1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri


)Təhsilin dövlət standartları



Yüklə 102,17 Kb.
səhifə19/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   ...   15   16   17   18   19   20   21   22   ...   35
Pedogika imtahan suallarının cavabları copy

18)Təhsilin dövlət standartları.

19)Təhsilin və təhsilalmanın formaları.Təhsilin pillə və səviyyələri.

20)Təhsil sahəsində dövlət siyasətinin prinsipləri.

21).Ənənəvi təhsil proqramları və kurikulmun fərqli xüsusiyyətləri.
Ənənəvi təhsil proqramı bilikyönümlüdür. Müasir kurikulum isə şəxsiyyətyönümlüdür.Şəxsiyyətyönümlülük -Təhsil alanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır.
2. Ənənəvi təhsil proqramı müəllimyönümlüdür.Müasir kurikulum isə şagirdyönümlüdür. Şagirdyönümlülük - Təhsil sahəsində fəaliyyətlərin təhsilalanlarm mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsidir.
3. Ənənəvi təhsil proqramı fənyönümlüdür. Müasir kurikulum isə nəticəyönümlüdür. Nəticəyönümlülük - Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında müəyyən edilməsidir.
4. Ənənəvi təhsil proqramında fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli xarakter daşımır.Müasir kurikulumunda isə inteqrativlik əsas prinsip kimi qəbul olunub. İnteqrativlik - Təhsilin məzmun komponentlərinin bir- biri ilə və həyatla sistemli şəkildə əlaqələndirilməsidir.
5. Ənənəvi təhsil proqramı təklifyönümlüdür. Müasir kurikulum isə tələbyönümlüdür. Tələbyönümlülük - Fərdi, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır.
Kurikulum konseptual sənədinin qəbul olunması ilə Azərbaycan təhsil sisteminədə müasir qiymətləndirmədən istifadə olunmağa başladı. Müasir qiymətləndirmənin ənənəvi qiymətləndirmə ilə müqayisədə bir sıra üstünlükləri nəzərə çarpır:Ənənəvi qiymətləndirmədə əsasən bilik səviyyəsi qiymətləndirilirdi. Müasir qiymətləndirmədə isə şagirdin nailiyyəti qiymətləndirilir, inkişafı sistemli şəkildə izlənilir. Ənənəvi qiymətləndirmədə qiymətləndirmə standartları mövcud deyil. Müasir qiymətləndirmədə isə məzmun standartlarının mənimsənilməsi səviyyəsini ölçmək üçün qiymətləndirmə standartları müəyyənləşdirilmişdir.Kurikulum 90-cı illərin sonundan başlayaraq Azərbaycan təhsil sisteminə yeni pedaqoji terminologiya kimi daxil olmuşdur. “Kurikulum” termininin Azərbaycan və rus dillərində ekvivalenti yoxdur.Kurikulum konseptual sənəd kimi özlüyündə təhsilalanlar üçün zəruri kompetensiyaları, məzmun və qiymətləndirmə standartlarını, hazırkı tədris planı və proqramlarını, şagirdə və onun hazırlıq səviyyəsinə verilən tələbləri, hər bir dərsin konkret inkişafetdirici məqsədlərini və s. təsvir edir.

Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə