1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri


Təşkilatçılıq, idarəetmə kompetensiyaları



Yüklə 102,17 Kb.
səhifə10/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   ...   6   7   8   9   10   11   12   13   ...   35
Pedogika imtahan suallarının cavabları copy

1.Təşkilatçılıq, idarəetmə kompetensiyaları:

planlaşdırma


tələb verə bilmək və onun icrasına nəzarət,
şagirdlərin fəaliyyətinə nəzarət;
sinifdə diskusiyanın idarə edilməsi;
özünəinam və özünənəzarət;
kollektivi ardınca apara bilmək.
2. Didaktik kompetensiyalar
fəal dinləmə və başqalarının fikrinə hörmətlə yanaşmaq bacarığı
innovativ texnologiyalardan səmərəli istifadə edə bilmək
informasiya və kommunikasiya texnologiyalarından istifadə etmək
3. Şagirdlərin idrak fəallığını inkişaf etdirməklə bağlı kompetensiyalar:
şagirdlərin məntiqi, tənqidi və yaradıcı təfəkkürünün inkişafına nail olmaq;
yaradıcılığa, axtarışlara və öyrənməyə təhrik edə bilmə bacarığı
yaradıcı tapşırıqların hazırlanması
4. Pedaqoji prosesə kreativ yanaşma ilə bağlı kompetensiyalar
tolerantlıq, başqalarının fikir və düşüncələrinə hörmətlə yanaşmaq;
gözlənilməz və qeyri-standart situasiyalarda çevik və düzgün qərar qəbul edə bilmək.
5.Ünsiyyət və əməkdaşlıqla bağlı kompetensiyalar

ünsiyyət və dialoq mədəniyyətinə malik olmaq
şagirdlər, onların valideynləri, müəllim həmkarları və məktəb rəhbərliyi ilə düzgün qarşılıqlı münasibətlər qurmağı bacarmaq
empatiya bacarıqlarına sahib olmaq;


12)Müəllimin pedaqoji ustalığı və peşə etikası. Təlim-tərbiyə işinin səmərəliliyi müəllimin pedaqoji ustalığından çox asılıdır. Pedaqoji ustalıq müəllimlik diplomu ilə verilmir. Onu hər bir müəllim təlim-tərbiyə metodlarına yiyələnməklə, öz üzərində işləmək və özünü daim təkmilləşdirməklə qazanır. Görkəmli rus yazıçısı və maarifçisi Lev Tolstoy yazırdı: “Əgər müəllim yalnız işini sevirsə, o, yaxşı müəllimdir. Əgər müəllim yalnız uşaqları sevirsə, o, bütün kitabları oxuyan, lakin nə sənətinə, nə də uşaqlara məhəbbəti olmayan müəllimə nisbətən daha yaxşı müəllim olacaqdır. Əgər müəllim sənətinə və uşaqlara məhəbbəti özündə birləşdirirsə, o, kamil müəllimdir”.
Müəllimin pedaqoji ustalığı, tədris prosesini təşkil etmək bacarığındadır. Usta müəllim hətta ən əlverişsiz şəraitdə belə şagirdlərin lazımi tərbiyəlilik, inkişaf və bilik səviyyəsinə nail olur. Əsl müəllim hər hansı bir suala qeyri-standart cavab tapa bilir, şagirdlərə xüsusi yanaşmağı bacarır.

Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə