1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə42/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   38   39   40   41   42   43   44   45   ...   54

86 
 
Bir  halda  ki,  erməni  ilə  müsəlman  ədavətli  düĢüblər,  belə  toqquĢmaların 
olacağı və böyük dərəcədə baĢ verəcəyi Ģəksizdir. 
Bu  nöqteyi-nəzərdən,  sülhün  bərpası  üçün  gərək  ən  azı  bu  eldə  qadağan 
olunsun  ki,  heç  kəs  köç  eyləməsin.  Eyni  zamanda,  bu  məsələni  bir  qat  daha 
vüsətləndirmək  lazımdır.  Zira  köç  məsələsi  bir  tək  Qafqaza  xas  məsələ  deyil,  bu 
məsələ Avropada da vardır. Məsələn,  Ġsveçrədə, Tirolda,
*
 Alpisidə. Lakin Avropa 
ilə bizim fərqimiz çoxdur. Avropada köçərilər cəmi-cümlətanı bir neçə saatlıq yol 
gedirlər və köçən ancaq çobanlar və mal aparanlardır. Bizdə köçərilər əksər vaxtlar 
həftələrlə  yol  gedirlər.  Məsələn,  Cavad  uyezdindən  Zəngəzura  və  Noy  Bayəzid 
uyezdinə  gedirlər.  Bu  yolun  uzunu  iki  yüz  verstdən  artıqdır.  Bu  köçərilər  öz 
yollarında istər-istəməz gərək erməni kəndlərindən keçsinlər və hətta müsəlmanlar 
və  ermənilər  keçmiĢdə  bir-birilə dost olduqları  halda  oğurluq, otlaq,  yanğın  və  s. 
iĢlərdən  ötrü  yenə  bir-birilə  incik  olurdular.  Hökumət  isə  bu  incikliyi  aradan 
qaldırmaq üçün heç bir ciddi binagüzarlıq etmirdi. Doğrudur, köçəri məsələsi hələ 
1905-ci  ildən  qalxıb  və  hökumət  də  etina  edib,  Ġrəvan  general-qubernatoru 
binagüzarlıqlar etmiĢdi ki, köçərilər köçməsin. Bu hökmə əncam olunmadı və yenə 
Gəncə  qubernatoru  həmən  vaxtlarda  hökumətdən  izn  tələb  etmiĢdi  ki,  köçəriləri 
hərəkətə  gəlməyə  qoymayıb,  aranda  saxlasın.  1861-ci  ildə  caniĢin  tərəfindən 
köçərilər  barəsində  bir  nizamnamə  tərtib  olunmuĢdu.  Lakin  bu  nizamnamə  kafi 
dərəcədə olmayıb bir nəticə vermədi. 
Yenə  bu  axırlarda  köç  məsələsinə  dair  bir  çox  vaxtdan  sonra  Gəncə 
quberniyasında bir neçə nizamnamələr tərtib olundu. Bu nizam ibarətdir baytarların 
köçəri  mallarına  nəzarət  etməsindən.  Baytarlar  köçərilərlə  çox  pis  rəftar  edirdilər. 
Məqsəd də köçəriləri köçmədən bezikdirmək idi. 
Lakin alınmadı. Və indi də köç edirlər. Bu tədbirlərin nəticə verməmələrinə 
səbəb o oldu ki, əsl tədbir əmələ gəlmədi. 
Lazım idi ki, əvvəl camaat qıĢlaqda bir cür olaydı ki, camaat orada güzəran 
edəydi və bu barədə hökumət heç bir tədbir görmədi. Osmanlı dövləti öz köçəriləri 
üçün  daha  çox  binagüzarlıqlar  edib,  nəinki  rus  dövləti.  Osmanlıda  1841-ci  ildə 
dövlət  tərəfindən  tədbirlər  olub  kürd  camaatını  yavaĢ-yavaĢ  köç  məsələsindən  əl 
çəkdirirlər.  Köçərilik  öz-özündə  insanın  çox  alçaq  və  səfil  dərəcədə  olmağına 
dəlalət  edər.  Ancaq  qeyri-mədəni  tayfalar  köçəri  olurlar.  Müsəlmanların  köçəri 
olması bütün Qafqaz əhalisinə zərərdir. Gərək çalıĢa ki, onlar bu tövr dirilikdən əl 
çəksinlər  və  oturaq  olub  kənd  təsərrüfatı  və  sənətlə  məĢğul  olsunlar.  Hal-hazırda 
müsəlmanların  özlərində  bu  iĢə  meyl  görünür,  bəzi  yerlərdə  ki,  pambıq  və  düyü 
əkirlər,  əhali  yavaĢ-yavaĢ  oturaq  olur,  çox  yerlərdə  ancaq  adətə  görə 
köçməkdədirlər.  Bir  halətdə  ki,  köçməyə  ehtiyac  əsla  qalmayıbdır,  lazımdır  ki, 
dövlət və hökumət öz tərəflərindən kömək və binagüzarlıqlar edib köçəriləri oturaq 
etsinlər.  Əks  təqdirdə  Qafqazın  mədəniyyətcə  tərəqqi  etməsi  müĢküldür.  Bu  ilə 
                                                           
*
 Tirol - Avropada, Alplarda tarixi bir vilayətin adıdır. 
 


87 
 
gəldikdə,  labüdən,  hökumət  köç  etməyi  qadağan  etsin.  Lazımdır  ki,  düĢmənçilik 
edən bu iki milləti ayırıb arasında maneə olmaq ki, bir qədər bir-birlərini görməyib 
bu ədavəti yaddan çıxartsınlar. Yoxsa ki, toqquĢma olar. Biz bu sözləri ermənilərin 
xatirəsi  üçün  söyləməyib  müsəlmanların  da  xeyrinə  danıĢırıq.  Xırda  uĢaqları  ilə, 
mallarla köç edən camaat dağlarda naçar və məəttəl qalırlar. Hərgah, bir iĢ düĢsə, 
heç  bir  Ģey  əllərindən  gəlməz.  Biz,  erməni  vəkilləri  sülhün  xatirəsi  üçün  təvəqqe 
edirik təcili olaraq bu il köç məsələsi dayandırılsın. 
Müəllif  tərəfindən:  Cənab  Kalantarın  belə  bitərəfanə  və  münsifanə 
danıĢmasını  görüb  oxucuların  daha  da  bu  yazıçının  qəlbindən  baxəbər  olmaları 
üçün  bir  neçə  söz  əlavə  edirəm.  Cənab  Kalantarın  köç  məsələsini  dayandırmağa 
çalıĢdığı  hamıya  məlumdur.  Zira,  erməni  kəndliləri  hər  quberniyada  dağların 
meĢəlik  və  yaylağa  yaxın  yerlərində  düĢüb  suların  təmizini  içməkdədirlər.    
Müsəlmanların halına gəldikdə, hər yerdə düzlərdə və alçaq yerlərdədirlər. Cənab 
Kalantarın  niyyəti  ermənilərin  malları,  qoyunları  yatıb,  pisliklərini  sulara  töküb, 
aĢağıda  olan  müsəlmanlar  da  yayın  istisində  həmən  sulardan  içib  yavaĢ-yavaĢ 
qırılıb qurtarmasıdır. Bəli! Erməni qonĢuların bizə xeyirli sözləri belə olar. Sonra 
cənab Kalantar köç məsələsində Osmanlı hökumətini ortaya çəkib bir az tərif edir. 
Əlbəttə, cənab redaktorun haqqı da vardır. Zira, Osmanlıda 1844-cü ildə olan köç 
məsələsi  yenə  də  erməni  təhrikindən  baĢqa  bir  Ģey  deyil.  Sonra  cənab  Kalantar 
sözünün  axırında  bu  iki  millətin  bir  birindən  ayrılmalarını  tövsiyə  edir.  Cənab 
redaktor bu fikrində cənab Bahadırovla yəqin ki, Ģərikdir. 
Necə  ki,  bu  iki  millətin  bir-birindən  ayrılmaları  barədə  CavanĢir  və  sair 
hadisələrin təsvirində kifayət qədər məlumat vermiĢik. 
Cənab  Kalantara  Əhməd  bəy  Ağayevin  cavabı:  -  Cənab  Kalantarın 
buyurduqları,  camaata  dair  elmin  ki,  ibarət  olsun  ictimai  və  millət  tərəqqisi 
elmlərindən,  təlim  etdiyi  həqiqətlərə  tamamilə  ziddir.  Dünyada  bütün  insanlar  öz 
tərəqqilərində üç mərhələdən keçirlər: 
-
 
Əvvəlinci mərhələ ov mərhələsidir ki, insanlar ov ilə məiĢət edirlər. 
-
 
Ġkinci mərhələ köçərilik və mal bəsləmək dərəcəsidir. 
-
 
Üçüncü  mərhələ  mədənilik,  yəni  Ģəhərdə  sakin  olub  sənət  və  əkinçiliklə 
güzəran keçirməkdir. 
Bu üç mərhələni keçmək bütün tayfalar üçün çarəsizdir. 
Heç bir iĢ, heç bir fərman ilə insanları bu mərhələlərin birisindən o birisinə 
birdən-birə aparmaq olmaz. Gərək zaman keçdikcə və zəmanənin tələbi ilə özləri 
bu  mərhələləri  təbdil  etsinlər.  Bu  ümumi  və  təbii  bir  qaydadır.  Əks  halda 
hökumətin  və  dövlətin  köçəriləri  mədəni  etmək  və  ya  mədəniləri  köçəri  etmək 
cəhdi  ona  bənzər  ki,  hökumət  və  dövlət  Ģimaldan  əsən  küləyi  qərbə  döndərmək 
fikrinə düĢə... 
Milyonlarca  adam  süd,  pendir,  ət,  yun  və  bu  kimi  heyvan  məhsulatıyla 
dolanır. Bunlara birdən-birə "köç etmədən əl çək" buyuran cənab Kalantar bunlar 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə