1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti


§7. İnsan və vətəndaşın hüquqi statusunun anlayışı və prinsipləri. İnsan və vətəndaşın əsas hüquq və azadlıqları: sosial-iqtisadi və hüquqlar



Yüklə 218,67 Kb.
səhifə3/3
tarix27.10.2017
ölçüsü218,67 Kb.
#7024
1   2   3
§7. İnsan və vətəndaşın hüquqi statusunun anlayışı və prinsipləri. İnsan və vətəndaşın əsas hüquq və azadlıqları: sosial-iqtisadi və hüquqlar.

Vahid hüquqi statusa mənsub olan hər bir insanın hüquqlarının həcmi müəyyən dərəcədə, bu fərdin insan yoxsa, vətəndaş kimi çıxış etməsindən asılıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası əsas hüquq və azadlıqları «insanın» və «vətəndaşın» hüquq və azadlıqlarına bölməklə fərqləndirir.

Belə sual yarana bilər ki, bu cür fərqləndirmənin, insanın ikiləşdirilməsinin mənası nədir? Bu hər şeydən əvvəl vətəndaş cəmiyyətində şəxsiyyətin özünümüəyyən etməsini, özünürealizəsini, onun hər hansı qanunsuz müdaxilədən muxtariyyətini və müstəqilliyini təmin etməkdən ibarətdir.

Vətəndaş hüquqları fərdin dövlətlə münasibətlər sferasını əhatə edir. Burada o, yəni fərd, təkcə öz hüquqlarının qanunsuz müdaxilədən müdafiə olunmasına deyil, həmçinin də dövlət tərəfindən onların həyata keçirilməsinə aktiv dəstək olunmasına ümid edir. Vətəndaşın statusu onun dövlətlə xüsusi hüquqi əlaqəsindən - vətəndaşlıq institutundan irəli gəlir (Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsi)



Vətəndaş hüquqlarından fərqli olaraq, insan hüquqları həmişə hüquqi kateqoriya kimi çıxış etmir, yalnız mənəvi və sosial kateqoriya kimi çıxış edir.

İnsan hüquqlarına aşağıdakı əlamətlər xarakterikdir:



  1. Onlar insanın təbii və sosial məzmunu əsasında meydana gəlir və inkişaf edir;

  2. Obyektiv mövcud olur və dövlət tərəfindən tanınmasından asılı deyil;

  1. İnsana doğulduğu andan məxsusdur;

  1. Toxunulmazlıq, pozulmazlıq xarakterinə malikdir, təbii kimi qəbul edilir (hava, torpaq və su kimi);

  1. Birbaşa qüvvəyə malikdir;

  2. Ali nemət kimi tanınır;

  3. Hüququn zəruri hissəsi kimi çıxış edir;

  1. İnsan və dövlət arasında qarşılıqlı münasibətlərin prinsip və normalarını özündə əks etdirir;

  2. Onların tanınması, riayət edilməsi və müdafiəsi dövlətin başlıca vəzifəsi hesab olunur.

Azərbaycan Respublikasının Konstitusiyasının «Əsas insan və vətəndaş hüquqları və azadlıqları» adlanan III fəslinin bütün maddələri ardıcıl şəkildə yuxarıda göstərilən prinsiplər üzrə hüquq və azadlıqları fərqləndirir. Bu öz əksini ayrı-ayrı maddələrdə müxtəlif ifadələrin təsbitində tapır. İnsan hüquqları haqda söhbət gedən yerlərdə Konstitusiya «hər kəsin... hüququ vardır», «hər kəsə... təminat verilir», «hər kəs... bilər» və s. ifadələrdən istifadə edir. Bu cür ifadələrdən istifadə onu göstərir ki, göstərilən hüquq və azadlıqlar Azərbaycan Respublikası ərazisində olan, Azərbaycan Respublikası vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olmasından asılı olmayaraq hər kəs üçün tanınır. Burada belə bir formula diqqət yetirmək yerinə düşərdi: «hər bir vətəndaş insandır, hər bir insan hələ vətəndaş deyil». Odur ki, vətəndaşlar insan hüquqlarından tam həcmdə istifadə etdikləri halda, dövlətin vətəndaşı olmayan, lakin dövlət ərazisində müvəqqəti olan və ya daimi yaşayan şəxslər, yəni əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız qanunla nəzərdə tutulan hallarda vətəndaş hüquqlarından istifadə edə bilərlər.

Bununla yanaşı, 52-57-ci maddələrdə göstərilmiş hüquqlar yalnız Azərbaycan Respublikası vətəndaşlarına məxsusdur. Bunlar, əsasən siyasi hüquqlardır - vətəndaşlıq hüququ, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ, dövlətin idarə olunmasında iştirak etmək hüququ, müraciət etmək hüququ və sairədir.

Konstitusiyada yalnız Azərbaycan Respublikası vətəndaşlarının daşıdığı vəzifələr də göstərilib - Vətənə sədaqət (maddə 74), Vətəni müdafiə (maddə 76), Dövlət rəmzlərinə hörmət (maddə 75). Azərbaycan Respublikasından qovulmanın və ya xarici dövlətə verilmənin (ekstradisiya) qadağan edilməsi yalnız Azərbaycan Respublikası vətəndaşlarına şamil edilir (maddə 53)

Subyektiv mənada hüquq şəxsin öz iradəsilə həyata keçirə bildiyi mümkün davranış variantı, imkanıdır. Vəzifə isə insanın obyektiv zəruri, məcburi davranışıdır.

Beləliklə, hüquq, azadlıq və vəzifələri ehtiva edən insan və vətəndaşın hüquqi statusu, insanların bir-birilə qarşılıqlı əlaqəsinin tarazlaşdırılmış üsullarının yaradılmasına və fərdin cəmiyyətin və dövlətin normal münasibətlərinin qurulmasına məqsədyönlü şəkildə təsir göstərir.

Azərbaycan Respublikası Konstitusiyasmın 24-cü maddəsində (ümumilik, ayrılmazlıq, pozulmazlıq və toxunulmazlıq prinsipləri), 25-ci maddəsində (bərabərlik prinsipi), 71-ci maddəsinin 1-ci hissəsində (dövlət müdafiəsi prinsipi), 71-ci maddəsinin 6-cı hissəsində (birbaşa qüvvədə olma prinsipi) insan və vətəndaşın hüquqi statusunun əsas prinsipləri təsbit olunmuşdur.

Şəxsi (mülki) hüquqların təyinatı vətəndaş cəmiyyətində fərdin azadlığını və muxtariyyətini təmin etməkdən, hər-hansı kənar qanunsuz müdaxilədən onun hüquqi müdafiəsini təşkil etməkdən ibarətdir. Mülki hüquqların üzvi əsası və əsas vəzifəsi ondan ibarətdir ki, hər bir şəxsiyyətin inkişafının fərdi, daxili oriyentirlərinin üstünlüyünü təmin etsinlər.

Bu kateqoriya hüquqlar onunla xarakterizə olunurlar ki, dövlət, müəyyən münasibətlər sferasında şəxsiyyətin azadlığını tanıyır. O, neqativ adlandırılan azadlığı təmin edir. Hər bir fərdin atributu olan bu hüquqların vəzifəsi şəxsi maraqların fəaliyyət sahəsini müdafiə etməkdən, şəxsiyyətin fərdi özünü realizə etməsinin təmin edilməsindən ibarətdir.

İnsanın şəxsi mülki hüquq və azadlıqlarına, adətən bunlar aid edilir: yaşamaq hüququ, azadlıq hüququ, şəxsi toxunulmazlıq, şəxsi həyatın toxunulmazlığı, mənzil toxunulmazlığı, hərəkət və yaşamaq yeri seçmək azadlığı, vicdan azadlığı, milli mənsubiyyətin və ünsiyyət vasitəsi olan dilin sərbəst seçim hüququ. Mahiyyət etibarilə hüquqların bu toplusu hər bir cəmiyyətin demokratik təşkilinin humanistik prinsiplərini ifadə etməklə şəxsiyyət azadlığının fundamental aspektlərini əhatə edir.

Siyasi hüquq və azadlıqlar vətəndaşın subyektiv hüquq və azadlıqlarının mühüm kateqoriyasıdır. Onlar, insanın (həm fərdi, həm də kollektiv şəkildə) dövlətin ictimai-siyasi həyatında və idarə olunmasında iştirak etmək imkanı kimi başa düşülür. Bununla da dövlətin vətəndaşdan təcrid olunması aradan qaldırılır. Vətəndaşların siyasi hüquqları bütün digər hüquqların həyata keçirilməsinin zəruri şərtidir, çünki onlar demokratik sistemin üzvi əsasını təşkil edirlər və hakimiyyətin, özünü məhdudlaşdırmalı olduğu dəyərlər kimi çıxış edirlər.

Dövlətin təbiətini müəyyən edən faktor, hakimiyyətə nəzarət vasitəsi, demokratik rejimin qiymətləndirici meyarı kimi çıxış edən siyasi hüquq və azadlıqlar mədəni cəmiyyətin məcburi elementləridir. Hüquq ədəbiyyatında onların aşağıdakı bölgüsü həyata keçirilir:


  1. Dövlətin və onun orqanlarının təşkili və fəaliyyətində nümayəndəli və birbaşa demokratiyanın müxtəlif formaları ilə iştirak etmək üzrə hüquqlar (seçki hüquqları, petisiya hüququ);

  2. Cəmiyyətin həyatında aktiv iştirak üzrə hüquqlar (söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı, birləşmək hüququ).

Şəxsi hüquqlardan fərqli olaraq siyasi hüquq və azadlıqların məqsədi insanın muxtariyyətini təmin etməkdən deyil, siyasi prosesin aktiv iştirakçısı kimi təzahür etməsini təmin etməkdən ibarətdir. Bu kateqoriya hüquqların dəyərliliyi ondan ibarətdir ki, onlar dövlət və vətəndaş arasında münasibətlərin möhkəmləndirilməsi üçün şərait yaradılmasına xidmət edirlər.

Sosial-iqtisadi hüquqlar (mədəni hüquqlarla yanaşı) fərdin sosial-iqtisadi həyat şəraitinin saxlanılmasına və normativ şəkildə müəyyən edilməsinə aiddirlər, insanın iş və məişət, məşğulluq, həyat səviyyəsi, sosial müdafiəsi sahəsində vəziyyətini müəyyən edirlər. Onların həcmi, həyata keçirilməsi səviyyəsi xeyli dərəcədə dövlətin iqtisadiyyatından və ehtiyatlarından asılıdır və buna görə də onların həyata keçirilməsinin təminatları, siyasi hüquqlar və mülki hüquqlarla müqayisədə daha az inkişaf etmişdilər.

İnsan hüquqlarının digər növlərindən fərqli olaraq sosial-təminat hüquqlarının xüsusiyyətləri aşağıdakılardır:


  • insan həyatının müəyyən - sosial-iqtisadi sahəsinə şamil edilməsi;

  • əsas müddəalarda məsləhətverici, «qeyri-ciddi» təriflərin verilməsi (məsələn, «layiqli həyat», «ədalətli və uyğun həyat şəraiti»);

  • sosial-iqtisadi hüquqların həyata keçirilməsinin iqtisadi və ehtiyatların vəziyyətindən asılı olması.

Sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin vəzifəsi ondan ibarətdir ki, mütərəqqi iqtisadi və sosial islahatlar həyata keçirsin, iqtisadi inkişafın proses və faydasına öz xalqının iştirakını təmin etsin, öz resurslarını hamının bu hüquqdan bərabər imkanlarla istifadəsini təmin etməklə istifadə etsin

İqtisadi hüquqlar insana təsərrüfat fəaliyyətinin əsas faktorlarına sərbəst sərəncam vermək imkanını təmin edirlər. Bunlara aiddirlər: əmək hüququ, mülkiyyət hüququ, təsərrüfatçılıq (azad sahibkarlıq) hüququ, tətil hüququ və s. Bundan başqa, işə götürənlər və işçilər kollektiv müqavilə bağlamaq hüququna, öz maraqlarının müdafiəsi üçün milli və beynəlxalq təşkilatlarda müstəqil birləşmək hüququna malikdirlər.

Sosial hüquqlar insana layiqli yaşam səviyyəsini və sosial müdafiəni təmin edirlər. Bu kateqoriya hüquqlardan ən mühümü, sosial sığorta, pensiya təminatı və tibbi xidməti ehtiva edən sosial təminata olan hüquqdur.

Mədəni hüquqlar insanın mənəvi inkişafına təminat verir, hər fərdə siyasi, mənəvi, sosial və mədəni tərəqqinin faydalı iştirakçısı olmağa kömək edir. Bu hüquqlara aiddirlər: təhsil hüququ, cəmiyyətin mədəni həyatında sərbəst iştirak etmək hüququ, yaradıcılıq hüququ, elmi tərəqqi və onun praktiki tətbiqi nəticələrindən istifadə etmək hüququ.


§8. Azərbaycan Respublikası vətəndaşlığı .

Vətəndaşlıq məfhumu hələ qədim Afina və Romada tətbiq olunmuşdur. Burada vətəndaşlıq azad insanlara məxsus idi. Orta əsrlərdə isə vətəndaşlıq məfhumu təbəəliklə əvəz olundu.

Konstitusiyamızın 52-ci maddəsində və «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» 1998-ci il 30 sentyabr qanununun 1-ci maddəsində göstərilir: «Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır».

Qarşılıqlı hüquq və vəzifələr şəxs və dövlət arasındakı daimi siyasi və hüquqi əlaqədən irəli gəlir.

Siyasi əlaqə, siyasi hakimiyyətin təşkilində vətəndaşın iştirakı və onun siyasi hüquq və azadlıqlara malik olması ilə izah olunmalıdır.

Vətəndaşla dövlət arasında hüquqi əlaqə daimidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə yalnız müvəqqəti hüquqi əlaqədə olur. Dövlət həm əcnəbiləri, həm də vətəndaşları müdafiə edir. Lakin vətəndaşları əcnəbilərdən onun dövlətlə siyasi əlaqəsinin olması fərqləndirir. Əcnəbilərin siyasi sahədə hüquqları məhdudlaşdırılır. Deməli, vətəndaşlıq dedikdə, şəxsin dövlətə mənsubiyyəti, şəxslə dövlət arasında onların qarşılıqlı hüquq və vəzifələrində ifadə olunan daimi siyasi hüquqi əlaqə başa düşülür.

Azərbaycan Respublikasında vətəndaşlıq Konstitusiyada və qanunda müəyyən olunmuş prinsiplərə əsaslanır. Bu prinsiplər vətəndaşlıqla bağlı münasibətləri tənzimləyən, qanunvericiliklə müəyyən olunan rəhbər müddəalardır.

Azərbaycan Respublikası vətəndaşlığının prinsiplərinə daxildir.



I. Vətəndaşlığın müstəqil müəyyən olunması. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şəxslər özləri öz vətəndaşlıqlarını müəyyən
edirlər. Şəxs istənilən vaxt vətəndaşlıqdan imtina edə bilər. «Azərbaycan Respublikası vətəndaşlığı haqqında qanun»un V maddəsinə görə
aşağıdakı şəxslər Azərbaycan Respublikası vətəndaşlarıdır:

  1. bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının qeydiyyatında olan vətəndaşlar;

  2. 1992-ci il yanvarın 1-dək vətəndaşlığı olmayan, lakin qeydiyyatda olan şəxslər. Burada şərt var. Həmin şəxslər qanun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər;

  3. 1988-ci ildən 1992-ci ilədək Azərbaycan ərazisində məskunlaşmış qaçqınlar;

4) bu qanuna əsasən vətəndaşlıq əldə etmiş şəxslər.

II. Vahid vətəndaşlıq prinsipi. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası öz vətəndaşının digər dövlətlər qarşısında vətəndaşlıqdan irəli gələn öhdəliklərini tanımır, amma digər dövlətlərin vətəndaşlığını əldə etmək hüququnu tanıyır. Böyük dövlətlər çox vaxt ikili vətəndaşlıq prinsipini tanıyır. Məsələn, Rusiya Federasiyasının vətəndaşlıq haqqında qanunvericiliyi ikili vətəndaşlığı tanıyır. Amma o şərtlə ki, həmin dövlətlə Rusiya arasında müqavilə bağlansın. Xırda dövlətlər isə ikili vətəndaşlığı tanımır. Çünki onlar ehtiyat edirlər
ki, bu böyük dövlətlərə onların daxili işlərinə qarışmasına imkan yarada bilər.

  1. Bərabər vətəndaşlıq prinsipi. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, vətəndaşlığın əldə edilməsi üsulundan və əldə olunması müddətindən asılı olmayaraq, bütün vətəndaşlar bərabərhüquqludur.

IV. Vətəndaşlıqdan məhrumetmənin yolverilməzliyi prinsipi. Vətəndaşlıqdan məhrumetmə əslində insan və vətəndaş hüquqlarının məhdudlaşdırılması deməkdir. SSRİ dövründə cinayət törədən şəxs həm məhkum olunur, həm də vətəndaşlıqdan məhrum edilirdi. Amma indi bu Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinə müvafiq olaraq yolverilməzdir.

  1. Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası ərazisindən qovulmasının və ya xarici dövlətə verilməsinin yolverilməzliyi. Bu prinsip vətəndaşın dövlət hakimiyyətinin təzyiqindən qorunmasını ifadə edir. Heç kəs Azərbaycan Respublikası vətəndaşını dövlət ərazisindən qova bilməz.

  2. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına Azərbaycan Respublikasının himayəçilik prinsipi. Bu prinsip qismən formal xarakter daşıyır. Çünki yalnız böyük dövlətlər bu imkana malikdirlər. Faktiki olaraq, xırda dövlətlər böyük dövlətlər ərazisində yaşayan vətəndaşlarına himayəçilik edə bilmir.

  3. Vətəndaşlığın saxlanması. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda hansı müddətə yaşamasından asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlığını saxlayır.

  1. Vətəndaşlıqla bağlı beynəlxalq normaların üstünlüyü. ni Azərbaycan Respublikası xarici dövlətlərlə vətəndaşlıqla əlaqədar müqavilələr bağlaya bilər. Bu müqavilələrlə milli hüquq arasında ziddiyyət yaranarsa, beynəlxalq müqaviləyə üstünlük verilir.

«Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanun»a görə, Azərbaycan Respublikası vətəndaşlığı aşağıdakı qaydalarla yaranır:

  • doğulduqda;

  • vətəndaşlığa qəbul edildikdə;

- beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar olduqda.
Vətəndaşhğm əldə edilməsi yollarına aşağıdakılar daxildir:
1) filimasiya (vətəndaşlığın anadangəlmə əldə edilməsi).

Burada iki prinsip var:



  1. ius sanquini - qan hüququ;

  2. ius soli - torpaq hüququ.

Avropa dövlətlərində ius sanquini əsas götürülür. Yəni burada vətəndaşlıq şəxsin mənşəyi ilə əlaqələndirilir. Şəxs hansı dövlətin vətəndaşından doğulubsa həmin dövlətin vətəndaşı sayılır. Bu prinsip Roma hüququndan qalıb. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşlarından - doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Deməli, bizdə də ius sanquini əsas götürülür. Lakin Konstitusiya həmçinin ius solini vətəndaşlığın əldə olunması üsulu kimi tanıyır.

2) naturalizasiya (vətəndaşlığın şəxsi vəsatətlə əldə edilməsi). Bu
bir qədər mürəkkəb qaydadır. Burada müxtəlif şərtlər var ki,
onlara əsasən, şəxs dövlətin vətəndaşlığını əldə edir. Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmək üçün şəxs:

  • ən azı 5 il Azərbaycanda daimi yaşamalı;

  • Azərbaycan dilini bilməsi haqqında sənəd təqdim etməli;

  • Azərbaycan dövlətinin mənafelərinə uyğun gəlməlidir.

3) optasiya (yaranmış ikili vətəndaşlıqdan birinin seçilməsi).

4 )transfert (ərazilər dəyişərkən, yəni bir dövlətdən digərinə keçərkən həmin ərazidə yaşayan əhalinin vətəndaşlığının müəyyən olunması).

Optasiya bir şəxsin yaranmış ikili vətəndaşlığını müəyyən edirsə, transfert hamıya aid edilir.



  1. vətəndaşlığın bərpası - reinteqrasiya. Yəni şəxs müəyyən səbəbdən öz vətəndaşlığını itirib, sonra bərpa etmək istəyirsə, vətəndaşlıq bərpa olunur. Reinteqrasiya naturalizasiyaya bənzəsə də irəli sürülən tələblərin sadəliyi ilə ondan fərqlənir. Naturalizasiya yeni vətəndaşlığın əldə olunmasıdır. Reinteqrasiya isə itirilmiş vətəndaşlın bərpasıdır. Reinteqrasiya daha
    tez baş verir, şəxsin vəsatət qaldırması əsas götürülür. Naturalizasiyada isə artıq qeyd etdiyimiz kimi müxtəlif şərtlər var.


Vətəndaşlıq aşağıdakı üsullarla xitam oluna bilər:

  1. vətəndaşlıqdan çıxma;

  2. vətəndaşlığı itirmə və s.

Vətəndaşlıqdan çıxmaya denaturalizasiya da deyirlər. Bu zaman şəxs vətəndaşlıqdan çıxmaq barədə vəsatət qaldırır və prezidentin sərəncamı ilə vətəndaşlıqdan çıxır. Bununla vətəndaşlıq xitam olunur. Şəxs bu hərəkətinin səbəblərini göstərməlidir. Əgər şəxsin dövlət və ya hərbi xidmətlə bağlı öhdəlikləri varsa, cinayət məsuliyyətinə cəlb olunaraq, məhkum olunubsa, mülki hüquqi şəxslər və dövlət qarşısında öhdəlikləri varsa, onun vəsatəti qəbul olunmur. Bütün bunlar aradan qaldırılsa, şəxsin vəsatətinə baxılır.

Hüquq ədəbiyyatında əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı üç rejim fərqləndirilir:



  1. milli rejim;

  2. daha əlverişli rejim;

  3. xüsusi rejim.

Hazırda əcnəbi hər hansı bir dövlətin vətəndaşı olub, başqa dövlət ərazisində yaşayan şəxslərə deyilir. Vətəndaşlığı olmayan şəxs isə vətəndaşlığını təsdiq edən sənədi olmayanlardır. Əcnəbi və vətəndaşlığı olmayanların hüquqi statusu təqribən üst-üstə düşür. Yalnız bir fərq var: əcnəbini yarana biləcək mübahisədə himayə edəcək dövlət var, vətəndaşlığı olmayan şəxsi isə yoxdur.
§9. Qeyri-hökumət təşkilatlarının (İctimai birliklərin) hüquqi statusunun əsasları.

Demokratik cəmiyyətdə siyasi sistemin fəaliyyət göstərməsi siyasi plüralizmdən, yəni insanların mənafe və fikirlərinin rəngarəngliyindən, ayrı-ayrı siyasi qüvvələrin fəaliyyətinin müxtəlifliyindən, xüsusilə seçki kampaniyaları dövründə onların rəqabətindən, siyasi mübarizələrindən başlanır. Bütün bunlar, ancaq qanun çərçivəsində və hədlərində olmalıdır.

İctimai birliklər haqqında qanunvericiliyin əsasını Azərbaycan Respublikasının Konstitusiyası, «Qeyri-hökumət təşkilatları (ictimai birliklər) haqqında» Azərbaycan Respublikasının 13 iyun 2000-ci il tarixli qanunu, «Siyasi partiyalar haqqında» 3 iyun 1992-ci il Azərbaycan Respublikası qanunu və digər normativ hüquqi aktlar təşkil edir.

«Qeyri-hökumət təşkilatları (ictimai birliklər) haqqında» qanunun 2-ci maddəsində ictimai birliklərin anlayışı verilmişdir. Həmin maddənin 1-ci hissəsinə görə, ictimai birlik təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. İctimai birliklərə siyasi partiyalar, kütləvi hərəkatlar, dini birliklər, həmkarlar ittifaqları, vətəndaşların digər assosiasiyaları (qadınlar, veteranlar, gənclər təşkilatları, yaradıcılıq ittifaqları və i.a.) aiddir.

Kütləvi ictimai hərəkatlar - siyasi və yaxud digər məqsədlər güdən, qəti müəyyən edilmiş üzvlüyə malik olmayan birliklərdir. Üzvlüyün olmaması ictimai hərəkatları digər birliklərdən fərqləndirir və onun tərkibində kollektiv üzvlərin, məsələn, partiyaların iştirakına imkan yaradır.

Cəmiyyətdə həmkarlar ittifaqlarının da böyük rolu vardır. Onlar dövlət orqanları, təsərrüfat təşkilatları, kooperativlərlə qarşılıqlı əlaqədə istehsal, sosial-iqtisadi və mədəni sahələrdə öz üzvlərinin mənafelərini təmsil edir və müdafiə edirlər. Həmkarlar ittifaqları qəti müəyyən edilmiş fərdi üzvlüyə malikdirlər. Bütün həmkarlar ittifaqları qanun qarşısında bərabərdirlər.

Bütün siyasi partiyalar, ictimai təşkilatlar və kütləvi hərəkatlar Azərbaycan Respublikası Konstitusiyası və qanunları çərçivəsində fəaliyyət göstərməlidir. Azərbaycan Respublikasında məqsəd və fəaliyyəti konstitusiya quruluşunun əsaslarının zorla dəyişdirilməsi və ya dövlətin ərazi bütövlüyünün pozulması, dövlət təhlükəsizliyinin sarsılması, hərbi birləşmələrin yaradılması, sosial, irqi, milli və dini ədavətin qızışdırılmasından ibarət olan ictimai birliklərin təşkil edilməsi və fəaliyyəti qadağandır (AR Konstitusiyasının 58-ci maddəsinin IV hissəsi).

İctimai birlik onun qanunla nəzərdə tutulan subyektlər tərəfindən təsis edilməsi nəticəsində, habelə mövcud olan ictimai birliyin yenidən təşkili nəticəsində yaradıla bilər.

İctimai birliyin təsis edilməsi nəticəsində yaradılması təsisçilərin qərarı ilə həyata keçirilir. Bu halda təsis yığıncağı çağırılır və birliyin nizamnaməsi qəbul olunur.

İctimai birliyin nizamnaməsində birliyin adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri və idarə olunması qaydası, üzvlərin hüquq və vəzifələri, üzvlüyə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, ictimai birliyin əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, birliyin ləğv edilməsi və ləğv edildiyi halda əmlakdan istifadə qaydası müəyyən edilir.

İctimai birliklərin əmlakının formalaşdırılma mənbələri aşağıdakılardır:


  1. təsisçilərin və ya ictimai birliklərin üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;

  1. könüllü əmlak haqları və ianələri;

  1. malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar;

  2. səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlər və dividentlər, gəlirlər;

  3. öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;

  1. qrantlar;

  2. qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər.

İctimai birliklərin idarə olunmasının əsasları «Qeyri-hökumət təşkilatları haqqında» Azərbaycan Respublikası qanununun 25-ci maddəsində göstərilmişdir. İctimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbuletmə və ictimai birliyin adından çıxış etmə qaydaları qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir.

Siyasi partiyalar - daimi əsasda fəaliyyət göstərən, təşəkkül tapmış təşkilati quruluşa malik birliklərdir. Siyasi partiyalar - öz üzvlərinin siyasi mənafelərini ifadə edən, xalqın siyasi iradələrinin formalaşdırılmasında yardımçı olan, əsas məqsədi dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkilində və habelə dövlət orqanlarına seçilən nümayəndələri vasitəsilə hakimiyyətin həyata keçirilməsində iştirak etməkdən ibarət olan ictimai birliklərin bir növüdür. Azərbaycan Respublikasında bütün partiyalar qanun qarşısında bərabərdirlər.

Siyasi partiyaları başqa ictimai birliklərdən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, siyasi partiyalar parlament və hökumətdə yer əldə etmək üçün açıq şəkildə mübarizə aparır. Siyasi partiyalar siyasi sistemin əsas komponentidir. Onlar siyasi prosesin bütün mərhələlərində (seçkilərdə, dövlət orqanlarının təşkilində, siyasi və dövlət qərarlarının qəbulunda və onların həyata keçirilməsində) fəal iştirak edir.1992-ci il 3 iyun tarixli «Siyasi partiyalar haqqında» Azərbaycan Respublikasının Qanununun 1 - ci maddəsində deyilir: «Siyasi partiya dedikdə ümumi siyasi ideyaları və məqsədləri olan, ölkənin siyasi həyatında iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının birlikləri nəzərdə tutulur».

Deməli, siyasi partiya anlayışının tərkib elementləri aşağıdakılardır:

- vahid siyasi ideya və məqsəd (siyasi partiyada mütləq vahid siyasi ideya və məqsəd olmalıdır, ictimai birliklərdə də ideya və məqsəd olur, amma onlar siyasətdə iştirak edə bilməzlər)

- ölkənin siyasi həyatında iştirak.



  • könüllü birlik;

  • partiyaya üzv olmaq hüququnun, yalnız Azərbaycan Respublikası vətəndaşlarına mənsub olması.

Əsas tərkib elementlərindən başqa, köməkçi tərkib elementləri də var.

  • hər bir siyasi partiya cəmiyyətin müəyyən hissəsinin avanqardı, aparıcı qüvvəsidir;

  • hər bir partiya cəmiyyətin müəyyən hissəsinin ideoloji daşıyıcısıdır. Hər bir partiya onun ətrafında birləşən insanların ideologiyalarının daşıyıcısıdır.

Dünya praktikasında siyasi partiyaların meydana gəlməsinin iki yolu var:

  1. Elektoral yol

  2. Milli-azadlıq hərəkatı nəticəsində partiyaların yaranması.

Qeyd olunduğu kimi, siyasi partiyaların əsas məqsədi hakimiyyətə gəlməkdir. Seçkilər isə hakimiyyətə gəlməyin yeganə qanuni yoludur. Yəni istənilən partiya seçkilər vasitəsilə - elektoral yolla hakimiyyətə gələ bilər.

Milli azadlıq hərəkatı zamanı hərəkatın idarə edilməsi üçün bir quruma ehtiyac yaranır. Belə qurum da bir qayda olaraq siyasi partiya olur.

«Siyasi partiyalar haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, respublikamızda partiyalar aşağıdakı yolla siyasi fəaliyyət göstərirlər:


  • nizamnamələrinə uyğun olaraq ictimai rəyin fomalaşmasına təsir göstərmək;

  • öz üzvlərinin siyasi fəallığına rəvac vermək;

  • vətəndaşları öz sıralarından seçkili dövlət orqanlarına irəli sürmək;

  • nizamnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətinə təsir göstərmək;

  • siyasi və sosial proqramlar hazırlamaq yolu ilə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin formalaşmasına təsir göstərmək.

Siyasi partiyaların təsnifatı müxtəlif meyarlara əsasən aparılır.

I. Siyasi rejimə görə:

II. Siyasi sistemdəki yerinə görə:

III. İdeoloji əlamətinə görə:

IV. Açıq və ya gizli fəaliyyət göstərməsindən asılı olaraq:

V. Üzvlərin sayı və təşkilati strukturuna görə:

VI. Sinfi xarakterindən asılı olaraq:

Respublikamızda dini birliklərin fəaliyyəti xüsusi olaraq «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikasının 20 avqust 1992-ci il Qanunu ilə tənzimlənir.

Bu qanun dövlətlə dini birliklərin qarşılıqlı münasibətlərini tənzimləyərkən müəyyən edir ki, dövlət:


  • vətəndaşların, özlərinin dini mənsubiyyətini müəyyənləşdirməsinə, valideynlərin uşaqlarmı öz dini əqidələrinə və dinə münasibətlərinə uyğun tərbiyə etmələrinə müdaxilə etmir;

  • dini birliklərin üzərinə dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının funksiyalarının həyata keçirməsi vəzifəsini qoymur;

  • mövcud qanuna zidd olmayan dini birliklərin fəaliyyətinə müdaxilə etmir;

  • dövlət və bələdiyyə tədris müəssisələrində təhsilin dünyəvi xarakterini təmin edir;

Bu qanunda təsbit olunmuşdur ki, dini birlik:

- özünün xüsusi quruluşuna və mövcud qanunvericiliyə uyğun yaradılır;



  • dövlət orqanları və yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak etmir;

  • siyasi partiyaların və hərəkatların fəaliyyətində iştirak etmir və onlara maddi və digər köməkliklər göstərmir.

Qanuna görə dini birliklər vətəndaşlar tərəfindən öz dini tələbatlarını ödəmək üçün könüllü olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada, azı 10 nəfər üzvlərin ərizəsinə əsasən yaradılan dini təşkilatlardır. Lazımi qaydada qeydə alınmış dini cəmiyyət öz daxili işlərini idarə etmək üçün icra orqanı və nəzarət komissiyasını seçir, dindarlar qrupu isə öz rəhbərini seçir. Dini mərkəzlər, dini idarələr və dini təhsil müəssisələri dini birliklərin könüllü ianəsi hesabına saxlanılır və öz nizamnamələrinə uyğun fəaliyyət göstərirlər.

Dini birliklərin nizamnaməsində (əsasnaməsində) aşağıdakılar göstərilməlidir:



  • dini birliyin növü, dini mənsubiyyəti və yeri;

  • dini birliyin əmlak vəziyyəti;

  • dini birliyin nizamnaməsinə dəyişikliklər və əlavələr etmək qaydası;

  • dini birliyin fəaliyyətinə xitam verildikdə əmlak məsələlərinin və başqa məsələlərin həlli qaydası və s.

Qanunvericiliyi mütəmadi şəkildə pozduqda dini birliklərin fəaliyyətinə müəyyən edilmiş qaydada xitam verilə bilər.

Azərbaycan Respublikasında dinin, dini birliklərin dövlətdən ayrılması heç də birlik üzvlərinin cəmiyyətin və dövlətin idarə olunmasında, dövlət orqanları və yerli özünüidarəetmə orqanlarına seçkilərdə, siyasi partiyaların və digər birliklərin fəaliyyətində iştirak etmək kimi vətəndaş hüquqlarını məhdudlaşdırmır.



Din vicdan azadlığının ifadə forması kimi, onun siyasi institut kimi dövlətlə münasibətlərinin qanunvericilik tənzimi bütövlükdə cəmiyyətin ahəngdar inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Yüklə 218,67 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə