1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri


)Dərs təlimin əsas təşkili forması kimi



Yüklə 102,17 Kb.
səhifə29/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   ...   25   26   27   28   29   30   31   32   ...   35
Pedogika imtahan suallarının cavabları copy

33)Dərs təlimin əsas təşkili forması kimi
Ümumtəhsil ​məktəblərində təlim və tərbiyənin əsas təşkilat forması dərsdir. Dərsin bbir sıra əlamətləri vardır: ​
1-Dərs təlim prosesinin müəyyən zaman fasiləsi ilə məhdudlaşan bitkin bir hissəsidir, dərsdə konkret təlim-tərbiyə vəzifələri yerinə yetirilir;​​
2-Hər bir dərs cədvələ daxil edilir;​​​​​​​​
3- Dərsdə şagirdlər bilik, bacarıq və vərdişlərə yiyələnir ə tərbiyə olunurlar;​​
4- Dərs bütün şagirdlər üçün məcburidir;​​​​​​​
5- Dərsdə müəllimlərlə şagirdlərin birgə fəaliyyəti vəhdətdə həyata keçirilir;​
6- Dərs müəlimin rəhbərliyi ilə aparılır.​
Beləliklə, dərsə belə bir tərif verilir: Müəllimin rəhbərliyi altında eyni yaşlı şagirdlərlə sabit cədvəl əsasında təşkil edilən, şagirdləri bilik, bacarıq və vərdişlərlə silahlandıran və tərbiyə edən məcburi məşğələ formasına dərs deyilir Dərs müəllimin bütün fikirləri və hisslərini əks etdirir. Dərs müəllim-şagird münasibətlərinin güzgüsüdür. Görkəmli pedaqoqlar dərsi günəşə bənzədirlər. Planetlər Günəşin ətrafında dövr etdiyi kimi, bütün tədris formaları da dərsin ətrafında hərəkət edir.​.Pedaqoji ədəbiyyatda belə bir haqlı müqayisə aparılır ki, günəş bir damla suda əks olunduğu kimi, təlimin bütün cəhətləri də dərsdə əks olunur. Dərsin problemli təşkili şagirdlərin zehni fəaliyyətini gücləndirir, onlarda axtarış tələbatı və müstəqil işləmək meyli və bacarıqlarının yaradılmasını təmin edir. Kompyüterlərdən, displeylərdən istifadə, təlimin həyatla əlaqəsinin daha da möhkəmləndirilməsi, şagirdlərin fasiləsiz təhsilinə üstünlüyün verilməsi, elm və texnikanın nailiyyətlərindən istifadə olunması və.s. dərsin təkmilləşdirilməsinin mühüm amilləridir. Dərs təlimin digər formaları üçün bünövrə təşkil edir: dərsdə material nə qədər yaxşı mənimsənilərsə, digər formaların (ev tapşırıqları, seminar məşğələləri, əlavə məşğələlər və.s) da səmərəsi yüksək olar. Dərsi lazımi səviyyədə qurmaq üçün onun tiplərini bilmək və düzgün təşkil etmək lazımdır. Hazırda dərsin dörd tipi fərqləndirilir:​​​​​​​​​
1- Yeni bilik verən dərs​​​​​​​​​​
2- ​Tətbiqetmə (və ya çalışma) dərsi​​​​​​​
3- Möhkəmlətmə dərsi​​​​​​​​
4- Yoxlama dərsi​​​​

Hər bir dərs tipinin özünəməxsus quruluşuvardır.​​​​


Dərsin quruluşu, mərhələlərin miqdarı və ardıcıllığı təxminidir. Fənn, mövzu və sinifdən, dərsin məqsədindən, şagidlərin səviyyəsindən asılı olaraq dərslər müxtəlif variantlarda qurula bilər.

Kurikulum təlim modelində dərsin quruluşu dəyişir. ​


Nəzərdən keçirilən ənənəvi dərs tipləri ilə yanaşıməktəb təcrübəsində qeyri-standart dərstipləri də tətbiq olunur. Onlardan ən çox yayılanları aşağıdakılardan ibarətdir: 
1- dərs-işgüzar oyunlar;
2- dərs-yarış;
3- dərs-konfrans;​
4- şən hazırcavablar (KVN) dərsləri; 
5- dərs-səhnələşdirmə; 
6- möcüzələr aləmi (“Pole çudes”) dərsi;
9- dərs-dialoq; 
10- dərs-məsləhət; 
11- dərs-ekskursiya;​
12- inteqrativ dərs; 
13- debat (müzakirə) dərsi; 
14- dərs-“əqli hücum”; 
15- yaradıcılıq dərsi və.s.
Qeyri-standart dərs tipləri təlimə rəngarənglik gətirməyə, şagirdlərin maraq və təşəbbüskarlığını inkişaf etdirməyə imkan verir. Lakin bu formaları ənənəvi dərsə qarşı qoymaq, başlıca iş formasına çevirmək olmaz. Çünki belə dərs formaları çox vaxt aparır, ciddi zehni əməyə əsaslanmır, yüksək təlim səmərəsi qazanmağı təmin etmir. Buna görə də qeyri-standart dərs tiplərini bir sistem halında bütün dərs boyu tətbiq etmək məqsədəuyğun sayılmır; onlardan, əsasən, dərsin müəyyən hissəsində, yorğunluğu götürmək və təlimə maraq yaratmaq məqsədi ilə istifadə etmək olar.

Dərsə verilən müasir tələblər. Dərsə verilən tələblər çoxdur. Onları iki qrupa bölmək olar: ümumi və xüsusi tələblər. Dərsə verilən ümumi tələblər təlim prinsiplərində ifadə olunmuşdur. Dərsdə didaktik prinsiplər kompleks şəkildə həyata keçirilməlidir


Xüsusi tələblər isə bilavasitə dərslə bağlı tələblərdir.Onları aşağıdakı əsas qruplara bölmək olar: 


1-Dərsdə yüksək təhsil, inkişaf və tərbiyə səmərəsi əldəedilməlidir.


Proqram materialı dərsdə mənimsənilibsə, şagirdlər müəyyən ideya-mənəvi keyfiyyətlərə və zehni qabiliyyətə yiyələnibsə, belə dərsi yaxşı dərs hesab etmək olar.​
2- Dərsdə təlim materialının optimal məzmunu müəyyən edilməlidir. 

3- Dərsdə səmərəli-metodik variant seçilib tətbiq edilməlidir.


Dərs o zaman səmərəli olur ki, müəllim biliyi hazır şəkildə şərh etməsin, şagirdləri fəal axtarışlara cəlb etsin, onların müstəqil fikrini oyatsın. Bu məqsədlə dərsdə problem vəziyyət yaratmaq, evristik müsahibə və diskussiyalar aparmaq, kitab üzərində yaradıcı iş təşkil etmək və s. yaxşı nəticə verir.

4-Dərs təşkilati cəhətdən mütəşəkkil və çevik olmalıdır. Dərs təşkilati mütəşəkkilliyi ilə seçilməlidir: vaxtında başlanmalı, yüksək intizama əsaslanmalı, optimal tempdə olmalı, intensiv qurulmalıdır.


5- Dərsdə əlverişli psixoloji iqlim, müsbət emosional vəziyyət yaradılmalıdır. Dərsin səmərəsi onun emosional mühiti ilə sıx bağlıdır: mənfi emosiyalar şəraitində keçən dərs cansıxıcı, yorucu və səmərəsiz olur.


34)Təlimin təşkilinin digər formaları
Təlimdə dərslərlə yanaşı, digər formalardan da istifadə olunur. Belə formalara seminar məşğələləri, praktikumlar, təlim ekskursiyaları, fakultativ məşğələlər, əlavə məşğələlər, məsləhətlər, ev tapşırıqları, təlimin sinifdənxaric formaları daxildir. Bütün bu formalar təlimin əsas forması olan dərslə qarşılıqlı əlaqədə həyata keçirilir.​​​

Seminar məşğələləri məktəbin yuxarı siniflərində, həm də əsasən humanitar fənlərin tədrisində iri proqram mövzuları ilə bağlı tətbiq olunur. Şagirdlər verilmiş mövzu üzərində müstəqil çalışır, icmal (məruzə və ya referat) hazırlayıb yoldaşları qarşısında çıxış edirlər. Seminar məşğələsi bir neçə mərhələdə keçirilir: hazırlıq, müəllimin giriş sözü, çıxışlar və müzakirələr, yekun və qiymətləndirmə.​​​​​Seminar məşğələləri şagirdləri müstəqil işə cəlb etmək, onlarda özünütəhsil bacarıqları aşılamaq baxımından əhəmiyyətlidir.​​​


Praktikumlar şagirdlərin müstəqil işinə əsaslanan formalardır. Onlar fənn kabinetlərində, laboratoriya və emalatxanalarda, tədris-təcrübə sahələrində, şagird istehsalat briqadalarında, əsasən, biologiya, fizika, kimya, riyaziyyat, əmək təlimi və.b. fənlər üzrə keçirilir.
Təlim ekskursiyaları sinfin bütün şagird heyəti ilə təbii şəraitdə keçilən məşğələlərdir. Onları könüllü keçirilən tərbiyəvi xarakterli ekskursiyalardan fərqləndirmək lazımdır. Təlim ekskursiyaları tədris proqramlarında öz əksini tapır: müəllim hansı mövzularda ekskursiya təşkil edəcəyini proqram əsasında müəyyənləşdirir.

Fakultativ məşğələlər müxtəlif fənnlər üzrə könüllülük əsasında aparılan məşğələlərdir. Bu məşğələlər məktəbin orta və yuxarı siniflərində xüsusi proqramlarla keçirilir.


Əlavə məşğələlər geridə qalan, eləcə də yaxşı oxuyan şagirdlərlə dərsdənkənar aparılan iş formalarıdır.


Bu məşğələlərdə zəif oxuyan şagirdlərin çətinlik çəkdiyi məsələlər üzrə fərdi tapşırıqlar yerinə yetirilir. Əlavə məşğələlər ehtiyaca görə 15-20 dəqiqə vaxt ərzində keçirilir. Belə məşğələlərə rəhbərlik işinə əlaçı şagirdləri və tələbələri də cəlb etmək olar.​
Məsləhətlər şagirdlərin çətinlik çəkdikləri mövzular üzrə aparılan təlim formalarıdır. Onlar fərdi və qrup şəklində keçirilə bilər. Bəzi məktəblərdə məsləhətlər il boyu xüsusi cədvəl üzrə (müəyyən günlərdə və saatlarda) aparılır.

Ev tapşırıqları təlimin fərdi təşkili formalarıdır. Onlar müxtəlif vəzifələri yerinə yetirir: dərsdə keçilən materialları möhkəmlətmək, dərinləşdirmək, nəzəri biliyi tətbiq etmək, növbəti mövzunu mənimsəməyə hazırlaşmaq 



Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə