1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri



Yüklə 102,17 Kb.
səhifə28/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   ...   24   25   26   27   28   29   30   31   ...   35
Pedogika imtahan suallarının cavabları copy

Müsbət cəhəti:

Mənfi cəhəti:

Bir şagirdi mükəmməl öyrətmək və eyni zamanda, onun müsbət və mənfi cəhətini izləmək, mənimsəmənin necə olduğunu bilmək və eləcə də qiymətləndirmək asandır 

Artıq vaxt itkisi yaranır.



32)İnteraktiv təlim metodlarının tədbiqi imkanları ( beyin həmləsi, klaster ,BİBÖ, insert və s.)
Fəal (interaktiv) təlim metodları ilə aparılan dərslərin mühüm elementləeindən biri olan təqdimat şagirdin tədqiqat fəaliyyətinin göstəricisi sayılmalıdır. Bu metod şagirdlərə imkan verir ki, o, tədqiqatın nəticəsini müxtəlif yollarla təqdim edə bilsin, öz fikirlərinidəqiq ifadə etmək, mükəmməl nəticə çıxarmaq bacarığına yiyələnsin
Beyin həmləsi
Dərsdə 5-10 dəqiqə ərzində şagirdlərin öyrənilən mövzu, problemin həlli yolları üzrə müxtəlif ideyaları irəli sürməsi vasitəsi kimi istifadə olunur. Beyin həmləsi şagirdlərin yeni bilikləri üzə çıxarmağa, müzakirə olunan məsələyə maraq oyadır.
Əqli hücum şagirdlərin yeni mövzu üzrə biliklərini sürətlə üzə çıxarmağa, onlarda müzakirə olunan məsələyə maraq oyatmağa imkan verir. Əqli hücum tətbiq edilərkən müəllim həll olunmalı problemi elan edir. Sual lövhəyə yazılır və ya şifahi şəkildə verilir Şagirdlər vaxt itirmədən problemlə bağlı yığcam şəkildə müx­təlif ideyalar, təkliflər irəli sürürlər. Söylənilən bütün mülahizə­lər heç bir şərh verilmədən, tənqidi münasibət bildirilmədən lövhədə qeyd olunur. Sonra təhlil, müzakirə mərhələsi gəlir. gird­lər müzakirə olunan problemin həlli üçün faydalı hesab et­dikləri ideyaları seçirlər.


BİBÖ (nəyi bilirik, nəyi bilmək istəyirik, nəyi öyrəndik və nə­yi öyrənməliyik) şagirdlərin əvvəlki biliyi, təcrübəsi ilə yeni biliklər ara­sında əlaqə yaratmağa imkan verir, mövzu, problem barədə dü­şün­məsini təmin edir. Şagirdlər əvvəl mənimsəmiş olduqları bilikləri bir daha nəzərdən keçirir və öyrənmək, cavabını tapmaq istədiyi mə­sə­lə­ləri, sualları müəyyənləşdirir.


Klaster (şaxələndirmə)
Müəllim tərəfndən lövhədə və ya iş vərəqlərində dairə çəkilir və onun mərkəzində yazılmış anlayış ilə bağlı söz və ya ifadələr söyləmək şagirdlərə tapşırılır. Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər növbəti söz onunla əlaqəli sözlər xətlərlə birləşdirilir. Vaxt bitənə qədər mümkün qədər çox fikir yazmaq və onları əlaqələndirmək tövsiyə olunur.Vaxt bitəndən sonra alınan klaster müzakirə edilir və ümumiləşdirmə aparılır.
İnsert üsulu
Bu üsul dərsin II mərhələsində – mövzunun öyrənilməsi (dərketmə) mərhələsində istifadə olunur. Çox mürəkkəb dərslər keçildikdə istifadə etmək lazım deyil.

Üsulun mahiyyəti ondadır ki, şagirdlər qabaqcadan hazırlanmış dərs mövzusunu dərs zamanı özləri oxuyurlar və eyni zamanda bu mətni kodlaşdırırlar. Mətn qabaqcadan müəllim tərəfindən hazırlanır. Mövzuya aid əlavə ədəbiyyatdan maraqlı və yeni informasiya istifadə edilməlidir. Kodlaşdırma şagirdlər tərəfindən mətnin qıraq tərəfində hər bir cümlə və ya abzasa müvafiq karandaşla aparılır.


«+»«v»«?»«-»


«+» işarəsi ilə tanış olmayan, təzə informasiya işarə edilir
«v» işarəsi ilə məlum olan informasiya qeyd olunur
«?» işarəsi ilə mətnin aydın olmayan hissələri qeyd olunur və ya əlavə «məlumat lazımdır» – deməkdir.
«-» işarəsi mətnin müəyyən hissəsi ilə razı olmadıqda qoyulur.

Bu üsul fərdi və ya qrup şəklində aparıla bilər. Sonra müəllim şagirdlərin mətndə aparılan kodlar əsasında yeni mövzuya aid söhbət aparır, suallar verir, lazım olan əlavə məlumat, izahatlar verir. Şagirdlərin biliklərindən istifadə edib müzakirə aparır.





Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə