1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri



Yüklə 102,17 Kb.
səhifə14/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   ...   10   11   12   13   14   15   16   17   ...   35
Pedogika imtahan suallarının cavabları copy

İnnovasiyaların obyekti aşağıdakı problemlərdir: 1) təlim və tər­bi­yə fəaliyyətinin motivasiyasını (öyrənməyə, oxumağa olan ma­ra­ğı) necə yüksəltmək; 2) dərsdə öyrənilən materialın həcmini necə artırmaq; 3) təlimin sürətini necə artırmaq; 4) vaxt itkisini necə aradan qaldırmaq və s.
İnnovativ pedaqoji texnologiyalarlı aşağıdaki kimi təsnif etmək mümkündür.
1. Pedaqoji ünsiyyət;

2. Pedaqoji qiymətləndirmə;
3. Pedaqoji tələbkarlıq;
4. İnformativ təsvir;
5. Pedaqoji konflikt.


1. Pedaqoji ünsiyyət. Ünsiyyət cəmiyyətin mövcud olması üçün əsas amillərdən biridir. Pedaqoji ünsiyyət olmadan pedaqoji prosesdə uğurlar qazanmaq qeyri-mümkündür. Pedaqoji ünsiyyət müəllim-şagird, şagird-şagird arasında fikir və emosiyaların qarşılıqlı mübadiləsi prosesi,fərdlər və qruplar kontekstində birbaşa informasiya mübadiləsidir. Pedaqoji ünsiyyət praktik əhəmiyyət daşımaqla iki istiqamətdə bacarıqları əhatə edir:
1. Sosial persepsiya bacarığı;
2. Verbal və qeyri-verbal ünsiyyətə girmək bacarığı.
Pedaqoji texnologiyaların innovativliyinin başlıca xüsusiyyətlərindən biri şagirdlərə yeni müstəvidə yanaşmaq, onların təlim marağının artırılmasına dəstək olmaq, birinci növbədə, inkişafını dəstəkləyən tədbirlər həyata keçirməkdən ibarətdir.

2. Pedaqoji qiymətləndirmə. İnnovativ pedaqoji texnologiyalardan biri də pedaqoji qiymətləndirmədir.Təhsil sistemində çalışan hər kəs müasir qiymətləndirmənin humanist xarakterini, onun inkişafyönümlü xarakter daşımasını anlamaqla təhsil prosesinin hər addımında qiymətləndirmə sisteminə etimad bəsləməli, ona inamla yanaşmalıdır. Mövcud məktəbin qiymətləndirmə sistemində daha çox aşağıdakı növlərə müraciət olunur.
• təlim prosesinin qiymətləndirməsi;
• təhsil alanların nailiyyətlərinin qiymət-
ləndirilməsi;
• təhsil verənlərin pedaqoji fəaliyyətinin
qiymətləndirilməsi;
• təlim prosesinin ayrı-ayrı sahələrində
işin qiymətləndirilməsi.
Ümumiyyətlə, qiymətləndirmə dedikdə, aydın məzmuna malik olan bir proses başa düşülür ki, ondan düzgün istifadə olunması hər bir təhsil işçisinin peşəkarlığının səviyyəsinə dəlalət edir.

Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə