1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri



Yüklə 102,17 Kb.
səhifə34/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   ...   27   28   29   30   31   32   33   34   35
Pedogika imtahan suallarının cavabları copy

Yarımillik qiymət kiçik summativ qiymətlərin və yarımillik böyük summativ qiymətin əsasında müəyyən edilir. Kiçik summativlərin nəticələri 40%, böyük summativin nəticəsi 60% olmaqla hesablanır.
39)Tərbiyənin məqsədi və vəzifələri
Tərbiyəyə müxtəlif təriflər verirlər: “Tərbiyəçinin tərbiyə olunana məqsədyönlü təsiri”, “uşaqda bu və ya digər keyfiyyəti (böyüyə hörmət, düzlük və doğruçuluq, vətənpərvərlik və s.) inkişaf etdirmək üçün ona göstərilən təsir” , “yaşlı nəslin qazandığı sosial təcrübənin gənc nəslə verilməsi” və s. Həmin təriflər tərbiyə prosesinin mahiyyəti bu və ya digər dərəcədə açır.

Bir qədər də dəqiq ifadə etməli olsaqtərbiyəyə belə tərif verə bilərik: tərbiyə dedikdə, bu və digər keyfiyyəti inkişaf etdirmək, davranış təcrübəsini formalaşdırmaq üçün tərbiyəçinin (valideynin, müəllimin) tərbiyə olunana (uşağa, şagirdə) mütəşəkkil, məqsədyönlü, planlı, sistemli və fasiləsiz təsir göstərməsi prosesi başa düşülür. 


Pedaqoji ədəbiyyatda “tərbiyə” anlayışı ilə yanaşı “özünütərbiyə” və “yenidəntərbiyə” anlayışları da işlənir.


Özünütərbiyə dedikdə, şəxsiyyətin (şagirdin, uşağın) ictimaiyyətin təqdir etdiyi müsbət keyfiyyətləri və davranış təcrübəsini özündə təkmilləşdirmək; mənfi sifətlərdən və naqis hərəkətlərdən azad olmaq üçün öz üzərində sistemli, məqsədyönlü və planlı şəkildə apardığı dərkedilmiş fəaliyyət anlaşılır. Gənc nəslin tərbiyəsi diqqətdən yayınmır. Ailədə valideynlər, məktəbdə pedaqoji kollektivin üzvləri şagirdlərin tərbiyəsi qayğısına qalırlar. Nəticədə məktəblinin müsbət mənəvi keyfiyyətləri inkişaf edir, o, nümunəvi davranış təcrübəsinə yiyələnir, intizamı gözləyir. Hələ vaxtilə bu həqiqəti aydın başa düşən Şeyx Şihabəddin Sührəvərdi deyirdi: “Tut yarpağı tədricən atlas olduğu kimi, düzgün təlim-tərbiyə sayəsində hər bir şəxs də get-gedə həqiqi insana çevrilə bilər”.
Əlbəttə, pedaqoji təsirlərə biganə qalan uşaq və yeniyetmələrə də rast gəlinir. Başqaları tərəfindən aparılan tərbiyə ilə yanaşı, hər bir kəs, o cümlədən şagirdlər özləri də öz tərbiyələri ilə məşğul olmalıdırlar.
Bu, özünütərbiyədir. Yaxşı görünmək, başqalarının rəğbətini qazanmaq, insanlara və cəmiyyətə faydalı olmaq arzusu insanı özünütərbiyəsi qayğısına qalmağa sövq edir. Lakin heç də hamı özünütərbiyə ilə məşğul olmur. Insanı (şagirdi) buna daxili tələbat məcbur etməlidir. Tərbiyə və özünütərbiyə bir-birinə möhkəm tellərlə bağlıdır. Özünütərbiyə düzgün aparılan tərbiyənin nəticəsində meydana gəlir. Deməli, özünütərbiyə tərbiyədən bilavasitə asılı olan pedaqoji prosesdir. Tərbiyənin müəyyən bir formasıdır. Tərbiyə olmadan özünütərbiyədə yüksək nəticələr qazanmaq qeyri-mümükündür. Özünütərbiyənin səciyyəvi xüsusiyyəti bundan ibarətdir ki, şagird tərbiyənin obyektindən onun subyektinə keçir.



Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə