1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri


Təlimdə əyanilik və biliklərin möhkəmləndirilməsi prinsipi



Yüklə 102,17 Kb.
səhifə23/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   ...   19   20   21   22   23   24   25   26   ...   35
Pedogika imtahan suallarının cavabları copy

27.Təlimdə əyanilik və biliklərin möhkəmləndirilməsi prinsipi.
Təlimdə əyanilik prinsipini çex pedaqoqu Y.A.Komenski əsaslandırmış, onu müəllimlər üçün “qızıl qayda” adlandırmışdır. Komenskiyə görə görünən şeylər görmə üzvünə,dadı olan şeyləri dad bilmə üzvünə, iyi olan şeyləri iy bilmə üzvünə təqdim etmək müəllimlər üçün qızıl qayda olmalıdır. A. Disterveq əyaniliyi təlimin əsas prinsipi hesab etmiş və təlimdə əyaniliyin böyük rolunu qeyd etmişdi. K.D.Uşinski uşaqların duyğularının anlamaya çevrilməsi, anlamadan fikrin yaranması və fikrin sözə çevrilməsi ideyasını əsaslandırmış, əyanilikdə təfükkürün psixologiyasını açmışdır. Əyaniliyin mahiyyəti ondan ibarətdir ki, şagirdlər öyrənilən fakt və hadisələr haqqında aydın, konkret təsəvvürlərə yiyələnirlər. Əyanilik yalnız bilik mənbəyi kimi çıxış etmir, eyni zamanda şagirdlərin inkişafına güclü təsir göstərir. Əyaniliyin tətbiq edilməsi şagirdlərin nitq və təfəkkürünü inkişaf etdirir, konkretdən mücərrədə keçməyi və dərketmə fəaliyyətini asanlaşdırır.Təlimdə biliklərin möhkəmləndirilməsi prinsipi mənimsənilmiş bilikləri, bacarıq və vərdişləri praktikaya tətbiq etmək üçün möhkəmıəndirməyi tələb edir. Komenski biliklərini möhkəmləndirməyən adamın işini xəlbirlə su daşımağa bənzədirdi. Bu prinsip yeni biliklərin kəşfinə deyil, kəşf olunmuş biliklərin mənimsənilməsinə yönəldilən öyrənmənin xüsusiyyətlərini səciyyələndirir. Biliklərin möhkəmləndirilməsində təkrardan və tətbiq etmədən istifadə olunur.

28.Təlim prinsiplərinin tədris prosesində tətbiqi imkanları.


Pedoqoji ədəbiyyatda təlim prinsipi təlimin səmərəliliyini artıran əsas ideya və tələb kimi qəbul edilmişdir. Təlim prinsipləri elə mühüm tələblərdir ki,müəllimlər həmin tələblərə əməl etməklə məktəblilərin daha yüksək və möhkəm əsaslar üzərində qurulmuş nəticələrinə nail
olurlar. Təlim prinsipləri təlim prosesinin istiqamətini və müəllimin fəaliyyətini müəyyən edən cəhətləri aşkara çıxarır.Pedoqoji ədəbiyyatda təlim prinsipi təlimin səmərəliliyini artıran əsas ideya və tələb kimi qəbul edilmişdir. Təlim prinsipləri elə mühüm tələblərdir ki , müəllimlər həmin tələblərə əməl etməklə məktəblilərin daha yüksək və möhkəm əsaslar üzərində qurulmuş nəticələrinə nail olurlar. Təlim prinsipləri təlim prosesinin istiqamətini və müəllimin fəaliyyətini müəyyən edən cəhətləri aşkara çıxarır.
1. Təlimin həyatla əlaqələndirilməsi prinsipi*.Təlimin məhsuldar əməklə, təbiətin mühafizəsi ilə, məktəblilərin müxtəlif ictimai-praktik fəaliyyəti ilə əlaqələndirilməsi kimi mühüm ünsürləri özündə birləşdirir. Bu zaman şagirdlər qənaətçiliyə dair biliklərə yiyələnir, rayonun, respublikanın həyatı ilə, habelə dünya iqtisadi prosesi ilə də tanış olur.
2. Təlimdə fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi* . Təlim prosesində hər bir şagirdin fərdi xüsusiyyətlərini nəzərə almaq zəruri prinsipdir. Müəllim sinifdəki hər bir şagirdin fərdi keyfiyyəylərini bilməlidir. L.N.Tolstoy yazırdı: İnsanlar çaya bənzəyir. Su bütün çaylarda eyni axır. Lakin çaylar müxtəlif olur: dar , enli , lal axan , suyu lilli , soyuq , isti olan çaylar var. Uşaqlar da belədir. Kimisi sakitdir , kimisi coşqundur , kimisi qaradinməzdir , kimisi şən , kimisi utancaqdır.
3. Təlimdə şurluluq və fəallıq prinsipi*.Bu prinsip təlim prosesində şagirdlərin fəal rolunu, fakt və hadisələrə şüurlu münasibətini əks etdirir. Şagirdlərin fəallığı və şüurluluğu yalnız təlim materiallarını qavramaq, yadda saxlamaqla məhdudlaşmr, habelə onları müstəqilliyə, biliklərin müstəqil təhlilinə və onların əlverişli şəkildə ümumiləşdirilməsinə istiqamətləndirir. Biliyi şüurlu mənimsəmiş şagird öyrəndiyi öz sözləri ilə danışır.
4. Təlimdə elmilik prinsipi*.Bu prinsip təlim prosesində şagirdlərin obyektiv elmi faktlar, anlayışlar və nəzəriyyələrlə , elmi nailiyyətlərlə tanış edilməsini tələb edir. Proqramlar, dərsliklər hazırlanarkən elmilik prinsipi əsas götürülür.
5- Təlimdə müvafiqlik prinsipi*.Müvafiqlik prinsipi təlimin məktəblilərin real əqli imkanları səviyyəsində qurulmasını, şagirdlərin yaş xüsusiyyətlərinin nəzərə alınmasını tələb edir. Bu prinsipdən məlumdan məchula, yaxından uzağa, sadədən mürəkkəbə, ümumidən xüsusiyə, konkretdən mücərrədə kimi didaktik qaydalar meydana gəlir. Hər bir şagirdin fərdi xüsusiyyətlərini, inkişaf səviyyəsini, fəallığı və əşyalara münasibət dərəcəsini, materialın tez və dəqiq qavranılmasını, dərketmək qabiliyyətini nəzərə almaq vacibdir.
6.Təlimdə sistematiklik və ardıcıllıq prinsipi*.Bu prinsipi böyük çex pedaqoqu Y.A.Komenski tərəfindən irəli sürülmüş,sonralar isə K.D.Uşinski daha da genişləndirmişdir. Hər bir fənnin özünəməxsus elmi məntiqi vardır. Sistemlilik materialın ardıcıl yerləşdirilməsi ilə təmin edilir. Əsil sistem varislik və fənnlərarası əlaqələr arasında yaradılır. Sistemli və ardıcıl biliklər sayəsində şəxsiyyətin formalaşdırılması kimi mürəkkəb problem həll edilir.
7.Təlimdə əyanilik prinsipi .*Bu prinsipi böyük çexpedaqoquY.A.Komenski əsaslandırmış, onumüəllimlər üçün “qızıl qayda” adlandırmışdır. Komenskiyə görə görünən şeylər görmə üzvünə, dadı olan şeyləri (mümkünsə) dad bilmə üzvünə, iyi olan şeyləri iy bilmə üzvünə təqdim etmək müəllimlər üçün qızıl qayda olmalıdır.
8. Təlimdə biliklərin möhkəmləndirilməsi prinsipi*-Bu prinsipmənimsənilmiş bilikləri, bacarıq və vərdişləri praktikaya tətbiq etmək üçün möhkəmləndirməyi tələb edir. Böyük çex pedaqoqu Y.A.Komenski biliklərini möhkəmləndirməyən adamın işini xəlbirlə su daşımağa bənzədirdi. Biliklərin möhkəmləndirilməsi prinsipi şagirdlərin zəruri bilik, bacarıq və vərdişlərlə silahlanmasını təmin edir.
Bu prinsip yeni biliklərin kəşfinə deyil, kəşf olunmuş həqiqətlərin mənimsənilməsinə yönəldilən
öyrənmənin xüsusiyyətlərini səciyyələndirir. Biliklərin möhkəmləndirilməsidə təkrardan, tətbiq etmədən istifadə olunur.

29.Ənənəvi təlim metodları(müəllimin şərhi,müsahibə,illüstrasiya,demonstrasiya)


Təsnifatdakı hər bir metodlar qrupu əsas didaktik məqsədlərin yerinə yetirilməsinə xidmət edir.Təsəvvürlərin formalaşdırılması (qavrama) metodları. Hissi qavramanı təmin etmək, ətraf aləm haqqında dolğun təsəvvürlər yaratmaq məqsədi güdür.Bu qrup metodlara müşahidə,illüstrasiya,demonstrasiya və təsvir metodları daxildir.Müşahidə metodu müəyyən məqsədlə, planlı və sistemli şəkildə qavrama prosesinin təşkili metodudur.O, cisim və hadisələr haqqında ilkin təsəvvürlər aşılamağa, müşahidəçilik bacarığının və müstəqilliyin inkişafına kömək göstərir.İllüstrasiya metodu əyani vasitələrin köməyi ilə təlim materialının qavranmasını nəzərdə tutur. Əyani vasitələr müxtəlif növdə olur: a) təbii əşyalar; b) şəkil və plakatlar; c) sxematik materiallar (sxem, cədvəl, diaqramlar); ç) simvolik əyani vəsaitlər (xəritələr, qlobus).Məqsəd və məzmundan asılı olaraq əyani vasitələrin müxtəlif növləri seçilib tətbiq edilir.Demonstrasiya metodu əşya və hadisəni dinamikada, yəni dəyişmə və inkişaf halında nümayiş etdirmək metodudur. Buraya təcrübələr, kino və diafilmlər, televiziya verilişlərindən,videomaqnitofonlardan istifadə daxildir.Müəllimin şərhi metodu müəyyən faktı,hadisəni, anlayış və qanunauyğunluğu şifahi şəkildə şagirdlərə çatdırmaq metodudur. Bu metod az vaxtda daha çox informasiya verməyə imkan yaradır.Müəllimin şərhi üç növdə olur: nəql, izah,məktəb mühazirəsi.Müsahibə metodu sual-cavab deməkdir. Ondan bütün fənlərdə, təlimin bütün pillələrində geniş istifadə olunur. Müsahibə əsasən iki növdə olur: evristik və təkrarlama müsahibəsi.Evristik müsahibə (“evrika” yunanca “tapdım” deməkdir) yeni qaydanı, qanunauyğunluğu sualların köməyi ilə şagirdlərə tapdırmaq metodudur.Evristik metodda sualların köməyi ilə müvafiq faktlar tapılır və nəticələr çıxarılır.



Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə