1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri


)Pedaqoji elmlər sistemi,pedaqogikanın digər elmlərlə əlaqəsi



Yüklə 102,17 Kb.
səhifə2/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   2   3   4   5   6   7   8   9   ...   35
Pedogika imtahan suallarının cavabları copy

3)Pedaqoji elmlər sistemi,pedaqogikanın digər elmlərlə əlaqəsi. Pedaqoji elmlər sisteminə aşağıdakılar daxildir:
1. Məktəbəqədər pedaqogika*– məktəb yaşına çatmamış uşaqların tərbiyə və təlim məsələlərindən bəhs edir.
2. Məktəb pedaqogikası*–ümumtəhsil məktəblərində təlim, tərbiyə və təhsilin qanunauyğunluqlarını, prinsiplərini, metodlarını və təşkili xüsusiyyətlərini öyrənir.
3. Xüsusi pedaqogika ( defektologiya )* –fiziki və psixi cəhətdən qüsurlu olan uşaqların tərbiyə- təlim məsələlərini öyrənir.Xüsusi pedaqogikanın da bir neçə sahəsi vardır: nitq və eşitmə məhdudiyyəti olan uşaqların təlim- tərbiyəsindən bəhs edən elm sahəsi surdopedaqogika, görmə məhdudiyyəti olan uşaqların təlim- tərbiyə məsələlərini öyrənən elm tiflopedaqogika adlanır. Oliqofrenpedaqogika
əqli inkişafında məhdudiyyət olan uşaqların təlim- tərbiyəsi ilə məşğul olur.Nitqi qüsurlu uşaqların təlim- tərbiyəsi ilə məşğul olan elm isə loqopediya adlanır.
4. Peşə pedaqogikası – konkret peşə* fəaliyyətinin qanunauyğunluqlarını öyrənir, Tədqiqatçılar peşə sahəsindən asılı olaraq istehsalat, hərbi və tibbi pedaqogikanı fərqləndirirlər.
5.Ali məktəb* pedaqogikası – ali təhsil müəssisələrində təlim- tərbiyə prosesinin spesifik məsələlərini öyrənir.
6. Sosial pedaqogika* – insanların bütün yaş qruplarının və sosial kateqoriyalarının xüsusi yaradılmış təşkilatlarda sosial tərbiyəsi məsələlərindən bəhs edir.
7.Fənlərin tədrisi metodikası*- ayrı- ayrı fənlərin tədrisi məsələlərini öyrənir.
8. Pedaqogika tarixi*- müxtəlif tarixi dövrlərdə məktəblərin və təlim-tərbiyə sistemlərinin yaranması və inkişaf tarixini tədqiq edir.
9.Müqayisəli pedaqogika - müxtəlif təhsil*- tərbiyə sistemlərinin fəaliyyətinin və inkişafının qanunauyğunluqlarını müqayisəli şəkildə öyrənir.
Pedaqogika başqa elmlərlə sıx bağlıdır. O, öz qarşısında duran vəzifələrin gəlli üçün həmin elmlərin materiallatından istifadə edir.O ən çox fəlsəfə ilə bağlıdır. Pedaqogikanın bir elm kimi formalaşması böyük çex pedaqoqu Yan Amos Komenskinin adı ilə bağlıdır. Hələ XVII əsrə qədər pedaqogika fəlsəfənin tərkib hissəsi olaraq qalmaqda idi. Yalnız XVII əsrdə Y.A.Komenski özünəqədərki pedaqoji nəzəriyyələri sistemləşdirərək pedaqogikanı müstəqil elm kimi formalaşdırmışdır.Daha sonra pedaqogika psixologiya,fiziologiya,kibernetika ilədə sıx bağlıdır.


Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə