[]



Yüklə 20,19 Mb.
Pdf görüntüsü
səhifə16/319
tarix15.07.2018
ölçüsü20,19 Mb.
#56002
1   ...   12   13   14   15   16   17   18   19   ...   319

26 

 

 



 

 

 



 

qəzasının tarixi ad ların ı ö zünə qaytarmıĢdı. Payta xt  Bakıya  köçürülənədək  Xoyski  Höku məti bir sıra  digər nıühü m 

tədbirlər də həyata keçirmiĢdir. 

Sözun  əsl  mənasında,  Azərbaycanın  "olum,  ya  ölü m"  məsələsinin  həll  cdildiy i  olduqca  ağır  və  mü rəkkəb  olan  o 

dövrdə ölkəyə rəhbərlik etmək son dərəcə çətin bir iĢ  idi. Fətəli  xan  Xoyski  Höku mətinin o dövrdəki  fəaliyyəti haqqında 

Üzeyir  bəy  Hacıbəyli  yazırdı:  "Yeni  vücuda  gəlmiş  Azərbaycan  hökumətinin  birinci  rəisi-vüzərası  olmaqla  Azərbaycan 



tarixində  mühüm  mövqe  tutmuş  Fətəli  xan  həzrətləri  bu  yeni  dövlətin  vəziyyətini  taxta  paralarından  əmələ  gəlmiş  bir 

gəmiyə bənzədir k i, bu kimi fırtınalı bir gündə dərya üzərində hər saat, hər an dağa-daşa çırpılıb dağıla bilmək  təhiük əsi 

qarşısında qalmış, bütün ümidini gəmiçinin istedad və məharətinə bağlamışdır ...Bu zəi fgəmini bu fırtınalı gündə bu dağın, 

bu daşın arasından salamat keçirmək və sahili-nicata çıxarmaq kimi çətinliyi Fətəli Xan həzrətləri öz boynuna götürməyi 

qəbul  etdi  və  gəmisini  k əmali-ehtiyat  və  ehtimal  ilə  sahili-nicata  çtxarmaqda,  fırtına  sak it  olana  qədər  dağa  və  daşa 

vurmayıb bunların arasından keçirməkdə böyiik ustalıq və məharət göstərdi". 

1918 il sentyabrın 15-də  Bakı türk və Azərbaycan hərbi qüvvələrindən ibarət Qafqaz  Ġslam Ordusu tərəfındən azad 

olundu,  sentyabrın  17-də  isə  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Hö ku məti  Bakıya  köçdü.  Bakının  daĢnaklardan,  eser-

menĢevik qüvvələrindən ibarət olan və ingilislərə arxalanan mürtəce "Sentrokaspi diktarurası"nın ağalığ mdan qurtulması ilə 

əlaqədar olaraq alovlu n itq söyləyən Fətəli xan  Xoyski baĢ vermiĢ hadisələri q iy mətləndirərək deyird i: "Bizim də yaşamaq, 

azad  yaşamaq  haqqımız  var.  Nə  zirehli  maşın,  hidroplan, k anonerk a,  tikanlı  məftil,  mina  və  digər  texnik i  qurğular,  nə 

ingilislər  və  onların  əlaltıları,  nə  də  ümumiyyətlə  hər  hansı  bir  qüvvə  tarixin  təbii  gedişini  dayandıra  bildi,  onların 

əlliminlik orduya və texnikaya malik olmasına baxmayaraq, kiçik qüvvənin həmləsinə tab gətirməyib Bakını tərk etmələri 

öz rifahı və səadətini başqasının fəlakəti və bədbəxtliyi üzərində qurmağa çalışanlar üçün ibrət dərsi olmalıdır". 

Bakıya  köçdükdən  sonra  Xoyski  Höku məti  həm  ictimai-siyasi,  həm  də  təsərrüfat  və  mədəni  quruculuq sahəsində 

daha mühüm tədbirlər həyata keçirməyə baĢladı. Hö ku mət Məclisi-Məbusanın (parlamentin) çağ ırılması iĢinin təĢkili üçün  

ko missiya  yaratdı,  daha  sonra  bu  iĢ  fəaliyyətini  yenidən  bərpa  etmiĢ  Azərbaycan  Milli  ġu rasına  həvalə  edildi.  1918  il 

noyabrın 9-da Xoyskin in  məru zəsi əsasında Höku mət Azərbaycanın üçrəngli bayrağını təsdiqlədi.  Noyabrın  19-da Milli 

ġura Azərbaycan Parlamentinin yaradılması haqqında Höku mətin qanun layihəsini bəyəndi. 

Azərbaycan  Parlamentinin  ilk  iclası  1918  il  dekabrın  7-də  açıldı.  Xoyski  ço x  mü rəkkəb  tarixi  Ģəraitdə  Höku mət in 

fəaliyyəti barədə Parla mentə hesabat verdi: "...Bu altı ay müddətində k i hök umət idarə eyləmişdir, siz görürsünüz 

 

 

 



 


27 

 

 



 

 

 

ki,  çox  şeylər  təzə  təşkil  olubdur.  Daxildə  hərci-

mərcdən başqa heç bir şey yox idi. Hətta polis də yox idl Ona 

görə  hamıdan  artıq  polis  işlərinə  diqqət  etdik.  İndi  allaha 

şükür olsun ki, Azərbaycanın hər yerində, lazımi qədər olmasa 

da,  xalqın  malını,  camnı  müdafiə  edəcək  təşkilatımız  var.  Bu 

xüsusda  çox  sözlər  ola  bilər.  Fəqət,  vaxta  baxıb  tərəziyə 

qoyulmalıdır ki, bu işləri hansı hökumat və nə vaxt etmişdir? 

Tarixi, sabiqəsi, əsk ər və xəzinəsi olan hök umətmi? Yoxsa, ik i 

gündə  təşkil  olunmuş  pulsuz  və  əskərsiz  hökumətmi?  Əgər 

burasını  nəzərə  alsanız  görərsiniz ki,  nə  qədər  zəhmət  lazım 

idi.  Dəmiryolları  işləmirdi,  dağılmışdı,  vaqon,  filan  yox  idi. 

Məmlək ətin  dolanacağı  buna  bağlı  idi,  Ona  bina ən  hök umət 

buna vaxt verdi. Doğrudur, indi də mümk ün və lazım olan bir 

çox  şey  yoxdur.  Lakin  nə  qədər  olsa,  allaha  şükür,  yaz,  qış 

dəmir yolları düzəlib idarə olunur. Teleqraf yox idi, bir k ağız 

göndərmək  mümkün  deyil  idi.  İndi  qüvvəmiz  çatan  qədər 

işləyib  təmamilə  olmasa  da,  çox  yerdə  poçt,  teleqraf 

açılmışdır. İstənilən yerlərə teleqram, məktub göndərmək olar. 

Vacib məsalələrdən birisi də maliyyat məsələsi idi k i, onsuz iş-

ləmək   mümk ün  deyil  idi.  Hök umət  bir  zamanda  təşkil  olundu 

ki,  Batum  nümayəndələrinə  pul  göndərmək  lazım  olduğu 

halda,  on  min  manat  tapılmayıb  Tiflisdən  borc  axtarılırdı... 

Əlbəttə  ki,  bu  işlər  az  idi  və  öhdəmizə  düşən  vəzifənin  bir 

zərrəsidir.  Yalnız  böyiik   zəlalət  bu  idi  ki,  hök umətimiz  hədər 

olan  kimi  idi.  Zira  hürriyyət,  ədalət  və  əxvət  bayrağı 

daşıyan firqələr Bakını əlimizdən almış idi, bizi paytaxtsız 

buraxmış idi. Azərbaycanın köksü, paytaxtının sahibi olan 

müsəlman  milləti  qətliam  edilmiş  idilər.  Baş  bilənlər 

Dağıstan, İran və Turana dağılmışlar idi. Şəhərdə bir kişi 

yox  idi ki,  bunları bir  yerə  toplasın,  bir  iş  görsiin,  böylə 

olan  surətdə  bu  məsələdən  başqasına  artıq  əhəmiyyət 

vermək   olurmu  idi?...  Hər  nəzarətdən  ayrı-ayrı  bəhs  edə 

bilməyəcəm. Ancaq bunu deməliyəm k i, o vaxt nə  mək təb 

var  idi,  nə  ədliyyə  idarələri  var  idi.  Hök umət  buna  da 

diqqət  etməli  idi.  Çünk i,  ədliyyə  idarəsi  olmayınca 

məmlək əti  polis  qüvvəsi  ilə  idarə  etmək   olmaz.  Bu  ik isi 

birdir k i, əvval baş milliləşməli idi. Şimdi mək təblər milli-

ləşdilər. İbtidai mək təblər və bəzi siniflər milliləşmişlər, bir 

çox yeni məktəblər açılmışdır. Bundan əlavə, hökumət əl-

dən  gələn  qədər  çalışaraq,  yox  olan  ədliyyə  idarələrini 

təmdid etdi. İndi allaha şük ürlar, hər yerdə olamaz isə də

bir  çox  ədliyyə  idarələrina  türk  dili  bilən  adamlar  təyin 

edilmişlər.  Qüvvəmiz  qədər  vəzifəmizi  ifa  etdik.  Hələ  çox 

şey  edə  bilməmişik,  amma  bunu  cürətlə  deyə  bilərəm  ki, 

hökumətin  nöqsanları ilə bərabar, yol göstərən  işıqlı  


Yüklə 20,19 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   319




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə