1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri


)Təlimin idrakı və psixoloji əsasları. İdrak prosesi biliksizlikdən biliyə doğru yüksəlmək prosesidir. O, 3 mərhələdən



Yüklə 102,17 Kb.
səhifə16/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   ...   12   13   14   15   16   17   18   19   ...   35
Pedogika imtahan suallarının cavabları copy


16)Təlimin idrakı və psixoloji əsasları.


İdrak prosesi biliksizlikdən biliyə doğru yüksəlmək prosesidir. O, 3 mərhələdən
– canli mü­şa­hi­də, mücərrəd təfəkkür və təcrübədən ibarətdir.
Canli müşahidə mərhələsində bi­lik mənbəyi duyğular mühüm rol oynayir. Bu mərhələdə qavranış, təsəvvür və tə­xəy­yül kimi psixi proseslər də fəal iştirak edir, ikinci mərhələyə keçid yaranır. Mücərrəd təfəkkür mərhələsində müşahidə edilmiş fakt və hadisələri təfəkkür ümu­miləşdirib qanunauyğunluqları müəyyənləşdirir, nəzəriyyələr və fər­ziyyələri irəli sürür. Üçüncü mərhələdə biliklər yoxlanılır.
Təlim prosesinin mərhələləri idrak prosesinin mər­hə­lə­lə­ri­nə oxşayır. Təlim prosesində də şagirdlər biliksizlikdən biliyə doğru inkişaf edir. Təlim bilik, bacarıq və vərdişləri mənimsəməyin, onlara yiyələn­mə­yin mü­rək­kəb prosesidir. Bu prosesin psixoloji əsasını motivlər, maraqlar, tə­lə­batlar təşkil edir.
Motiv şagirdin təlimlə əlaqədar olan bu və ya digər tapşırığı ic­ra edərkən rəhbər tutduğu daxili niyyət və arzu olub məktəblini bu və ya digər bir işi icra etməyə təhrik edən daxili qüvvədir.
Öyrənmə prosesinin birinci mərhələsini motivlərin, maraqların yaradıl­ma­sı təşkil edir
Öyrənmə prosesinin ikinci
mər­hələsi qavrama adlanır və idrakda olduğu kimi duyğulardan başlayır. Öy­rən­mə prosesinin üçüncü mərhələsi anlamadır. Bu mərhələdə şagirdlər əşyanın ən zəruri əlamətlərini mənimsəyirlər.
Öyrənmə prosesinin dördüncü möhkəmlətmə mərhə­lə­sin­də biliklər, anlayışlar, qanunlar möhkəmləndirilir. Öyrənmə prosesinin
be­şin­ci, tətbiq etmə mərhələsində mənimsənilmiş biliklər praktikaya tətbiq edilir, yoxlanılır. Göründüyü kimi elmi idrakla təlim prosesi bir-birinə oxşayır. Bununla belə həmin proseslər bir-birindən fərqlənir. Elmi idrakın obyekti xarici aləm­də baş verən hadisələr, qanunauyğunluqlar olduğu halda təlimdə öyrənilən ob­yekt bəşəriyyətin əsrlər boyu əldə etdiyi, ümumiləşdirdiyi biliklərdir, təc­rü­bə­dir
.Təlimdə şagirdlər bəşəriyyətin əldə etdiyi məlum biliklərə yiyələnir, onları öz­ləri üçün kəşf edirlər. Elmi idrakda isə tədqiqatçı məlum olmayan həqiqətləri, b­i­likləri kəşf edir. Təlimdə idrak prosesi rəvandır, sadədir, müəllim onun yolunu işıq­landırır. Elmi idrakda tədqiqatçı çətinlikləri, yanılmaları özü aradan qaldır­ma­lı olur. Təlimdə idrak prosesi didaktik məsələlərlə şərtlənir və müəllim təlim prosesinin yaradıcısına çevrilir.
Qneseologiya – idrak nəzəriyyəsi kimi elmi idrakın mənbələrini, forma və metodlarını, həqiqəti sübutetmə şərtlərini, insanın gerçəkliyi dərk etmə qa­bi­liy­yət­lərini öyrənir. Təlim prosesi də bu nəzəriyyəyə əsaslanır.

Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə