1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri


)Fəal təlimin xüsusiyyətləri və prinsipləri



Yüklə 102,17 Kb.
səhifə24/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   ...   20   21   22   23   24   25   26   27   ...   35
Pedogika imtahan suallarının cavabları copy

30)Fəal təlimin xüsusiyyətləri və prinsipləri
Fəal dərs prosesində müəllimlə şagird arasında qarşılıqlı əlaqə, münasibət, ünsiyyət, müəllim-şagird əməkdaşlığı vardır. Şagirdlər passiv dinləyici deyillər. Onlar dərsin fəal iştirakçılarıdır, müəllimin yaxın köməkçisidirlər. Əgər passiv təlim metodunda müəllim əsas fiqur, əsas sima idisə, indi müəllim və şagird birlikdə dərsin əsas qurucusu, təşkilatçılarıdır. Fəal təlimdə müəllim və şagird eyni səviyyədə, eyni dərəcədədirlər. Fəal təlimdə müəllim şagirdə təsir göstərdiyi kimi, şagird də müəllimə təsir göstərir. Fəal təlimdə qarşılıqlı dialoq, əməkdaşlıq hökm sürür. Fəal dərsin 2 tipi var:İnduktiv :dərs zamanı mövzu xüsusidən ümumiyə doğru izlənir.Deduktiv: dərs zamanı mövzu ümumidən xüsusi doğru izlənir. Dərsi planlaşdırarkən müəllim dərsin hansı növünə malik olduğunu da müəyyənləşdirir. Dərsin induktiv və ya deduktiv növünün seçilməsi dərsin məqsədindən asılıdır:İnduktiv tədqiqat daha çox yeni mövzunun keçirilməsi zamanı istifadə olunur;Deduktiv tədqiqat daha çox mövzunun möhkəmləndirilməsi və dərinləşdirilməsi məqsədi ilə istifadə olunur. Fəal dərsin induktiv və deduktiv tədqiqat növləri adətən ardıcıl şəkildə, bir-birindən sonra keçirilir: induktiv tədqiqat deduktiv tədqiqata keçə bilər və əksinə. Dərsin növündən asılı olaraq onun quruluşu da bir qədər fərqlənəcək.
Fəal dərsin xüsusiyyətləri:
1. Təlimin subyekt-subyekt xarakter daşıması;
2. İştirakçıların bütün dərs zamanı fəallığı;
3. Dərsin əvvəlində problem situasiyanın yaradılması və onun gedişinin problemin həllinə yönəldilməsi;
4.Dərsin dialoq şəklində aparılması;
5. Müəllim və şagirdlər arasında qarşılıqlı əməkdaşlığın, əks əlaqənin yaradılması
6.Qrup işindən geniş istifadə olunması, şagirdlərin birgə fəaliyyəti;
7. Təlim vasitələrinin və tapşırıqların müxtəlifliyi və yeniliyi;
8. İş vərəqlərinin istifadəsi;

Fəal təlimin prinsiplərini aşağıdakı kimi qruplaşdırmaq olar


1.Şəxsiyyətəyönəlmiş təlim prinsipi: şagird təlim prosesinin mərkəzi obyekti kimi çıxış etməlidir;
təlim uşağın imkan və qabiliyyətlərinə, onun biliyinə,maraq və tələbatlarına yönəlməlidir;
2. Fəal təlim prinsipi: tədris prosesi elə təşkil olunmalıdır ki, idrak fəallığını, təbii öyrənmə fəaliyyətini doğursun, şagirdə “ilk kəşf” sevinci keçirməyə imkan versin, onda yeni biliklərə yiyələnmək həvəsini yaratsın;

3. İnkişafetdirici təlim prinsipi: Təlim uşağın özünün müstəqil fəaliyyəti və ya böyüklərin köməyi sayəsində aşkarlanan bilik və bacarıqları əldə etmək potensial imkanlarına tuşlanmalıdır;Təlim uşağı inkişaf etdirməlidir


4.. “Qabaqlayıcı təlim” pinsipi: təlim cəmiyyətin inkişaf təmayüllərini əks etdirməli və yeni nəsillərə yaxın gələcəkdə təşəkkül tapacaq dünyada fəaliyyətə hazırlamalıdır


5.; Təlim-tərbiyə sisteminin çevikliyi prinsipi: İctimai mühitin və şagirdlərin dəyişən tələbləri nəzərə alınmaqla, təlim proqramlarının məzmununun, tədris planlarının qurulmasının, təlim-tərbiyə prosesinin təşkilinin, pedaqoji texnologiyaların seçilməsinin sistematik təzələnməsi baş verməlidir, daha çevik və müəyyən qədər müasir yeniliklərə əl atılmalıdır


6. Əməkdaşlıq prinsipi: “müəllim-şagird-valideyn ” qarşılıqlı münasibətləri sistemində onların hər biri təlim prosesi gedişində tərəf-müqabili kimi iştirak etməlidirlər;
7. Dialoji təlim prinsipi: məsələlərin birgə həlli gedişində özünün və qrup üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini müəyyən edə bilməsi və faydalanması məqsədi ilə hər bir şagirdin müzakirələrdə və qrupun işində iştirakı təmin edilməlidir.

Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə