyəti" adlı dram əsəri var. 

Bir sıra pyesləri ("Əl-Mənsur", H.Heyne; "Qaçaqlar", F.Şiller; "Nadan övlad", D.İ.Fonvizin və s.) A zərbaycan 

 

 

 



 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə