1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə47/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   43   44   45   46   47   48   49   50   ...   54

96 
 
ki,  həmiĢə  və  hər  yerdə  bitərəfanə  qalıb  Ģiələrin  talançı  hücumlarında  iĢtirak 
etməyiblər. 
Bəzi  vaxtlar  iĢə  qarıĢıblarsa  da,  onu  da  insaniyyət  və  ədalət  hisslərinin 
səbəbinə  edibdilər.  Hərgah  zənn  edirlər  ki,  ermənilər  bütün  Qafqaz 
müsəlmanlarının  əleyhinə  davalar  qaldırırlar,  bu  zənn  də  səhvdir  və  həqiqətdən 
uzaqdır. Ermənilər yüz illərlə qəlbində düĢmənçilik məqsədi saxlamayıb müsəlman 
xalqı  ilə  dirilik  aparıbdır.  Və  indi  də  onlar  ürək  ağrısı  ilə  öz  qonĢularına  yaraq 
qaldırırlar. O da məhz özlərini mühafizə etmək üçün. Ermənilər  nəinki sünnilərlə, 
bəlkə Ģiələrin də sakitləri ilə dava etməyirlər və etmək də istəməyirlər. Dava edən 
erməni  qüvvələri  daĢnaksutyun  adlı  inqilabçı  erməni  partiyasının  bayrağı  altında 
həmiĢə  mötəbər  barıĢıq  üçün  səy  ediblər.  Hər  yerdə  sözlə  və  iĢlə  tayfaların 
mehriban  olduğuna  dair  məqsədlərini  təbliğ  ediblər.  Bunların  hamısından  sonra 
böyük bir ədalətsizlikdir ki, erməni vəkilləri qarĢısında gətirib sünni müsəlmanları 
Ģiələrlə  bərabər  əyləĢdirirlər.  Hərgah  onlar  iĢtirak  edəcəklər,  necə  ki,  sülh  verən 
münsiflər,  o  vaxt  lazımdır  ki,  onlarla  bir  yerdə  baĢqa  qonĢularımız  –  ruslar, 
gürcülər də olsunlar. Xeyr, hərgah onların iĢtirak  etmələrinin o məsələ ilə əlaqəsi 
var ki,  onlar da  necə  ki,  məhəmmədi əleyhüssəlamlar ermənilərə  düĢməndirlər, o 
vaxt  bu  ehtimal  necə  ki,  yuxarıda  dedik,  əsassızdır  və  düz  deyil.  Hərgah 
müsəlmanların  intriqaları  həmiĢəki  qaydaları  ilə  komissiyanı  bərhəm  etməsələr, 
erməni  vəkillərinə  lazımdır  ki,  komissiyanın  birinci  məclisində  bu  böyük 
müxəlləfatı (недарозумение) nəzər və etibara alıb iĢıqlandırsınlar. 
İmzası: Y. T." 
 
AĞRILI QATAR HADĠSƏLƏRĠ 
 
1906-cı  ilin  29  iyulunda  Zəngəzurun  beşinci  sahəsində  baş  vermiş  Qatar 
kəndinin faciələrindən bəhs edir (məxsusi məktublardan iqtibas olunmuşdur). 
Ġntibah,  yaxud  ibtida.  Necə  ki,  Oxçu-ġəbadək  hadisələrinin  əvvəllərində 
bu  barədə  geniĢ  məlumat  verilmiĢdir,  yenə  təkrar  olaraq  bir  neçə  kəlmə  yazmağı 
lazım  bilirəm.  Məlum  ola  ki,  ermənilərin  beĢinci  sahəyə  malik  olmaları  üçün 
erməni  xəfiyyə  cəmiyyəti  bir  çox  arzularda  bulunurdular.  Məsələn,  Ġrəvandan 
Naxçıvana qədər yol üstə yerləĢən islam kəndlərini dağıtmaqla Ġrəvan ermənilərini 
Naxçıvanda  hazır  olan  əsgəri  qüvvələrlə  birləĢdirmək,  Naxçıvandan  Zəngəzura 
kimi  yol  boyunda  olan  köyləri  dağıdıb  Zəngəzur  könüllüləri  ilə  Naxçıvandakı 
əsgəri qüvvələri bitiĢdirmək kimi alçaq xəyallar. 
Buna  görə  əvvəl  beĢinci  sahənin  açarı  misalında  olan  Oxçu-ġəbadək 
kəndlərini  dağıtmaq  üçün  ġuĢadan  məğlubiyyətə  uğrayıb,  CavanĢir  və  Cəbrayıla 
dağılmıĢ  əsgəri  qüvvəni  bərpa  edib  mis  mədənləri  ilə  məĢhur  Qatar  kəndi 
yaxınlığındakı  Barabatum,  Çəkədək  adlı  erməni  kəndlərinə  yığılıb  toplanmağa 
baĢlamıĢdılar.  Bu  əsgər  yığımından  erməni  xəfiyyə  cəmiyyətinin  əsl  məqsədi 
Qatarda  yaĢayan  müsəlmanların  mənəvi  qüvvələrini  pozub  Oxçu-ġəbadək 


97 
 
faciələrində  bulunmağa  imkan  verməmək  idi.  Halbuki,  bu  təĢəbbüslərə  iqdam 
etməkdən ötrü Mirzə Aram bəy adlı ermənini bu ətrafda yığılmıĢ qüvvəyə baĢçılıq 
və komanda edib təĢəbbüsə addım atması qəti əmri verilmiĢdi. 
Aram  bəyin  təĢəbbüsü.  1906-cı il 29 iyulda Mirzə Aram bəyin fitvasıyla 
Ulxu elinin nücəba və bəyzadələrindən olan Qaraçəmən kəndinin sakini möhtərəm 
Camal  bəyin  xidmətçisi  Səfyar  bəyi  alıĢ-veriĢ  bəhanəsiylə  Mədən  bazarına  dəvət 
edirlər. 
Zavallı  Səfyar  bəy  xəbərsiz  olduğundan  silahsız  atına  minərək  Mədən 
bazarına gələrkən mədən bağlarında pusqu etmiĢ daĢnaksutyun qatilləri tərəfindən 
vəhĢicəsinə  öldürülür.  Bu  xəbər  yayılar-yayılmaz  ətraf  müsəlmanları  hücum  edib 
Mədən bazarında bir nəfər erməni öldürüb, bir boĢ mis mədənini də yandırırlar. 
Bu gurultular bir an içində Qafan dərəsinin bir-birinə yaxın olan kəndlərinə 
vəlvələ salıb hər tərəfdən erməni könüllüləri və erməni hərbi dəstələri hərəkət edib 
mədəndəki  islam  dükan-bazarını  odlayıb  yarım  milyona  qədər  zərər  vururlar. 
Malları  qarət  olunan  məzlum  Ordubad  tacirləri  Qatar  kəndinə  qaçırlar.  O  yerin 
faciəsi  baĢ  verdikdə,  fərari  halında  Oxçu-ġəbadək  eniĢlərinə  gəlib  çatan  altı 
nəfərdən  ibarət  bir  fərari  dəstəsi  ermənilər  əlində  qətl  olurlar.  Ġyul  ayının  29-da 
Mədən  bazarı  dağıldıqdan  sonra  Karxana  adlı  kənd  ermənilər  tərəfindən  niĢana 
alınıb atəĢ ilə döyülməyə baĢlandı. 
Karxana xəbərləri. Mədən bazarı dağılandan sonra, 1906-cı il iyulun 29-da 
saat  on  iki  radələrində  Karxana  kəndinə  hücum  edilir.  Hər  tərəfdən  kəndi  atəĢə 
tuturlar.  Karxana  müsəlmanları  ən  fağır,  ən  kasıb  və  bu  səbəbdən  də,  tez  atan 
silahları  olmadığından  kəndi  bir  neçə  dəqiqə  mühafizə  etsələr  də  ermənilərin  hər 
dəfədə  beĢ  min  tüfəngdən  açılan  atəĢlərinə  tab  gətirməyərək  dağ-daĢa,  kolluqlara 
dağılmağa  məcbur  olurlar.  Erməni  camaatı  daĢ  diblərindən,  kol  aralarından 
müsəlmanları  bir-bir  tapıb  əsir  alır,  yainki  qətlə  yetirirdilər.  Bu  vaxt  bir  daĢın 
arxasında  30-a  qədər  övrət-uĢaq  və  bir  neçə  silahını  əldən  vermiĢ  kiĢi  tayfası 
gizlənmiĢdilər. Bu pünhan olmuĢ övrətlərin arasında Pakizə xanım adlanan cavan 
bir övrətin (Tahir adlı ordubadlı sahibi  müharibədə vəfat etmiĢdi) döĢündə  Firuzə 
adlı  südəmər  bir  qız  var  imiĢ.  Məsum  qız  açılan  güllələrin  sədasından  anasının 
döĢündən  dartınıb  qorxudan  qeyri-ixtiyari  ağlamaqda  idi.  Bu  çocuğun  ağlamaq 
sədasını  ermənilər  eĢidib  gəlib  hamısını  həlak  edərlər  ehtimalı  ilə  çocuğu  orada 
olan kiĢilər ağlaya-ağlaya anasının qucağından alıb qətl etməklə (?) səsini kəsirlər. 
Karxana kəndindən bir o qədər can salamat qurtarmamıĢdır. 
BeĢ  kəndin  dağılması.  Karxana  camaatının  bütünlüklə  qətlindən  sonra 
ermənilər  həmən  gün  saat  üç  radələrində  aĢağıda  yazılmıĢ  kəndləri  dağıtdılar. 
Dağılan kəndlər hərbə hazır olmadıqlarından kəndi müharibəsiz boĢaltmıĢdılar. 
Dağılan  kəndlərimiz  Lov,  Xələc,  SaldaĢlı,  Ġncəvar,  DaĢnov  kəndlərindən 
ibarətdir.  Bu  kəndlərin  sağ  qalan  müsəlmanları  Qatar  kəndinə  pənah  gətirdilər. 
Ermənilər  onları  təqib  edib  kəndi  niĢana  aldılar.  Qatar  islamlarının  cəngavər 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə