1. gravimaqnit anomaliyalarin emal və interpretasiyasinin əsas anlayişlari



Yüklə 2,69 Mb.
səhifə13/36
tarix31.12.2021
ölçüsü2,69 Mb.
#82260
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   36
Qravimaqnit

6.3. BIRCINSLI KÜRƏLƏRDƏN QRAVITASIYA

SAHƏLƏRIN ANALITIK DAVAM ETDIRILOMƏSI
Qravitasiya potensialı və ya onun törəmələri müəyyən bir oblastda verildikdə, cəzb edilən kütlələri olmayan bütün fəzada bunlar təyin oluna bilər, o cümlədən cəzb olunan kütlələrin daxilində də, xüsusi nöqtələri istisna etməklə ( o nöqtələrdə ki, potensial və onların törəmələri harmonik xüsusiyyətlərini itirirlər). U (x, y, z) harmonik funksiyasının onun mövcud olan oblastında müəyyən bir dar oblastinda təyin edilməsinə, bu funksiyanın analitik davam etdirilməsi adlanır. Baxılan halda U (x, y, z) harmonik funksiyası dedikdə qravitasiya potensialı və onun törəmələri başa düşülür.

Qravitasiya anomaliyaların analitik davam etdirilməsi interpretasiyanın təcrübəsində nəinki müxtəlif dərəcəli anomomaliyaların bölünməsində, həmçinin anomaliya yaradan obyektlərin kəmiyyətcə qiymətləndirilməsində geniş istifadə olunur.

Qravitasiya anomaliyaların bölünmə vasidəsi kimi istifsdəsinə nəzər salaq.

Üsulun mahiyyəti ondan ibarətdir ki, qravitasiya mənbələrindən məsafələr artdıqca anomaliyalar onların ölçülərindən və yatma dərinliklərindən asılı olaraq müxtəlif dərəcədə azalır.

Amerika geofiziki S. Pirson qravitasiya anomaliyaların analitik davam etdirilməsinə “qravimetrik fokuslaşdırılması” adlandırıb. Çünki həyacanlandırıcı obyektə yaxınlaşdıqca anomal sahədə böyük məsafələrdə görunməyən detallar dağa aydın görsənməyə başlayır. Və əksinə, obyektdən uzaqlaşdıqça sahənin yalnız ümumi görünüşü saxlanılır, incəliklər isə yoxa çıxır. Qravitasiya sahəsinin belə dəyişməsi optik linzanın təsiri kimi qəbul edilir: tədqiqat obyektin təsviri fokuslaşır, dağa uzaqlaşmış obyektlərin təsviri isə yayınır.

Tutaq ki, iki kürə verilib: biri M kütləli h hündürlüyündə, diqəri isə n3M kütləli - nh dərinliyində. Bu kürələrin mərkəzləri üzərində ağırlıq qüvvəsinin anomaliyaları:







Başqa sözlə birinci kürənin anomaliyası dəfə ikincidən kiçikdir.

Əgər bu kürələrin anomaliyalarını H=h hündürlüyünə analitik davam etdirsək , onda:

;







Göründüyü kimi olduqda anomaliyanı yuxarı yarımfəzaya davam etdirdikdə dərin olmayan kütlələrin yaratdığı anomaliyalar dərində yatan mənbələrin anomalialarından dağa güclü azalır.

Bu kürələrin anomaliyalarının aşağı yarımfəzaya dərinliyə davam etdirdikdə alarıq:
;
,
Bu halda ( n> 1 halı üçün )



Beləliklə, aşağı yarım fəzaya anormalliyanı davam etdirdikdə, regional anomaliya lokal -anomaliyasından daha yavaş sürətlə artır, yəni lokal anomaliya ümumi fonda dağa aydın ayrılır.


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə