1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri


) Azərbaycanın ümumitəhsil məktəblərində yeni qiymətləndirmə mexanizmi



Yüklə 102,17 Kb.
səhifə31/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   ...   27   28   29   30   31   32   33   34   35
Pedogika imtahan suallarının cavabları copy

36) Azərbaycanın ümumitəhsil məktəblərində yeni qiymətləndirmə mexanizmi
Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilk dövrdən - 1991-ci ildən etibarən, cəmiyyətin strateji bir vəzifəsi kimi, təhsil sahəsində islahatlar aparılmağa başlandı. 1999-cı ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı” təhsilimizin yeni inkişaf yollarını müəyyənləşdirdi. Sonraki dövrlərdə o cümlədən kurikulum islahatı həyata keçirilməyə başladı. Azərbaycan hökuməti ilə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası araslnda bağlanmış ilk Kredit Sazişi əsasında kurikulum islahatının bünövrəsi qoyuldi. Müasir şəraitdə təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinin ən mühüm şərtlərindən biri elmi cəhətdən əsaslandırılmış qiymətləndirmənin aparılmasıdır. 
37)Qiymətləndirmənin növləri (milli,beynəlxalq və məktəbdaxili qiymətləndirmə)
Milli qiymətləndirmədən ilk dəfə 1969-cu ildə Amerikada şagirdlərin təlim nailiyyətlərinin dövlətin təhsil standartlarına uyğun olub olmadığını müəyyənləşdirmək məqsədilə istifadə edilmişdir. Milli qiymətləndirmədən istifadə təcrübəsinin verdiyi səmərə onun getdikcə digər ölkələrdə tətbiq olunması ilə nəticələndi. Müasir dövrdə dünyanın əksər dövlətlərində milli qiymətləndirmə tədqiqatları həyata keçirilir.
Milli qiymətləndirmənin məqsədlərinə daxildir:
- təhsil alanların təlim nəticələrindəki zəif və güclü tərəfləri, ümumi məminsəmə səviyyəsini aşkarlamaq;
-təhsil alanların təlim nəticələrinə təsir göstərən amilləri və nəticələr arasındakı fərqləri müəyyənləşdirmək, müqayisəsini aparmaq;
- təhsilin dövlət standartlarının monitorinqini həyata keçirmək və s.
Xüsusi təmsiledici seçim etməklə, 4-cü və 9-cu sinif şagirdləri arasında obyektiv testlər, sorğu vərəqələri və müvafiq təlimatlar vasitəsilə bir qayda olaraq, 4-5-ildən bir aparılır və əldə olunan nəticələr kurikulumun, təlim-tədris prosesinin keyfiyyətinin, təhsildə aparılan digər dəyişikliklərin dəyərləndirilməsinə, təhsilin keyfiyyətinə nəzarətin daha səmərəli həyata keçirilməsinə xidmət edir.

Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə