1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri


Dərsin III mərhələsi: “İnformasiya mübadiləsi” adlanır



Yüklə 102,17 Kb.
səhifə26/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   ...   22   23   24   25   26   27   28   29   ...   35
Pedogika imtahan suallarının cavabları copy

Dərsin III mərhələsi: “İnformasiya mübadiləsi” adlanır. Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar. 
İnformasiya olunan material qrup işidirsə, bütün iştirakçılardan xahiş edir ki, üzlərini təqdimatın keçirildiyi yerə yöəltsinlər.
Mövcud mərhələnin sonunda təqdimatların əks olunduğu bütün iş vərəqləri lövhədən asılmalı və tapılmış əsas faktlar lövhədə (və ya digər yerdə məqsədəuyğun şəkildə) qeyd edilməlidir. Bu sonrakı mərhələnin – informasiyanın müzakirə və təşkilinin ilkin məcburi şərtidir.


Dərsin IV mərhələsi –“ İnformasiyanın müzakirəsi və təşkili” adlanır. Bu, ən mürəkkəb mərhələdir və bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir.
Mövcud mərhələnin məqsədi yeni faktlar əsasında bilikləri sistemləşdirmək və tədqiqat sualına cavab tapmaq üçün başlıca əlaqəni üzə çıxarmaqdır.


Dərsin V mərhələsi –“ Nəticə, ümumiləşdirmə” adlnır. Beləliklə, şagirdlərə yeni bilginin kəşfi yolunda son addımı atmaq: konkret nəticəyə gəlmək və ümumiləşdirməni aparmaq işi qalır. Bunun üçün şagird nəinki əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə və irəli sürülmüş fərziyyələrlə müstəqil olaraq tutuşdurmalıdır.


Dərsin VI mərhələsi – “Yaradıcı tətbiqetmə” adlanır. Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir. Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir. Buna görə müəllim imkan daxilində şagirdlərə təklif edə bilər ki, onlar müəyyən məsələlərin həlli üçün, yaxud hansısa yeni suallara cavab tapmaq üçün, qazanılmış bilikləri tətbiq etməyə çalışsınlar.
Dərsin VII mərhələsi- “Qiymətləndirmə” və ya “Refleksiya” adlanır. Qiymətləndirmə istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir. Təkmilləşmək üçün vaxtında öz qüsurlarını və öz nailiyyətlərini aşkar etmək, uğur qazanılmasına nələrin mane olduğunu və nələrin kömək etdiyini müəyyənləşdirmək vacibdir. Şagirdlərin təlim fəaliyyətini qiymətləndirmə və refleksiya prosesləri məhz bu məqsədə xidmət etməlidir.
Refleksiya – artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin refleksiyası biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir.
İş formaları dörddür: qrupda iş, cütlərlə iş, frontal iş (bütün sinifilə) və fərdi iş. 

Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə