1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri


)Pedaqogikanın metodologiyası və elmi-tədqiqat metodları



Yüklə 102,17 Kb.
səhifə3/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   2   3   4   5   6   7   8   9   ...   35
Pedogika imtahan suallarının cavabları copy

4)Pedaqogikanın metodologiyası və elmi-tədqiqat metodları. Digər elmlərdə olduğu kimi, pedaqogika da elmi-tədqiqatların nəticəsində inkişaf edib, yeni-yeni müddəalarla zənginləşir. Tədqiqatlar müxtəlif metodların köməyi ilə aparılır.
Empirik tədqiqat metodları müəyyən faktları toplamağa xidmət edir. Bu metodlara daxildir: pedaqoji müşahidə, pedaqoji müsahibə, anket sorğusu, “pedaqoji konsilium”, pedaqoji sənədlərin və fəaliyyət məhsullarının öyrənilməsi metodları.
Pedaqoji müşahidə-pedaqoji prosesi müəyyən məqsədlə və planlı şəkildə izləməkdir.Pedaqoji müsahibə-müəyyən pedaqoji hadisənin mahiyyətini, səbəblərini, başvermə şəraitini aşkara çıxarmaq məqsədilə aparılan sual-cavab metodudur.Anket sorğusu- bu və ya digər pedaqoji məsələ (problem) barədə müəllim, şagird və ya valideynlərin mövqeyini, rəyini öyrənmək, hər hansı pedaqoji hadisənin tipikliyini müəyyən etmək məqsədi ilə aparılan yazılı sorğudur.Pedaqoji sənədlərin və fəaliyyət məhsullarının öyrənilməsi-tədqiqatda bəzi zəruri faktları toplamağa xidmət edən metodlardır. Pedaqoji konsilium” metodu- bu və ya digər pedaqoji fakt və hadisənin, yaxud konkret şagirdlərlə bağlı məsələlərin pedaqoji işçilər (müəllimlər) tərəfindən kollektiv müzakirəsi, fakt və ya hadisənin qiymətləndirilməsi, çətinliklərin araşdırılması və müvafiq tədbirlərin müəyyən edilməsi metodudur.
Nəzəri tədqiqat metodlarına daxildir: təhlil və tərkib, induksiya və deduksiya, modelləşdirmə, müqayisəli-tarixi təhlil metodları.
Nəzəri təhlil metodu-pedaqoji hadisələri tərkib hissələrinə bölməyi,başlıca əlaməti,xüsusiyyəti ayırmağı nəzərdə tutur.
Pedaqoji tədqiqatlarda çox vaxt induksiya (konkret faktlardan ümumi nəticələr çıxarmaq) və deduksiya (ümumi nəticəni konkret faktlara tətbiq etmək) metodlarına da müraciət olunur.
Modelləşdirmə-müəyyən pedaqoji sistemi xüsusi analoqlar (modellər) yaratmaq yolu ilə təsvir etmək metodudur. Bu metod əyani-obrazlı şəkildə (sxem, çertyoj, sözlə təsvir) öyrənilən pedaqoji prosesi xarakterizə etməyə imkan verir. Bu yolla, məsələn, dərsin quruluşunun, onun müxtəlif tiplərinin, şəxsiyyətin inkişafının səmərəli modelini qurmaq olar.
Müqayisəli-tarixi təhlil metodu müxtəlif tarixi dövrlərdə, dünya təcrübəsində yaranmış ayrı-ayrı pedaqoji sistemləri müqayisəli şəkildə öyrənməyə, bu əsasda müasir pedaqoji problemlərin həlli yollarını müəyyənləşdirməyə imkan verir. Pedaqoji tədqiqatda bəzən empirik-nəzəri metodlar əlaqəli şəkildə tətbiq olunur. Belə metodlara eksperiment, təcrübi- eksperimental iş, sınaq metodları daxildir.
Pedaqoji eksperiment müəyyən pedaqoji fərziyyəni yoxlamaq metodudur. Onun məqsədi pedaqoji prosesdə səbəb-nəticə əlaqələrini, kəmiyyət arasındakı asılılığı öyrənməkdən, yeni forma və metodların səmərəliliyini aşkara çıxarmaqdan və.s. ibarət ola bilər. Təşkili formasına görə eksperiment üç cür olur: təbii ( adi, təbii şəraitdə keçirilir)
Labarator(labaratoriya şəraitində keçirilir)kompleks(həm labaratoriya həm də təbii şəraitdə keçirilir)..


Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə