[]


XALQ  ƏDLĠYYƏ  KOMĠSSARLIĞI  (XƏK)



Yüklə 20,19 Mb.
Pdf görüntüsü
səhifə4/319
tarix15.07.2018
ölçüsü20,19 Mb.
#56002
1   2   3   4   5   6   7   8   9   ...   319

10 

 

 



XALQ  ƏDLĠYYƏ  KOMĠSSARLIĞI  (XƏK)  Bakı  Xalq  Ko missarları  Sovetinın (XKS) hakimiyyot orqanı.  Bakı 

Fəhlə,  Əsgər  və  Matros  Deputatlan  Sovetinin  1918  il  25  apre l  tarixli  q əra rı  ilə  yarad ılmıĢdı.  Ko missar  vəzifəsinə  

A.Qabrielyan (Karinyan) təyin edilmiĢdi. Əslində, Rusiya Sovet Federativ Sosialist Respublikası XƏK -in  tədbirlərini təkra r 

edirdi. Sə lahiyyətlərinə inqilab i qanunçuluğa əməl olun masına nəzarət, sovet notarius orqanlarının təĢkili, əhaliyə hüquqi 

yardım  göstərmək  və  s.  daxil  idi.  Lakin  S.ġau myamn  baĢçılıq  etdiyi  Bakı  Xalq  Komissarları  Sovetinin  fəaliyyəti 

qanunçuluğa deyil, zorakılığa əsaslandığına görə XƏK-in əməli rolu az idi. Əsas üstünlük bilavasitə təsir imkanlarına malik 

olan istintaq  ko missiyası, fövqəladə  ko missiya və inqilabi tribunala  məxsus idi.  Bakı  XKS-in  süqutu ilə  (1918, 31 iyul) 

ləğv edild i. 



Əd.:Bax Xalq Komissarlığı məqaləsinin ədəbiyyatına  

 

XALQ  ƏKĠNÇĠLĠK  KOMĠSSARLIĞI  (XƏK)  -  Bakı  Xalq  Ko missarları  Sovetinin  (XKS)  hakimiyyət  orqanı. 

Bakı Fəhlə,  Əsgər və Matros Deputatları Sovetinin  1918 il  25 aprel tarixli qərarı ilə yarandığı elan edilmiĢ,  lakin  həmin  

qərarda  bu  vəzifənin  hələ lik  boĢ  qaldığı  bildirilmiĢdi.  Sonra  bu  vəzifəyə  M ir  Həsən  Və zirov  təyin  olun muĢdu.  1918  il 

iyunun  18-də,  Və zirovun  imzası  ilə,  mü lkədar  torpaqların ın  müsadirəsi  haqqında  Bakı  XKS-in  dekret i  verilmiĢdi.  XƏK 

mü lkədar  torpaqlarının  müsadirəsi  ilə  yanaĢı  kəndlərdə  torpaq  komitələrinin  təĢkili,  kənd  təsərrüfatı  məhsullarının  

yığılmasının   həyata  keçirilməsilə  də  məĢğul  olurdu.  Bakı  XKS-in   süqutu  ilə  (1918,  31  iyul)  ləğv  ed ilmiĢ,  Vəzirov 

"Sentrokaspi diktaturası" tərəfindən həbs olunmuĢ, 1918 il sentyabrın 20-də isə 26-ların tərkib ində güllə lən miĢdir. 



Əd.: Rəhimov Ə., 1920-ci ildə A zərbaycanda mü lkədar torpaq sahibliyinin ləğvi, B., 1962. 

XALQ  ƏMƏK  KOMĠSSARLIĞI  (XƏK)  -  Bakı  Xalq  Ko missarları  Sovetinin  (XKS)  hakimiyyət  orqanı.  Bakı 

Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 1918 il 22  ma rt tarixli qərarı ilə  Bakı quberniyasının əmə k ko missarlığı təĢkil 

olunmuĢdu. Ona Ġ.D.Zevin baĢçılıq ed irdi.  Sonra  Bakı XKS tərkib ində XƏK yaradıldı. Zev in  xalq əmək ko missarı təyin  

edildi.  XƏK  8 saatlıq  iĢ gününün tətbiqi, ə mə k Ģərait inin  ya xĢılaĢdırılması və bu  kimi baĢqa məsələ lərlə  məĢğul olurdu. 

Bakı Ģəhərinin  rayonlarında əmək ko missarları fəaliyyət göstərirdi.  Bakı  XKS-in süqutu ilə (1918,  31  iyul) ləğv olun muĢ, 

Zevin "Sentrokaspi diktaturası" tərəfindən həbs edilmiĢ, 1918 il sentyabrın 20-də 26-ların tərkibində güllələn miĢdir. 



Əd: Bax Xalq Komissarlığı məqaləsinin ədəbiyyatına 

 

XALQ ƏRZAQ  KOMĠSSARLIĞI (XƏK) -  Bakı  Xalq Komissarları Sovetinin (XKS) hakimiyyət orqanı. Bakı Fəhlə, 

Əsgər  və  Matros  Deputatlan  Sovetinin  1918  il  25  aprel  tarixli  qərarı  ilə  yaradılmıĢdı.  1918  il  iyunun  18-dən  ko missarlığa 

P.Caparidze  rəhbərlik  edirdi.  Caparidze,  eyni  zamanda,  daxili  iĢlər  komissarı  və  Bakı  Soveti  Ġcraiyyə  Komitəsinin  sədri  idi. 

Ġyulun  2-nə  olan  vəziyyətə  görə,  XƏK-də  öncə  yaradılmıĢ  8  Ģöbə  (katiblik,  təchizat,  id xal  və  ixrac,  nəzarət-qeydiyyat, 

rekvizisiya Ģöbələri və s.), sonralar müəssisələrarası qeydiyyat-rekvizisiya Ģöbəsində birləĢdirilmiĢdi. Bakı XKS-nin süqutu ilə 

(1918,  31  iyul)  ləğv  edilmiĢ,  Caparid ze  "Sentrokas pi  diktaturası" tərəfındən  həbs  olunmuĢ, sentyabrın  20-də  isə  26-ların  

tərkib ində güllə lən miĢdir. 

Əd.:Bax Xalq Komissarhğı məqaləsinin ədəbiyyatına 

 

"XALQ  ƏYLƏNCƏLƏRĠ"  CƏMĠYYƏTĠ  - A zərbaycan Xalq Cü mhuriyyəti dövründə Bakıda fəaliyyət göstərmiĢ 

liberal  istiqamətli quru m.  Cə miyyət müstəqillik əldə  etmiĢ əhalinin  istirahətinin təĢkilində, savadlanmasında, uĢaqların və  

yeniyetmələrin  mü xtə lif  əyləncəli  tədbirlərə   və  dərnəklərə,  klub  və  kitabxanalara  cəlb  olunmasında  xüsusi  fəalhq  və 

təĢəbbüskarlıq göstərmiĢ, onlara milli-mənəvi dəyərlərin aĢılan masında əhəmiyyətli rol oynamıĢdır. 

1919  ilin  əvvəllərində  Ba kı  və  onun  mədən-zavod  rayonlarındakı  mədəni-maa rif  cə miyyətlərini  birləĢdirmə k 

məqsədilə  konfrans  çağırılması  üçün  təĢkilat  komissiyası  yaradılmıĢ,  "Bakı  Ģəhəri  mədəni-maarif  müəssisələri  ittifaqının  

niza mnaməsi" təsdiq olunmaq üçün Azərbaycan Xalq Cü mhuriyyəti Hökumətinə təqdim edilmiĢdi. Niza mnamədə deyilirdi ki,  

mədəni-maarif  cə miyyətləri  ittifaqının  məra mı  Bakı  əhalisinin  mədəni  səviyyəsini  yüksəltmək  məqsədilə  Ģəhərin  bütün 

mədəni qüvvələrin i birləĢdirmə kdən ibarətdir.  1920 ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra cəmiyyət öz  

fəaliyyətini dayandırmıĢdır. 



Əd.: Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001. 

 

XALQ  HƏRBĠ  VƏ DƏNĠZ  ĠġLƏRĠ  KOMĠSSARLIĞI  (XHDĠK) - Bakı Xalq Ko missarları Sovetinin (XKS) haki-

miyyət orqanı. Bakı Fəhlə, Əsgər və Matros Deputatlan Sovetinin 1918 il 25 aprel tarixli qərarı ilə yaradılmıĢdı. Xa lq hərbi və 

dəniz iĢləri ko missarı vəzifəsinə Qafqaz ordusu hərbi-inqilab ko mitəsinin sədri Q.N.Korqanov təyin edilmiĢdi. O, 1918 ilin  

yanvarında  hərbi-inqilab  komitəsinin  tərkibində  Tiflisdən  Bakıya  gəlmiĢ,  burada  qırmızı  ordu  hissələrinin  yaradılmasına 

rəhbərlik  etmiĢ,  Bakı  və  onun  rayonlarının  inqilabı  müdafıə  ko mitəsinin  üzvü təyin olunmuĢdu.  Korqanov azərbaycanlılara  

qarĢı  1918  il  mart  soyqırımın ın  təĢkilatçılarından  olmuĢ, dinc  əhaliyə  qarĢı  soyqırımı  əməliyyatlarına  rəhbərlik  etmiĢdi.  Bu 

əməllərini  xalq hərbi və dəniz iĢləri ko missarı kimi də davam etdirmiĢdi. Komissarlıq, Bakı XKS-in digər orqanlan ilə birgə, 

Azərbaycan Xalq Cümhuriyyətinə qarĢı hərbi əməliyyatların təĢkilində əsas rol oynamıĢdı. Bakı XKS-in süqutu ilə (1918, 31 

iyul) ləğv edilmiĢ, xa lq hərbi və dəniz iĢləri komissarı Korqanov isə "Sentrokaspi diktaturası" tərəfındən həbs olunmuĢ, 1918 

il sentyabrın 20-də isə 26-ların tərkibində güllələn miĢdir.  

Əd.: Bax Xalq Komissarlığı məqaləsinin ədəbiyyatına 

 

 



Yüklə 20,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   319




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə