1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri


)Fəal dərsin iş formaları və mərhələləri



Yüklə 102,17 Kb.
səhifə25/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   ...   21   22   23   24   25   26   27   28   ...   35
Pedogika imtahan suallarının cavabları copy

31)Fəal dərsin iş formaları və mərhələləri
Fəal dərs bir neçə bir-birilə üzvi şəkildə bağlı olan mərhələlərdən ibarətdir. Həmin mərhələləri aşağıdakı kimi qruplaşdırmaq olar:


Dərsin I mərhələsi –“Motivasiya, probleminin qoyulması” 
Hər bir dərsin əvvəlində tədqiqatı başlamaq üçün problem müəyyənləşdirmək lazımdır. Əsl problem həmişə çoxsaylı fərziyyələr, ehtimallar doğurur və bunları da yoxlamaq üçün ilk növbədə tədqiqat sualları formalaşdırılmalıdır. Məhz tədqiqat sualı yeni biliklərin kəşfinə aparan bələdçi, “yolgöstərən ulduz” rolunu oynayır. İnteraktiv təlimin ilk mexanizminə əsasən məhz problemin olması şagirdlərin idrak fəallığının yaranmasının başlıca addımı olur. Psixoloji amil kimi motivasiya hər hansı fəaliyyətin mexanizmini işə salan sövqedici, təhrikedici qüvvədir. Motivasiya qismində ortaya gətirilmiş problem fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran amil kimi çıxış edir.
Bu prosesin ən mühüm nailiyyətlərindən biri düşünmənin sərbəstliyi və müstəqilliyidir: Uşaq öz fikrini "Zənnimcə…", "Mənə belə gəlir ki,…", "Mən belə hesab edirəm ki,…" sözlərindən istifadə etməklə ifadə edir. Motivasiya mərhələsi aşağıdakı hissələrdən ibarətdir:
-Problemi qoymaq üçün sual və ya tapşırıq verilir; 
-Yönəldici suallar təklif olunur
-Fərziyyələr irəli sürülür;


Motivasiyanı yaradan amillər sırasında aşağıdakılar da vardır:
Obyektin xüsusiyyətləri (qeyri-adilik, sərbəst düşüncə və maraq yaradan xüsusiyyət); 
-Tədqiqat imkanının olması; 
-Yaradıcılıq imkanının olması.

Motivasiya əsasən iki prinsip əsasında qurulur: 1) problemlilik 2) məqsədyönlülük.


Motivasiya qısa və mərhələli ola bilər. Qısa motivasiya yalnız bir tədqiqat sualından ibarət olur. Mərhələli motivasiya ən azı iki mərhələni özündə ehtiva edir.


Dərsin II mərhələsi – “Tədqiqatın aparılması” adlanır. 
Problemin həlli üzrə irəli sürülən fərziyyələri təsdiq və ya təkzib edən, habelə qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək faktları tapmaq zərurəti ortaya çıxır. Buna – şagirdləri irəli sürülmüş problemin həllinə məqsədyönlü şəkildə aparan, özündə yeni informasiyanı və yeni sualları daşıyan müxtəlif çalışmalar kömək etməlidir. Tədqiqat müxtəlif formalarda: bütün siniflə birgə, kiçik qruplarda, cütlük şəklində və ya fərdi şəkildə aparıla bilər.

Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə