1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri



Yüklə 102,17 Kb.
səhifə11/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   ...   7   8   9   10   11   12   13   14   ...   35
Pedogika imtahan suallarının cavabları copy

Pedaqoji ustalığın əsasında peşə bilikləri durur. Öz işinin ustası olan müəllim tədris etdiyi fənni dərindən bilir, ixtisası sahəsində yeniliklərə, müasir ədəbiyyata, mədəniyyətə bələddir, beynəlxalq aləmdə baş verən hadisələrə münasibət bildirməyi, onları təhlil etməyi bacarır.
Pedaqoji proses hər bir müəllim üçün yaradıcılıq laboratoriyasıdır. Usta müəllim öz biliklərini şagirdlərə çatdırmağı bacaran, müasir təlim metodlarına mükəmməl şəkildə yiyələnən müəllimdir.
Müəllimin pedaqoji ustalığı öyrənmək bacarığını şagirdlərə öyrətmək məharətində özünü göstərir. Ustalığın mühüm göstəricilərindən biri şagirdləri fəallaşdırmaq, onların yaradıcı qabiliyyətlərini inkişaf etdirmək bacarığıdır. Usta müəllim innovativ texnologiyalardan, interaktiv təlim metodlarından istifadə edərək şagirdləri düşünməyə, bilikləri müstəqil olaraq “kəşf etməyə” yönəldir. Vaxtilə alman filosofu İ.Kant yazırdı ki, “şagirdlərə fikri yox, fikirləşməyi öyrətmək lazımdır”.
Pedaqoji ustalığa yiyələnməyin şablon üsulu yoxdur. Burada müəllimin pedaqoji-psixoloji bilikləri, bacarıqları, erudisiyası, pedaqoji təfəkkürü, yaradıcılıq qabiliyyəti, çevik düşüncə tərzi, həmçinin pedaqoji taktı mühüm rol oynadığından hər bir müəllimin pedaqoji ustalığında spesifik xüsusiyyətlər, fərdi üslublar mühüm yer tutur.
Pedaqoji ustalığın mühüm göstəricilərindən biri də müəllimin pedaqoji texnikaya yiyələnməsidir. Usta müəllim bütün pedaqoji vasitələr ehtiyatına yiyələnməli, vaxtdan səmərəli istifadə etməyi bacarmalıdır. Pedaqoji texnikanın mühüm tərkib elementlərindən biri də odur ki, müəllim həm özünün, həm də şagirdlərin diqqətini idarə etməyi bacarsın.
Müəllimin səs tonu, şagirdlərə müraciət forması da pedaqoji texnikanın elementlərindəndir.
Müəllimin ifadəli sözü digər pedaqoji təsir vasitələrini də yaxşı tətbiq etməyə imkan verdiyindən mükəmməl nitq qabiliyyətinə malik olmaq müəllimin pedaqoji mədəniyyətinin başlıca kom­ponentidir. Çünki şagirdlərlə ünsiyyətdə müəllimin ən böyük silahı onun canlı sözüdür.
Bu baxımdan nitqin emosionallığı, kamilliyi, inandırıcılığı təlim-tərbiyə prosesinin səmərəliliyini təmin edən əsas amillərdən biridir.


Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə