1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri


Təlimdə şüurluluq,fəallıq və sistematiklik,ardıcıllıq



Yüklə 102,17 Kb.
səhifə22/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   ...   18   19   20   21   22   23   24   25   ...   35
Pedogika imtahan suallarının cavabları copy

26.Təlimdə şüurluluq,fəallıq və sistematiklik,ardıcıllıq.
Təlimdə şurluluq və fəallıq prinsipi-Bu prinsip təlim prosesində şagirdlərin fəal rolunu, fakt və hadisələrə şüurlu münasibətini əks etdirir. Şagirdlərin fəallığı və şüurluluğu yalnız təlim materiallarını qavramaq, yadda saxlamaqla məhdudlaşmr, habelə onları müstəqilliyə, biliklərin müstəqil təhlilinə və onların əlverişli şəkildə ümumiləşdirilməsinə istiqamətləndirir. Biliyi şüurlu mənimsəmiş şagird öyrəndiyi öz sözləri ilə danışır, dərsliklərdə verilmiş nümunələrlə kifayətlənmir, özü əlavə misallar söyləyə bilir, əldə etdiyi bilik və bacarıqları praktikaya tətbiq edə bilir. Təlim materiallarının şüurlu mənimsənilməsi təlimdə formalizmin qarşısını alır və biliklərin məktəblilərin möhkəm əqidəsinə çevrilməsinə səbəb olur. Şagirdləri fəallaşdırmaq üçün müsahibədən, yeri gəldikcə şagirdi ayağa qaldırıb şərh olunan məsələnin nədən ibarət olduğunu soruşmaqdan istifadə etməklə, problem situasiya yaratmaqla, şagirdləri heyrətləndirməyə, yüksək fəallığa, şüurluluğa və müstəqilliyə cəlb etməklə nail olmaq olar. Təlimdə sistematiklik və ardıcıllıq prinsipi.Bu prinsipi böyük çex pedaqoqu Y.A.Komenski tərəfindən irəli sürülmüş,sonralar isə K.D.Uşinski daha da genişləndirmişdir. Hər bir fənnin özünəməxsus elmi məntiqi vardır. Sistemlilik materialın ardıcıl yerləşdirilməsi ilə təmin edilir. Əsil sistem varislik və fənnlərarası əlaqələr arasında yaradılır. Sistemli və ardıcıl biliklər sayəsində şəxsiyyətin formalaşdırılması kimi mürəkkəb problem həll edilir. Təlim təbiət və cəmiyyətdə baş verən qarşılıqlı əlaqələri düzgün dərk etməkdə məktəblilərə kömək edir. Tədris fənnləri də həmin elmin sistem və məntiqini mühafizə edir. Sistematiklik və ardıcıllıq prinsipi şüurluluq və fəallıq prinsipi ilə sıx bağlıdır. Ardıcıl və sistemli verilən biliklər asan və şüurlu mənimsədildiyi halda, pərakəndə verilən biliklər tez unudulur. Sistemlə öyrənilən biliklər onlardan sonra gələn biliklərə yol açır, elmi anlayışlar arasındakı daxili əlaqəni aşkara çıxarır. Sistematiklik və ardıcıllıq prinsipi proqram və dərsliklərin məzmununda həyata keçirilir.


Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə