0f11aztitul(1-7)



Yüklə 42,65 Mb.
Pdf görüntüsü
səhifə59/79
tarix31.10.2018
ölçüsü42,65 Mb.
#77559
1   ...   55   56   57   58   59   60   61   62   ...   79

150 
 
Burada mütənasiblik əmsalı 
ℎ − Plank sabiti adlanır. Dünyəvi sabit olan Plank 
sabitinin ədədi qiyməti təcrübədən təyin olunmuşdur: 
ℎ = 6,626 ∙ 10
?????? ∙ ??????????????????. 
A.Eynşteyn bu fərziyyəni belə əsaslandırdı ki, diskretlik şüalanma (və ya udul-
ma) mexanizmindən deyil, şüalanmanın (və ya udulmanın) özünün diskret qurulu-
şundan – yəni şüalanmanın kvantlardan (porsiyalardan) ibarət olmasından irəli gə-
lir.  
Fotonun (kvantın) xassələri. Foton müasir təsəvvürlərə görə aşağıdakı xassələrə 
malikdir: 
 1. Foton atomda sərbəst halda mövcud deyil, o, atomun enerji səviyyəsinin 
dəyişməsi zamanı yaranır. 
2. Foton yaşama müddətinə görə davamlı zərrəcikdir. 
3. Foton bölünməz zərrəcikdir – onun tərkib hissəsi müəyyən olunmayıbdır. 
4, Foton elektrik cəhətdən neytraldır və onun digər fotonlarla qarşılıqlı  təsiri 
aşkarlanmayıbdır. 
5. Fotonun istənilən hesablama sistemində hərəkət sürəti sabit olub işığın vaku-
umdakı sürətinə bərabərdir:  
?????? = ?????????????????????????????? ≈ 3 ∙ 10 ??????/??????????????????. 
Fotonun sürəti onun enerjisindən asılı deyildir. 
6. Foton impulsa malikdir. Nisbilik nəzəriyyəsinə görə fotonun impulsu: 
?????? =
??????
??????
=


??????
=


.                           (2) 
Bu düstur işığın ikili (dualist) xassəyə malik olduğunu “qanuniləşdirir”: yəni işıq 
həm impulsa malik zərrəciklər (foton) seli, həm də 

 uzunluğuna malik elektromaqnit 
dalğasıdır. Beləliklə, (2) ifadəsi materiyanın fundamental qanunauyğunluğunu – 
dalğa və zərrəcik dualizmini təsdiqləyir. 
Fotonun impulsa malik olduğunu təcrübi şəkildə ilk dəfə ingilis fiziki və kimyaçısı 
Vilyam Kruks (1832–1919) hazırladığı vakuum tərəzisində müşahidə etmişdir. 
Kruks radiometri” adlandırılan bu cihaz işıq fotonlarının impulsunun təsiri nəti-
cəsində işləyir (bax:
 a
).   
7. Foton maddə ilə qarşılıqlı təsir zamanı udula, səpilə və yeni fotonun yaran-
masına səbəb ola bilir. 
8. Foton nüvə sahəsində elektron və pozitron cütünə çevrilə bilir: 
?????? → ??????
+ ?????? . 
Bu çevrilmə isə materiyanın digər fundamental qanunauyğunluğunu, maddə ilə 
fiziki sahə arasında qarşılıqlı əlaqənin mövcudluğunu təsdiqləyir. 
 
 
Kvantın enerjisi nəyə bərabərdir? 
Məsələ. Dalğa uzunluğu 
 = 6 ∙ 10 ?????? olan 
görünən işıq kvantının enerjisi nəyə 
bərabərdir (
ℎ = 6,6 ∙ 10
?????? ∙ ??????????????????; 
?????? = 3 ∙ 10 ??????/??????????????????)? 
 
 
 
Nəticənin müzakirəsi: 
 Kvantın enerjisi ilə dalğa 
uzunluğu arasında hansı 
münasibət var? Onu necə 
təyin etdiniz?
 
ARAŞDIRMA 
2 
TƏTBİQETMƏ 
  LAYİHƏ


151 
 
 
Nəzrin ilə Əhməd dərsdə müəllimin 
təqdim etdiyi belə bir sualı müzakirə 
edirdilər:  “Göyqurşağında görünən 
spektrin hansı  rəngində fotonun 
enerjisi, impulsu və  şüalanmanın 
dalğa uzunluğu böyükdür?”  
Nəzrin  bənövşəyi  şüadakı  fotonun 
enerjisi ilə impulsunun, qırmızı şüa-
nın isə dalğa uzunluğunun böyük ol-
duğunu  söylədi.  Əhməd  tam  əksini 
qeyd etdi: o, bənövşəyi şüanın dalğa 
uzunluğunun, qırmızıda isə fotonun 
enerjisi ilə impulsunun böyük oldu-
ğunu bildirdi. 
 Kim doğru söyləyir: Nəzrin, 
yoxsa Əhməd? Niyə? 
 
 
№ 
Suallar 
Bilirəm 
zəif  orta  yaxşı 

Kvantının enerjisi 
6, 626 ∙ 10
?????? olan şüalanmanın tezli-
yini və dalğa uzunluğunu təyin edin. 
 
 
 

Tezliyi 
3 ∙ 10 ???????????? olan ultrabənövşəyi şüalanma  kvantı-
nın enerjisi nəyə bərabərdir? 
 
 
 
3  Sistemin şüalandırdığı minimum enerji necə adlanır? 
 
 
 
4  Fotonun impulsu hansı istiqamətə yönəlir? 
 
 
 

Ağ işığın hansı şüalanmasının kvantı ən kiçik, hansı kvantı 
ən böyük enerjiyə malikdir?  
 
 
 
 
 
 
NƏ ÖYRƏNDİNİZ? 
“Fotonun anlayış xəritəsi”ni qurun. 
 
 
 
 
HƏYATLA ƏLAQƏLƏNDİRİN 
 
ÖZÜNÜZÜ QİYMƏTLƏNDİRİN 
  LAYİHƏ


152 
 
4.2. FOTOEFFEKT. FOTOEFFEKT NƏZƏRİYYƏSİ  
 
 Fotoelement – işıq enerjisini elektrik enerjisinə çevirən cihazdır. 
 Yarımkeçirici fotoelement – tərkibinə aşqar əlavə edilməklə sət-
hində p-tip keçiriciliyə malik sahə yaradılmış n-tip silisium kris-
talından ibarətdir. 
p-n  keçidinin  kontaktlarında  öz-özünə  əks  işarəli 
yüklər yaranır. Ona görə də bu kontaktlara qısamüd-
dətli  cərəyan  yaradan  mənbə  kimi  baxmaq  olar. 
Əgər  p-n  keçidi  işıqlandırılarsa,  orada  yeni  elek-
tron-deşik cütləri yaranmaqla ekoloji təmiz cərəyan 
mənbəyi alınar; məsələn, günəş batareyası. 
Qazı elektrik keçiricisi etmək üçün orada yükdaşıyıcılar – sərbəst elektronlar və ionlar ya-
radan mənbələr olmalıdır. Belə mənbələrdən biri ionlaşdırıcının təsiri ilə yaradılmış ion-
lardır. Müstəqil qaz boşalmasında güclü elektrik sahəsinin təsiri ilə böyük kinetik enerji 
alan bu ionlar katoda zərbələr endirərək onu öz səthindən elektronlar emissiya etməyə məc-
bur edir. Bu proses zərbə ilə emissiya hadisəsi adlanır. Beləliklə, müstəqil qaz boşalması 
zərbə ionlaşması və katodun səthindən elektronların emissiyası vasitəsilə baş verir. 
Vakuum borusundakı katodun qızdırılması nəticəsində elektronların termoelektron emis-
siyası baş verir. Bu elektronlar anodla katod arasına verilən onlarca kilovolt gərginlik hesa-
bına yaradılan sahənin təsiri ilə sürətləndirilir. Sürətlənmiş elektronlar anodla toqquşduqda 
onlar kəskin tormozlanır və bu zaman rentgen şüalanması (X-ray radiation) baş verir.
 
 

 
Metrokartda kifayət qədər balans olmadıqda turniket keçidi qa-
payır. Lakin balans kifayət etdikdə isə turniket keçidi açır və 
biz  metroya  daxil  oluruq.  Deyirlər  ki,  turniket  və  ona  oxşar 
qurğuların elektrik dövrəsi işıq və kölgənin təsiri ilə qapanıb 
açıla bilir. 
 Metro turniketi və 
ona oxşar qurğu-
ların elektrik 
dövrəsinin işə 
düşməsinə işıq 
necə təsir edə 
bilər?
 
 
 
 
 
Təchizat: elektrik qövs boşaldıcısı, adi közərmə lampalı işıqlandırıcı, elektrometr, ebonit 
və şüşə çubuq, yun və ya ipək parça, sink və ya mis lövhə, şüşə lövhə 
(a)
.  
İşin gedişi: 
1. Elektrometrin təchiz olunduğu sink lövhəni mənfi yüklə elektrikləndirin (yun parçaya 
sürtülən ebonit çubuqla). 
2. Qövs boşaldıcısının şüalarını lövhənin səthinə yönəldin və baş verən hadisəni müşa-
hidə edin. 
ARAŞDIRMA 
 
1
İşıq şüasının təsiri ilə elektrik cərəyanı necə yaranır?
 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika – 9 və 11
 
p-sahəsi 
 
n-sahəsi 
  LAYİHƏ


Yüklə 42,65 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə