1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə43/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   39   40   41   42   43   44   45   46   ...   54

88 
 
nə  yeyib  dolansınlar  məsələsini  əsla  düĢünmür.  Görünür  ki,  cənab  Kalantar  bu 
qədər müsəlmanı bir neçə dağ ermənisinin xatirinə acından öldürməyə hazırdır. 
Köç  olmasın  demək  asandır,  yol,  məiĢət  göstərmək  çətindir.  Heç  cənab 
Kalantar bu köçərilərin arasında olubmu? O görübdürmü ki, yay fəsli olanda bütün 
canlı  heyvanlar,  insanlar,  inək  və  qoyunlar,  hamısı  ağızlarını  dağ  səmtinə  tutub 
mələyirlər?! Hamını qəribə bir vəziyyət alıb Ģüursuz olaraq dağ tərəfinə aparır. 
Bu  cəhalətin  önünü  almaq  insanın  qüvvət  və  gücündən  yuxarı  bir  Ģeydir. 
QıĢlaqlar cəhənnəmə dönür, sular, çaylar quruyur, ot kökündən kəsilir, milyonlarca 
həĢərat  baĢ  qaldırıb  hər  yerdə  bir  qanlı  Ģey  görürsə  ilan  kimi  çalırlar.  Malyariya 
adlanan qızdırma mallara və insanlara təfavüt etmədən sirayət edib, canlarını alır. 
Cənab  Kalantar  köçəriləri  bu  bəlalara  düçarmı  etmək  istəyir?  Belə  isə,  əcəb 
rəhmdir! Əcəb insaniyyətpərvərlikdir. Əvvəl  gərək bu qıĢlaqların fikrinə  düĢmək, 
əvvəl gərək hökumət su gətirib ağac, meĢə yetirib, belə iĢlər vasitəsilə abadlıq edə, 
sonra köçərilərə təklif edə ki, köçmək qadağandır. Yoxsa  ki, quru fərman heç bir 
nəticə  verməz  və  köçərilər  heç  bir  nəticə  vermədikdə  köçəcəklər.  Çünki,  hər  bir 
fərman,  hər  bir  hökm  ki,  təbiət  qanunlarından  xaric  olan  insanların  ömrünü, 
dolanacağını zaye edə, puç və əmələ gəlməyən bir fərmandır. Ġndi yay fəslində bu 
cür cəhənnəmə dönən qıĢlaqlar qədimdən abad və gözəl vilayətlər idi... 
Bu  vilayətlərin  o  vaxt  abad  olması  dövlətinin  əhali  barəsində  gördüyü 
qayğıdan  idi.  Hökumət  bu  vilayətlərdə  kəhrizlər  vasitəsilə  sular  gətirib  vilayəti 
abad etmiĢ idi və xalq da mədəni olub ticarət və sənət, əkinçiliklə yaĢayırdılar. Ġndi 
isə hökumət əsla bu yerlərə etina etməyir, əsla bir iĢ görməyir ki, bu yerləri sakin 
olmağa yararlı etsin. Buralarda ancaq köçəri olmaq olar. Hökumətin nə haqqı və nə 
ixtiyarı  var  ki,  birdən-birə  hökm  edə  ki,  köçməyin.  Belə  narəva  fərmana  heç  kəs 
itaət edəmməz. Və bu cür hökmə biz müsəlmanlar günahsız və müqəssir olmayan 
tayfaya edilən bir böyük tənbih kimi baxırıq. Ermənilərə xoĢ gəlmək üçün. Bu da 
əsla sülhə yardım edə bilməz. 
Söz  bura  yetiĢəndə  cənab  Əhməd  bəyin  baĢı  gicəlib  oturur  yerə,  onu 
aparırlar  sarayın  bir  otağına,  bir  az  keçdikdən  sonra  özünə  gəlib  məclisə  daxil 
olur.
*
 
Cənab  Əhməd  bəy  halətsiz  olduqda  Qarabəy  Qarabəyov  cənabları  nitqə 
davam  edir:  -  Lazım  olan  bəyanatı  cənab  Əhməd  bəy  Ağayev  verdi.  Mən  ancaq 
onu əlavə edərəm ki, köçəriliyi qadağan etməzdən əvvəl gərək hökumət qıĢlaqları o 
hala  gətirsin  ki,  yay  fəsli  oralarda  dolanmaq  mümkün  olsun.  Və  əgər  indidən 
qadağan edilsə, erməni-müsəlman məsələsi alovlanıb Qafqazı odlayacaqdır. 
                                                           
*
  Cənab  Əhməd  bəy  Ağayevin  milləti  uğrunda  bu  qədər  ciddi-cəhdlə  çalıĢdığını  görüncə  onun  nə 
dərəcədə millətsevər olduğu hamıya məlum olar. Burasını da söyləyirəm ki, Əhməd bəy cənablarının bu 
qədər  çalıĢmağına  millətimizdən  bir çox  razılıq  edildisə də,  yenə  haqqınca  olmayıb  yüzdən  bir haqqı 
riayət edilmədi. Bu isə hələ də millətimiz arasında bir parə gecəquĢlarının vücudilədir. 
 


89 
 
Ġbrahim Ağa Vəkilov: - Qafqaziyada heyvan saxlayan yalnız müsəlmanlar 
deyil,  bəlkə  baĢqa  tayfalar  da  saxlayırlar.  Amma  baĢqa  tayfalar,  o  cümlədən 
ermənilər  oturaqdırlar.  Ona  görə  onlara  köçmək  lazım  deyil.  Hərgah  müsəlman 
köçməsə özləri və malları tələf olur. 
Sərkisyan:  -  Ġsti  və  susuzluq  bir  bəhanə  deyil.  Çünki  baĢqa  tayfalar 
qıĢlaqlarda yaĢayıb köç etməyirlər və öz iĢlərini gözəl aparırlar. Mən belə güman 
edirəm  ki,  aranda  qalan  müsəlmanlar  heyvan  saxlamağın  xeyrini  görməyib 
mallarını  dağ  əhalisinə  satarlar  və  əkinçiliklə  məĢğul  olarlar.  Müsəlmanların 
baĢçıları gərək bu barədə camaata nəsihət etsinlər. 
Məhəmməd  Bəy  ġahmalıyev:  -  Məndən  irəlidə  danıĢan  Kalantar,  cənab 
Ağayev köç məsələsini bəyan etdilər. Cənab Kalantar hökumətin nəzərini bildirib 
belə məlum etdi ki, hökumət köçü qadağan etdisə də, bu məsələnin axırını bir yerə 
yetirmədi.  Cənab  Ağayevin  xitabından  belə  anlaĢıldı  ki,  müsəlman  tayfasının 
köçmək  məsələsi  tarixə  və  elmə  müvafiq  bir  adətdir.  Bu  adət  vaxt  olar  ki, 
müsəlman  tayfasının  arasından  götürülüb  rədd  olar,  daha  bu  barədə  hökumətin 
fərmanı  lazım  deyil.  Mənim  əqidəmə  görə,  bu  cür  xitabələr  məsələnin  ancaq  bir 
tərəfini açır, amma məsələnin o biri tərəfi də vardır. O biri tərəfi də odur ki, heyvan 
saxlamaq  yalnız  müsəlman  tayfasının  adəti  deyil,  Dağıstan,  Zaqatala,  Samur, 
Teyvant  və  s.  yerlərin  əhalisi  də  bu  iĢlə  məĢğuldurlar,  maldarlıqdan  xeyir 
götürürlər.  Nəinki  bu  yerin  əhalisi,  bəlkə  onların  qonĢuları  da  palas  və  sair  əĢya 
toxuyurlar. O halda çörəkdən düĢəcəklər və hazırkı hal əhalinin diriliyinə baisdir. 
Bəs  mənim  təvəqqəm  məclisdən  budur  ki,  köçmənin  asan  olması  ətrafında 
danıĢılsın, nəinki qadağan olması barədə. ġəksiz, köç vaxtı bu iki millətin bir-birilə 
toqquĢması  mümkündür.  Ona  görə  də  biz  və  hökumət  gərək  elə  danıĢaq  ki, 
öhdəmizə verilmiĢ vəzifəni baĢa çatdıraq. 
Hacıyev:  -  Biz  buraya  yığılmamıĢıq  ki,  gözəl  natiqlik  qabiliyyəti  ilə  nitq 
söyləyib  Ġsveçrə,  yainki  Avropanı  göstərib  onların  idarə  üsulunu  nəzərə  çəkək. 
Əlbəttə, Avropa kimi olmaq yaxĢıdır. Amma, bizim təklifimiz müvafiq qərardadlar 
göstərməkdir. Budur, bir aydan sonra köç vaxtı olacaq. Biz gərək məsələni açmağa 
çalıĢaq və bir fikir çəkək. 
Məclisin sədri general Malamanın müraciəti: - Ağalar, belə görürəm ki, 
mətləb  bu  qərar  ilə  danıĢılsa,  biz  çox  sözlər  eĢidəcəyik.  Amma  xahiĢ  edirəm  ki, 
qərardadlar məlum olsun. 
Peterson:  -  Cənab  caniĢinin  bu  məsələyə  xüsusi  diqqəti  var.  Ancaq  bu 
məclisdə danıĢılan sözlər məhz nəzəri məna daĢıyır, nəinki əməli. 
Malamanın köç məsələsinə dair son sözü: - Köç məsələsini pozmaq əsla 
mümkün deyil. Bir millət ki, bir sənəti adət edib, onu təbii adətdən ancaq tədriclə 
baĢqa sənətə vadar etmək lazımdır. 
Bundan  sonra  Ziyadxanov,  TopçubaĢov,  ən  axırda  iĢin  keçməyini  görüb 
Xatisov,  Avetisov  birlikdə  xitab  etdilər.  Sonda  General  Malama  bu  qətnaməni 
oxuyub məclisə yekun vurdu: 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə