1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri


)Valeologiya və didaktogeniya anlayışlarının mahiyyəti



Yüklə 102,17 Kb.
səhifə4/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   2   3   4   5   6   7   8   9   ...   35
Pedogika imtahan suallarının cavabları copy

5)Valeologiya və didaktogeniya anlayışlarının mahiyyəti. XX əsrin 60-cı illərinə kimi pedaqoji ədəbiyyatlarda , ümumiyyətlə, məktəb fobiyası, şagirdlərin təhsil prosesində neqativ psixi vəziyyətləri ilə bağlı məsələlər az işıqlandırılırdı. Pedaqoji lüğətlərdə 1992-ci ilə kimi “didaktogeniya” termini haqqında heç bir məlumata rast gəlinmir. Bu termindən yalnız tibb sahəsində işləyən psixoloqlar və defektoloqlar istifadə edirdilər.Bir neçə nəsil sovet-rus müəllimləri xüsusi ədəbiyyatlarda şagirdlərin təhsilinin bir çox aspektlərinin onların psixikasına neqativ təsir etməsi ilə bağlı heç bir məlumata rast gəlməmişdilər. “Didaktogeniya” anlayışını elmi dövriyyəyə ilk dəfə Ukrayna alimi K.İ.Platonov (1877-1969) gətirmişdir.İki ədəbiyyatda bu anlayışa, demək olar ki, oxşar izah verilir. Bir ədəbiyyatda bu termin belə izah olunur: ”Didaktogeniya-müəllim, tərbiyəçi tərəfindən pedaqoji taktın pozulması nəticəsində şagirddə baş verən mənfi psixoloji halətdir. Yüksək psixoloji -əsəbi gərginlik, qorxu, çox mütəssir əhval-ruhiyyə və s. İlə ifadə olunur. Şagirdlərin
fəaliyyətinə mənfi təsir göstərir, ünsiyyəti çətinləşdirir. Didaktogeniyanın yaranmasının əsasında pedaqoqun günahı ucbatından şagirdin aldığı psixoloji travma durur.Didaktogeniya çox vaxt nevroza çevrilir.Bu halda isə psixoterapiya üsulları ilə xüsusi müalicəyə ehdiyac yaranır. Didaktogeniya (yunanca didaktikos-ibrətli, ibrətamiz, faydalı; genes- doğulmuş, törənmiş, hasil edilmiş) dedikdə həmçinin, müəllim, tərbiyəçi, məşqçi tərəfindən pedaqoji taktın gözlənilməməsi, informasiya ilə həddindən artıq yükləməklə, qeyri-adekvat tələblərin verilməsi və həddi-hüdudu olmayan pedaqoji təsirlər nəticəsində şagirddə yaranan psixoloji –emosional gərginlik başa düşülür. Didaktogeniyaya eyni zamanda psixi-əsəb pozulmaları da aid edilir. Bu, hər hansı bir xəstəliyə həsr olunmuş mühazirəni dinlədikdən, yaxud müəllimin müəyyən izahından, tibbi mövzuda məqalə oxuduqdan, elmi-populyar filmə baxdıqdan və s. Sonra yaranır.Son zamanlar psixoloqlar bu anlayışı ”məktəb nevrozu” adlandıraraq, fiziki baxımdan zəif uşaqlarda meydana gələn psixi hal kimi qiymətləndirirlər.“Məktəb nevrozu” –(didaktogeniya) olan uşaqlar məktəbə getməmək üçün özlərini xəstəliyə vurur, tez-tez ağlayır, məktəbdə və evdə münaqişə yaradırlar. Bir müddət sonra onların aqressivliyi artır, yorğunluq, əzginlik, laqeydlik yaranır, baş ağrıları və yuxu pozulmaları, hətta enurez halları baş verə bilər.
Valeo”- latın sözüdür. Mənası sağlamlıq, sağlam olmaq, cansağlığı deməkdir. Lakin sağlamlıq dedikdə, yalnız xəstəliyin , yaxud fiziki qüsur və çatışmazlığın olmaması deyil, həmçinin şəxsiyyətin cismani, intellektual, əxlaqi-psixoloji və mənəvi rifahında vəhdətin gözlənilməsi, təmin edilməsi başa düşülür.
Ümumiyyətlə, bu barədə ilk dəfə
yalnız 1981-ci ildə rus alimi İ.İ. Brexman fikir söyləmiş, L.Q. Tatarnikova (Sankt Peterburq Dövlət Universiteti) isə pedaqoji valeologiyanın təşəkkülü sahəsində ilk addım atmağa cəhd göstərmişdir.MDB ölkələrinin bəzilərində bu sahədə artıq müəyyən işlər görülmüş, elmi araşdırmalar aparılmış, hətta pedaqogika kursunda valeologiya üzrə məşğələlərin də keçirilməsinə başlanmışdır. Məsələn, bir neçə il bundan əvvəl Maksim Tank adına Belorusiya Dövlət Pedaqoji Universitetində valeologiya şöbəsi açılmışdır.Beləliklə, göründüyü kimi, valeologiya pedaqogikanın tərkib hissələrindən birinə, bəlkə də müstəqil fənnə çevrilmə ərəfəsindədir. tərbiyədən danışarkən bir məsələyə də diqqət etmək lazımdır: müəllimlər uşağa tam, bütöv şəxsiyyət kimi deyil, şagird kimi, yəni təlim- tərbiyənin obyekti kimi baxmağa adət etmişlər. Halbuki, demokratiyaya, azadlığa,sərbəstliyə, humanizmə və yeni pedaqoji təfəkkürə əsaslanan müasir pedaqogika pedaqoji prosesin iştirakçılarına (ali, orta ixtisas və ümumtəhsil məktəb müəllimlərinə, tərbiyəçilərə, tələbələrə, şagirdlərə) təlim- tərbiyə sahəsində əməkdaşlıq təklif edir, şagirdi təlim-tərbiyənin və öz fəaliyyətinin subyektinə çevirməyi təkidlə tövsiyə edir.
Pedaqoji valeologiyanın zəif inkişafına baxmayaraq o, məktəblilərin sağlamlığı sahəsində yaranan boşluğu doldurur.
Şəxsiyyətin rifahı yığcam şəkildə sağlam həyat tərzində öz əksini tapır. Belə sağlam həyat tərzini məqsədyönlü, sistemli şəkildə məktəb mühitinə gətirmək və şagirdlərin özlərini şəxsi sağlamlıqlarının qayğısına qalmağa öyrətmək və alışdırmaq lazımdır. Lakin başqalarının (valideynlərin, tərbiyəçilərin, müəllimlərin) köməyi olmadan şagirdlər müstəqil surətdə öz sağlamlıqlarını qorumaq və təmin etmək iqtidarında deyillər. Belə ki, sağlamlığın təmin edilməsi və qorunması həmçinin bir sıra ictimai, iqtisadi və s. Amillərlə şərtlənir.Buna görə də dağıdıcı yox, şəxsiyyəti yaradan, yetişdirib böyüdən, formalaşdıran, yüksəldən, özünə inam yaradan müdrik hamı- tərbiyəçi, müəllim lazımdır. Valeoloji fəaliyyətin əsas məqsədi insana təbiət tərəfindən verilmiş bioenergetik imkanları, o cümlədən, şəxsi- intellektual bacarıq və vərdişləri fəallaşdırmaqdan ibarətdir.


Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə