1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri



Yüklə 102,17 Kb.
səhifə35/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   ...   27   28   29   30   31   32   33   34   35
Pedogika imtahan suallarının cavabları copy

Yenidəntərbiyə- insanın şəxsiyyətində, rəftarında, davranışında müşahidə edilən qüsurların, zərərli keyfiyyətlərin aradan qaldırılmasıdır.

Tərbiyənin məqsədi cəmiyyətin obyektiv həyat şəraitindən və tələbatından doğur.Hər bir ictimai quruluşda tərbiyənin qarşısında qoyulan məqsəd və vəzifələr həmin quruluşun şərait və ehtiyacı ilə,ictimai inkişafın obyektiv qanunauyğunluqları ilə şərtləşir.Cəmiyyətin həyat şəraiti,ehtiyac və tələbləri dəyişdikdə,ona uyğun olaraq tərbiyənin məqsədidə dəyişir.Hətta eyni cəmiyyətin,ictimai-siyasi quruluşun ayrı-ayrı inkişaf mərhələlərində də tərbiyənin məqsədinə müvafiq təkmilləşdirmələr,dəqiqləşdirmələr edilir. Məqsəd sistemyaradıcı kateqoriyadır.O,məzmunu,məzmun isə(məqsədlə birlikdə) vəzifələri müəyyən edir.


Azərbaycan Respublikasının Təhsil qanununun 9-cu maddəsinə deyilir ki,başlıca vəzifə-“dərin və hərtərəfli biliyə,bacarığa,praktik hazırlığa,yüksək mədəniyyətə,məsuliyyət hissinə,mütərəqqi dünyagörüşünə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmaq,soykökünə,Azərbaycan xalqının azadlıq və demokratiya ənənələrinə bağlı olan,xalqın milli,əxlaqi,humanist,mənəvi və mədəni dəyərlərinə dərindən yiyələnən,onu qoruyan və daim ucaltmağa çalışan,ümumibəşəri dəyərlərə yiyələnən,insan hüquqları və azadlıqlarına hörmət edən,müstəqil,yaradıcı düşünən,biliyinə,yüksək,əxlaqi,mənəvi keyfiyyətlərinə,demokratikliyinə görə dünyanın ən qabaqcıl ölkələrinin vətəndaçları səviyyəsində dura bilən sağlam yurddaşlar yetişdirmək,bununla yüksək sivilizasiyalı cəmiyyət qurmağa,Azərbaycanı dünyanın ən inkişaf etdirmiş demokratik dövlətlərindən birinə çevirməyə qadir olan İnsan tərbiyə etməkdir”.

40)Tərbiyə prosesinin qanunauyğunluqları, hərəkətverici qüvvələr


Tərbiyə prosesinin qanunauyğunluqları aşağıdakı kimi müəyyənləşdirilir:
1. Bütün tarixi mərhələlərdə tərbiyənin xarakteri istehsalın obyektiv tələbləri və cəmiyyətin aparıcı sinfinin maraqları ilə müəyyənləşir ki, bu da onun mühüm qanunauyğunluqlarını təşkil edir.
2. Mütəşəkkil tərbiyə prosesi – ictimai həyatın obyektiv və subyektiv amilləri ilə şərtlənir. 
3. Tərbiyə cəmiyyətin inkişafı ilə qarşılıqlı əlaqədə, dialektik vəhdətdədir.
4. Inkişaf həm verbal proseslərlə(nitqlə, təfəkkürlə), həm də sensor hərəki proseslərlə bağlıdır.
Verbal proseslər- şüurun, mənəviyyatın, sensor hərəki proseslər isə praktik hərəkətlərin əsasında formalaşır.
Bu faktı əsas götürərək tərbiyənin belə bir qanunauyğunluğunu qeyd etmək olar: tərbiyə prosesində uşağa göstərilən təsirlər kompleks verbal və sensor-hərəki proseslərə nə qədər məqsədyönlü şəkildə əsaslansa, uşağın ümumi(mənəvi və fiziki) inkişafının ahəngdarlığı bir o qədər səmərəli həyata keçər.
5. Tərbiyə əməli fəaliyyət və ünsiyyətlə ayrılmazdır və onun göstəricisi əməl, fəaliyyət və davranışdır.
6. Şəxsiyyətin daxili aləminə- yəni mənəvi, intellektual emosianal və iradi fəaliyyət sahələrinə təsir gücü ilə əldə edilən nəticə arasında mütənasiblik vardır.
Tərbiyə prosesi çoxçalarlı, dinamik və dəyişkən, mürəkkəb prosesdir. Bu prosesdə bir tərəfdən psixoliji, digər tərəfdən sosial, üçüncü tərəfdən isə pedoqoji asıllıqlar özünü göstərir. Bu asıllıqlar tərbiyə prosesinin hərəkətverici qüvvələri olaraq təzahür edir.
Sosial əlaqə və asıllıqlar- tərbiyə prosesinin gedişində uşaqların ictimai sərvətləri mənimsəməsi(yəni tarix boyu əmək, əxlaq, elm,mədəniyyət, incəsənət sahəsində toplanmış sərvətlərə yiyələnməsi) zamanı özünü göstərən əlaqələr, asıllıqlar nəzərdə tutulur. 
Pedoqoji əlaqə və asıllıqlar- uşağı əhatə edən mühit və tərbiyə qüvvələri (müəllim, valideyn, ailə, məktəb, ictimai təşkilatlar, əmək kollektivləri, kütləvi məlumat informasiya vasitələri və.i.a.) göstərilən təsirlərlə bağlı olan əlaqə və asıllıqlardır.
Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə