1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri


)Şəxsiyyətini inkişafına təsir göstərən amillər



Yüklə 102,17 Kb.
səhifə5/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   2   3   4   5   6   7   8   9   ...   35
Pedogika imtahan suallarının cavabları copy

6)Şəxsiyyətini inkişafına təsir göstərən amillər. Şəxsiyyətin inkişafına təsir göstərən amillər çoxdur:İrsiyyət,ətraf mühit,ailə. İrsiyyət- insanın anadan olduqda valideynlərindən keçən keyfiyyət və xüsusiyyətlərdir. Qabiliyyət, fiziki keyfiyyətlər, ətraf aləmə münasibət irsən keçir.Aydındır ki, ətrafımızdakı təbii mühit davranışımıza daim təsir göstərir, insan şəxsiyyətinin formalaşmasında iştirak edir. Müxtəlif iqlim şəraitində böyümüş insanlar bir-birindən fərqlənir. Çünki, təbiət, coğrafi mühit bizə təsir göstərir. Buna misal olaraq, dağ, çöl və meşə sakinlərinin müqayisəsini göstərmək olar. Şəxsiyyətin inkişafına təsir göstərən digər amillər isə tərbiyə,fəaliyyət və özünütəhsildir.Tərbiyə sayəsində cəmiyyət arasında doğru davranış qaydalarını, ünsiyyət normalarını öyrənirik. Fəaliyyət insanın inkişafına, vətəndaş kimi formalaşmasına, emosional inkişafında rol oynayır və şəxsiyyətin formalaşmasına təsir edir. Özünü təhsil müəllim olmadan öz-özünə biliklər əldə etməyin yoludur. Bu metod düşüncənin inkişafına kömək edir, eyni zamanda özünəinamı inkişaf etdirir. Bu amillər içərisində əsrlər, min illər boyu üstünlük irsiyyətə verilmiş və belə bir fikir irəli sürülmüşdür ki, valideynlərdə müsbət və mənfi nə varsa genlər vasitəsilə övladlara keçir. Fitri qabiliyyətlər, irsiyyət nəzəriyyələri ilə birləşərək insanın inkişaf xüsusiyyətlərini , onu həyatda nələr gözlədiyini bəxtlə, qismətlə, taleyin onun alnına nə yazması ilə izah etmiş, adamları fəaliyyətsizliyə, təvəkkülə çağırmışdır. Bu nəzəriyyənin tərəfdarları iddia edirlər ki, insanın cəhd etməsi nahaqdır, onun taleyi fövqəltəbii qüvvələrdən, qəzavü qədərin hökmündən asılıdır. Bu fikrin əksini ədəbiyyat nümunələrində görə bilərik.İrsiyyət nəzəriyyəsi müxtəlif şəkildə (qismət, bəxt, tale və.s) fəaliyyət göstərərək belə bir fikri əsas tuturdu ki, hakim sinfə mənsub adamların övladları özlərinə oxşamalı, hakim də olmalıdır. Adi zəhmət adamlarının uşaqları isə öz valideynləri kimi işləməli, ağalarının qulluğunda durmalıdırlar. (Ot kökü üstündə bitər), (Quyuya su tökməklə suyu olmaz, su gərək onun özündə olsun), (Nə əkərsən, onu biçərsən) və.s. kimi atalar sözləri həmin nəzəriyyənin məhsuludur.
XVI əsrdə meydana gəlmiş preformizm fəlsəfi cərəyanı da irsiyyət nəzəriyyəsi ilə birləşir. Bu təlim belə bir fikri əsaslandırır ki, şəxsiyyətin gələcək inkişafı, əlamətləri insanın genlərində hələ əvvəlcədən mövcud olur. İrsiyyət nəzəriyyəsinin hakim olduğu dövrlərdə zəka sahibləri həmin nəzəriyyəni qəbul etməklə yanaşı, tərbiyəyə də böyük əhəmiyyət verirdilər. Məs. quldar hakimiyyətinin böyük ideoloqu, qulları danışan alət hesab edən Platon deyirdi:”İnsanı həqiqətən tərbiyə etsək,o, ən sakit və ilahi məxluq olar, əgər onu tərbiyə etməsələr və ya yanlış tərbiyə versələr, onda o, kürreyi-ərzdə olan heyvanların ən vəhşisi olar”.
Elmin, təhsilin, tərbiyənin böyük gücünə inanan və onu təbliğ edən Nizami Gəncəvi bəzən irsiyyətin mütləq təsirini inkişafın əsas amili kimi götürürdü. Nizami zatı pis olana etibar edib iş tapşırmağı qurdu bəsləməyə, əhilləşdirməyə bənzədir.Marağalı Əvhədi kamil insan yetişdirilməsində irsiyyəti əsas amil hesab etmişdir. Onun fikrincə, valideynlər əxlaq normalarına əməl etməyən adamlardırsa, onlardan törəyənlər də cəmiyyəti korlayan olacaqlar. O, bəzən də əxlaqca pis valideynlərdən yaranmış övladın tərbiyə edilməklə də yaxşı ola biləcəyi fikrinə tərəfdar çıxırdı. Əvhədi “zatən” naxələf adamlara təhsil veməyin tərəfdarı deyildir, çünki, təhsil almaqla onlar ziyankar işlərini daha ustalıqla görərlər. Təhsili elə kəslərə vermək lazımdır ki,“zatı” təmiz, əxlaqı irsən safdır. Belələri yoxsul olsalar da, inkişaf edib ən faydalı şəxsiyyət ola bilərlər.
Şərqin dahi şairi Sədi Şirazi uşağın formalaşmasında irsiyyəti qəbul etsə də, o da zəhməti, tərbiyəni yüksək qiymətləndirirdi. Beləliklə, cəmiyyət inkişaf etdikcə irsiyyət, fitri qabiliyyətlər nəzəriyyəsi ilə yanaşı tərbiyəvi təsir nəzəriyyəsinə üstünlük verənlərin sayı artırdı. XVII əsrdə yaşamış dahi çex pedaqoqu Y.A.Komenski uşaqların şəxsiyyətinin inkişafına təsir edən amillər barədə maraqlı, demokratik və humanist fikirlər irəli sürmüş, məktəbi insanlıq emalatxanası hesab etmiş, adam olmaq üçün insanın təhsil almasını zəruri saymışdır. İrsiyyət nəzəriyyəsinin “olacağa çarə yoxdur” ehkamına qarşı yumşaq şəkildə səsini çıxaran Komenski deyirdi ki, uşaq şəxsiyyətini inkişaf etdirmək üçün məktəbi, təlim-tərbiyə işini təkmilləşdirmək lazımdır. Komenskinin müasir ingilis filosofu Con Lokk “fitri qabiliyyətlər” nəzəriyyəsinə qarşı çıxaraq özünün məşhur “tabula rasa” (ağ lövhə) nəzəriyyəsini irəli sürmüşdür. Lokk belə hesab edirdi ki, uşaq dünyaya nə şair, nə həkim, nə qul,nə də ağa kimi gəlir. Uşağa irsən heç nə verilmir. Onun ruhu ağ lövhəyə bənzəyir. C.Lokk insan xarakterini çaya, tərbiyəni isə bəndlərə bənzədirdi. Onun fikrincə, axar çayın qabağına bənd vurub onun istiqamətini dəyişmək mümkün olduğu kimi, tərbiyənin gücü ilə insan xarakteri istənilən səmtə yönələ XIX əsrin utopik sosialisləri Sen Simon, Şarl Furye, Robert Ouen tərbiyənin qüvvəsinə həddən artıq inanır, cəmiyyəti tərbiyənin gücü ilə dəyişdirməyə ümid edirdi.
XIX əsrdə yaşamış rus inqilabçı demokratları (Çernışevski, Belinski, Dobrolyubov, Pisaryev) da insan şəxsiyyətinin formalaşmasında tərbiyənin böyük rol oynadığını qeyd edirdilər. Onların fikrincə yalnız şəxsiyyətin deyil, dövlətin, cəmiyyətin, ölkənin də taleyi gənc nəslin düzgün tərbiyəsindən asılıdır. Belinski yazırdı ki, həm həyat, həm ölüm, həm xilas olmaq, həm də məhv olmaq tərbiyədən asılıdır. Tərbiyə insanı xeyirxah Sokrat da, bədxah Neron da edər.
Belinski uşaq şəxsiyyətinin formalaşmasında tərbiyənin böyük rolunu göstərməklə bərabər, uşaq ruhunu ağ lövhə hesab edən və onun üzərində tərbiyə ilə hər şeyin yazılmasını mümkün bilən C.Lokk təlimini tənqid etmiş və yazmışdır ki, uşaq ruhu ağ lövhə deyil insanın-uşağın ruhu ağ kağız deyil. Ağ lövhəyə gözəgörünməz (biokimyəvi) mürəkkəblə çox şey yazılmışdır. Tərbiyə, mühit o yazıları inkar edir, onların inkişafına səbəb olur.
Vaxtilə bir qrup mütərəqqi fikirli rus psixoloqları insan şəxsiyyətinin formalaşmasında, habelə qabiliyyətlərin inkişafında irsiyyətin nə kimi rolu olduğunu yoxlamaq məqsədilə adları ensiklopediyaya düşmüş 1618 xadimin tərcümeyi-halını, həyat yolunu öyrənmişlər. Aydın olmuşdur ki, heç bir istedadlı atanın talantlı oğlu, heç bir talantlı oğulun da istedadlı atası olmamışdır. Dahi rus alimi Lomonosav balıqçı, görkəmli fizik Faradey dəmirçi oğlu, mahir bəstəkar Şopen mühasib, böyük Sabir- dükançı, görkəmli dramaturq C.Cabbarlı-kömürçü, dahi bəstəkar Ü.Hacıbəyov-müəllim oğlu olmuşdur.
Bu faktlar tarixi həqiqətlər olsa da, onunla tam razılaşmaq qeyri-mümkündür. Dahi, istedadlı adamların övladları da valideynləri kimi görkəmli olurlar. Q.Qarayevin, S.Vurğunun, R.Rzanın, S.Rəhimovun və digər sənətkarların uşaqlarının timsalı da bu fikrimizin sübutudur.Hind şahzadəsi Əkbərin fikrincə insanın insan olması üçün onun insan mühitində yaşaması zəruridir. Alimlər buna etiraz etdikdə o belə bir eksperiment aparmışdır. Hind, Çin, Benqal uşaqlarını anadan olan kimi valideynlərindən almış, onları sarayda bağlı kameralarda saxlamış, uşaqları ünsiyyət, insanı münasibətlər dünyasından məhrum etmişdir. Uşaqlar böyümüşlər. Yeddi yaşda onların tamaşasına getmişlər. Uşaqlar yalnız heyvani səslər çıxarmışlar. Elmə məlum olan bu cür faktları araşdıran N.P. Dubininbelə nəticəyə gəlir ki, insana mənəvi keyfiyyətlər irsən verilmir, bunlar tərbiyənin və ictimai mühitin nəticəsidir.

Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə