1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə3/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   2   3   4   5   6   7   8   9   ...   159
beyn-lxalq-h-quq (1)

partikulyar beynəlxalq hüququ ayırmaq olar. Beynəlxalq məhkəmə təcrübəsində çox geniş istifadə olunan “ümumi beynəlxalq hüquq ” termini vasitəsilə bütün dövlətlər məcburi olan beynəlxalq hüquq normaları ifadə olunur. Bu normalara hamılıqla tanınmış prinsiplər ya hamılıqla tanınmış normalar da deyirlər. Partikulyar beynəlxalq hüquqa isə müəyyən regionda və ya iki dövlət arasında mövcud olan normalar daxildir. Bu baxımdan, məsələn, hər hansı bir dövlətin beynəlxalq hüququ pozması dedikdə, biz bunu, daha dəqiq desək, həmin dövlətin bu və ya digər səviyyədə öz üzərinə götürdüyü beynəlxalq öhdəliyi pozması kimi başa düşməliyik.

    1. Beynəlxalq ümumi hüquq və beynəlxalq xüsusi hüquq.Bəzən beynəlxalq hüquq anlamı geniş mənada işlədilir və iki müstəqil normativ komleks və elm sahəsi olan beynəlxalq ümumi hüquq (public international law) və beynəlxalq xüsusi hüquq ( private international law) buraya daxil edilir. Beynəlxalq ümumi hüquq dedikdə, yuxarıda anlayışını və təbiətini şərh etdiyimiz dövlətlərarasıhüquq başa düşülür. Əslində bu terminə beynəlxalq praktikada, demək olar ki, rast gəlinmir və o, əsasən elmi tədqiqatlarda və tədris prosesində beynəlxalq xüsusi hüquqdan fərqləndirilmək üçün istifadə olunur; onun əvəzinə hamı üçün anlaşıqlı olan “beynəlxalq hüquq” termini işlədilir. Beynəlxalq xüsusi hüquqa gəldikdə isə, o, qeyri-dövlət xarakterli beynəlxalq münasibətləri, yəni hər şeydən əvvəl əcnəbi fiziki və ya hüquqi şəxsin iştirak etdiyi mülki-hüquqi və ona yaxın olan münasibətləri nizama salan normalar sistemi kimi başa düşülür. Beynəlxalq hüquqla (beynəlxalq ümumi hüquqla) beynəlxalq xüsusi hüquq arasında sıx əlaqə mövcuddur. Belə ki, a) onlarin hər ikisi beynəlxalq münasibətləri nizama salır; b)

hər ikisi digər dövlətin hüquq subyektliyini tanıyır; c) mülki-hüquqi münasibətləri nizama salan beynəlxalq sazişlər beynəlxalq hüququn əsas prinsiplərinə zidd ola bilməz; ç) bu sazişlər çox hallarda dövlətlərarası razılaşmaların həyata keçirilməsi istiqamətində bağlanılır.
Beynəlxalq ümumi hüquqla beynəlxalq xüsusi hüquq arasındakı fərqləri aydın başa düşmək üçün Roma hüququndan bizə məlum olan jus publicum və jus privatum bölgüsünü yada salmaq lazımdır. Bu fərqlər aşağıdakılardır:

  1. subyektlərinə görə:

Beynəlxalq ümumi hüquqda (BÜH) – dövlətlər, beynəlxalq təşkilatlar, dövlətəbənzər qurumlar və s.;
Beynəlxalq xüsusi hüquqda(BXH) – fiziki və hüquqi şəxslər;

  1. predmetinə görə:

BÜH-da - dövlətlərarası hakimiyyət xarakterli münasibətlər;
BXH-da – beynəlxalq xüsusi hüquq xarakterli (mülki,ailə,əmək və s.) münasibətlər;

  1. mənbələrinə görə:

BÜH-da – beynəlxalq müqavilə, beynəlxalq adət və s.;
BXH-da – milli qanunvericilik, beynəlxalq müqavilələr, ticarət adətləri və s.;

  1. nizamasalma metoduna görə:

BÜH-da – müstəqil dövlətlərin razılığa gəlməsi;
BXH-da – ayrı-ayrı dövlətlərin qanunvericiliyindəki kolliziyaların aradan qaldırılması (bu səbəbdən hər bir dövlətin özünün beynəlxalq xüsusi hüququ vardır);

  1. ortaya çıxan məsuliyyətin xarakterinə görə:

BÜH-də – beynalxalq- hüquqi məsuliyyət ; BXH-də – mülki-hüquqi məsuliyyət.


    1. Yüklə 391,8 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə