[]



Yüklə 20,19 Mb.
Pdf görüntüsü
səhifə17/319
tarix15.07.2018
ölçüsü20,19 Mb.
#56002
1   ...   13   14   15   16   17   18   19   20   ...   319

28 

 

ulduzu bu  şüar  olmuşdur:  MİLLƏTİN  HUQUQU,  İSTİQLALl,  HÜRRİYƏTİ!".  ÇıxıĢın ın  sonunda  o,  istefasını 

qəbul  etməy i  Parla mentdən  xah iĢ  etdi.  Pa rla ment  Hö ku mətin   istefasını  qəbul  edərə k,  onun  təĢkilini  yenidən  Xoyskiyə 

tapĢırdı.  Fətəli  xan  dekabrın  26-da  Hö ku mətin  proqramı  və  tərkib i  barədə  Parlamentdə  çıxıĢ  etdi.  GeniĢ  müzakirələrdən 

sonra Parlament Xoyski Hö ku mətinin proqramını bəyəndi və onun yeni üzvlərinə etimad gostərdi. Bu Hö ku mətdə Xoyski 

baĢ nazir vəzifəsi ilə yanaĢı, xarici iĢlər naziri vəzifəsini də tutdu. 

Azərbaycan Parla mentindəki bir sıra pa rtiya fra ksiyaları, xüsusilə Azə rbaycanın istiqla lına qarĢı ç ıxan  qüvvələr, e lə 

ilk  ay lardan  Xoyski  Hö ku mətinə  qarĢı  kəskin  mü xalif  mövqe  tutdular.  Bu  fraksiyalar,  xüsusilə  "Ġttihad",  "Əhrar"  və 

sosialistlər Hö ku məti fəaliyyətsizlikdə təqsirləndirir, ölkənin bütün proble mlə rin i onun üstünə yıxmağa ça lıĢırdılar. Onların 

əksinə,  Məhəmməd  Əmin  Rəsulzadə  Xoyski  Hö ku mətini  müdafiə  edərək  b ild irmiĢdi  ki,  Hö ku mət  "bu  az  müddətdə,  nə 



mümkündürsə, etmişdir". Parlamentin  1919  il fevra lın 5-də keçirilən iclas mda cəmi beĢ həftə fəaliyyət göstərən Hökumət 

xüsusilə kəskin və qərəzli tənqidə məruz qalmıĢdı. Həmin əsassız tənqidlərə cavab nitqində Xoyski b ild irird i: "Mən birinci 



bəyənatımda demişdim k i, belə ağır bir zamanda heç k əs cəsarət edib Hök uməti ələ ala bilməz. Sizin sidqi-dil ilə hökumətin 

arxasında  durub  kömək  edəcəyinizə  ümid  oluruq...  Əgər  görsəm  ki,  hökumətə  sədaqət  yoxdur,  bir  dəqiqə  də  hökumət 

başında durmaram. ...Bir var sorğu ilə hökumətə kömək edilsin, onun nəzərindən qaçanlar yada salınsın, heç vaxt hökumət 

belə  sorğudan  inciməz.  Amma  bir  də  var  zəhərli,  hədxahlıq  sorğusu...  Bu,  hökumətə  badalaq  vurmaq  demək dir...  Bu 

müqəssirlər skamyasıdırmı ki, hərə gəlib bir söz desin, bir ləkə yapışdırsın? Hətta ixtiyarımız da yoxdur ki, onlardan bir 

qədər ehtiramlı davranmağı tələb edək". 

Daha sonra Fətəli xan Höku mətin  fəa liyyətində bəd niyyətlə "qüsur" axtaranla rı tənqid edərək b ild irird i ki, "siz bunu 



bilməlisiz k i, Azərbaycanın istiqlalı hər dəqiqə təhlük ədədir. Biliriz, indi elə vaxtdır k i, nəinki bez və çit, hətta elə əhval çıxa 

bilər k i, Azərbaycan belə qalmaz, istiqlahmız gedər. Belə miihüm za manda hök umət işlərini Tağıyev fabrik asının bezi ilə 

ölçmək olmaz". 

Müxalifətçi partiyalar və fraksiyaların Höku mətə qarĢı yaratdığı dözülməz vəziyyətlə əlaqədar 1919 il fevralın 25-də 

Xoyski  Höku məti  yenidən  istefa  verdi.  Parlament  istefa-nı  qəbul  etdi  və  yeni  Hö ku mətin  təĢkilinə  qədər  Xoyski 

Höku mətindən fəaliyyətini davam etdirməsi  xahiĢ olundu. Höku mət öz fəaliyyətini  martın 14-də  Nəsib bəy  Yusifbəylin in 

təĢkil etdiyi 4-cü Höku mət inə qədər davam etdir-di. Təcrübəli və səriĢtəli dövlət  xadimi  Fətəli  xan  Xoyski-nin o  za man kı 

son dərəcə mürə kkəb  Ģəraitdə istefa verməyə məcbur olması Azə rbaycan Xalq  Cü mhuriyyətinin  müqəddəratına mənfı təsir 

göstərdi. Ġstefaya çıxd ıqdan sonra Xoyski Parlament üzvü  kimi b ir sıra siyasi,  iqtisadi və  maliyyə  məsələlərinin həllində 

yenə  də  fəal  iĢtirak  et miĢ,  Azə rbaycan  və  Ermənistan  arasında  mübahis əli  əra zi  məsələ lərini  a raĢdırmaq  üçün  yaradılan 

Azərbaycan nümayəndə heyətinin sədri təyin olunmuĢdu. 

1919  ilin  de kabrında  Nəsib  bəy  Yusifbəylinin  təĢkil  etdiy i  5-c i  Hö ku mətin   tərkibində  Xoyski  xa rici  iĢlər  naziri 

vəzifəsini tutdu. Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası tərəfindən tanınmasına çalıĢan Xoyski bununla  əlaqədar 

Rusiya  Sovet  Federativ  Sosialist  Respublikası  xa lq  xa ric i  iĢlər  ko missarı  G.V.Çiçerinə  dəfələrlə  notalar  göndərmiĢ, 

Azərbaycanın  istəyinə  məhə l  qoymayan  Rusiya  xarici  iĢlə r  ko missarının  A zərbaycan  Xalq  Cü mhuriyyətini  Denikin  

qüvvələri  ilə  mübarizə  ittifaqına  cəlb  etmək  barədə  məkrli  p lanın ı  cəsarətlə  rədd  etmiĢdi.  Çiçerinə  cavabında  Xoyski 

birdirirdi  ki,  A zərbaycan  Höku mət i  sovet  Rusiyasının  Denikinlə   mübarizəsinə  rus  xa lqın ın  da xili  iĢi  kimi  ba xır  və  ona 

qanĢmağı  yo lverilməz  hesab  edir  (bax,  həmçin in  Çiçerin  notaları).  Fətəli  xan  Xoyski  A zərbaycan  Cü mhuriyyətinin  ilk 

Höku mət baĢçısı kimi Azərbaycan istiqlalının elanı barədə dünya dövlətlərinə ünvanlanan radioteleqramı imzalamıĢ,  5-ci 

Höku mət  kabinəsinin  xa ric i  iĢlər  naziri  o larkən  isə  istiqla lın  Pa ris  Sülh  Konfransı  tərəfındən  tanınması  haqqında 

Parla mentdə  məlu mat  vermiĢdi.  Parla mentin bu  məsələyə həsr olun muĢ təntənəli ic lasındakı  (1920,  14 yanvar) çıxıĢ ında 

Fətəli  xan Xoyski de miĢdi: "...Bu xəbər bizdən ötrü böyük  bayramdır. Bu yalnız bizim üçün deyil, ümumi türk  milləti və 



ümumi türk aləmi üçün böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri millətlər on illər ilə çalışmışlar. Biz isə 

onu  az  müddətdə,  bir  il  yarım  içərisində  qazandıq.  Böylə  az  miiddətdə  istiqlaliyyətini  alan  bir  millətin  onu  möhk əm 

saxlayacağına əminəm. 

Bugünki bayram münasibətilə sizi hökumət tərəfindən təbrik edirəm. Özümü artıq dərəcədə xoşbəxt hesab edirəm ki, 

istiqlaliyyətimizi elan edən zaman [da] hökumət başında mən idim. Və indi də təsdiqini sizə mən elan edirəm ". 

1920  il  apre lin  ortala rında  11-ci  Qırmızı  ordu  ġimali  Qafqa zda  Denikin  qüvvələrini  məğlub  edərək;  A zərbaycan 

Xalq  Cü mhuriyyətinin Ģimal sərhədlərinə yaxın laĢdı. Aprelin  15-də Xoyski Hö ku mət adından sovet Rusiyası hökumətinə 

nota  göndərsə  də,  nota  cavabsız  qaldı  və  aprelin  27-də  1.1-ci  Qırmızı  ordu  beynəlxalq  hüquq  normaların ı  po zaraq, 

Azərbaycan sərhədlərini keçd i və Ba kıya doğru hücum ə məliyyatına baĢladı. Azə rbaycan Xalq Cü mhuriyyətinin varlığına  

son  qoyuldu.  Aprel  işğalından  (1920)  sonra  Tiflisə  mühacirət  et məyə  məcbur  olan  F.x.Xoyski  iyunun  19-da  orada 

"DaĢnaksutyun"un  muzd lu  erməni  terrorçusu  tərəfındən  qətlə  yetirildi  və  həmvətəni  M.F.A xundzadənin  dəfn  o lunduğu 

Azərbaycan qəbiristanlığında torpağa tapĢırıld ı. 

Azərbaycan xalq ının ü mu mmilli lideri Heydər Əliyev Fətəli xan Xoyskin in Azə rbaycan dövlətçiliyi tarixindəki  

 

 



 

 

 



 

 

 




Yüklə 20,19 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   319




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə