1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri


)Müəllimin peşə kompetensiyaları



Yüklə 102,17 Kb.
səhifə8/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   ...   4   5   6   7   8   9   10   11   ...   35
Pedogika imtahan suallarının cavabları copy

10)Müəllimin peşə kompetensiyaları. Müasir dövrdə müəllimin pedaqoji səriştələrinə - kompetensiyalarına daha çox diqqət yetirilir və bunlar aşağıdakı kimi təsnif edilir:


1.Təşkilatçılıq, idarəetmə kompetensiyaları: -Planlaşdırma və təqvim-tematik planın hazırlanması; -Tələb verə bilmək və onun icrasına nəzarət; -Şagirdlərin fəaliyyətinə nəzarət;
-Sinifdə diskusiyanın idarə edilməsi;
-Özünəinam və özünənəzarət;
-Şəxsiyyət və peşə nüfuzunun sintezinə malik olmaq;
-Kollektivi ardınca apara bilmək.
2.Didaktik kompetensiyalar:
-Təlim-tərbiyə prosesində ən optimal yollardan istifadə edə bilmək;
-Fəal dinləmə və başqalarının fikrinə hörmətlə yanaşmaq bacarığı;
-İnnovativ texnologiyalardan səmərəli istifadə edə bilmək;
-Qabaqcıl təcrübəni tətbiq etmək;
-İnformasiya və kommunikasiya texnologiyalarından istifadə etmək.
3.Şagirdlərin idrak fəallığını inkişaf etdirməklə bağlı kompetensiyalar:
-Yaradıcı təfəkkürə malik olmaq, pedaqoji prosesə yaradıcı yanaşa bilmək;
-Şagirdlərin məntiqi, tənqidi və yaradıcı təfəkkürünün inkişafına nail olmaq;
-Yaradıcılığa, axtarışlara və öyrənməyə təhrik edə bilmə bacarığı;
-Şagirdlərin təlim motivlərini inkişaf etdirə bilmək;
-Yaradıcı tapşırıqların hazırlanması.
4.Pedaqoji prosesə kreativ yanaşma ilə bağlı kompetensiyalar;
-Müstəqil mühakimə və təfəkkür tərzinə sahib olmaq;
-Tolerantlıq, başqalarının fikir və düşüncələrinə hörmətlə yanaşmaq;
-Gözlənilməz və qeyri-standart situasiyalarda çevik və düzgün qərar qəbul edə bilmək.
5.Ünsiyyət və əməkdaşlıqla bağlı kompetensiyalar:
-Ünsiyyət və dialoq mədəniyyətinə malik olmaq;
-Şagirdlər, onların valideynləri, müəllim həmkarları və məktəb rəhbərliyi ilə düzgün qarşılıqlı münasibətlər qurmağı bacarmaq;
-Empatiya bacarıqlarına sahib olmaq;
-Pedaqoji peşəni və tədris etdiyi fənni uşaqlara sevdirmək və s.
Bütün bu kompetensiyalara yiyələnən müəllim həm əxlaqi siması, həm şəxsi mədəniyyəti, həm də sənətinə və uşaqlara məhəbbəti ilə öz peşəsinin nüfuzunu yüksəldir, müəllim adının şərəfini, müqəddəsliyini qoruyur, humanizm, ədalətlilik, dürüstlük, tələbkarlıq, təmkinlilik onun pedaqoji mədəniyyətinin ayrılmaz komponentinə çevrilir.

Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə