1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri


)Pedaqoji prosesin mahiyyəti və mərhələləri



Yüklə 102,17 Kb.
səhifə12/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   ...   8   9   10   11   12   13   14   15   ...   35
Pedogika imtahan suallarının cavabları copy

13)Pedaqoji prosesin mahiyyəti və mərhələləri.


Pedaqogikanın ən mühüm məsələlərindən biri də pedaqoji prosesdir. “Pedaqoji proses” anlayışı pedaqoji ədəbiyyatlarda əsasən belə təqdim olunur: Qarşıya qoyulmuş məq­sədə çatmaq üçün müəllimlərlə şagirdlərin qarşılıqlı təsirinə pedaqoji proses deyilir. Bu prosesə tədris müəssisələrində aparılan bütün təlim, tərbiyə, təhsil və inkişaf məsələləri daxildir. Bəzi pedaqoji ədəbiyyatda bu, “təlim-tərbiyə prosesi” anlayışı kimi də işlədilir. Pedaqoji prosesə təkcə tədris müəssisələrində aparılan təlim, tərbiyə,təhsil və inkişaf məsələləri deyil, habelə məktəbəqədər təhsil, mədəni-maarif, istehsalat müəssisələrində, məktəbdənkənar tərbiyə ocaqlarında, ictimai təşkilatlarda aparılan təlim-tərbiyə işi, ailədə tərbiyə təcrübəsi də aiddir. Deməli, müxtəlif sahələri əhatə edən təlim-tərbiyə müəssisələrində aparılan təhsil, təlim, tərbiyə və inkişaf məsələləri pedaqoji prosesin mahiyyətini təşkil edir.
Pedaqoji proses bir sistem kimi çox mürəkkəb mexanizmdir. O, təlim-tərbiyə, təhsil, inkişaf, formalaşma, öyrədənlərlə öyrənənlərin, tərbiyə edənlərlə tərbiyə olunanların qarşılıqlı əməkdaşlığı və s. prosesləri özündə ehtiva edir. Onun obyektini ayrı-ayrı fərdlər ( uşaqlar, şagirdlər, tələbələr və s.) və onların toplandığı qruplar təşkil edir. Pedaqoji prosesin subyektini ayrı-ayrı şəxslər, yəni tərbiyə edənlər (tərbiyəçi, müəllim, valideyn, idarə başçıları və s. ) və ya təhsil qurumları (məktəb, pedaqoj şura və s. qurumlar) təşkil edir.
Pedaqoji proseslər silsilə xarakteri daşıyır. Bütün pedaqoji pro­ses­lərin inkişafında eyni mərhələlər nəzərə çarpır. Mərhələlər pro­se­sin tərkib hissələri deyil, onun inkişaf ardıcıllığıdır. Pedaqoji prosesin üç başlıca mərhələsi – hazırlıq, əsas, yekun mərhələləri vardır. Pedaqoji prosesin hazırlıq mərhələsində nəzərdə tutul­muş istiqamətdə və sürətlə baş verməsi üçün zəruri şərait ya­ra­dılır. Qarşıya məq­sədin qoyulması, şəraitin diaqnostikası, nailiyyətlərin proqnoz­laş­­dırılması, prosesin inkişafının planlaşdırılması və s. Bu mərhələyə xasdır. Pedaqoji prosesin əsas mərhələləri qarşılıqlı əlaqəli, mühüm elementləri özündə birləşdirir. Bu mərhələ özlüyündə digər sis­tem­lərdən nisbi təcrid olunmuş bir sistemdir. Onun aşağıdakı ele­ment­ləri vardır: qarşıdakı fəaliyyətin məqsəd və vəzifələrinin müəy­­­yən olun­ma­sı və izah edilməsi; pedaqoqlarla şagirdlərin qarşı­lıq­lı təsi­ri; əl­ve­rişli şəraitin yaradılması; məktəblilərin üçün müxtəlif tədbirləri həyata keçirmək; pedaqoji pro­sesin digər proseslərlə əlaqəsini təmin etmək. Pedaqoji prosesin yekun mərhələsi alınan nəticələrin təhlili ilə başa çatır. Təhlil edən zaman pedaqoq buraxılan səhvlərdən həm nə­ti­cə çıxarır, həm öyrənir və həm də inkişaf edir. Pedaqoji proses dinamik sistem kimi öz quruluşuna və quruluş elementlərinə (komponentlərə) malikdir. Onlardan məqsəd, məzmun, fəaliyyət və nəticə elementlərini (komponentlərini) göstərmək olar. Bütün digər proseslər kimi, pedaqoji prosesin də qanunauyğunluqları vardır. 1)Pedaqoji prosesin ümumən idrakın və praktikanın vəhdətliyindən asılılığı;
2)Həvəsləndirmə metod və vasitələrinin pedaqoji prosesin nəticələrinə təsiri;
3)Xarici(pedaqoji) və daxili( idrak) fəaliyyətin vəhdətliyinin pedaqoji prosesin səmərəliliyinə təsiri; və s.

14)Ümumtəhsil məktəblərində pedaqoji prosesin təşkili prinsipləri.


Pedaqoji proses əvvəlcədən müəyyən olunmuş nəticələri əldə etmək üçün müəllimlərin əlaqələndirici, istiqamətverici, məsləhətci, şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı subyektlər kimi qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsasında aşağıdakı prinsiplər nəzərə alınmaqla qurulur:


Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə