1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri


)Öyrədici mühit və sinigin təşkili üsulları



Yüklə 102,17 Kb.
səhifə30/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   ...   27   28   29   30   31   32   33   34   35
Pedogika imtahan suallarının cavabları copy

35)Öyrədici mühit və sinigin təşkili üsulları
Təlimin qarşıya qoyduğu vəzifələrin və prinsiplərin həyata keçirilməsi təlim-tərbiyə prosesinə təsir edən amillərdən və şərtlərdən, məhz öyrədici mühitdən əhəmiyyətli dərəcədə asılıdır. Öyrədici mühit üç komponentdən ibarətdir: 1) sosial-psixoloji; 2) informasiya mühiti; 3) əşyavi mühit
. Sosial-psixoloji mühit nə deməkdir? – Bu şagirdin digər insanlarla və öz daxili aləmi ilə qarşılıqlı münasibətidir.Əməkdaşlıq, açıqlıq, birbirini başa düşmə və köməklik mühiti təlimin effektivliyini artırır, təlim prosesinə emosianallıq verir, şagirdləri sözün əsil mənasında məktəbə doğru çevirir.
İnformasiya mühiti: İnformasiya mühiti məlumat mənbələrinin bütün kompleksini öz tərkibinə daxil edir. Adətən məlumat mənbələrinin çox dar dairəsindən istifadə edilir. Təəssüf ki, bir çox hallarda müəllim və dərs vəsaiti yeganə məlumat mənbəyi kimi çıxış edir. Bir çox məlumat mənbələrindən istifadə edilməməsi təlim prosesini kasıblaşdırır, onu bir çox boyalardan məhrum edir, müəllim və şagird arasında sərbəstliyin itməsinə səbəb olur.
Əşyavi mühit: Əşyavi mühitin tərkibinə maddi-texniki resursların tam kompleksi daxildir. Bunlar aşağıdakılardır: - məktəb əşyavi mühiti: dərsliklər, didaktik vəsaitlər, texniki avadanlıq, stendlər və s.; - təbii mühit: canlı və cansız təbiət; - yaşayış mühiti: ev, məişət, maddi mədəniyyət və s. Məktəb əşyavi mühiti daha geniş istifadə olunur. Məktəb binasının divarlarında uşaqların öyrənmə motivasiyasını stimullaşdıran stendlər (əyani və məlumatverici), uşaq işlərinin sərgisi, qəzetlər və s. asılır.

Öyrədici mühitin təşkilinə əsas yanaşma bunlardır:


a)bilik prosesinə müsbət münasibət, yeni biliklərin aşkar edilməsi, mənimsənilməsitətbiqi üçün şərait yaradılması;
b) şagirdin bilik əldə etmək, ünsiyyətdə qarşılıqlı əlaqədə olmaq və əməkdaşlıq etmək imkanlarını genişləndirmək;
c) şəxsiyyətin inkişafı üçün imkanları artırmaq.

İlk növbədə şagirdi əhatə edən mühit onda canlı maraq oyatmalı onu fəal işə axtarışa və kəşfə sövq etməlidir.Bu zaman onun tədris fəaliyyəti fiziki və psixoloji cəhətdən yüngülləşir və səmərəli təşkil olunur.


Digər tərəfdən, öyrədici mühit çeviklik və interaktivlik keyfiyyətlərinə malik olmalıdır, təlim prosesi bütün şagirdlərin əməkdaşlığına imkan yaratmalıdır Öyrədici mühit təşkil edərkən, əvvəlcə sinfin maddi mühitindən başlamaq lazımdır.
. Partalar, interaktiv iş qurmaq üçün partaları çevirmək və ətrafında şagirdləri otuzdurmaq lazım gəlir
Divarlar. Sinfin divarında stendlərin olması zəruridir. Lakin onların az qismi statik və uzun müddət dəyişilmədən qala bilər ( məs., dövlət rəmzlərinə aid stend, mühüm didaktik materiallar və s. ) .Qalan stendlər dinamik, çevik, yəni tez-tez dəyişilən olmalıdır. 
Şkaflar. Şkaflarda lazımı kitablar, tədris ləvazimatı, didaktik materiallardan guşələr və ya “öyrənmə mərkəzləri”yaratmaq olar. Şkaflarda ensiklopedik və bədii ədəbiyyatdan ibarət kiçik kitabxanaların olması da vacibdir.

Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə