1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə46/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   42   43   44   45   46   47   48   49   ...   54

94 
 
General  Malama:  -  Xeyr!  Xeyr!  Dövlət  ciddi  olaraq  qət  edib  ki,  belə 
partiyaların - istər daĢnaksutyun, istər sair partiya olsun, aradan götürülməsi üçün 
ciddi tədbirlər görsün və həmən partiyaların hamısı puç olacaqdır. 
Müsəlman vəkilləri: "Afərin! Afərin!". 
Kərbəlayı  Ġsrafil  Hacıyev:  -  Biz  istəyirik  ki,  hökumət  bizə  açıq desin ki, 
görək mümkündürmü, bir səltənətdə baĢqa bir səltənət də olsun!? Mümkünmüdür, 
tabe bir tayfa özü üçün partiyalar yaradıb qoĢun hazır etsin?! Deyirlər ki, Fransada, 
Ġngiltərədə  belə  dəstələr  vardır.  Əgər  Rusiyada  da  mümkün  isə,  bizə  də  xəbər 
versinlər. Və biz çıxaq gedək. Çünki biz bacara bilmərik. Bir tərəfdən də baĢqa bir 
tayfanın  fərmanına,  hökmünə  itaət  edək,  əgər  iĢ  belə  isə,  desinlər,  biz  də  çarə 
arayaq. 
Artyunov:  -  Müsəlman  vəkillərinin  rəftarına  nəzər  yetirirəm,  bizə  hücum 
edib müttəhim edirlər. Biz isə müdafiə mövqeyində durmuĢuq. 
Ədil  Xan  Ziyadxanov:  -  Biz  heç  kəsə  hücum  etmirik.  Biz  ancaq  sülhü 
düĢünüb doğru və açıq danıĢırıq. 
General  Malama:  - Müzakirə bəsdir. Terror barəsində belə qətnamə edək 
ki,  hökumət  ciddi  təĢəbbüs  edib,  terroru  aradan  götürsün  və  müsəlləh  partiyaları 
dağıtsın. 
Məclis bu qətnaməni səs çoxluğu ilə qəbul etdi. 
Əlavə:  Ermənilərin bu məclisə  yığılmaqda  məqsədləri sülh olmayıb, bəlkə 
hökumət  məmurlarının  yanında  müsəlmanları sözlə  məğlub edib, onlardan böyük 
xəsarətlər  tələb  etmək  xəyalında  idilər.  Belə  ki,  general  Malamanın  hüzurunda 
xəsarətdən  ötrü  ermənilər  çox  səs-küy  saldılar.  Necə  ki,  Xatisov,  Artyunov, 
Arakelyan səkkizinci məclisdə zərər barəsində bir çox nitqlər söylədilər. Hökumət 
isə belə iĢin daha açıq ermənilərin bu xam xəyallarının mümkün olmadığını bilib 
dəfələrlə "biz keçmiĢə əl vurmaq istəmirik" söyləmiĢlər. 
 
ERMƏNĠLƏRĠN SÜLH MƏCLĠSĠ HAQQINDA OLAN XƏYALLARI VƏ 
MÜSƏLMANLAR HAQQINDA OLAN TƏġƏBBÜSLƏRĠ 
BARƏSĠNDƏ YAZILAN MƏQALƏLƏRDƏN BĠR HĠSSƏ 
 
1906-cı  il  12  fevral  tarixdə  Tiflisdə  erməni  dilində  buraxılan  "Arac" 
qəzetinin  2-ci  nömrəsində  dərc  olunmuĢ  bir  məqaləni  yuxarıda  adları  çəkilən 
ermənilərin sülh məclisinə baĢqa bir təmənna ilə gəlmələrinə sübut kimi verirəm. 
Budur həmin məqalə: 
 
"ĠCTĠMAĠ SÜLH VƏ SÜNNĠ MÜSƏLMANLAR" 
 
Bəlkə  bir  ildir  ki,  erməni-müsəlman  qiylü-qalları  davam  edir,  kəndləri, 
Ģəhərləri  yandırıb  viran  edirlər.  KiĢilər,  övrətlər  və  çoluq-çocuqlar  qırılırlar. 


95 
 
Acından  ölürlər.  Bir  sağ  vilayət,  üç-dörd  gen-bol  quberniya  yanıb  cəhənnəmə 
bənzəyir. 
Bu yerlərdə qanlı tufanlar gah böyük, gah xırda viranedici cərəyanlarını cari 
etməkdədir  və  indiyədək  heç  kəs  bilməyir  ki,  bu  iĢlərin  sonu  haçan  olacaq?  Qan 
tökən,  xanimanlar  viran  edən  qurğu  haçan  dayanacaq?  Bizim  əziz  vətənimizi 
cəhənnəmə döndərən qiylü-qalları haçan sakit edəcəklər?.. Bu qanlı həqiqətləri, ah-
naləni  biz  çox  tez-tez  eĢidirik:  "BarıĢıq!  BarıĢıq!"  Bu  barıĢığı  əmələ  gətirən  və 
gətirmək  üçün  hər  iki  düĢmən  öz  ruhanilərinin  və  nəciblərinin  çalıĢmağı  ilə 
yığıncaqlar keçirib sülh komissiyaları yaradır və nida edirlər, çağırırlar, öpüĢürlər. 
Lakin barıĢıq öpüĢü çaxnaĢma öpüĢü olur. Təzədən tufan qopur. Təzədən silahların 
sədası gəlir. Günahsız Ģəhidlərin nalə və qıĢqırığı, qanlı hadisələr öz cərəyanları ilə 
yeni-yeni  ərazilərdə  yayılmaqda,  bu  kənddən  o  kəndə,  bu  Ģəhərdən  o  Ģəhərə 
keçməkdə davam edir. 
Bunlardan  sonra,  indi  Qafqaz  caniĢininin  sərəncamı  ilə  təzədən  komissiya 
yaradılır, bu təfavüt ilə ki, bu komissiya çox böyük və ümumqafqaza dair olacaq. 
Əlbəttə, aĢkardır ki, bu komissiyanın sərəncamının əksinə bir söz demək mümkün 
deyil. Amma bu vaxtı ki, komissiyanı əmələ gətirən yollar dəyiĢir və əvəz olur, o 
vaxt  hər  bir  gözəl  bina  bütün  niĢanəsini  və  binasını  itirir.  Bütün  niĢanələrdən  və 
ətrafları  tutan  Ģərtlərdən  görünür  ki,  bu  gözlənən  komissiyanın  indiyədək  olmuĢ 
komissiyalar ilə heç bir fərqi olmayacaqdır. 
Ələlxüsus  ki,  müsəlmanların  tərəfindən  bu  komissiyada  yalnız  müsəlman 
camaatı  tərəfindən  seçilmiĢ  adamlar  deyil,  bəlkə  Ģanlı  baĢçılar,  bəylər,  xanlar, 
ağalar və panislamist ideoloqlar da iĢtirak edəcəklər. 
O  Ģəxslər  ki,  onların  qoçaqlığı  və  çalıĢmağı  ilə  müsəlman  hücumları  baĢ 
verdi. Bunların hamısından əlavə, bu məsələnin bir baĢqa səbəbi, bir əks tərəfi də 
vardır  ki,  hərgah  dərindən  fikir  etsək,  nəticəsi  çox  zərərli  olar.  Komissiyada 
ermənilərin  və  Ģiə
 
müsəlmanların  vəkillərindən  savayı  sünni  müsəlmanların  da 
vəkilləri  iĢtirak  edəcəklər.  Komissiyanın  bu  tövr  təĢkil  olunmasının  əksinə  biz 
protest  edirik  və  axı  nə  səbəbə  ibtidadan  təftiĢ  olunmalı  məsələyə  elə  bir  forma 
verilibdir  ki,  guya  erməni-müsəlman  iğtiĢaĢları  əsl  milli  və  dini  düĢmənçilikdən 
əmələ gəlib və ümum Rusiya hərəkətlərinin bir hissəsi hesab olunmayır. Və guya 
bu iğtiĢaĢların nəticəsi, yalnız ermənilər ilə müsəlmanlara təsir edir, nəinki ümum 
Qafqaza.  Erməni-müsəlman  hadisəsi  baĢ  verən  torpaqlar  inqilaba  hərəkət  edən 
Rusiyanın  qoltuğunda  bir  müvəqqəti  Vandəti
10
  təĢkil  ediblər  və  Vandəti  sakit 
etmək  üçün  bütün  tayfaların  vəkillərini  çox  ixtiyarları  ilə  Ģuraya  yığmaq  mühüm 
idi.  Nəinki  bir-birinə  düĢmən  olanların  və  habelə  böyük  tayfaların  -  rusların  və 
gürcülərin  vəkilləri  komissiyada  iĢtirak  etməyirlər.  Bundan  sonra,  bir  sual  da 
qabağa  gəlir.  Bu  sünni  müsəlmanlara  nə  üçün,  nə  səbəbə  əziyyət  olunur?  Hərgah 
zənn  edirlər  ki,  onlar  da  Ģiələr  ilə  bahəm,  necə  ki,  məhəmmədilər  ermənilərlə 
düĢməndirlər,  bu  zənn  binasından  səhvdir.  Çünki  sünni  müsəlmanlar  demək  olar 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə