1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri


)İnnonativ pedaqoji texnologiyalar və onların tədrisdə rolu



Yüklə 102,17 Kb.
səhifə13/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   ...   9   10   11   12   13   14   15   16   ...   35
Pedogika imtahan suallarının cavabları copy


15)İnnonativ pedaqoji texnologiyalar və onların tədrisdə rolu.

İnnovasiya (ingiliscə “innovation” – sözündən götürülüb, mənası “yenilik” deməkdir) dedikdə geniş mənada təlim, təhsil-tərbiyə pro­se­si­nin gedişini və nəticələrini yaxşılaşdırmaq məqsədilə pedaqoji sistemdə həyata keçirilən yeniıik başa düşülür. İnnovasiya, yəni ye­ni­lik pedaqoji sistemin daxili ehtiyatları hesabına (in – daxili de­mək­dir) baş verir. Son onillikdə çox şey dəyişmişdir. Yeni paradiqmalar, kon­sep­­­siyalar, innovasiyalar və investisiyalar (sərmayələr), dövlət stan­dart­ları və alternativ tədris planları, yeni tip məktəblər yara­dıl­mış­dır. Pedaqoji proses pedaqoji sistemdə baş verir. Pedaqoji sistem kom­ponentlərin (hissələrin) sabit və möhkəm birliyidir. Əgər bu bir­likdə baş verən dəyişikliklər (yeniliklər) müəyyən edilmiş həddi ke­çərsə, onda sistem dağılar, onun yerində başqa xassələri olan yeni sis­tem əmələ gələr.Hər bir pedaqoji sistem elementlərin məcmusundan ibarətdir: 1) şa­gird­lər; 2) təlim və tərbiyənin ümumi və xüsusi məqsədləri; 3) təlim və tərbiyənin məzmunu; 4) təlim və tərbiyə prosesi; 5) müəl­lim­lər; 6) texniki təlim vasitələri; 7) təlim və tərbiyə işinin təşkili formaları; 8) təlim, təhsil-tərbiyə prosesinin idarə olunması; 9) tə­lim və tərbiyə prosesinin texnologiyası; 10) təlim və tər­bi­­yə prosesinin nəticələri. Bu sistemin komponentlərindən hər biri ən kiçik elementlərə parçalana bilər.
Pedaqoji sistemin təkmilləşdirilməsinin iki başlıca yolu vardır: intensiv yol (fransız sözü “intensif” sözündən götürülmüşdür, mə­na­sı “gücləndirmək”, “məhsuldarlığı artırmaq” deməkdir) və ekstensiv yol (latın sözü “extensivus” sözündən götürülmüşdür, mənası “geniş­lən­dir­mək”, “uzatmaq” deməkdir).
İntensiv yol pedaqoji sistemin inki­şa­fı­nı daxili ehtiyatlar hesabına həyata keçirməyi nəzərdə tutur.Ekstensiv yol isə pedaqoji sistemin inkişafı üçün əlavə qüv­və­lərin (investisiyaların), yeni vasitələrin, avadanlıqların, texnolo­giyaların, kapital qoyuluşlarının və s. cəlb edilməsinə əsaslanır. Bəzi aparıcı nəzəriyyəçilər belə bir fikir söyləyirlər ki, yaxın vaxtlarda peda­qogikada inno­vasiyalar keçmişə qayıtmağa gətirib çıxara­caqdır. Qərb məktəbi ekstensiv yolla inkişaf edir. O, yeni in­nova­siya tex­no­lo­gi­yaları, tədris fəaliyyətinin müxtəlif növləri ara­sın­da vaxt bölgüsünü ye­­nidən aparmaq, sinif işinin diferensiyası və fərdiləşdirilməsi he­sa­bı­na pedaqoji məhsulun kəmiyyət göstə­ri­ci­lərini artırır. Bu zaman pe­da­qoji məhsulun keyfiyyəti yaxşılaşırmı? Bu suala hələlik cavab ve­ril­məmişdir.

Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə