1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri


)Müəllimin səriştəlilik və peşəkarlıq göstəriciləri



Yüklə 102,17 Kb.
səhifə9/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   ...   5   6   7   8   9   10   11   12   ...   35
Pedogika imtahan suallarının cavabları copy

11)Müəllimin səriştəlilik və peşəkarlıq göstəriciləri.
Peşəkarlıq və səriştəlilik müəllim üçün vacib olan ən mühüm keyfiyyətlər sırasında ilk yerlərdən birini tutur. Bu iki keyfiyyət pedaqoji fəaliyyətin elə mühüm tərəflərini özündə birləşdirir ki,bunlar pedaqoji prosesin tamlığını, şəxsiyyətyönümlülüyünü, nəticəyönümlülüyünü təmin etdir, təhsilalanların təfəkkürünün və şəxsiyyətinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir , gənc nəslin zəngin biliyə, dünyagörüşə malik bir şəxsiyyət kimi formalaşmasına səbəb olur.
Müəllimin peşəkarlığı və səriştəliliyi müəllimin pedaqoji prosesdə öz fəaliyyətini peşəkarcasına yerinə yetirə bilməsi və bu prosesə səriştəli yanaşmasıdır.
Başqa sözlə, yiyələndiyi peşənin bütün incəliklərini dərindən bilməsi, müəllimlik fəaliyyətini ustalıqla yerinə yetirməsi, problemin həllini elmi şəkildə, optimal metodlarla reallaşdıra bilməsidir. Peşəkarlıqla səriştəlilik bir – biri ilə elə sıx əlaqəlidir ki, bunların birinə malik olub, digərinə yiyələnməmək mümkün deyildir. Lakin buradakı keçid və ardıcıllığı da nəzərə almaq vacibdir.
Peşəkarlıq – müəllimin lazımi biliyə, bacarıqlara, şagirdlərlə yaradıcı şəkildə işləyə bilmək texnologiyalarına sahib olması, pedaqoji prosesin incəliklərinə dərindən yiyələnməsidir.
Səriştəlilikmüəllimin pedaqoji prosesi məharətlə, daha əlverişli metodlarla reallaşdıra bilməsidir.
Pedaqoji prosesə səriştəli yanaşma müəllimdən dərin bilik və bacarıq tələb edir. Buna görə də peşəkarlıqla səriştəlilik birbiri ilə qarşılıqlı surətdə əlaqədardır. Müəllimin pedaqoji dəyərlərə yiyələnməsi, bu dəyərləri qoruması, pedaqoji prosesdə novator pedaqoq kimi fəaliyyət göstərməsi peşəkarlıqla səriştəliliyin əlaqəsipedaqoji ustalığın meyarları kimi özünü göstərir.
Bunlarla yanaşı, peşəkar fəaliyyət üçün zəruri olan yüksək həssaslıq, humanizm, peşə mədəniyyəti,pedaqoji fəaliyyətin inkişafının düzgün istiqamətləndirilməsi və s. kimi xüsusiyyətlər də müəllim peşəkarlığını xarakterizə edən cəhətlərindəndir. “Hər oxuyan Molla Pənah olmaz!”, “Çörəyi ver çörəkçiyə” və digər bu kimi atalar sözləri, N.Gəncəvinin “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”. Peşəkar və səriştəli müəllim həm fənnini gözəl bilir, həm də onu ustalıqla öyrədir, mürəkkəb pedaqoji problemləri çevik şəkildə həll edir, pedaqoji yeniliklərdən xəbərdardır, yeni pedaqoji təfəkkürə malikdir. Daim yeniliklər axtarışındadır, pedaqoji prosesə yaradıcı yanaşır və innovativ texnologiyalardan bacarıqla istifadə edir. Verbal və qeyri-verbal ünsiyyət üslubuna malikdir, dərs dediyi şagirdlərə dəyər verir, onlara şəxsiyyət kimi yanaşır. Obyektiv və ədalətlidir, şagirdlərlə görüşə hər gün daha zəngin biliklə, yeni məlumatlarla gəlir və sinifdə sağlam mənəvi-psixoloji mühit yaratmağı bacarır.
Müasir dövrdə müəllimin pedaqoji səriştələrinə - kompetensiyalarına daha çox diqqət yetirilir və bunlar aşağıdakı kimi təsnif edilir:

Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə