1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri


Beynəlxalq qiymətləndirmə



Yüklə 102,17 Kb.
səhifə32/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   ...   27   28   29   30   31   32   33   34   35
Pedogika imtahan suallarının cavabları copy

Beynəlxalq qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi funksiyalarını yerinə yetirir. Müqayisəetmə tədqiqatları, monitorinqlər(qiymətləndirmə) vasitəsilə aparılır, ölkədə təhsilin vəziyyəti haqqında məlumat əldə etmək, həlli tələb olunan daha əhəmiyyətli problemləri üzə çıxarmaq, onları araşdırmaq, nəticələri xarici ölkələrlə müqayisə etmək imkanı yaradılır. Beynəlxalq qiymətləndirmə üç ildən bir aparılır və əldə olunmuş nəticələr xarici ölkələrdə təhsil sahəsindəki nailiyyətlərlə müqayisə olunur.
XX əsrin 50-ci illərindən etibarən beynəlxalq qiymətləndirmə tədqiqatlarından istifadə olunmağa başlandı. Beynəlxalq qiymətləndirmə ölkələr üçün nisbi müqayisə etmək imkanı yaratmaqla yanaşı, qənaətbəxş və çatışmayan cəhətlər nəzərə alınmaqla inkişafa, keyfiyyətə nəzarət üçün informasiya mənbəyi rolunu da oynayır. Onu da qeyd etmək lazımdır ki, bu proqramın iştirakçısı olan dövlətlər beynəlxalq qiymətləndirmənin nəticələrindən ölkənin təhsil səviyyəsini qiymətləndirmək, attestasiya etmək məqsədilə yox, dünya təcrübəsini öyrənmək məqsədilə istifadə edirlər.


Məktəbdaxili qiymətləndirmə əsas etibarilə aşağıdakı başlıca komponentləri özündə birləşdirir:
- Şagird nailiyyətlərinin qiymətləndirilməsi (monitorinqi) (sinifdaxili diaqnostik, formativ və summativ qiymətləndirmələr);
- Kurikulum üzrə qiyətləndirmə (təhsili idarəetmə orqanları tərəfindən müəyyən fənlər üzrə şagird nailiyyətlərinin standartlara uyğunluğunu ölçmək üçün aparılan qiymətləndirmə);
- Ümumi təhsil pillələri üzrə yekun qiymətləndirmə.
38)Məktəbdaxili qiymətləndirmənin növləri (diaqnostik, formativ, summativ
Azərbaycan Respublikasının Ümumtəhsil sistemindəQiymətləndirmə Konsep-siyasında məktəbdaxili qiymətləndirmənin 3 növü fərqləndirilir: diaqnostik, formativ və summativ qiymətləndirmə.


Diaqnostik qiymətləndirmə. Bu qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə (sinif və formativ qiymətləndirmə jurnallarında) qeyd olunmur, müəllimin şəxsi qeyd dəftərində öz əksini tapır, nəticələr barədə valideynlər, sinif rəhbəri və digər fənn müəllimləri məlumatlandırılır
.Diaqnostik qiymətləndirmənin məqsədi:şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməkdir. Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin, bəhs və ya bölmələrin əvvəlində, şagird başqa ümumi təhsil müəssisəsindən gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, fərdi yanaşmanı təmin etmək və təlim strategiyasını müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən aparılır

Diaqnostik qiymətləndirmənin başlıca vasitələri aşağıdakılardır: 1)Müsahibə; 2) Söhbət; 3) Müşahidə; 4) Tapşırıq; 5) Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq.



Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə