1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə45/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   41   42   43   44   45   46   47   48   ...   54

92 
 
Bundan əlavə, belə iĢlər bizim də camaatı xarab edir. Bizim də camaatımız 
bu fikirdədir ki, hökumət və dövlət kiĢilərini qorxu və hədə ilə vahiməyə salsınlar, 
bəlkə bundan sonra onlar insafla iĢ görsünlər. Biz bunu deməyi borc bilirik ki, nə 
qədər terror var, sülh mümkün deyil. 
Artyunov:  -  Biz  buraya  sülhdən  ötrü  cəm  olmuĢuq  və  müsəlmanların  bu 
məsələsini  qaldırmaları  sülhə  əsla  kömək  eləməz.  Harada  və  nə  vaxt  hökumət 
adamları  terrordan qorxub  müsəlmanlara  cəbr  ediblər?  Öz  tərəfimdən  mən  elə  bir 
iĢ  görməmiĢəm.  Biz  gərək  burada  donosçuluq  etməyək.  Biz  jandarm  deyilik. 
Jandarmlar  özgə  yerlərdədir.  Buna  görə  gərək  bu  məsələ  barəsində  əsla  danıĢıq 
olmasın. 
Əlimərdan bəy TopçubaĢov:  - Biz gözlərimizi bağlayıb kor ola bilmərik. 
Bizi bu məsələni qaldırmağa vəziyyətimiz vadar edir. Vətənimizdə elə bir vəziyyət 
yaranıb  ki,  hökumət  kiĢiləri  öz  insaf  və  ədalətlərinə  iĢ  görə  bilmirlər.  Əlbəttə, 
böyük  yerlərdə  hədə  və  qorxu  kağızlarına  etina  etmirlər.  Lakin  vilayətlərdə  kiçik 
qulluqçular  belə  kağızlardan  qorxub  iĢlərini  insaf  üzrə  apara  bilmirlər.  Onların 
təqsiri nədir? 
Onlara  deyəndə  ki,  niyə  belə  iĢ  görürsünüz?  Cavab  verirlər  ki,  qorxuruq, 
külfətimiz var! 
Biz  də  ancaq  onu  deyirik  ki,  vəziyyət  elə  olsun  ki,  bu  cür  qulluqçular 
qorxmayıb daha öz insafsızlıqlarına son qoysunlar. 
Kalantar:  -  Biz  ermənilər  müsəlmanların  sözlərini  əsla  anlamırıq.  Gah 
qoĢundan,  gah  qəzetdən,  gah  hökumətdən  Ģikayətlənirlər,  gah  da  erməni 
əsgərlərinin götürülməsini tələb edirlər. 
Gah bəzi firqələrin götürülməsini deyib terrordan və firqədən qorxurlar. Biz 
də  çox  deyə  bilərik,  lakin  demirik,  çünki  yaxĢı  adamlar  (?)  bəzi  Ģeylər  barəsində 
əsla gərək danıĢmasınlar. Bu cür məsələlərin iĢə dəxli yoxdur. Keçək əsl mətləbə. 
General Malama: - Keçək! Keçək! 
Ədil  Xan  Ziyadxanov:  -  Xeyr!  Gərək  məsələ  həll  olunsun.  Biz  bura 
sülhdən ötrü yığılmıĢıq. Rəsmi danıĢmaqla sülh olmaz. Hər kəs gərək ürəyindəkini 
zahir  etsin.  Erməni  vəkilləri  casus,  donosçu  deyirlər.  Biz  belə  iftiralardan 
qorxmuruq. Sidq və səfa ilə sülhə gəlib də biz özümüzə borc hesab edirik ki, sülhə 
mane olan səbəblərin hamısını gözlərə göstərək. O səbəblərdən birisi də terrordur. 
Ermənilər bizə deyirlər ki, terroru götürməkdən ötrü çarə göstərin. Biz çarə göstərə 
bilmərik.  Gərək  çarəni  özləri  arasın.  Biz  ancaq  səbəbləri  göstəririk.  Əgər  bundan 
sonra da hökumət çarə etməsə, bizim camaat ən azı öz insafi yanında pak olar. 
Ġrəvandan erməni vəkili: - Müsəlmanların da dəstə və firqələri var. Məgər 
Dəli Əlinin dəstəsi xalqı və hökuməti vahiməyə salmır? Müsəlmanlar da gərək bu 
dəstəni götürsünlər. 
Əhməd  bəy  Ağayev:  -  Biz  terror  məsələsini  qalxızdıqda  ancaq  sülhü, 
asayiĢi  nəzərə  almıĢıq.  Çünki  müsəlman  camaatının  əqidəsincə  nə  qədər  ki, 
Qafqazda  terror  var,  bir  o  qədər  sülh  olmayacaq.  Biz  labüd  və  naçar  gərək 


93 
 
camaatımızın  əqidəsini  burada  açıq  və  aĢkar  izhar  edək.  Lakin  bizə  donosçu  və 
casus deyirlər, qoy desinlər. Külli-aləmə məlumdur, kimdir casus, kimdir donosçu. 
Bir  də  məndən  soruĢurlar  ki,  nə  dərəcəyə  qədər  terrora  səbir  etmək  və  dözmək 
olar? 
Mən bu suala əvvəlinci nitqimdə açıq və aĢkar cavab verdim və dedim, bir 
hökumətdə  ki,  yazıya,  danıĢığa  ixtiyar  verməyirlər,  terrora  dözmək  olar.  Və 
əvvəldə o dərəcəyə kimi ki, o terrorun qəsdi ümumi əhaliyə və insaniyyətə xidmət 
ola.  Məsələn,  o  vaxt  ki,  Qafqazda  terror  camaatı  və  vilayəti  qəddar  və  zalım 
hakimdən  azad  edirdi,  o  vaxt  ki,  paymal  olunmuĢ  hüquq  və  ixtiyaratı  geri  alırdı, 
bizim  hamımız  -  belə  terrora  yardım  ediniz,  -  deyirdik.  Lakin  bir  az  keçdikdən 
sonra  terror  bu  dərəcəni  keçib,  bir  ayrı  rəng  götürdü  və  ancaq  bir  tərəfin,  bir 
partiyanın xeyrini güdməyə baĢladı. Qulluqçuları, camaat kiĢilərini qorxu ilə vadar 
etdi  ki,  öz  insaf  və  ədalət  yollarından  dönüb,  ancaq  bir  partiyaya  və  bir  tərəfə 
yararlı iĢ görsünlər. Bu halətə davam və  səbir etmək olmaz. Bu halətdə  əsla sülh 
ola  bilməz.  Məsələn,  biz  buraya  cəm  olub  sülh  üçün  cürbəcür  fikir  və  tədbirlər 
edirik.  Bu  fikirləri,  bu  tədbirləri  əncama  gətirmək  vəzifəsi  vilayət  hakimlərinin 
boynunda olacaqdır. 
Əgər  bu  hakimlər  terrordan  qorxsalar,  əncama  gətirə  bilərlərmi?  Əncama 
gətirsələr  də  həmiĢə  terror  gələn  tərəfə  havadarlıq  edib  digər  tərəfi  zülm  və  cəfa 
altında qoyacaqlar. 
AĢkardır  ki,  bu  biri  tərəf  də  narazı  qalıb  həmiĢə  düĢmən  və  ədavətli 
olacaqdır.  Və  sülh  də  olmayacaqdır.  Budur  bizim  mülahizələrimiz  bu  məsələni 
qaldırmaqdan.  Biz  deyirik  ki,  əgər  doğrudan  doğruya  sülh  istəyirsiniz,  baĢqa 
təĢəbbüslərlə bərabər gərək terroru da götürəsiniz. Buna cavabında bizə deyirlər ki, 
siz daĢnaksutyundan danıĢırsınız. Bizim əsla fikrimizdə daĢnaksutyun yox idi. Biz 
deyirik  ki,  terror  götürülsün.  Lakin  ermənilərin  xəyalına  daĢnaksutyun  gəlir. 
Görünür ki, daĢnaksutyunun bu terrorla əlaqəsi vardır. Lakin yenə təkrar edirəm ki, 
bizim daĢnaksutyun ilə iĢimiz yoxdur. Yoxdur! Çünki keçən gün cənab Xatisov öz 
bəlağətli  və  fəsahətli  çıxıĢında  aĢkar  dedi  ki,  bu  daĢnaksutyun  Rusiyanın  böyük 
Ģəxslərinin, generallarının və hətta Qafqaz caniĢini həzrətlərinin fikir və əqidələrinə 
qulluq  edir  və  on  beĢ  ildir  ki,  təĢkil  olunub  və  onun  qoĢunu,  xəzinəsi,  soldatı  da 
vardır.  Biz  müsəlman  vəkilləri  bunu  eĢidəndə  təəccüb  və  heyrət  barmağımızı 
diĢimizə tutub öz-özümüzə fikir etdik: Ġndi ki, belədir, indi ki, bir müsəlləh partiya 
on  beĢ  ildən  bəri  təĢkil  olunub  və  hökumət  adamları  bunu  bilib  də,  nəinki  əlac 
etməyir, bəlkə onunla  həməqidədirlər, bizim istər hökumətdən, istər ermənilərdən 
belə  partiyanın götürülməyini təmənna  etməyimiz  faydasızdır. Biz  ancaq özümüz 
öz  əlacımızı  edək.  Bizim  də  gərək  mükəmməl  və  müsəlləh  partiyalarımız  olsun. 
Bizim də gərək daĢnaksutyunlarımız olsun. Bir hökumət ki, bir tərəfdən belə iĢlərə 
dözür, gərək o biri tərəfdən də dözə, yoxsa ki, hərc-mərc olar. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə